Şiəliyin gizli tərəfləri Ön söz


- Şiəliyin Mehdisi Əbu Bəkr və Ömərə hədd cəzası tətbiq edəcək!?



Yüklə 1,02 Mb.
səhifə12/14
tarix28.03.2017
ölçüsü1,02 Mb.
#12712
1   ...   6   7   8   9   10   11   12   13   14

21 - Şiəliyin Mehdisi Əbu Bəkr və Ömərə hədd cəzası tətbiq edəcək!?
Seyyid Muhəmməd Kazım əl Mehdi “minəl Mehdi iləz Zuhur” adlı kitabında yazır: “Orada (Mədinə) Mehdi bəzi işlər və bəzi icraatlar edəcəkdir.Bunlardan bəzisini qeyd edəcək olarsaq,bu bəzi qəbirlərin açılıb,cəsədlərin çıxardılması və yandırılmasıdır.Biz burada bunun təfsilatına toxunmuruq.Biz sadəcə ümumi olaraq,qeyd edirik.” (səh 541; “Muəssisətu İmam Hüseyn”nəşr. London)

Bu şiə müəllif Mehdinin kimin qəbirlərini açdırıb,cəsədlərini yandıracağını yalan söyləyib,hiyləyi əmr edən təqiyyəyə əsasən açıqlamamışdır.Onun qeyd etdiyi qəbirlər Əbu Bəkr və Ömərin qəbirləridir.Beləki, əllamə Əhməd ibn Zeynuddin əl Əhsayi “Rical”kitabında (səh 186-187) bu qəbirlərin kimlərə aid olduğunu açıqlamışdır. “Həyatun nəs” adlı kitabının 50-ci səhifəsində bu qəbirlərin Əbu Bəkr və Ömərin qəbirləri olduqları bildirilir.Onları “Cibt” və “Tağut” deyə adlandırılır.Həmçinin, bunu Mirzə Muhəmməd Mumin əl Əstərabadi “Rical”kitabında (səh 118), Nemətullah Cəzairi “Ənvərun numaniyyə” (c.2,səh 89)-də və Zeynuddin Nəbati “Sıratul Mustəqim” (c.2,səh 253) kitablarında qeyd etmişlər.



Bunu ətraflı izah edən şiə şairlərinin şerləri də mövcuddur.Bu baradə daha ətraflı aşağıda bəhs ediləcəkdir.

22 - Şiəliyin Mehdisi Şeybə oğullarının əllərini kəsir.
Muhəmməd Kazım əl Qəzvini “əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında imam Sadiqdən aşağıdakı rəvayyəti nəql edir: “Qaimimiz zühur etsə, Şeybə oğullarını yaxalayar,əllərini kəsər və ətrafda dolaşdırardı.” Onlar “Allahın oğrularıdır” deyilər....” (“əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur”səh 539,London)
Bu qisim bir neçə rəvayyəti kitabında nəql etdikdən sonra o yazır: “Şeybə oğulları Kəbənin mühafizləri idilər və oranın açarı atadan oğula keçirdi.Onlar Kəbəyə hədiyyə olaraq gətirilən hədiyyələri oğurlayardılar və onları istədikləri kimi xərcləyərdilər.Ona görə də imam onları “oğrular” yəni,Allahın mallarını oğruyanlar adlandırmışdır.”

23 - Şiəliyin Mehdisi Davudun hökmü ilə idarə edəcək!?
Şiələrin vəd edilmiş Mehdisi gələndə Muhəmməd (s.a.s)-in şəriəti ilə deyil,Davudun hökmü ilə hökm edəcəkdir.Beləki,müasir alimlərindən olan Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz Zuhur” kitabında (səh 728,810; Beyrut) imam Sadiqdən rəvayyət edərək yazır: “Mənim nəslimdən heç bir dəlil istəmədən Davud xənadanlığının hökmü ilə hökm edən Qaim çıxmadıqca dünya dağılmaz.”
İbrahim ən Numani “Kitabul Qeybət” adlı əsərdə Əbu Abdullahdan rəvayyət edir: “....Allah hər vadidən külək əsdirər və küləkdən belə nida gələr: “Bu Mehdidir! Heç bir dəlil istəmədən Davudun hökmü ilə hökm edər.” (“Kitabul Qeybət”səh 314-315)
Şeyx Kamil Suleyman “Yəvmul Həlas fi zilil Qaimil Mehdi” adlı kitabında Əbu Abdullahdan rəvayyət edərək yazır: “Muhəmməd (s.a.s)-in Qaimi hökm etdiyi zaman insanlar arasında Davudun hökmü ilə hökm edəcəkdir və dəlilə də ehtiyyac duymayacaqdır.Allah Təala ona ilham edəcək.O,da elmi ilə hökm edəcəkdir.Hər qövmə gizlətdikləri şeyi bildirəcəkdir.” (səh 391, “Darul Kitabil Lubnan” Beyrut,1991)
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr imam Muhəmməd ibn Əlidən belə bir rəvayyət nəql edir: “Muhəmməd (s.a.s)-in Mehdisi zühur edərsə.....yeni bir iş,yeni bir sünnət,yeni bir hökm gətirəcək və ərəblərə qarşı şiddətli olacaqdır.” (“Tarihu mə badəz zuhur” səh 638)

24 - Şiəliyin Mehdisi Məscidil-haramı dağıdacaqdır!?
Seyyid Muhəmməd Kazım əl Qəzvini “əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında “Məscidin əvvəlki halına gətirilməsi” başlığı altında (səh 534),həmçinin Məclisi və Tusi öz kitablarında bunları yazır: “İmam Sadiqdən rəvayyət olunur: “İmam Mehdi zühur etdiyi zaman köhnə əsaslarına salana qədər Məscidi-haramı sökər,məqamını isə köhnə olduğu yerə gətirər.” (“Biharul-ənvar” 52/388; Tusi “Qeybə” səh 282)
25 - Mehdi zühur etmədən şiələrə cihad əmri yoxdur!?
Şiələrə qarşı xoş hisslər və kafirlərə qarşı cihad məqsədi ilə yaxınlaşma təbliğatı aparanların bilmədiyi bir həqiqəti qeyd etmək istərdik.Şiə məzhəbində cihad on ikinci imamın zühuruna qədər haramdır.Buna görə də tarix şiəliyin kafirlərə qarşı cihad etdiyinə şahid olmamışdır və olmayacaqdır.

Muhəmməd Yəqub Kuleyni “əl Kafi”-də Əbu Abdullahın belə dediyini nəql etmişdir: “Qaimin zühurundan öncə yüksəldilən hər bayraq sahibi Allah Təaladan başqa ibadət olunan bir tağutdur.” (“əl Kafi” c.8,səh 295)

Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia” (11/37)-da və buna bənzər rəvayyəti isə “Mustədrəkul Vəsail” (2/248)-də Nuri Təbərsi də nəql etmişdir.
Hurr Amili Əbu Abdullahdan rəvayyət edir: “Ey Sudeyr! Evindən ayrılma.Gecə-gündüz sakit olduğu müddətcə sən də sakitliyə riayyət et.Süfyanın çıxdığı xəbəri sənə gəldikdə,ayaq yalın olsan da bizə tərəf gəl.” (“Vəsailuş şia” 11/36)
Xomeyni “Təhrirul vəsilə”kitabın (c.1,səh 482)-da yazır: “Gözlənilən imamın qeybəti dövründə fətva və qazilik şərtlərini özlərində cəm edən fəqihlər olan naibləri,siyasət qərarları və cihada başlamaq xaricində imam Mehdinin haqqı olan digər vəzifələrə sahibdirlər.”
Muhəmməd Fazil Lənkərani “İmam Əlinin Malik Əştərə məktubunun şərhi” (səh 19) kitabında yazır: “Əhli beytdən gələn hədislərə,həmçinin şiə alimlərinin icmasına görə hücum cihadı yalnız imamın hazır olduğu zaman icazəlidir.Qeybət zamanı isə belə cihad icazəli deyil.”
Bu kimsələrin kafirlərə qarşı Əhli Sünnətlə yan-yana cihad etməsi gözlənilə bilərmi? Bu bir həqiqətdir ki,şiəlik Əhli Sünnətin güclü olduğu dövrlərdə hadisələrə müşahidəçi qalmışdır.Əhli Sünnət zəiflədikdə isə üzərinə həmlə edib,onu parçalamağa çalışmışlar.Bu insanların söz oyunu oynamalarına etibar edilməz.Çünki,onlar hər məsələdə təqiyyə ilə hərəkət etməyə çalışırlar.
Alimləri Nəcəfi özlərinə müxalifət edənlərin icmayla kafir olduğunu qeyd eməmişdimi? Onların Əhli Sünnətə münasibətinə dair növbəti bir nümunə: Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: “Sənə qurban olum! Sərhəd bölgələrində öldürülən bu insanlar haqqında nə deyirsiz? İmam: “Veylə qovuşmaq üçün tələsirlər.Dünyada da axirətdə də ölüdürlər.Vallahi,şəhid olanlar yataqlarında ölsələr belə sadəcə və sadəcə bizim şiələrimizdir.Şəhid ancaq bizim şiələrimizdir.” (Kəşani “əl Vafi” 9/15; Hurr Amili “Vəsailuş şia”11/21; Həsən ən Nəcəfi “Cəvahirul Kəlam” 21/40)
Tarix boyu şiələr Əhli Sünnəti kafirlərlə qarşı etdiyi cihadlarda yalnız buraxmışlar.

Şiəlik haqqında digər həqiqətlər


Əli (r.a)-nin xilafətinə dair dəlil olması iddiaları.
Səhabələr Əbu Bəkr əs Siddiq (r.a),Ömər ibn Xəttab (r.a),Osman ibn Əffan (r.a) və Əli ibn Əbu Talib (r.a)-in imaməti və xilafəti üzərində ittifaq etmişdilər.Beləki,Əli (r.a) şiələrin onun lehinə dair istifadə etdikləri heç bir dəlili özündən əvvəlkilərə qarşı istifadə etməmişdir.19-cu əsrin böyük şiə alimlərindən olan Şərəfuddin Musəvi Əli (r.a)-nin xəlifələrə qarşı heç bir hüccət gətirmədiyini etiraf etmişdir.O, “Məktubat” kitabın (məktub 102)-da yazır: “Bütün bunlardan əlavə,imam Əli o günlərdə dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının, “tövhid” kəlməsinin aradan getməsindən qorxurdu.”
Qeyd etmək lazımdır ki,imam Əli xilafətin şura ilə seçilməsinə inanırdı.Ən mötəbər mənbələrindən olan “Nəhcul bəlağa”da Əlinin bu xütbəsi mövcuddur:

Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada (beyətdə) olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən və ya bidət nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah onu üz tutduğu şeyin öhdəsinə buraxar.” (Məktub 6)


Həmçinin, Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Vallahi xilafətə rəğbətim və hökm etməyə həvəsim yox idi. Bu iş üçün siz məni çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (“Nəhcul bəlağə”, xütbə 196)
Göründüyü kimi o birinci rəvayyətdə xəlifəliyin və müsəlmanların işlərinin idarəsinin şura ilə olduğunu,ikinci rəvayyətdə isə xəlifəliyə Peyğəmbər (s.a.s) əmri ilə deyil,müsəlmanların istəyi və seçimi ilə gəldiyini açıq-aşkar demişdir.Deməli,Əli (r.a) şiəliyin iddia etdiyi kimi onun təyini baradə qəti nass olduğu baradə bir şey bilmirdi.


Abdullah ibn Səba və Şiəliyin üç əsası.
İlk öncə oxucuya bu tarixi şəxs haqqında məlumat vermək istərdik. İbn Əbil əl Hənəfi imam Təhəvinin “Əqidə” kitabının şərhində yazır: “Təhavi “Münafiqlərdən uzaq olun” dedikdə rafiziliyi yaradan münafiq və zındığı nəzərdə tutur.Bu adamın məqsədi İslamı məhv etmək,Peyğəmbər (s.a.s)-i alçaltmaq olub.Alimlər bunu belə izah edirlər:

Abdullah ibn Səba İslamı qəbul edib,onu hiylə və məkrlə məhv etmək istədi.O,İslama Pavelin Xristianlğa vurduğu zərbə kimi zərbə vurmaq istədi.İlk öncə o özünü təqvalı insan kimi görsətməyə çalışdı.Xeyrə dəvət edib,münkərdən çəkindirmək adı ilə o Osmanın xilafəti zamanı fitnə qaldırdı və insanları onu öldürməyə çağırdı.Sonra o Kufəyə gələrək Əlini ucaltmağa başladı.” (“Təhavi əqidəsinin şərhi” səh 420-421,Quraba 2002)
Molla Əliul Qari Hənəfi dedi: “Rafiziliyi yaradan şəxs münafiq və zındıq olmuşdur.O,İslamı məhv edib,Peyğəmbər (s.a.s)-i alçatmaq istəyirdi.Zahirən İslamı qəbul edərək, ibn Səba Pavel Nəsraniliyi təxrib etdiyi kimi dini içəridən hiylə ilə təxrib etməyə çalışdı. Özünü təqvalı adam kimi göstərərək,o xeyrə dəvət edib,pisliklərdən çəkindirirdi.O,Osmanın qətl edilməsi üçün əlindən gələni etdi.Sonra Kufəyə gələrək,o Əlini ucaltmağa başladı.Bunu eşidən Əbul Həsən onun qətlinə fərman vermişdi.” (“Şərhul fiqhul əkbər” səh 189-190)
Qədim şiə müəllifləri ”hər peyğəmbərin bir vəlisi olmalıdır” fikrini Abdullah ibn Səba tərəfindən ortaya atıldığını təsdiq etmişlər.

Şiənin mötəbər rical müəlliflərindən olan Kəşşi kitabında belə yazır:



"Bəzi elm adamları qeyd etmişlər ki, Abdullah ibn Səba yəhudi olmuş, sonra Islamı qəbul etmişdir. Əlinin tərəfini saxlamışdır.Yəhudi ikən, ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, İslam dinində olanda Rəsulullah (s.a.s)-ın vəfatından sonra Əli haqqında belə şeylər demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci adam olmuş, onun düşmənlərindən üz döndərmiş,ona müxalifətdə olanları aşkara çıxarıb kafirlikdə günahlandırmışdır.Buna görə də şiələrə müxalif olanlar demişlər ki,şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür." (“Rical əl-Kəşşi", səh 101, Iraq, Kərbəladakı "əl-Ələmi" müəssisəsinin çapı)
Öz dövrünün şiə şeyxi Həsən Musa Növbəxti "Firəq əş-şiə" (Şiə firqələri) kitabında yazır: “Abdullah ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir.O demişdir ki, bunu ona Əli əmr etmişdir. Əli onu danlamış, ondan bunu deyib-demədiyini soruşmuşdur.O öz dediklərini boynuna almış,Əli onu öldürməyi əmr etmişdir.Bunu görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin! İnsanlar arasında sizə Əhli eytə məhəbbət və sizin vilayətinizi, sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdullah Ibn Səba Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əlinin tərəfdarı idi. Yəhudi ikən Musadan sonra Yuşə ibn Nunun vəliəhd olduğunu dediyi kimi, müsəlman ikən də Peyğəmbər (s.a.s)-in vəfatından sonra Əli haqqında həmin sözləri demişdir. O, Əli (r.a)-nin imamlığının fərz olması sözünü açıq deyən birinci adam olmuş,onun düşmənlərindən aralanmış, müxaliflərini rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər: "Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür." Abdullah ibn Səbaya Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir: "Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki, o nə ölüb, nə də qətlə yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcəkdir." (Növbəxti "Firəq əş-şiə" səh 43-44; Nəcəf; "əl-Mətbəə əl-Heydəriyyə" nəşr. 1959)
Sədd ibn Abdullah əl Əşəri əl Qummi (İmam Həsən Əsgərinin yoldaşı olub) Səbailər haqqında deyir: “Səbaililər Abdullah ibn Səbaının davamçılarıdır.Ona yardım edənlər Abdullah ibn Hursi və İbn Əsvəd idi.Bunlar onun ən böyük səhabələri idilər.O,Əbu Bəkri,Öməri,Osmanı və digər səhabələri aşkarca tənqid,təhqir edən ilk insan idi.” (“əl Məqalət vəl firaq” səh 22,Tehran)
Muhəmməd Əbdül Kərim Şəhristani yazır: “İbn Səba Əlinin ilahi imaməti haqqında iddia edən ilk şəxs olmuşdur.” (Şəhristani “Dinlər və firqələr” səh 137,Moskva 1999)
Şiəliyin üç əsasının kökü bu yəhudiyə gedib çıxır.

Qeybə iman və imamın zühuru. (Racət)

Muhəmməd Rza Müzəffər yazır: “12 imama etiqad edən şiələrin əqidələrindən biridə zühura inamdır.Əhli beytdən gələn xəbərlərə görə Allah Təala bəzi ölülərə bu dünyaya yenidən ilkin halında olduqları kimi qaytaracaqdır.Onlardan bəzilərinə mükafat,bəzilərini isə rüsvay edəcəkdir.Allah əməlisalehlərin və məzlumların haqqını qaytaracaqdır.Bütün bunlar imam Mehdinin qiyamından sonra baş verəcəkdir.“ (“Əqidə məsələləri” “Zühur haqqında bəhs” fəsli)

Seyyid Şübbar yazır: “Bütün imamlar bu dünyaya yenidən qayıdacaqlar.” (“Şərhul ziyarətul camiə” səh 132)

Onlar həmçinin, inanırlar ki,12-ci imam 1000 il bundan əvvəl qeybə çəkilib və Qiyamət gününə yaxın zamanda yenidən qayıdacaqdır.


Məşhur şərqşünas Anri Masse şiələrin əqidələrini belə təsvir edir: “Şiələrin etiqadı aşağıdakı kimidir: “12 imam məsumdur,onların hər biri möcüzə göstərib,...onlardan hər biri öləndə yerinə vəliəhd təyin edib və bu Həsən əl Əsqəriyə qədər belə davam edib.Sonuncu imaməti oğluna vəsiyyət edərək deyib: “Bu Mehdi və zamanın sahibidir.” Bu uşaq Samarrada 869-ci ildə anadan olmuşdu.Orada mağara vardır və onların dediyinə görə onun qeybi (yoxa çıxması) baş vermişdir.Bu yeri şiələr ziyarət edirlər.” (“İslam” səh 140,Moskva,1963)
Əbu Zuhra yazır: “Bu firqənin etiqadına görə 12-ci imam anasının gözünün qabağında Samarra şəhərində ki,atasının evində zirzəmiyə girmişdir və artıq oradan qayıtmamışdır.” (“İslamda məzhəblər tarixi” (səh 57-58)
Şəhristani yazır: “Abdullah ibn Səbanın ətrafında bir qrup insanlar toplandı.Bu ilk firqə idi ki,racətə,qeyb olmağa və zühura etiqad edirdi.” (“Dinlər və firqələr” Şəhristani səh 137,Moskva 1999)
İnsanların dirilərək bu dünyaya qayıtmasına (racət) iman Allaha küfrdür.İmam Əbu Muhəmməd Həsən ibn Əli əl Bərbəhari (ö.329 il) deyir: “Bu dünyaya ölmüş adamların yenidən qayıtmasına (racət) iman bidət və Allaha küfdür.Buna kim inanarsa kimliyindən asılı olmayaraq o kafirdir və bunda şübhə yoxdur.Kim racətə və Əlinin ölməyib,yenidən dünyaya qayıdacağına inanarsa vəya bunları Muhamməd ibn Əli,Cəfər ibn Muhamməd haqqında söylərsə və onları ucaldıb,qeybi bildiklərini iddia edərsə,ondan uzaq ol.Onlar Allaha küfr etmişlər.” (“Şərhus sunnə” səh 102,məsələ 160)
Şeyx Əbdulqadir Ceylani öz zamanında rafizi və yəhudilərin bənzərliklərinə işarə etmişdir.O,yazır: “Xülasə olaraq,rafizilərin məzhəbi yəhudilərin məzhəbi kimidir.Rafizi və iələri sevmək,yəhudiləri sevmək kimidir.Yəhudilər dedilər ki,xəlifəliyə yalnız Davud nəslindən olanlar layiqdir.Rafizilər də iddia etdilər ki,xəlifəliyə yalnız Əli ibn Əbu Talibin nəslindən olanlar sahib olmalıdır.Yəhudilər dedilər ki,Dəccal gəlib,İsa zühur etməyincə cihad yoxdur.Rafizilər də iddia etdilər ki,Mehdi gələnə qədər və səmadan səs gələnə qədər cihad yoxdur.Yəhudilər axşam namazını ulduzlar çıxana qədər gecikdirirlər.Eyni ilə rafizilər də belə edirlər.Yəhudilər müsəlmanın qanını halal hesab edirlər,rafizilər də buna inanırlar.” (“Hunyətul talibin” səh 134,Çəlik nəşr.)
Şiələrin “racət” baradə etiqadlarını Muhəmməd Rza Müzəffər belə izah edir: “12 İmama etiqad edən şiələrin etiqadlarından biridə zühura inamdır.Əhli beytdən gələn xəbərlərə görə Allah Təala bəzi ölülərə bu dünyaya yenidən ilkin halında olduqları kimi qaytaracaqdır.Onlardan bəzilərinə mükafat,bəzilərini isə rüsvay edəcəkdir.Allah əməlisalehlərin və məzlumların haqqını qaytaracaqdır.Bütün bunlar imam Mehdinin qiyamından sonra baş verəcəkdir. “( “Əqidə məsələləri” “Zühur haqqında bəhs” fəsli)
Müctəhidlərin sonuncusu mühəddis Əllamə Muhəmməd Baqir Məclisinin “Biharul Ənvar”kitabında müstəqil bir fəsilin adını belə qoymuşdur. “İmamlar ölümlərindən sonra dünyaya yenidən qayıdacaqlar”
Əbu Abdullahdan: ”Mələklər Allahdan ona (yəni Hüseynə) kömək etməklərini istədilər. Onlara icazə verildi. Onlar savaş üçün hazırlaşarkən, o öldürüldü. Düşdülər aşağı. Onun müddəti bitmişdir. O öldürülmüşdür. Mələklər dedilər: “Ya Rəbb, bizə enməyə icazə verdin, kömək etməyə də icazə verdin, biz düşdük, ancaq sən onun ruhunu almışdın (yəni biz çata bilmədik)”.Allah onlara vəhy etdi ki, onu görənədək qəbrində qalsın. Çıxanda ona kömək edərsiniz. Ona kömək edə bilmədiyiniz üçün başqalarına ağlayın. Siz ona kömək etmək və ağlamaq üçün ayrılmısınız (seçilibsiz). Mələklər kədər və təziyyə ilə ona kömək edə bilmədikləri üçün ağladılar. O,çıxanda onun köməkçiləri olacaqlar”

(“Kafi” c.1, səh 472 “Mubahilə” 2005 il)


“Usuli Kəfi”-nin tərcüməçisi Tağızadə Elkiz, həmin səhifənin haşiyəsində qeyd edir: ”Hədisin son cümləsi “racat” (geri dönmə) məsələsinə işarə edir. Şiə məzhəbinın etigad kitablarında da yer alan təməl prinsiplərindəndir. Buna görə bəzi imamlar, bir grup mömim və kəfirlər qiyamətdən əvvəl dünyaya geri qayıdacaqlar. Beləliklə möminlərdə kəfirlərdən inriqam alacaqlar”
Seyyid Şübbar yazır: “Bütün imamlar bu dünyaya yenidən qayıdacaqlar.” (“Şərhul ziyarətul camiə” səh 132)
İmamiyyə bir çox ölünün Qiyamət günündən öncə təkrar dünyaya geri dönməsini məsələsində ittifaq etmişdir.Allah Təalanın sifətlərindən “bəda”-ın onun haqqında caiz olması məsələsində də ittifaq etmişlər.Həmçinin zəlalət rəhbərlərinin Quranın təlifi ilə əlaqəli bir çox məsələdə vəhyə və Rəsulullah (s.a.s)-ın sünnətinə müxalif olmaları məsələsində ittifaq etmişlər.” (Mufid "Əvəilul-məqalat" səh 48-49,Beyrut)
Seyyid əl Murtəza “əl Məsailun Nasiriyyə” kitabında Əbu Bəkr və Ömərin Mehdinin vaxtında bir ağaca çarmıxa çəkiləcəklərini,ağac əvvəl yaş ikən onlar asılandan sonra onun quruyacağını yazır.

(Mufid ”Əvailul Məqalət” səh 95)


Məclisi “Həqqul Yəqin”kitabında imam Baqidən rəvayyət edir ki, Mehdi zühur etdikdən sonra möminlərin anası Aişəni dirildəcək və ona hədd cəzası tətbiq edəcəkdir. (“Həqqul Yəqin” səh 247)
Məclisi Əbu Bəsirdən rəvayyət edir ki,Əbu Abdullah dedi: ”Ey Əbu Muhəmməd! Qaimi Səhlə məscidində yoldaşı və uşaqları ilə bigə görür kimiyəm.....Dedim ki,onun yanında zimmət əhli nə olur?Belə cavab verdi: ”Rəsulullah (s.a.s)-ın sülh bağladığı kimi o da onlarla sülh bağlar.Cizyə ödəmək məcburiyyətində qalır.Soruşdum ki,sizə düşmənlik edənlər kimlərdir? Dedi ki,xeyr,ey Əbu Muhəmməd.Bizə verilənlər baradə bizə müxalif olanlar bizim düşmənlərimizdir.Şübhəsiz,Qaim qiyam etdiyi zaman Allah onların qanını bizə halal etmişdir.Bu gün isə bizə də,sizə də haramdır.Kimsə səni aldatmasın.Qaim qiyam Allah,Rəsulu və hamımız üçün qisas alacaqdır.” (“Biharul Ənvar” 52/376)
Abdullah ibn Muğira Cəfər Sadiqin belə dediyini rəvayyət etmişdir: “İmam Mehdi gəldiyində Qureyşdən 500 adamı dirildər,sonra boyunlarını vurar və bunu 6 dəfə təkrar edər.Ravi ibn Muğira imamdan soruşdu: “Bunların sayı bu qədərdir?”

İmam Cəfər Sadiq buyurdu: “Bəli,bunlar onlardan və onların dostlarından olacaq.” (Şeyx Mufid “əl İrşad” səh 364)
Imam dedi: “Kim mutənin halal olmasına və racətə inanmarsa,o bizdən deyil.” (Kəşani “Safi”təfsiri,c.1,səh 347,İran)
Mühəddis Cəzairi yazır: “Qiyamət günündən öncə Peyğəmbər (s.a.s),Əli,Fatimə,Həsən,Hüseyn (r.a),az miqdarda səmimi möminlər və digər kafirlər həyata qaytarılacaqlar.”(“Ənvərun Numaniyyə” c.2,səh 87;Rəcat babı,İran nəşri)
Hindistanlı şiə Hüseyn Dəhləvi kitabında (səh 46) yazır ki,Qiyamətdən əvvəl bütün peyğəmbərlər qayıdacaq və Əliyə yardım edəcəklər.”

Məlumatsızları aldadıb,çaşdırmaları.
Şiəliyin istifadə etdiyi üslublardan biri də Şiə məzhəbi və Əhli Sünnət ilə əlaqəli şübhəli məsələləri araşdırmağa tələsən şiəliyin həqiqi simasını bilməyən məlumatsız müsəlmanları aldatmaqdır.Şiəliyi təbliğ edən belə kitablar yazır və onu müsəlman ölkələrində yayırlar.Misal olaraq,Murtəza Rədavinin “Məa ricalil fikr fil Qahirə” adlı kitabını göstərmək olar.Murtəza əl Hakəmi adlı alimləri də bu kitaba müqəddimə yazmış və onun müəllifini tərif etmişdir.Kitabın 21-ci səhifəsində o yazır:
“ Ustad ər Rədavi əqidə və tarixlə bağlı bir çox məsələləri mədəni və düşüncə sahibi olan bir qrup adamla fərqli şəkildə təhlil etmişdi.Bunun nəticəsində bəlli bir anlayış və yaxınlaşma səviyyəsinə çatmışdı.Mədəni insanlardan ibarət olan bir camaatla dialoq qurmuşdu.Sadəcə şiələrə yarayacaq sözlər deyib, izahlar verməklə “aldatmaca ifadələr” istifadə edərək bəzi məzhəbi məsələləri ortaya atmışdı.”

Misal olaraq o kitabın (səh 201-202)-da yazır: “İllər sonra mübarək Ramazan ayında Qahirəyə gəldim.Səhər tezdən ustadın evinə getdim.Məni mehriban qarşıladı və otağına dəvət etdi.Axşam iftar süfrəsinə qonaq dəvət etdi,mən də qəbul etdim…..Axşam onlara yollandım.O,məni qarşıladı və süfrə açılmış otağa dəvət etdi.Sonra əlində xurma olan boşqabda gəldi və mənə bir neçə xurma uzadaraq dedi: “Buyur,iftarını aç.” Mən xurmanı götürüb,süfrəyə qabağıma qoydum.Soruşdu: “Niyə iftar açmırsan?” Mən dedim: Allah Təala buyurub: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için.”

İndiki bu vaxta gecə deyilir? Üfüqdə qızartını göstərib dedim: “Biz imamiyyə şiələri bu vaxt iftar etmirik.Qızartının itməsi üçün bir neçə dəqiqə gözləyirik.Qızartı itəndən sonra iftar açmaq caiz olur.Biz sünni qardaşlarımıza təəsüf edirik.” Dedi: “Mən də sizinlə eyni fikirdəyəm.”
Axşam namazı və iftar etmənin vaxtı günəş batdıqdan sonradır.Əhli Sünnət təriqi ilə bunu təsdiqləyən bir çox səhih hədislər varid olmuşdur.Şiə təriqi ilə də bunu təsdiqləyən rəvayyətlər varid olmuşdur.

Şeyx Səduq imam Sadiqdən rəvayyətdə yazır: “Günəş gözdən itdiyi zaman iftar halal,namaz vacib olur.” (Səduq “Mən lə yəhduruhul fəqih”1/142, Tehran; Hurr Amili “Vəsailuş şia” 7/90)

Hurr Amili Zurarədən imam Baqirin belə dediyini rəvayyət etmişdir: “Axşam namazının vaxtı günəş diski qeyb olduğundadır.” (“Vəsailuş şia” 7/87)
Əbu Usamə əş Şəhhamdan rəvayyət edilir: “Bir nəfər Əbu Abdullaha dedi: “Ulduzlar çıxana qədər axşam namazını yubadımmı?” İmam dedi: “Sən Xəttabisən?..” (“əl Həqaiq fil cəvamil fəvaiq” 2/383,Beyrut)
Şeyx Səduq imam Əbu Abdullahdan rəvayyət edir: “Rəsulullah (s.a.s) axşam namazını qılardı.Onunla birgə ənsardan olanlar və Sələmə oğulları məhəlləsində olanlar da bu namazı qılardılar.Evləri yarım mil uzaqlıqda idi.Namazı qıldıqdan sonra isə evlərinə gedərlərdi.Evləri oxun düşdüyü məsəfədə idi və gözlə görünürdü. (“Mən lə yəhduruhul fəqih” 1/142)
Səduq eyni yerdə Zeyd əş Şahmdan rəvayyət edir: “Bir dəfə insanlar axşam namazı qılarkən Əbu Qubeys dağına çıxmışdım.Orada günəşin batmamış olduğunu gördüm.Günəş sadəcə dağın arxasında idi və insanlar tərəfindən görünmürdü.Sonra Əbu Abdullahla rastlaşdım və gördüklərimi ona dedim.Mənə dedi: “Niyə belə elədin? Etdiyin iş nə pis bir şeydir.Günəşin çıxması və batması haqqında nə bilirsənsə o sənə aiddir.İnsanların araşdırmasına ehtiyyac yoxdur.”
Şeyx Burucərdi “Camiu əhadisuş şia”-da Sahibud Dəamidən bunları nəql edir: “Əhli beytdən bizə nəql edildiyinə görə,onlardan rəvayyət edənlərdən bildiyimiz qədəri ilə bu baradə icma olmaqdadır ki,oruclunun iftar etməsini halal edən şey gecənin girməsi,günəşin qərb istiqamətində batmasıdır.Günəş kursu bu şəkildə üfüqdə qeyb olduğu zaman gecə başlamış sayılır və iftar etmək halal olar.” (“Camiu əhadisuş şia” 9/165)
Hurr Amili “Vəsailuş şia”-da yazır: “Hüseyn ibn Əbul Ərnədəsin imam Musa Kazımı Məscidi-haramda gördüyünü rəvayyət edir və deyir: “İmama aid olan zənci bir kölə ağ libasda əlində bardaq ilə imamın yanına gəldi.Müəzzin “Allahu Əkbər” deyincə qulluqçu bardağı doldurdu və imama verdi və o da içdi.” (“Vəsailuş şia” 7/91)

Şeyx Burucərdi bu rəvayyəti (9/166)-da zikr etmişdir.


Əbu Saleh əl Hələbi “əl Kafi əl fiqh” “Təyəmmüm” fəslində yazır: “Məğrib namazının vaxtı günəşin qeyb olmasıdır və bunun əlaməti şərqdə qızartının itməsindən sonra qaraltının yaranmasıdır.” http://www.al-shia.com/html/ara/books/kafi_halabi/a15.html
Şeyx Mufid “Muğniyyə” kitabında “Namazların vaxtları və əlamətləri” fəslində yazır: “Məğrib namazı üçün təyin olunmuş vaxt günəşin qeyb olması və onun əlamətləridir.”

http://www.u-of-islam.net/uofislam/maktaba/Fiqh/al-moqneaah/a93.htm


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin