Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Rəvayət janrının xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə14/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
Şifahi xalq ədəbiyyatı

18. Rəvayət janrının xüsusiyyətləri;
Rəvayətlərdə də epik informasiya dastanlar və əfsanələrdə oluduğu kimi gerçək, olmuş hadisə kimi təqdim olunur. Ona görə də rəvayətin süjeti məntiqi düşüncəyə uyğun hadisə üzərində qurulur. Hər hansı janra aid xüsusiyyətin başqa janr qarıışması halı rəvayətlərə də xasdır. Bu cəhətdən rəvayətin içərisində möcüzəli ünsürlərin olması janrın təbiətini dəyişmir.
Əfsanələrdən fərqli olaraq, rəvayətlər əsas etibarilə, informativ mahiyyət daşımır. Burada əsas məqsəd hər hansı bir hadisəni nağıl etməkdir. Toponimik rəvayətlər (hansısa bir qalanın, kəndin, dağın, dərənin, körpünün və s. yaranması haqqında) informativlik baxımından əfsanələrə yaxınlaşır, ancaq rəvayətlərdə yaranma möcüzəli olmur. Bu yaxınlığına görə toponimik rəvayətlər əfsanələrlə rəvayətlərin arasında dayanır. Əfsanələrdən fərqli olaraq rəvayətlərdə didaktika (öyüd) geniş şəkildə özünü göstərir. Ancaq heç bir didaktik mahiyyəti olmayan rəvayətlər də az deyil.
Rəvayətlərin qəhrəmanı əsas etibar ilə, tarixi və dini şəxsiyyətlərdir. Ancaq sadə adamlar haqqında da rəvayətlər vardır. Qız qalası, Sara haqqında rəvayətlər ən tanınımış rəvayətlərdən sayılır.


19. Mifoloji əhvalat, mifoloji xatirə və xatirə janrı
Mifoloji əhvalat (mifoloji rəvayət) adı folklorşünaslıqda yenidir. Bu ad hal, cin və başqa mifoloji varlıqlarla insanların əlaqəsi haqqında mətnləri ifadə edir: Bir arvad bulağa gedir. Görür ki, bir arvad yuyunur. Bilir ki, hal anasıdı. Tez iynəni üstünə sancır, gətirir evə. Hal yalvarır ki, məni buraxın. Hala and içdirirlər ki, bizə toxunmasın. And içəndən sonra iynəni üstündən çəkirlər. Hal çıxıb gedir. Bu tipli mətnlərə folklorşünaslığımızda “mifoloji rəvayət” adı verilib və çap olunmuş müxtəlif folklor toplularında uyğun mətnlər bu başlıq altında gedib. Bu mətnlər rəvayət janrının bir növü kimi göstərilir. Ancaq bu mətnlər bir çox xüsusiyyətləri ilə rəvayət janrından fərqlənir:
1.Rəvayətlərdə hadisə uzaq keçmişdə baş vermiş hadisə şəklində söylənilir. Əhvalatlarda isə hadisə yaxın keçmiş zamanda baş vermiş hadisə kimi söylənilir.
2.Rəvayətdə söyləyici şəxsən tanımadığı adamlardan, onların həyatında baş verən hadisələrdən, əhvalatda isə söyləyici tanıdığı adamların həyatında baş verən hadisələrdən danışır.
3.Əhvalatlar məzmun (süjet) etibari ilə də rəvayətlərdən fərqlənir. Burada söyləyicinin tanıdığı insanla mifoloji varlıqların əlaqəsindən söz açılır.
Bəzi mifoloji rəvayətlər xatirə şəklində deyilir. Yəni söyləyici bir başa hadisəyə şahidlik edir və ya özünün başına gələn hadisə kimi nağıl edir. Belə mətnlərə “Mifoloji xatirə” adı vermək mümkündür. Dünya folklorşünaslığında “memorat” deyilən bir janrın da adı çəkilir. Bu mətnlərdə söyləyici özünün və ya tanıdğı adamın başına gələn hadisədən danışır. Bu janrı Azərbaycan türkçəsində “xatirə” adlandırmaq mümkündür. Xatirə mifoloji xatirədən fərqlidir. Mifoloji xatirələrdə insanla mifoloji varlığın əlaqəsindən söz açılır. Xatirələrdə isə qeyri-adi hadisələrdən yox, insan həyatının ən həssas anlarından söz açılır. Bu anlar etnik və mədəni baxımdan böyük anlam daşıyır. Bu xatirələr etnik mədəniyyətin ya təqdir, ya da inkar etdiyi hadisələr üzərində qurulur.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin