Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Daxili (batini) yol

Aşağıdakı məsələlərə yaxşı diqqət edin:

A)Alimlər deyirlər: Təbəqə və irqindən asılı olmayaraq istədiyiniz hər hansı bir insanı 

nəzərinizdə tutun. Əgər onu azad və müstəqil buraxsalar və heç bir təlim keçməsələr, hətta 

möminlər  və  materilistlərin  nəzəriyyəsindən  də  ona  heç  nə  deməsələr,  o  şəxs  öz-  özünə 

təbiətdən  (maddi  dünyadan)  üstün  olan  və  bütün  dünyaya  hakim  olan  bir  varlığa 

inanacaqdır. O, öz ürəyinin guşələrindən incə, məhəbbətlə dolu, eyni zamanda möhkəm bir 

nida (haqq nidası) hiss edəcəkdir. Həmin səs və nida onu «Allah» adlandırdığımız böyük elm 

və qüdrət mənbəyinə dəvət edir. Bu nida insanların pak və fitri nidasıdır.

B)Mümkündür  ki,  maddi  dünyanın  və  yaşayışın  zinətləri  o  şəxsi  özünə  cəlb  etsin  və 

müvvəqqəti  olaraq  bu  nidanı  eşitməkdən  qafil  olsun.  Lakin,  elə  ki,  təbii  fəlakətlər  (sel, 

zəlzələ, tufan, havada təyyarə ilə uçarkən havanın dəyişməsi və s.) ona üz verir, elə ki, əli hər 

tərəfdən  üzülür  və  heç  bir  ümid  yeri  qalmır,  o  zaman  həmin  nida  onun  daxilində 

qüvvətlənir. Hiss edir ki, batinində bir qüdrət və varlıq onu   özünə   dəvət edir. Bu qüdrət 

bütün qüdrətlərdən üstündür. Bu qüdrətin vasitəsi ilə bütün çətinliklər asan olaraq aradan 

qaldıralacaqdır.




5

Çox  az  insan  tapılar  ki,  çətinliklərlə  üzləşdikdə  Allahı  yadına  salmasın.  Özündən  asılı 

olmayaraq Allah onun fikrinə gələcək. Bununla da məlum olur ki, həm o bizə, həm də biz ona 

həddən artıq yaxınıq. O, bizim can və ruhumuzdadır.

Düzdür,  bu  haqq  nidası  həmişə  insanlarda  səslənir,  lakin  çətinliklər  zamanı  daha  da 

qüvvətlənir.

V) Tarix bizə göstərir ki, iqtidarda  olan,   günlərini rahatlıqla kecirən və Allahın adını 

dilə gətirməkdən belə imtina edənlər iqtidarları əldən gedən zaman onun ətəyindən yapışır 

və haqq nidasını aydıncasına eşidirlər.

Tarix  bizə  göstərir  ki,  Firon  suda  qərq  olan  zaman  fəryad  edərək  deyir:  «İndi  etiraf  

edirəm ki, Musanın (ə) allahından başqa məbud yoxdur.» ( Yunis,90). İnsan həyatında böyük 

rol oynayan   və Fironun gəlir mənbəyinə çevrilmiş su (Nil cayı) indi onun ölüm hökmünü 

icra  edir.  Firon  bu  cür   vəziyyətdə  bir  necə  kiçik  ləpənin  əlində  aciz  qalıb  əli  hər  yerdən 

üzülmüşdür. Bu nida onun fitrətindən səslənən bir nidadır. Təkcə Firon yox, bəlkə də bütün 

insanlar belə çıxılmaz vəziyyətdə bu nidanı eşidir və Allaha pənah gətirirlər.

Q)Siz özünüz nə vaxt qəlbinizə  nəzər salsanız, görəcəksiniz  ki, ürəyinizdə həmişə bir 

nur  parlayır  və  sizi  Allaha  tərəf  dəvət  edir.  Ola  bilər,  siz  dəfələrlə  çıxılmaz  vəziyyətə 

düşmüsünüz   və  əliniz  hər  yerdən  üzülmüşdür.  O  vaxt  mütləq  sizin  fikrinizə  gəlib  ki,  bu 

dünyada  yenilməz  bir  qüdrət  var.  Yalnız  o  qüdrət  məni  bu  çətinlikdən  qurtara  bilər.  Bu 

zaman siz həmin qüdrətə ümid və eşq bağlayaraq öz məyusluğunuzu yaddan çıxarmısınız. 

Bu  yol  Allahı  tanımaq  üçün  ən  yaxın  olan  yoldur.  Bu  yolun  sayəsində  hər  bir  insan  Allahı 

tanıya bilər.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin