dəki yüksəkixtisaslı
mütəxəssislərə ötürülə
bilir və tibb müəssisəsinin arxivinə yüklənir.
Klinikanın hər cür lazımi avadanlıq, o
cümlədən yumşaq və bərk inventarla təchiz
edilmiş palataları müasir səviyyədədir.
Binanın müxtəlif mərtəbələrində palatalar
fəaliyyət göstərəcəkdir.
Bu tibbi mərkəzdə tələbələrin, rezident -
lərin və doktorantların təhsili və biliklərini
artırmaları üçün mühazirə zalı, müxtəlif
sahələrə aid təcrübə laboratoriyası vardır.
Gənc mütəxəssis hazırlığını dünya standart -
ları səviyyəsində aparmaq üçün MDB
məkanında analoqu olmayan təcrübə labora -
to riyalarında anatomik, funksional və mulyaj
simulyantlar quraşdırılmışdır. Buradakı bir
çox avadanlığın üstünlüyü ondadır ki, bu
cihazlara kompyuterə yüklənmiş məlumat -
larla yanaşı, xəstənin də maqnit rezonans,
rentgen, kompyuter tomoqrafiyasından alınan
görüntülərini yükləmək olur. Dünyanın yalnız
bəzi aparıcı ölkələrinin tibb müəssisələrində
olan bu avadanlıq tələbələrin nəzəri və
praktiki biliklərini təkmilləşdirməkdə müstəsna
əhəmiyyətə malikdir. Klinikanın bütün
avadanlığı tibb elminin ən son nailiyyətlərinə
cavab verir və yerli “ARASH Medical”
şirkəti tərəfindən quraşdırılmışdır.
Klinikanın açılışında Azərbaycan Respub -
likasının Prezidenti İlham Əliyev cənabları
çıxış etmişdir:
Dostları ilə paylaş: