– Arif müəllim, elmin inkişafı və yük sək -
ixtisaslı elmi kadrların hazırlanması elmin
qanunverici bazasından əhəmiyyətli dərə cədə
asılıdır. Bu barədə və bu sahədə AAK ilə bağlı
vəziyyət haqda yığcam məlumat verməyinizi
istərdik.
– Şübhəsiz, hər hansı islahatı uğurla həyata
keçirmək, səmərəli nəticələr əldə etmək üçün,
ilk növbədə, onun qanunverici bazasını forma -
laş dırmaq lazımdır. Azər baycan Respub lika sının
Prezidenti İlham Əliyev 10 aprel 2008-ci il tarixdə
«Azər baycan elmində islahatların aparılması ilə
bağlı Dövlət Komissiyasının yaradıl ması haq -
qında» Sərəncam imzalamışdır. Həmin sənəd
əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu
il tarixli «Azərbaycan Respublikasında 2009–
2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra te -
giya»nın və «Azərbaycan Respublikasında
2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət
Proqramı»nın təsdiq edilməsi haqqında», habelə
22 may 2009-cu il tarixli «2009–2013-cü illərdə
Azərbaycan Res publikasının ali təhsil siste mində
islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq
edilməsi haqqında», 11 iyun 2011-ci il tarixli
«2011–2013-cü illərdə Azərbaycan təhsi li nin
inkişafı üzrə Milli Strategiyanın hazır lanması
haqqında», 21 oktyabr 2009-cu il tarixli «Azər -
bay
can Respublikasının Prezi
denti yanında
Elmin İnkişafı Fondu nun yaradılması haqqında»
Sərəncamlar növbəti illərdə elm və ali təhsil
sahəsində qarşıda duran vəzifələri dəqiq şəkildə
müəyyən ləşdirmişdir.
Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral
tarixli «Azərbaycan Milli Elmlər Aka demiya sı -
nın gənc alimlərinin Avropa nın elmi mərkəzlə -
rində doktorantura təhsi li nin maliyyələşdirilməsi
haqqında» Sərən camı respublikada elmi tədqiqat -
ların müasir standartlar səviyyəsində aparılma -
sına, ölkə nin elmi kadr potensialının artı rıl ma sına,
Azərbaycan elminin dünya elm məkanına inteq -
rasiyasının təmin olunmasının sü rətlən dirilməsinə
xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci
il 5 iyun tarixli 769 nömrəli Sərən
camı ilə
«Azər bay can Respublika sı nın Prezi denti yanında
Ali Attestasiya Komis siyası haqqında Əsasnamə»yə
və «Alimlik dərəcələrinin və elmi adların veril -
məsi qay daları haqqında Əsasnamə»yə edilən
əlavə və dəyişikliklər həm yüksək ixtisaslı elmi
və elmi-pedaqoji kadrların attesta si yası sahə -
sində, həm də Azərbaycan elminin beynəlxalq
aləmdə səviyyəsinin və nüfu zunun yüksəlməsi
istiqamətində çox mühüm əhəmiyyətə malikdir.
Bütün bu sənədlər AAK-nın fəaliyyətinə hüquqi
əsas yaradır və bu dövlət quru munun səmərəli
fəaliyyətinin tənzimlən məsinə imkan verir.
Dostları ilə paylaş: |