Şiəlikdə olan rəvayyətlərdə isnadlar,onlarda olan ziddiyyətlər və ixtilaflar.
Bunu qəti olaraq qeyd etmək istərdik ki,şiəlikdə “məsumlar”dan varid olan elə bir rəvayyət,elə bir xəbər yoxdur ki,onu təkzib edən digər bir rəvayyət,xəbər olmasın. Şeyx Əbu Cəfər Tusi şiələrin dörd mötəbər kitabından biri olan “Təzhibul Əhkam” adlı kitabının müqəddiməsində belə yazır:
“Dostlarımız əshabımızın hədislərini və bu hədislərdəki ixtilaf,təzad və s.xüsusları mənimlə müzakirə etdilər.Məsələ o yerə çatır ki,hətta,anlaşılan bu olurdu ki, ittifaq ediləcək hər bir hədisin müqabilində onu nəhy edən və ona əks olan başqa bir hədis mövcud olurdu.Bu da müxaliflərimizin məzhəbimizə dil uzatmalarına ən çox səbəb olan xüsuslardandır.” (“Təhzib” səh 12)
İmami şiəsi olan seyyid Dildar Əli əl Ləknəvi “Əsarul usul”kitabının 51-ci səhifəsində yazır:
“İmamlardan sadir olan hadislər o dərəcədə ixtilaflıdır ki,hardasa hər bir hədisin müqabilində onu nəhy edən başqa bir hədis,üzərində ittifaq olunan bir hədisin qarşısında isə onun ziddi mövcuddur.Bu vəziyyət də bəzi məlumatı az olanların haqq inancdan dönmələrinə səbəb olmuşdur.”
Seyyid Haşim Məruf əl Hüseyni yazır: “...Kafi,”Vafi” və s.hədis məcmualarında olan hədislərin tədqiqatından sonra görsənir ki,qulatın və hidayət imamlarına qarşı kin duyanların imamların hədislərini bərbad etmək və adlarını qaralamq üçün etdiyi səylər nəticəsində hardasa heç bir bab qalmamışdır ki,orada təhriflər olmasın.” (əl Məvduat fil əsər vəl əxbər” səh 165,253, 1-ci nəşr,1973)
Əbu Cəfər Muhəmməd ibn Həsən ət-Tusi yazır: “Yunus adlı bir şiə ravisi demişdir: “İraqa gəlib orada imam Əbu Cəfərin əshabından bir dəstə ilə Əbu imam Cəfərin əshabından bir çox şəxs ilə görüşdüm.Onlardan hədis dinlədim və onların (hədis) kitablarını götürdüm və sonralar bu kitabları imam Əli ər-Rzaya göstərdim.O, isə bu kitablarda olan hədislərin əksəriyyətinin Əbu Abdullahın hədisləri olduğunu inkar etdi...”(“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 3/298, Tehran)
əl-Feyz ibn Muxtar da bundan şikayətlənərək imam Cəfərə deyir: “Sizin şiələriniz arasında olan bu ixtilaf da nədir? Mən Küfədə şiələrin məclislərində otururam və az qala onların hədislərinə şübhə edirəm.” İmam isə ona belə deyir: “Ey Feyz! Həqiqətən də insanlar bizim adımızdan yalan danışmağa çox həvəslidirlər.”(“Ricalul-Kəşşi” səh 347, “Biharul-ənvər” 2/246)
Feyz əl-Kaşani bundan şikayətlənərək demişdir: “Mən görürəm ki,bizim alimlər bir məsələdə iyirmi, otuz və daha artıq rəy ilə ixtilafa düşürlər.Əgər istəsəniz deyə bilərəm ki,istər əsas,istərsədə ikinci dərəcəli elə bir məsələ yoxdur ki,orada ixtilaf,fikir ayrılığı olmasın.”(“əl-Vafi” 1/9)
Şiə məzhəbinin şeyxi sayılan Tusi demişdir: “Hətta, sən şiə alimlərinin arasında olan ixtilafa fikir versən, görərsən ki, onların arasında olan ixtilaf Əbu Hənifənin, Şafinin və Malikin əshabı arasında olan ixtilafdan da çoxdur.”(“əl-Uddə fi usulil-fiqh”1/138)
Məmqani yazır: “Bizim indi şiəlik məzhəbinin zəruriyyətlərindən saydığımız göruşləri ilk dövr alimlərimiz ğuluv sayardılar və bununla ən etibarlı kəsləri ittiham edərdilər.” (“Tənqih əl-Məqal”, 3/23)
Növbəxtinin “Firəquş şia” kitabından:
Bu şiə alimi “Şiə firqələri” haqqında ilk kitab yazan muəlliflərdəndir.
“İmam Baqirin ölümündən sonra şiələr 2 firqəyə bölündülər.” (“Firəquş şia” səh 157)
“İmam Cəfər Sadiqin ölümündən sonra 6 firqəyə bölündülər.” (“Firəquş şia” səh 160)
“İmam Musa Kazımın ölümündən sonra 5 firqəyə bölündülər.” (“Firəquş şia” səh 169)
“İmam Əli ibn Musanın ölümündən sonra 5 firqəyə bölündülər.” (“Firəquş şia” səh 173-174)
“İmam Həsən Əsgərinin ölümündən sonra 14 firqəyə bölündülər.” (“Firəquş şia” səh 180)
“Əzhar”-ın bəzi əsas mənbələri təhrif etmədə günahlandırılması.
“Allahın xəlifəsi imam Əli” kitabının müəllifi Muhəmməd İbrahim əl Muvahhid əl Qəzvini kitabında yazır: “Qahirədə olan Əzhar universitetində ərəb dövlətlərindən birinin dəstəyi ilə bütün kitablar və qaynaqları ki,bunların başında “Səhih Buxari” gəlir,təkrar gözdən keçirmək məqsədi ilə gizli bir komissiya təşkil edildiyi xəbərləri gəlmişdi.Məqsədləri Əhli beyt əleyhissalamın fəzilətlərinə dair varid olan hədisləri və şiə məzhəbinin haqqlı olduğunu təsdiq edə biləcək dəlilləri mümkün olduğu qədər kitablardan çıxarmaq və təhrif etmək idi.Bu komissiya gizli fəaliyyət göstərirdi və bir çox qaynaq əsərləri müasir formada yenidən nəşr etdilər.Bu qaynaq əsərlərdə olan bəzi hədisləri və həssas söz və ifadələri təhrif etdilər. Məs: “Xəlifəm dostumdur” sözü və bənzərləri kimi….”
Əhli Sünnətin qaynaq kitabları keçmişdə də,günümüzdə də sünni vəya şiə hər kəsin əlində mövcud olmuşdur.Bunun dəlili isə keçmiş şiə alimlərinin kitablarında bu kitablara istinad etmələridir.Ona görə Allaha həmd olsun ki,bu qaynaqlar şiələrin ana qaynaqlarından fərqli olaraq,təhrif edilməkdən və orada dəyişikliklər edilməkdən uzaqdır.Şiə qaynaqları yaxın dövrə qədər yalnız şiə müəlliflərinin istifadəsində idi.Öz aralarında əldən-ələ dolaşdırar, başqalarından gizlədərdilər.
Bu iftira atan adam iddiasını isbat edəcək dəlillər gətirməmişdir.”Səhih Buxari”ni qeyd edərkən də harasında təhrif olunduğunu deməmişdir.Bu müəllif kitabında iftira və böhtan atmaq kimi alçaq sifətlərdən əl çəkməmişdir.Kitabının 212-ci səhifəsində Ömər Faruq haqqında pis ifadələr istifadə edir.O,belə bir rəvayyət yazır: “Qeys ibn Səid sıçrayıb, qılıncını çəkdi və Ömərin saqqalından tutaraq bağırdı: “Ey Həbəşli Səhhaq qadının oğlu!”
Bu Qəzvini rəvayyətin şərhində yazır: “Səhhaq Ömərin nənəsidir.Bu qadın fəsad əhlindən olduğu üçün Ömər onu başqalarına borc olaraq,verərdi.”
Qəzvini kitabının 93-cü səhifəsində azanda “Əliyyən vəliyullah” sözlərinin vacibliyindən və onun şiəliyin şüarı olmasından bəhs edir.Bu sözlərin qətiyyən tərk olunmaması,əks təqdirdə isə Allah və Rəsuluna asi olunacağını iddia edir.Halbuki,qədim şiə alimləri bu əməli görəni lənətləmişlər.
Şiə alimi Şeyx Səduq yazır: “Bu namaza çağırış olan düzgün,artırılmamış azanın formasıdır.Mufavidda (onlara lənət olsun) nassı təhrif etdilər və azana iki dəfə “Muhəmməd və Əhli beyti ən xeyirli məxluqdur” sözlərini əlavə etdilər.Onların bəzi xəbərlərində “Şəhadət edirəm ki,Muhəmməd (s.a.s) Allahın elçisidir” cümləsindən sonra iki dəfə “Əşhədu ənnə Əliyyən vəliyullah”artırılması vardır.
Heç şübhə yoxdur ki,Əli (r.a) həqiqətən Allahın vəlisidir və möminlərin əmiridir və heç şübhə yoxdur ki,Muhəmməd (s.a.s) və Əhli beyti ən xeyirli məxluqlardır.Lakin,bu azanın tərkib hissəsi sayılmır.” (“Mən lə yəhduruhul fəqih” 1/188; Tehran)
Həmçinin,şiəliyin əsas qaynaq kitablarında qəbir və onun üzərində olan tikililər (pir,ziyarətgah) baradə də qəti dəlillər vardır.Bunlardan bir neçəsini qeyd etmək istərdik.
Kuleyni və Hurr Amili Əbu Abdullahdan rəvayyət edirlər ki,İmam Əli (r.a) dedi: “Peyğəmbər (s.a.s) məni hündür qəbirləri və heykəlləri (bütləri) dağıtmaq üçün göndərmişdi.” (“Kafi” 6/528; Hurr Amili “Vəsailuş şia” 2/870)
Peyğəmbər (s.a.s) dedi: ”Mənim qəbrimi ibadət yerinə çevirməyin və onu qiblə halına salmayın.Allah Təala yəhudilərə peyğəmbərlərinin qəbirlərini ibadət yerinə və məscid halına saldıqları üçün lənət etmişdir.” (Şeyx Səduq “Mən lə yəhduruhul fəqih” 1/178,hədis 532; Məclisi “Bihar” 79/20)
Əli (r.a) dedi: “Mən Rəsulullah (s.a.s)-ın belə dediyini eşitdim.”Mənim qəbrimi bayram,mərasim keçirilən hala salmayın.Qəbirlərinizi məscidlərə,evlərinizi də qəbirlərə çevirməyin.” (Nuri Təbərsi “Müstədrək vəsail” 2/379, hədis 2240)
Hurr Amili “Vəsailuş şia” (2/869)-da Əli ibn Cəfərin belə dediyini rəvayyət etmişdir: “İmam Əbul Həsəndən qəbir üzərində bina tikmək və orada oturmaq baradə soruşdum.O,dedi: “Qəbir üzərində bina ucaltmaq,oturmaq,qəbiri bəzəmək və orada yazı yazmaq doğru deyildir.”
Bunlar sadəcə bir neçə nümunələr idi.
Dostları ilə paylaş: |