Şiəliyin gizli tərəfləri Ön söz


Şiə alimlərinin “dürüstlüyü”



Yüklə 1,08 Mb.
səhifə64/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
Şiə alimlərinin “dürüstlüyü”
Şiələrin bizim kitablardan gətirdikləri dəlilləri şərti olaraq,4 hissəyə ayırmaq olar.
1) Bariz yalan. Şeyx Muhəmməd adı ilə tanınan Hoca Nəsrullah əl Hindi deyir: “Onlar (şiələr) mövcud olmayan kitablardan səhabələri məzəmmət edən və şiələri tərifləyən rəvayyətlərə istinad edirlər.Bəzən onlar uydurma və yalan sözləri məşhur sünni kitablarına isnad edirlər.” (Nəsir əl Qifari “Usuluddin ində əimmətul ərba vahidətun” səh 77)
Sadə nümunə kimi onların sevimli hədisi.”Hər kim dövrünün imamını tanımadan ölərsə,o cahiliyyə ölümü kimi ölmüş olar.” Ayətullah Səid Fəqih Kamal İmani bu hədisi “Peyğəmbər və əhli beyt bağından güllər” kitabında (səh 218) hədis №400 olaraq nəql etmişdir.Bunu nəql edərkən o utanmadan rəvayyəti Buxarinin “Səhih” və Əhmədin “Müsnəd” kitablarına isnad etmişdir. Halbuki,bu mətnlə rəvayyət nə Buxarinin,nədə Əhmədin kitablarında mövcud deyil.Şeyx Albaninin dediyi kimi bu hədisin əsli yoxdur.
Saqaleyn hədisi. “Mən sizə iki qiymətli şeyi; Allahın kitabını və əhli beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.” Bu hədisi bir çox şiə alimləri yalandan imam Muslimin “Səhih” kitabına isnad edirlər.Misal olaraq, Seyyid Muctəba Musəvi Lari Bakıda 1996-cı ildə nəşr olunan “İmamət” kitabında (səh 42) nəql etmiş və isnad olaraq, ”Səhih” kitabına işarə etmişdir.Halbuki,bu mətnlə hədis “Səhih” kitabında yoxdur.
Bu müəllif möminlərin əmiri Ömər ibn Xəttaba iftira ataraq yazır: “O,sübh namazında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr etmişdir.” (səh 52)

İmam Əbu Davud “Sünən” (№500, №501) kitabında Muhəmməd ibn Əbdulmalik ibn Əbu Məxzurədən o atasından,o da babasından Peyğəmbər (s.a.s)-in ona azanı öyrədərkən,sübh namazı azanında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr etdiyini nəql edir.

Həmçinin,imam Nəsai Əbu Məxzurədən rəvayyət edir: “Mən Peyğəmbər (s.a.s)-in müəzzini idim.Sübh namazı zamanı “xilas olmağa tələsin” sözlərindən sonra “namaz yuxudan daha xeyirlidir” oxuyardım.Allah Əkbər,Allahu Əkbər.Lə ilahə illəllah.” (“Sünən” №643)
Bu sözlərin azanda olmasını təsdiqləyən Bilaldan varid olan hədis də vardır.Bunu ibn Macə “Sünən” №715-də nəql etmişdir.

Musəvi Larinin kitabında biz daha bir yalan nümunəsi görə bilərik.O,yazır: “Tirmizinin “Səhih” kitabında deyilir: “Suriyadan olan bir adam Abdullah ibn Ömərdən müvəqqəti nigah haqqında soruşdu. Ibn Ömər dedi: “Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdi?” İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə vermişdi.Sən Ömərin sözlərinə görə sünnədən dönəcəksənmi?” (“İmamət” səh 52-53)


Bu rafizilərin növbəti yalan və hiylələrindən bir nümunədir.Oxucunun diqqətinə Tirmizinin “Sünən” kitabında olan hədisi təqdim edirəm.

Əbd ibn Humeyd - Yəqub ibn İbrahim ibn Sadd – atasından - Saleh ibn Keysandan - ibn Şihabdan - Səlim ibn Abdullah Suriyalı bir adamın ibn Ömərdən həcc və ümrənin eyni zamanda edilməsi (təməttu həcci) haqqında soruşduğunu nəql edir.



İbn Ömər dedi: ““Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdimi?” İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə vermişdi.Bu halda atamın göstərişinə tabe olacaqsan,yoxsa Peyğəmbər (s.a.s)-in?” Suriyalı dedi: “Əlbəttə Rəsullahın!” İbn Ömər dedi: “Peyğəmbər (s.a.s) belə edərdi.” (“Sünən” №824,Həcc bölümü)
Onların digər yalan növü budur ki,bəzən şiə vəya şiə meyilli müəlliflərin kitablarından sitatlar gətirərək,fəxrlə bu müəlliflərin “möhtərəm sünni alimləri” olduqlarını deyirlər.Onlar şiə tarixçisi Məsudi,mötəzili-şiə ibn Əbil Hədiddən sitatlar gətirirlər.

“Nəhcul bəlağa” kitabının Əhli Sünnə arasında mötəbər bir kitab olmasını iddia edən şiələrə də rast gəlmişik.Bu kitab guya möminləri əmiri Əli ibn Əbu Talibin xütbələri,məktubları və kəlamlarının toplandığı bir məcmuadır.Şiə müəllifi ər Razi bunu Əli ibn Əbu Talibin vəfatından təqribən 300 il sonra qələmə almışdır və bu kitabda siz müəllifi Əli (r.a) ilə bağlayan heç bir ravi silsiləsinə rast gəlməzsiz.

Onların adlarla bağlı oynadığı çirkin oyunu qeyd etmək yerinə düşərdi. İmam əd Dəhləvi və onun yoldaşları rafizilərin insanları dində azdırmaq üçün ad və künyələrlə bağlı hiylələrini anlayan ilk şəxslər olmuşlar.Onlar deyirlər: “Rafizilərin hiylələrindən biri də budur ki, onlar Əhli Sünnət nəzdində etibarlı alimlərin adlarına baxırlar və əgər eyni ada və ya ləqəbə sahib olan şiə alimləri varsa həmin şiənin rəvayyət etdiyi hədisi o alimə nisbət edərlər. Əhli Sünnətdən bu barədə xəbərsiz olanlar elə düşünürlər ki, bu adam öz imamlarından bir imamdır.Buna görə də sözünü diqqətə alır və rəvayyətinə əsaslanırlar.əs-Suddi buna misaldır.Çünki, bu adda iki nəfər var. Onlardan biri əs-Suddi əl-Kəbir,ikincisi isə əs-Suddi əs-Sağirdir. əl-Kəbir (İsmail ibn Əbdurrahmən Suddi) Əhli Sünnətin etibarlı alimlərindən biridir, əs-Sağir (Muhəmməd ibn Mərvan Suddi) isə rəvayyət uyduran və yalan danışanlardan biridir və o, ifrata varmış bir rafizidir. Həmçinin, Abdullah bin Quteybə ifrata varmış bir rafizidir, Abdullah bin Muslim bin Quteybə (Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə öl.276) isə Əhli-sünnətin etibarlı alimlərindən biridir və “əl-Məarif” adlandırdığı bir kitab yazmışdır, həmin rafizi də bir kitab yazaraq (sünniləri) azdırmaq qəsdi ilə kitabını “əl-Məarif” adlandırmışdır.(Nasir əl Qifari “Usuluddin ində əimmətul ərba vahidətun” səh 69-70)
Şiələr ibn Quteybənin “İmamət və siyasət” kitabına tez-tez istinad edirlər. “Bu kitab müsəlmanların imamına deyil, şiə olan ibn Quteybəyə aiddir” (“Usuluddin ində əimmətul ərba vahidətun” səh 72-73)
Bundan bəlkə də daha çox imam Təbəri əziyyət çəkmişdir.Eyni dövr və eyni məkanda bu adda iki adam mövcud idi.Muhamməd bin Cərir bin Rustum ət-Tabəri rafizi və müsəlmanların imamı Muhəmməd ibn Cərir ibn Yezid ət Təbəri.

Onlar həmçinin,bənzər ad və künyələri olan sünnə alimlərindən hiylə məqsədi ilə də istifadə edirlər. Nümunə üçün ibn Hacər.Bu ad çəkildikdə ağla ilk öncə ibn Hacər əl Əsqalani gəlir.Şiə kitablarında belə bir ifadəyə rast gəlmək olur.”İbn Hacər nəql edib və rəvayyəti səhih görüb.” Halbuki,söhbət heç də əl Əsqalanidən deyil,”Səvaiq əl muhriqa”nın müəllifi olan ibn Hacər əl Heytəmidən gedir.Bu alim onun adaşı kimi şübhəsiz ki,hədis sahəsində mütəxəssis deyildi.

Belə hiyləni onlar imam Təbərinin misalında da tətbiq edirlər.Onlar ət Təbəri adını yazmaqla oxucuda elə təəsürat yaratmaq istəyirlər ki,söhbər məşhur təfsir alimi Əbu Cəfər Muhəmməd ibn Cərir ət Təbəridən gedir.Halbuki,qəsd olunan “Zəhair əl uqbə” kitabının müəllifi Muhibbə ət Təbəridir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin