XX əsrdə elmi
ixtiralar nəticəsində məlum
oldu ki, davamlı hərəkət-dəyişiklik bütün kainat
sisteminə aiddir. Bu mənada fasiləsiz dəyişiklik
və sabitsizlik sistemin mahiyyətini təşkil edir.
Dünyada sabit bir şey yoxdur. Digər tərəfdən,
mütəmadi olaraq bədənimiz, düşüncələrimiz
və vərdişlərimizdə də dəyişikliklər baş verir. XX
əsrdə ortaya çıxan bu ixtiralar göstərir ki, təbiətin
əsas qanununu dəyişiklik prosesi təşkil edir.
1. Edvin Habll və genişlənən dünya
Edvin Habll digər korifey alimlər kimi öz
ideyalarının dəqiqliyinə inanırdı. Habll kainatın
genişləndiyini sabitsizlik qanunları əsasında
müşahidə etmişdir. Spektroqrammaya dair
kəşfləri ilə Habll göstərdi ki, ulduzlu səma sabit
deyildir. Onun nəzəriyyəsinə görə, qalaktikalar
güclü sürətlə hərəkət edir və kainatı təşkil edən
hissələr müxtəlif tərəflərə səpələnmişdir. Məşhur
Habll teleskopu alimin şərəfinə adlandırılıb.
Habll 1953-cü ildə vəfat etmişdir. Üç il sonra
Hyunson və onun qrupu Habll qanunu olaraq
bilinən nəzəriyyənin əsasında 10–12 milyard il
bundan əvvəl sirli şəkildə baş vermiş
dünyanın yaradılışı ilə bağlı Böyük Partlayış
və ya Biq Bənq adlandırılan nəzəriyyənin
əsaslarını qoydular. Genişlənən kainatda yeni
kosmik fəlakətlər və kataklizmlər baş verir. Biz
kainatda məhv olan və yenidən əmələ gələn
ulduzlar sistemini mütəmadi olaraq müşahidə
edirik. Nəticədə Habll kainatda qalaktikaların
hərəkət etdiyini sübut etdi. Habllın bu ixtiraları
hal-hazırda da öz yeniliyini və funksionallığını
mühafizə edir.
Dostları ilə paylaş: