sahibidir.» (Həşr, 22, 23, 23).
Quran Allahın elmini vəsf edərək onun elminin sonsuz olduğunu gözəl ifadə ilə bəyan
edir: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı, yenə də Rəbbimin
sözləri (yazılıb) tükənməzdi. (Loğman, 27).
Quran Allahın hər şeyi əhatə etdiyini və onun vücudunun hər yerdə olduğunu özünə
məxsus bir ifadə ilə açıqlayır: «Şərq də, Qərb də Allahındır, hansı tərəfə yönəlsəniz (üz
tutsanız) Allah ordadır.» (Bəqərə, 115). Başqa bir ayədə deyir: «Siz harada olsanız, o,
sizinlədir. Allah sizin etdiyiniz bütün işləri görür.» (Hədid, 4). Məad və qiyamət
məsələsinə çatdıqda isə, müşriklərin ölülərin dirilməsi barədə büruzə verdikləri təəccübü
bəyan edib dərhal cavablarını verir: «Çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk
dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyır. O yaradan ki, sizin
üçün yaşıl ağacdan od gətirdi. Budur, siz indi od yandırısınız. Məgər göyləri və yeri yaradan
(bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (hər şeyi) yaradan və
(hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyurduğu ona ancaq:
«Ol!»- deməkdir. O da dərhal olar. (Belə bir qüdrətə malik olan Allah üçün ölüləri diriltmək
çox sadə bir işdir) (Yasin, 78-dən 82-ci ayəyə qədər). (Bu barədə ətraflı məlumatı «Yasin
surəsinin tərcüməsi və təfsiri» kitabından əldə edə bilərsiniz.)
Quran yerin, insanın bütün əməllərini yadda saxladığı və qiyamət günü onların
hamısını açıb söyləyəcəyi barədə də xəbər verir: «Məhz o gün (qiyamət günü) Allahın ona
Dostları ilə paylaş: |