Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


“Kitabi Dədə - Qorqud”da bir boya aid qəhrəmanlar



Yüklə 110,53 Kb.
səhifə22/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Şifahi xalq ədəbiyyatı

33. “Kitabi Dədə - Qorqud”da bir boya aid qəhrəmanlar
“Duxa Qoca oğlı Dəli Domrul boyu” dastanın beşinci oğuznaməsidir. Bu boyun süjeti ölümlə mübarizə və can əvəzinə can vermə motivi üzərində qurulmuşdur.
Dəli Domrul adına uyğun olaraq heç bir nizama, qaydaya əməl etməyən igiddir. O, quru çayın üzərində bir körpü qurub keçəndən “otuz üç aqça”, keçməyəndən “qırx aqça” alır. Bir gün o, bir igidin öldüyünü görüb ölüm mələyinə meydan oxuyur. Əzrayılla savaşda məğlub olur. O, Tanrıya yalvarıb diləyir ki, onun canını özü alsın. Bu söz Tanrıya xoş gəlir. O, Domrulu canının əvəzinə can verməsi şərti ilə bağışlayır. Domrulun atası və anası canlarını övladlarına vermirlər. Xatunu öz canını Domrulun canı ilə əvəz etməyə razı olur. Ancaq Domrul onları birgə öldürməsini və ya sağ saxlamasını diləyir. Bu söz Tanrıya xoş gəlir. Tanrının buyruğu ilə onlara yüz qırx il ömür verilir. Atasının və anasının canı isə alınır.


34. “Kitabi - Dədə Qorqud”da Dədə Qorqud (epik personajın funksiyaları)
Dədə Qorqud elin ağsaqqalıdır. O, müdrik bir şəxsiyyətdir: elin çətin işlərini həll edir. Bütün məsələlərdə onunla məsləhətləşirlər, gələcəkdən xəbər verir, oğuz igidlərinə ad qoyur və nəhayət, onların şərəfinə oğuznamələr qoşur.
O, Buğaca, Bamsı Beyrəyə, Basata ad qoyur, onların onların şəninə boy boylayır, bəzən Bayandır xana da məsləhətlər verir. Bayat soyundan olan bu müdrik qoca həm də ozan və el aşıqlarının ümumi obrazıdı


35. Bahadırlıq nağılları süjeti üzərində qurulan oğuznamələr
Bütün türk qəhrəmanlıq dastanları kimi, oğuznamələrin yaranmasında arxaik bahadırlıq nağıllarının rolu böyükdür. Araş­dırmalara görə, bahadırlıq nağılları arxaik folklorun janr­la­rındandır və qəhrəmanlıq dastanları öz başlanğıcını, əsas etibarilə arxaik bahadırlıq nağıllarından götürür. Bu baxımdan V.Y.Proppun, E.M.Meletins­kinin, V.M.Jirmunskinin, S.Y.Nek­lyudovun araşdırmaları xüsusi əhəmiyyət daşıyır. Adı çəkilən araşdırıcılar problemi öy­rə­nərkən, əsas etibarilə, müasir qəhrəmanlıq dastanları ilə arxaik bahadırlıq nağıllarını tutuşdurur­lar. Ancaq müasir das­tan­lardan çox-çox qədim olan oğuznamələrin arxaik baha­dırlıq nağılları ilə əlaqəsi daha aydın şəkildə görünür.
Məlum olduğu kimi, bahadırlıq nağıllarının süjet quru­luşu igidcəsinə evlən­mə, yad tayfalarla müba­rizə, eləcə də qan düşmənçiliyi kimi mövzuların təsviri əsasında formalaşmışdır. Oğuznamələrdə də biz bu mövzular üzərində qurulan süjetlərlə qarşılaşırıq. Oğuznamələr içərisində Bamsı Beyrək boyu və Qanturalı boyunun süjeti tipik bahadırlıq nağılı süjetidir. Hər iki oğuznamənin süjeti igidcəsinə evlənmə üzərində qurulmuşdur.
Oğuznamə süjetlərinin bir çoxu “yad tayfa” ilə mübarizə mövzusu üzərində qurulmuşdur. Belə oğuznamələrin bir ço­xun­­da qəhrəman düşmən əsarətində olan yaxınlarını xilas edir. Sərəng haqqında oğuznamə, “Salur Qazanın evinin yağmalandığı boy”, “Qazılıq qoca oğlı Yegnək boyı”, “Uşun qoca oğlı Səg­rək boyu”, “Salur Qazan tutsaq olıb oğlı Uruz çıqardığı boy” bu qəbildəndir. Oxşar süjet quruluşu müasir türk, eləcə də mon­qol xalqlarının dastanları üçün də səciyyəvidir.
Oğuznamə arxaik bahadırlıq nağıllarına xas olan qan düşmənçiliyi mövzusuna da laqeyd qalmayıb. Bizə məlum olan oğuznamələrdən ikisi qan düşmənçiliyinə həsr olunub. Qan düşmənçiliyi haqda ikinci oğuznaməylə biz “Kitabi-Dədə Qorqud”da qarşılaşırıq. Söhbət “Kitab”dakı XII Oğuznamədən gedir. Ancaq bu oğuznamədə Bey­rəyin xaincəsinə öldürülməsi Bozok boyları ilə Üçok boy­la­rının qarşıdurması ilə nəticələnir. Yəni qan düş­mən­çiliyini “vətəndaş müharibəsi” səviyyəsinə qaldırır.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin