Qədim Yunanıstanda vegetarianlıq daha gec, antik -
lik dövründə meydana gəlmişdi. Və onun yaranma səbəbi
artıq başqa idi. Heç bir mistika. Sadəcə mütərəqqi
yunanlar düşündülər: bitkilərlə yaxşı qidalana biləriksə,
nəyə görə günahsız heyvanları öldürək? Sokrat, Platon,
Dioqen, Plutarx və bir çox başqa filosoflar vegetarian
olmuş və öz işlərində bitki tərkibli pəhrizin əlverişliliyi
barədə fikirlər irəli sürürdülər.
Lakin vegetarianlığın yayılmasında açar rolunu
eramızdan əvvəl VI əsrdə Pifaqor oynamışdır. Məşhur
filosof və riyaziyyatçı ruhun köçməsinə inanmış və buna
görə də heyvan əti yeməkdən qəti imtina etmişdir. Onun
çoxsaylı şagirdləri, nüfuzlu ailələrdən olan gənc adamlar
da müəllimlərinin örnəyi ilə bitki mənşəli pəhrizə
keçmişdir, bu dünya tarixində ilk “vegetarianlar
cəmiyyəti” idi. “Vegetarianlıq sağlamlığa zərər
yetirməz ki?” – pifaqorçuların yaxınları narahat olurdu.
Bu sualı eramızdan əvvəl IV əsrdə dahi həkim
Hippokrat cavablandırmışdır. Sağlam qidalanma
haqqında danışarkən o, vegetarianlığı da təqdir etmişdir.
Avropada qədim yunan sivilizasiyasının tənəzzülü
ilə vegetarianlıq da uzun müddət unuduldu. Bitki
tərkibli pəhrizə yalnız bəzi dini icmaların
nümayəndələri, xristian asketləri və rahib-münzəvilər
riayət edirdi. Qalan insanlar isə nə oldu onunla qidalanır
vəmənşəyi haqda düşünmürdülər.
İkinci gəliş
Vegetarianlığa olan maraq İntibah dövründə qayıtdı,
lakin Leonardo Da Vinçinin hər cür yeniliklərinin
həvəskarlarından başqa ətdən imtina edən az idi. Yalnız
XIX əsri ortalarında vegetarianlıq kütləvi xarakter kəsb
etməyə başlayır.
Rəsmi olaraq hesab olunur ki, ingilislər yenidən
vegetarianlığı aşkar etmişlər. Bütün şərq dəbi ilə bərabər
onlar Hindistandan (özünün ən böyük koloniyası) qədim
hind Veda dininin ideyalarını da gətirmişlər, hansı ki,
yemək üçün canlı məxluqları öldürməyi qadağan edir.
Vegetarianlar 1842-ci ildən özlərini “vegetarian”
adlandırmağa başladılar. Terminin müəllifi “Britaniya
vegetarian cəmiyyəti” nin yaradıcısıdır. Latın sözü
“vegetus” onlar üçün daha müvafiq olmuşdur, belə ki,
o, “sağlam, gümrah, təmiz” mənasını verir. Tam simvolik
olmuşdur, çünki səslənməsinə görə o, ingiliscə “vegetable”
olan tərəvəz sözünü xatırladırdı.
İngiltərədən vegetarianlıq tədricən bütün Avropaya
və Amerikaya yayılırdı. Qərb vegetarianlığının əsas
məqsədi hindlilərdə olduğu kimi, müdafiəsiz heyvanların
ölümündən imtina idi. Qərəzli politoloqlar iddia edir ki,
Avropalılar üçün iqtisadi böhran və onun ardınca ət
qidasının bahalaşması mühüm rol oynamışdır.
O zamandan vegetarianlıq yoxa çıxmamış, lakin heç
tələbatı da böyük deyildi. Bitki əsaslı pəhrizi daha çox
ekstatik (şövqlü) ziyalılar saxlayırdı:Rusiyada qraf
Tolstoy, Amerikada həkim-naturopat Herbert Şelton,
Hindistanda şair Rabindranat Taqor, İngiltərədə
dramaturq Bernard Şou başda olmaqla. Populyarlığını
isə XX əsrin sonlarında qazanmağa başladı, nə zaman
ki, həkimlər sübut etdi ki, ətsiz yaşamaq mümkündür.
Belə bir tarixçə.
Dostları ilə paylaş: