Vegetarianlıq: yeni həyata necə başlamalı?
Vegetarianlar “cəmiyyəti”nə qoşulmaq barədə qərar
verərkən onu nəzərə alın ki, ciddi vegetarianlıq növü
yalnız yaşlı insanlar üçün məsləhətdir. Gənc yaşlı
insanlar üçün bu məsləhət görülməyib, lakto və ya lakto-
ovo vegetarianlıq növünə icazə verilir. Ümumiyyətlə,
vegetarianlığa onun yüngül formalarından başlamaq
lazımdır. Hamilə qadınlara həkimlə bu qidalanmanın əks
göstərişləri barədə müzakirə etmək lazımdır, belə ki, o,
gələcək ananın və uşağın sağlamlığına mənfi təsir
göstərə bilər.
Vegetarian sistemi ilə qidalanmağa başlamaq üçün
ilin isti dövrünü seçmək lazımdır, çünki bu dövrdə
maddələr mübadiləsi daha fəal şəkildə gedir və meyvə-
tərəvəz seçimi daha zəngindir. Bu dövrdə orqanizm
üçün bitki mənşəli qidaya keçmək asandır və yeni qida
rasionuna alışmaq insanda stressə səbəb olmayacaq.
Həmçinin vegetarian olmaq barədə qərar verdikdən
sonra, əlavə olaraq balanslaşdırılmış kompleks vitamin
qəbulunun qayğısına qalmaq lazımdır.
Əvvəlcə elə görünə bilər ki, icazə verilən
yeməklərin sayı çox məhduddur, lakin bu elə deyil.
Vegetarian qidalanma sistemi müxtəlifdir, bir çox
yeməklər nəinki faydalı, həm də çox dadlıdır. Əsas olan
– bir az fantaziya və istənilən adi yeməyi bitki mənşəliyə
çevirmək olar. Ət məhsulları və balığa alternativ olaraq,
soya, paxlalı, göbələk və badımcandan istifadə edə
bilərsiniz. Əlbəttə, yeməyin dadı adət olunandan fərqli
olacaq, lakin ədviyyatlardan istifadə vəziyyəti
düzəldəcək.
Əksər insanlar üçün yeni qidalanma sisteminə
keçmə – nə isə yeni bir şeyə, yeni mərhələyə və ya həyat
tərzinə başlamaq deməkdir. Axı vegetarianlıq – yalnız
qidalanma sistemi deyil, həm də həyat fəlsəfəsidir.
Necə və nə ilə qidalanmaq, buna hər insan özü qərar
verməlidir. Həm bitki, həm də ət məhsulunun müsbət
cəhətləri vardır. Qafqaz qocaları (ağsaqqalları) ət
yeyərək yüz yaşacan yaşayır. Hunza uzaq qəbiləsindən
olan insanlar yalnız bitki mənşəlilərlə qidalanır və az da
yaşamırlar. Hərənin öz seçimi, öz yolu.
Dostları ilə paylaş: |