Щязряти Айятуллащцл-Цзма


 İsanların Allahı tanıma ilə bağlı olan xeyir  və ziyanları



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3. İsanların Allahı tanıma ilə bağlı olan xeyir  və ziyanları.

Təsəvvür  edin  ki,  bir  səfərdərsiniz.  Səfər  zamanı  dörd  yol  ayrıcına  çatırsınız.  Hamı 

deyir ki, bu dörd yol ayrıcında  dayanmayın orada böyük təhlükələr vardır. Lakin bir  dəstə 

deyir:  Ən  yaxşı  yol  günçıxana  tərəf   gedən  yoldur.  Başqa  bir  dəstə  deyir:  Ən  yaxşı  yol 

günbatana tərəf gedən yoldur. Üçüncü dəstə bu iki dəstədən fərqli olaraq sizi ücüncü yolla 

getməyə  dəvət edir.Hamısı da öz göstərdiyi  yolun  yaxşı və salamat  yol olduğunu, səadət və 

xoşbəxtliyin məhz bu yolda olduğunu bildirir.

Belə bir halda insan bu yollar barədə mütaliə edib axtarış aparmadan   onlardan birini 

seçə  bilərmi?  Yaxud  dörd  yol  ayrıcında   durub,   yolların  heç  biri  ilə  getməmək  qərarına 

gələrmi? Yəqin ki, xeyr.

Əksinə,  ağıl  və  şüur   belə  hökm   edir  ki,  insan  tez   bu  yollar  barədə  axtarış  aparıb,  

deyilən sözlərin hamısına diqqət etsin. Hansı yolun düzgün   olduğunu   bildikdə onu   qəbul 

etsin. Xatircəmliklə o yolu seçərək irəli getsin.

Bu dünyadakı vəziyyət də eyni ilə bu cürdür. Müxtəlif  əqidə, məzhəb və dinlər hər biri 

insanı özünə   dəvət edir. Bizim taleyimizin, xoşbəxtlik və bədbəxtliyimizin, irəliləyib yaxud 

geriləməyimizin bu yola (seçdiyimiz yola) bağlılığı olduğundan məcbur oluruq ki, bu yollar 

barədə  diqqətlə  mütaliə  edək.  Bizi  təkamül  və  səadətə  çatdıra  bilən  yolu  seçək,  bizi 

bədbəxtlik və fəsada tərəf yönəldən yoldan uzaq olaq.

Bu  məsələ  də  insanları  dünyanın  yaradanı  barədə  mütaliə  və  axtarışlar  aparmağa 

vadar edən səbəblərdən biridir.

Qur`ani-  Məcid  bu  barədə  buyurur:  «(Ya  Peyğəmbər!)  Mənim  sözümü  (öyüd- 

nəsihəti) dinləyib, onun ən gözəlinə uyan bəndələrimə (Cənnəti) müjdə ver…» (Zumər, 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin