Quran və cazibə qanunu
Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz
kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu
kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma
ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə
qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz,
aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.»
Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta
yetirildi.
Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına
dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş
asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu
yoldan çıxmır?
Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına,
cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma
və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı
məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən
uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma
qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni
(cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci
ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi
Dostları ilə paylaş: |