olunmuş Azərbaycan mə dəniy yət günləri, Azər -
bay
can mədəniy
yətinə və incəsənətinə həsr
olun muş sərgilər, kon frans lar və konsertlər, Azər -
baycanın şifahi xalq ədəbiyyatının və musi qi
irsinin qoru nub saxlanılması, inkişaf etdiril məsi
və təbliği istiqamətində görülmüş digər mühüm
işlər beynəlxalq aləmdə respubli kamıza və xal -
qımıza qürur gətirən yüksək əks-sədaya səbəb
olmuş və Azərbaycana çox böyük maraq yarat -
mışdır. Ümumiyyətlə, respub lika mıza yönəlmiş
bu maraq gündən-günə artmaqda davam edir.
Bütün bunlar bir daha onu göstərir ki, Azər -
baycanın tarixinə, ədəbiyyatına və mədəniy -
yətinə, bundan savayı dilimizə və iqtisadiy yatı mıza
aid olan məqalələrin Citation Index seriyalarına
daxil olan jurnallarda dərc etdirməyin çətinliyi
tama milə yanlış bir fikirdir. Yetər ki, təqdim
olunan məqalə yüksək elmi səviyyədə yazıl sın,
onun elmi və ya praktiki əhə miyyəti olsun. Bu
işdə iradə və səbir tələb olunur. Dəqiq və təbiət
elmləri sahəsində çalışan iddiaçılar üçün də
Science Citation Index seriyasına daxil olan
jurnallarda məqalə dərc etdirmək asan şəkildə
başa gəlmir və bəzən bir məqalənin dərc olun -
masına bir ildən artıq vaxt gedir.
Lakin yenə də humanitar elmlər sahə sində
xarici nüfuzlu jurnallarda və xüsusən də Web of
Science elmi məlumat bazasına daxil olan
jurnallarda elmi məqalələrin dərc olunması ilə
bağlı vəziyyəti nəzərə alaraq, AAK Rəyasət
Heyəti dəqiq və təbiət elmləri sahəsi ilə müqa -
yisədə humanitar və ictimai elmlər sahə sində
çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı
olan tədqiqatçılar üçün güzəştə getmişdir. Belə ki,
humanitar və ictimai elmlər sahəsində çalışan
iddiaçıların elmlər doktoru disser tasiyalarının
əsas elmi nəticələrinə dair xarici ölkələrdə nəşr
olunan nüfuzlu jurnallarda dərc olunmuş üç
məqalədən birinin Citation Index seriyasına daxil
olan uyğun jurnalda olması tələb olunur.
Xüsusi olaraq onu qeyd etmək lazımdır ki,
ictimai və humanitar elmlərin vəziyyəti Azər -
baycan Respublikası Prezidenti Adminis tra si -
ya sının rəhbəri, akademik Ramiz Mehdiyevin 21
noyabr 2009-cu ildə Azərbaycan Respublika -
sının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiya sında ali təhsil və elm müəssisələri -
nin rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə
geniş müzakirə olunmuş və bu elmlər sahəsində
mövcud vəziyyət və həllini gözləyən vacib
problemlər görkəmli akademikin «Azərbaycan»
qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində
«İctimai və humanitar elmlər: zaman konteks -
tində baxış» mövzusunda dərc olunmuş məqa -
ləsində dərindən təhlil edilmişdir. Fikrimizcə,
AAK-nın humanitar və ictimai elmlər sahəsində
çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı
olan tədqiqatçılar qarşısında Citation Index
seriyalarına daxil olan uyğun jurnallarda məqalə
dərc etdirmək tələbi ictimai və humanitar
elmlərdə yaranmış vəziyyətlə bağlı yuxarıda
sözügedən müşavirədə və məqalədə xüsusi
olaraq vurğulanan vacib problemlərin həlli
istiqamətində atılmış mühüm addımlardan biridir.
Dostları ilə paylaş: