“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə55/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   51   52   53   54   55   56   57   58   ...   125
Leylufər Əliyeva 

t.e.d.,  professor


Nobel mükafatı laureatı Riçard Feynmanın

1959-cu ildə Amerika Fizika Cəmiyyətində

oxuduğu mühazirələrinin birində peyğəmbər -

cəsinə söylədiyi fikirlər indi də bütün elm

adamlarını heyran edir: “Maraqlıdır, fizik

prinsipcə kimyaçı tərəfindən yazılmış formu -

lanın hesabına istənilən kimyəvi maddəni

sintez edə bilər. Sifarişi yazın və fizik hər şeyi

edəcək. Hansı formada? Kimyaçının göstərdiyi

yerə atomu qoyduqdan sonra maddəni alacaq”.

Nanotexnologiya 1 nanometr (metrin 1

milyardda bir hissəsi) ölçüdə olan obyektlərlə

müasir iş texnologiyasıdır. Belə nanostruk 

-

turlar, adətən, yeni xassələr daşıyır və kvant



mexanikası ilə izah olunurlar. Elə 1959-cu ildə

Amerika fiziki R. Feynman ilk dəfə göstərdi ki,

prosesin miniatürləşməsi (kiçildilməsi) kvant

effektinə gətirib çıxaracaq.

ABŞ Milli Elm fondunun hesabatında

yazılır: “Nanotexnologiya perspektivdə  insan -

la rı daha ağıllı edə bilər. Bu, materialların,

suyun, enerji və ərzağın dayanıqlı yaxşılaşma -

sını təmin etməklə yanaşı, həm də bizi naməlum

infeksiya və viruslardan qoruya bilər”. 

1992-ci ildə məşhur həkim Erik Dreksler

ABŞ Konqresinin Komissiyası qarşısında çıxış

edərək, nanotexnologiyanın bizim dünyanı

yaxın gələcəkdə  dəyişəcəyini belə təsvir etmiş -

dir: “Aclıq, xəstəlik, ətraf mühitin çirklən məsi

və insanlıq qarşısında dayanan digər zəruri

problemlər aradan qalxacaq. Praktik olaraq,

insanın həyatı və fəaliyyəti üçün zəruri olan hər

şey, bilavasitə ətraf mühitin atom və mole kul -

la rından hazırlanmış molekulyar robotlar tərə -

findən həyata keçiriləcək. Torpaq, hava və

bitkilərin qida məhsullarını istehsal etdiyi kimi

silikon çiplər də qumdan düzələcək. 

Ehtimal ki, bu cür istehsal hazırkı sənaye və

kənd təsərrüfatından daha gəlirli və səmərəli

olacaq. Bəşəriyyət nə aclıq, nə xəstəlik, nə də

ağır fiziki əməyin mövcud olduğu son dərəcə

rahat yaşayış mühiti əldə edəcəkdir. İrəlidə isə

bizi "ağıllı ətraf mühit"in (yəni birbaşa məhsul -

dar qüvvəyə çevrilmiş təbiətin) meydana

gəlməsi gözləyir. Nanokompyuterlər və nano -

ma şınlar bütün ətraf aləmi əhatə edəcəkdir:

onlar hava molekulları arasında yerləşəcək,

insan orqanizminin hər bir nəsnəsində, hər bir

hüceyrəsində mövcud olacaqdır. Bütün dünya

nəhəng kompyuterə çevriləcək və ya, daha

doğrusu, insanlıq ətraf aləm ilə vahid ağıllı

orqanizmə daxil olacaqdır (qovuşacaqdır)”. 




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin