– Respublikamızda siyasi sabitliyin olması,
sosial-iqtisadi sahədə böyük uğur ların qaza -
nıl ması, büdcə gəlirlərinin ildən-ilə artması
elmin inkişafı üçün lazım olan ən zəruri şərt -
lərdən biridir. Qazanılmış bu nailiyyətlər elmin
inkişafına öz müsbət təsirini necə göstərir?
– Ulu Öndərimizin siyasi müdrikliyi, dönməz
əqidəsi, qətiyyəti və xalqın ümum milli liderimizə
olan böyük inamı və dəstəyi sayəsində Azərbaycan
Respubli kasının parçalanmaq və öz müstəqilli -
yini itirmək təhlükəsindən xilas olması respubli -
ka mızda siyasi sabitliyə gətirib çıxardı. Məhz əldə
olunmuş bu siyasi stabilliyin nəticəsidir ki, res -
pub likamızda hər il sosial-iqtisadi sahədə böyük
uğurlar qazanılır və büdcə gəlirləri ildən-ilə artır.
Bu gün Ulu Öndər Heydər Əliyevin əsa sını
qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla həyata keçirilir və inkişaf
etdirilir. Qətiyyətlə deyə bilərik ki, bu gün
Azərbaycan Respublika
sının əldə etdiyi
nailiyyətlər elmi təməl üzə rində həyata keçirilən
uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcə -
yini təbii resurs lara bağlamayan ölkə rəhbərliyi
neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi
yönümündə məqsədyönlü və ardıcıl siyasət
yürüdür. Bu siyasət iqtisadi inkişafın elmi sütun -
lar üzərində aparılmasını, innovasiya yeniliklə -
rinin idarəçilikdə tətbiqini, elmlə iqtisadiyyatın
üzvi vəhdətinin təmin olun masını, informasiya
texnologiyalarının inki şaf etdirilməsini, elektron
hökumətin forma laş dırılmasını, ölkənin gələcək
tərəq qisi naminə əsaslı elmi proqnozların irəli
sürülməsini və digər məsələləri aktual tələb kimi
önə çəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan
islahatlar, həyata keçirilən kompleks tədbirlər,
sosial-iqtisadi və mədə ni-mənəvi inkişaf sahə -
sin də qazanılmış nailiyyətlər Azərbaycanın bey -
nəl xalq aləmə inteqrasiyasını daha da yüksək
səviyyədə təmin etməyə, respublikamızın bey -
nəl
xalq aləmdə nüfuzunun yüksəlməsinə və
bütöv lükdə respublikamızın və xalqımızın yeni
inki şaf mərhələsinə qədəm qoymasına xidmət
edir.
|