Heydər
Əliyev Fondunun prezidenti, birinci
xanım Mehriban Əliyeva da bu üç görüşün
üçündə də iştirak edibdir. Mən ona da bütün
kollektiv adından dərin təşəkkürümü və
minnətdarlığımı bildirirəm. Tibb Universiteti
fəxr edir ki, – düzdür, universitetimizi bitir -
məyibdir – vaxtilə Mehriban xanım bizim
universitetdə təhsil alıbdır.
Möhtərəm cənab Prezident, Ulu Öndər
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
Tibb Universitetinə böyük qayğı və diqqətlə
yanaşmışdır. Təkcə ikinci dəfə Azərbaycanda
hakimiyyətə gələndən sonra Ulu Öndər iki
dəfə bizim universitetdə oldu. O ağır, çətin
dövrdə universitetin 11 mərtəbəli möhtəşəm
tədris binası və stomatoloji klinikası Ulu
Öndərin Tibb Universitetinə çox sanballı bir
töhfəsi kimi yaddaşlara həkk olunubdur. Uni -
versitet klinikalarının yaranması ideyası da
Ulu Öndərə məxsusdur. Ancaq bu ideyanı, bu
universitet klinikalarının yaranmasını Siz
reallaşdırdınız və Sizin sərəncamlarınızla bu
gün Tibb Universitetinin üç klinikası fəaliy -
yət göstərir. Bayaq mən Sizə məruzə etdiyim
kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə
verildikdən bir qədər sonra Sizə tədris-
terapevtik klinikanın yaradılması ilə bağlı
müraciət etdik. Bu gün burada qeyd etdiyiniz
kimi, çox çəkmədi ki, Siz Sərəncam imzala -
dınız. Onun həm təməl daşının qoyulması,
həm də açılış mərasimlərində Siz Mehriban
xanımla bir yerdə iştirak etdiniz. Universitet
kollektivinə töhfələrinizi verərkən elə
oradaca qeyd etdiniz ki, Tibb Universitetinin
daha bir klinikaya böyük ehtiyacı vardır –
cərrahi klinikaya. Siz cərrahi klinikanın
tikilməsi ilə bağlı qərar verdikdən düz beş il
sonra biz bu klinikanın açılışına toplaşmışıq.
Hesab edirəm ki, Tibb Universiteti 83 illik
şərəfli tarixinin bu gün ən yaddaqalan, bəlkə
də, o tarixə qızıl hərflərlə həkk oluna biləcək
bir gününü, hadisəsini yaşayır. Çünki bu
klinika, doğrudan da, istər tədris, istər elmi,
istər müalicə-profilaktika, müalicə-diaq nos -
tika nöqteyi-nəzərindən son dərəcə geniş
imkan
lara
malik olan, dünyanın bir çox
Dostları ilə paylaş: