Fikirləşin və cavab verin
1.Ötüb keçmiş insanların həyatında iman və onun nişanələrini müşahidə etmisinizmi?
2.Bilirsinizmi nə üçün özlərini mömin adlandıran və imandan dəm vuran, lakin mənəvi
və əxlaqi pozğunluqlara düçar olan şəxslərdə imanın yuxarıda deyilən nişanəsi müşahidə
olunmur?
III Dərs
İki əmin və xatircəm yolla Allahı tanıma
Allahı tanıma barədə qədim zamanlardan indiyədək müxtəlif kitablar yazılmış, alimlər
və qeyriləri arasında çoxlu bəhs və söhbətlər olmuşdur.
Hər dəstə bu həqiqətə nail olmaq üçün özünə müxtəlif yol seçmişdir. Lakin bu yolların
ən yaxşısı və insanları bu həqiqətə çatdıran aşağıdakı iki yoldur.
1.Daxili (batini) yol (ən yaxşı yol).
2.Xarici yol (ən aydın yol).
Birinci qismdə insan öz vücudunun daxil və batininə baş vuraraq tövhid nidasını öz
daxilindən eşidir.
İkinci qismdə isə insan geniş aləmi seyr edərək Allah nişanələrini bütün məxluqatda
müşahidə edir. Bu iki yol barədə uzun bəhslər olmuşdur. Biz isə bu iki yolu qısa surətdə
oxucuların nəzərinə catdırırq.
Dostları ilə paylaş: |