İnsan kəlləsinin içində rəngi kül rənginə bənzər, «beyin» adlanan bir üzv var. Beyin
insan bədənin ən mühüm və incə üzvüdür. Çünki o, bütün qüvvə və hissiyatla başçılıq edir.
İnsanın bütün iradə və istəyi ondan asılıdır.
Beynin əhəmiyyətli, incə və zərif üzv olması barədə baş vermiş əhvalatı sizin
nəzərinizə catdırırıq.
(İranda nəşr olunan jurnalların birində yazımışdır): Şirazlı cavan bir tələbə Xuzistanda
avtomobil qəzasına uğrayır. Avtomobil qəzasında onun beyni zədələnir. Lakin bədəninin
zahirində heç bir nöqsan, zədə yox idi. Bütün bədən üzvləri salamat idi. Təəccüblü burasıdır
ki, o, bütün keçmişini unutmuşdu. Fikri, düşüncəsi yaxşı idi, bütün deyilənləri anlayırdı.
Lakin öz ata-anasını görsəydi, tanımazdı. Anasını ona göstərib «bu sənin anandır» dedikdə
təəccüb edirdi. Onu Şirazdakı evlərinə gətirdilər. Divarda asılmış öz çəkdiyi rəsmləri ona
Həkimlər onu müayinədən keçirdikdə məlum oldu ki, onun beynindən aldığı zədə
nəticəsində fikirlə yaddaş və hafizə mənbəyini birləşdirən kiçik bir damar qırılmışdır. Elə bil
ki, işıq sayğacının düyməsini basmaqla bütün işıqlar keçir və hər yer zülmətə qərq olur.
Kiçik bir damarın qırılması da gənc tələbənin kecmişini zülmətlərə aparmışdır. Ola bilər ki, o
qırılan hissənin bir iynə ucu qədər həcmi olsun. Lakin onun gənc tələbənin həyatında
10
buraxdığı təsir həddən artıq böyükdür. Bundan məlum olur ki, insanın beyni nə qədər
qarışıq, incə, zərif və əhəmiyyətli bir üzvdür.
Beyin və sinir sistemi iki əsas hissədən təşkil olunmuşdur:
1)İnsanın özündən asılı olan sinir sistemi: insanın öz ixtiyarı ilə gördüyü yolu getmək,
baxmaq, danışmaq və s.kimi işlərin mənbəyidir.
2)İnsanın özündən asılı olmayan sinir sistemi: Bu hissə insanın ürək döyüntüləri, mədə
və bu kimi işlərə başçılıq edir.
Beynin bu hissəsinin bir azının işdən düşməsi ürəyin, yaxud digər üzvün dayanmasına
kifayət edər.
Beynin heyrət doğuran hissələrindən biri.
Ağıl huş, iradə, şüur, düşüncə və hafizənin mərkəzi olan hissədir. Qısa sözlə desək, bu
hissə (ağıl) beynin ən əsas hissələrindən biridir. Qəzəb, hirs, əsəb, qorxu kimi ruhi
müqavimətlərin hamısı ona aiddir. Əgər hər hansı bir canlıda cərahiyyə əməliyyatı aparıb,
digər bədən üzvlərini sağlam saxlamaq şərti ilə bu hissəni götürsələr, həmin canlı sağ qalar.
Lakin o, bütün ağıl və düşüncəsini itirmiş olacaq.
Bir göyərçindən bu hissəni götürmüşdülər. Bir qədər sağ yaşadı. Yaşadığı bu müddətdə
onun qabağına dən tökürdülər. Ac olmasına baxmayaraq, o, dəni yemirdi. Onu uçuranda bir
maneəyə toxunub yerə düşməyincə havada olardı.(Şüuru olmadığından, dən yeməz, havaya
qalxdıqda yerə enməzdi).
Beynin digər təəccüblü hissəsi hafizədir.
İndiyədək hafizənin necə heyrət doğurucu və maraqlı olması barədə fikirləşmisinizmi?
Əgər insanın hafizəsi bir saatlıq əlindən alınarsa, o, necə qəmli aqibətə düçar olar?
İnsan beyninin kiçik bir hissəsini təşkil edən hafizə qüvvəsi (hafizə mərkəzi) insanın
bütün həyatını bütün xüsusiyətləri ilə birgə yığıb saxlamışdır. O, bizimlə əlaqədə olan
insanların bütün xüsusiyyətlərini-boyunu, rəngini, paltarını, əxlaqını və s. yadında
saxlamağa malikdir. Onların hər biri üçün xüsusi hesab açmışdır. Məhs bu səbəbdən bir dəfə
gördüyümüz şəxsi ikinci dəfə gördükdə hafizə dərhal özündə yığılmış saysız-hesabsız insan
xüsusiyyətləri arasından həmin şəxsin xusisiyyətlərini zehnimizə gətirir. Bununla da biz
həmin şəxsi tanıyır, onunla lazım olan rəftarı edirik. Əgər dostdursa, hörmət, ehtiram
göstəririk, yox, əgər düşməndirsə, ona nifrət edirik. (Lazım gələrsə, digər münasibətlər də
göstəririk.) Bu işlər hamısı yalnız bircə anda (bir az tez, ya gec) baş verir.
Hafizənin təəccüblü və heyrətverici olduğunu o zaman anlaya bilərik ki, zehnimizdə
olan bütün şeyləri vərəq, dəftər, yaxud kaset üzərinə yazmaq fikrinə düşək. Əgər bu işi
həyata keçirmək istəsək, şübhəsiz ki, həddən artıq dəftər, yaxud kaset lazım olacaqdır.
Bundan da təəccüblüsü odur ki, kaset və ya dəftərlərin arasından bir hadisəni axtarıb
tapmaq istəsək, uzun bir müddət çəkəcək. Lakin hafizə və zehn bu işi asanlıqla, tez bir anda
həyata keçirir.
Şüursuz təbiət necə şüur və düşüncə yarada bilər?
İnsanın beyni barədə bir çox kitablar yazılmışdır. Bu kitablardan bir qismi orta və ali
məktəblərdə də tədris olunur. Həddən artıq incə, dəqiq, qarışıq və sirli olan bu üzvün
şüursuz təbiət tərəfindən yaradıldığını qəbul etmək olarmı?
Çox təəccüblüdür, ağılsız və düşüncəsiz təbiət necə ağıl və düşüncə xəlq edə bilər?
(Necə ki, materilistlər deyirlər. Şübhəsiz ki, bu səhv, batil bir əqidədir. Axı necə ola bilər ki,
öz ağılı olmayan təbiət başqaları üçün ağıl yaratsın?)
İnsanın öz vücudunda olan Allah nişanələri barədə Quran buyurur: «Sizin özünüzdə
Dostları ilə paylaş: