Fikirləşin və cavab verin:
1.Dünyanın gələcəyi haqqında materialistlərlə Allaha ibadət edənlərin nəzəriyyələri
arasında nə fərq var?
2.Fitrət vasitəsilə Mehdi(ə.c.)-nin zühuruna inanmaq olarmı? Necə?
3.Mehdi(ə.c.)-nın zühuruna dair əqli dəlil varmı? O hansı dəlildir?
4.Quran bu barədə nə deyir?
5.Mehdi(ə.c.)-nin zühuru hədis mənbələrində hansı mövqeyi tutur?
I FƏSİL
MƏAD TANIMA HAQQINDA
ON DƏRS
I dərs.
Mühüm bir sual
Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu ölümdən qorxur?
Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında
düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur,
hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini
yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə
çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə
adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah
göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından)
qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü
qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan
şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-
üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini
(ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür
insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də
az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna
bir nümunədirlər (mütərcimdən).
Dostları ilə paylaş: |