Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Əfsanə janrının xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə13/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
Şifahi xalq ədəbiyyatı

17. Əfsanə janrının xüsusiyyətləri
Azərbaycan folkorunun ən populyar janrlarından biri əfsanələrdir. Əfsanələr özlərinin bir çox xüsusiyyətlərinə görə başqa janrlardan seçilir. Əfsanələr etioloji xarakter daşıyır. Yəni həyatda mövcud olanın yaranışından bəhs edir: Çoban susuzluqdan əziyyət çəkir. O, Tanrıdan su istəyir və bunun müqabilində Tanrıya qurban vəd edir. Tanrı su göndərir. Ancaq çoban vədinə əməl etmir. Tanrı onu və qoyunlarını daşa döndərir. Azərbaycanın müxtəlif bölgələrində çobana və qoyuna bənzəyən daşlar haqqında bu əfsanə söylənir. Azırbaycanın müxtəlif bölgələrində “Gəlin qaya” adlanan yer var. Bu barədə bir-birinə bənzəyən müxtəllif əfsanələr deyilir. Bu əfsanələrin birində deyilir: Gəlin başını yuyurmuş, birdən qaynatası (və ya qaynı) gəlir. Gəlin utandığından Tanrıya yalvarır ki, onu ya daşa, ya da quşa çevirsin. Tanrı onu daşa çevirir. “Gəlin qaya” belə yaranıb. Göründüyü kimi, əfsanə gerçəkliyin yaranış səbəbini (etiologiyasını) izah edir.
Hər hansı bir hadisənin etiologiyası miflərdə də var. Ancaq miflərdə etiologiya mifoloji zamanda və ya dünyanın yaranması zamanı (yaranış aktında) baş verir. Əfsanələrdə isə tarixi zamanda (dünya nizamının yaranmasından sonra) baş verir. Miflərin qəhrəmanı tanrılar, əfsanələrin qəhrəmanı yaranmışlardır.
Əfsanələrdə yaranış (etiologiya) çevrilmə (daşadönmə, ağacadönmə) və dəyişmə şəklində baş verir. Yuxarıda verilən əfsanələr çevrilmə ilə bağlıdır. Etiologiyanın dəyişmə şəklində isə hər hansı bir varlığın keyfiyyəti dəyişir: Quşlar başqa yerə köçmək üçün məsləhətə yığışdılar. Biri dedi ki, Allah qoysa uçarıq. Toyuq dedi: - Allah qoysa da, qoymasa da uçacağıq. Bu söz Allaha xoş gəlmədi. Toyuğun uçma qabiliyyətini əlindən aldı. O vaxtdan uça bilmir.
Çevrilmə və ya dəyişmə möcüzəli şəkildə-Tanrının və ya müqəddəslərin iradəsi ilə baş verir. Çevrilmə həm cəza, həm də mükafat kimi motivləşə bilər: Tanrı inancına xəyanət edən adamı (və ya ona məxsus qoyunları) və ya heyvanı cəzalandıraraq başqa bir əşyaya çevirir və ya onun hər hansı qabiliyyətini azaldır. Çevrilmə Tanrının mükafatı kimi də motivləşir: Tanrı qadının həyasını qorumaq üçün öz arzusu ilə gəlini qayaya çevirir.
Ən nəhayət əfsanələr informativ səciyyə daşıyır. Yəni bu tipli mətnlərdə hər hansı bir əşyanın yaranması haqqında məlumat verilir. Ona görə də əfsanələrdə dastan və nağıllardan fərqli olaraq poetik vasitələr olmur. Əfsanə süjetləri lakonik olur.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin