oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim» dedi» (Yunus, 90).
Fikirləşin və cavab verin
1.Baş vermiş bu əhvalatın nəticəsini bir neçə sətirdə izah edin.
2.Nə üçün Bəni -İsraili Bəni- İsrail adlandırırlar?
3.Firon kim olub, harda yaşamış və nə iddia etmişdir?
VI dərs
Allahı tanımanın ikinci yolu
Xaricdən olan yol
(Zahiri yol)
Yaşadığımız dünyaya bir balaca nəzər saldıqda görürük ki, bu dünya qarışıq və
proqramsız qurulmayıb. Əksinə, bu dünyada olan bütün məxluqatın hamısı müəyyən bir
proqram əsasında dövr edirlər. Dünyadakı canlı varlıqlar böyük bir orduya bənzəyir. Bu
ordu müxtəlif hissələrə bölünmüşdür və hər hissə məqsədyönlü hərəkət edir.
Aşağıdakı məsələlər bu barədə olan bütün şübhələri aradan qaldıra bilər:
1.Bir şeyin vücuda gəlib sağ-salamat qalması üçün şərait və bir sıra qanunlar əl-ələ
verməlidirlər. Məsələn, bir ağacın əkilib boya başa çatması üçün torpaq, su, münasib hava və
müəyyən dərəcə hərarət, istilik lazımdır. Bu şərait yarandıqda torpağa basdırılmış toxum
cücərib inkişaf edir. Beləliklə də bir ağac əmələ gəlir. Yuxarıda sadalanan şərtlər olmadan
ağacın cücərməsi qeyri-mümkündür. Bu şərtlərin bir yerdə olması üçün isə, ağıl, elm və
biliyə ehtiyac vardır.
2.Hər bir varlığın bir sıra özünəməxsus keyfiyyətləri vardır. Məsələn, su və odun hər
birinin özünəməxsus (suyun rütubət, odun isə hərarət) xüsusiyyətləri vardır. Bu
xüsusiyətlər həmişə onlarla bir yerdədir və hər biri sabit bir qanun əsasında dövr edir.
3.Canlı varlıqların bütün hissə və üzvləri bir-biri ilə əlaqədardır. Böyük bir aləm olan
insan bədənini buna bir nümunə gətirmək olar. İnsanda bir xəstəlik və ya narahatçılıq
yarandıqda bütün bədən üzvləri əziyyət çəkir. Bu sıx əlaqə dünyada nizam və intizam
proqramının hakim olduğuna daha bir sübutdur.
4.Dünyaya bir az diqqətlə baxdıqda məlum olur ki, bir məxluqun öz bədən üzvləri ilə
əlaqəsindən əlavə müxtəlif məxluqların da biri-biri ilə sıx əlaqələri vardır. Məsələn,
canlıların yaşaması üçün günəş işıq saçmalı, yağış yağmalı, külək əsməlidir. Bu işdə yer və
yer mənbələrinin də böyük rolu vardır. Bunların hamısı dünyada müəyyən bir nizam-
intizamın dövr etdiyini göstərir.
Nizamla ağlın əlaqəsi.
Nizam-intizam olan yerdə ağıl, düşüncə, hədəf və plan işlədilməsi həqiqətini hamı öz
vicdanı qarşısında etiraf edir. Çünki harada nizam-intizam varsa, orada elm və qüdrət
mənbəyi də var. Bu məsələnin doğruluğu aşkardır və, sübuta ehtiyacı yoxdur.
İnsan bilir ki, gözü görməyən (istisnalardan başqa) və savadsız bir insan makinada
kiçik bir məqalə də yaza bilməz. Eləcə də iki yaşlı uşaq (istisnalardan başqa) qələmi ağ kağız
üstə o yan-bu yana fırladaraq gözəl bir rəsm çəkə bilməz.
Gözəl bir inşa və ya məqalə, yaxud muzeydə gözəl bir tablo, rəsm əsəri gördükdə
dərhal bilirik ki, onu savadlı, istedadlı bir şəxs və ya mahir bir rəssam yazmış, yaxud
çəkmişdir. Hətta onu yazanı, yaxud çəkəni görməsək də, bu cür deyəcəyik.
9
Deməli, harada nizam-intizam əsasında olan bir quruluş varsa, mütləq orada ağıl və
düşüncə də var. Bu nizam-intizam nə qədər gözəl, aydın, dəqiq, olarsa, onda istifadə
olunmuş ağıl və elm də buna uyğun olacaqdır.
Bəzən hər nizam-intizamlı quruluşun mənbəyinin ağıl və elm olması məsələsini isbat
etmək ücün ali riyaziyyatda işlədilən «ehtimallar hesabı» mövzusundan istifadə edirlər. Bu
yolla edirlər ki, məsələn, savadsız bir insan makinanın düymələrini (necə gəldi) basmaqla
təsadüfən bir məqaləni yazmaq üçün ehtimallar hesabına əsasən milyardlarla il sərf
etməlidir. Lakin heç yer kürəsinin ömrü də buna kifayət etməz. Qurani-Məcid Allahı zahiri
yolla tanımaq barədə buyurur: «Quranın haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz
Dostları ilə paylaş: |