Fikirləşin və cavab verin
1.Quranın meydana çıxdığı mühit hansı xüsusiyyətlərə malik idi?
2.Bütpərəstlik müşriklərin əqidəsinə necə təsir etmişdi?
3.Fitri və dəlillər əsasında olan tövhidin fərqi nədir?
4.Allahı tanıtdırma və onun sifətlərinin bəyanında Quranın məntiqi necədir? Bir neçə
misal gətirin.
5.Quranın əhatə dairəsini necə anlamaq olar?
VIII dərs
Quran və çağdaş dövrün nailiyyətləri
Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran
hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir.
Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona
ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət,
insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına
malikdir.
Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın
bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm»
bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta
alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi
kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq.
İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq.
Dostları ilə paylaş: |