Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Nağıl janrının xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə23/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
Şifahi xalq ədəbiyyatı

36. Nağıl janrının xüsusiyyətləri
Həcm etibarilə epik folklorun ikinci böyük janrı nağıl və ya qara nağıldır. Ərəb mənşəli bu söz dilimizdə “söyləmək”, “danışmaq” fellərinin sinonimi olaraq “nağıl demək” şəklində də işlənir. Nağılın şifahi təhkiyə şəklində deyilən epik folklorun janrı olması onun adında da ifadə olunur.
Nağılları epik folklorun başqa janrlarından fərqləndirməyə çalışan araşdırıcılar nağılların fərqləndirici nişanələrini aşağıdakı şəkildə sıralayır.
1.Dastanlardan fərqli olaraq nağıllar qeyri-müəyyən zamanda və qeyri-müəyyən məkanda baş verir. Bəzi nağıllarda müşahidə olunan və məkan konkretliyi şərti səciyyə daşıyır. Nağılların bu cəhəti giriş formulunda da əks olunur: “Biri var idi biri yox idi, Allahdan başqa kimsə yox idi, bir məmləkətdə bir padşah var idi”.
2.Nağıllarda məzmun gerçəklik kimi təqdim olunmur. Burada qeyr-adi, həyatda olmayan, möcüzəli hadislərdən bəhs olunur. Nağılda bəhs olunan hadisələrin gerçəkliyinə nə ifaçı, nə də auditoriya inanır. Söyləyicinin nağılın girişində işlətdiyi pişrovlar auditoriyanı nağılın uydurma məzmununa hazırlayır. Nağılın poetik sistemi məhz uydurma və ya fantastika üzərində qururlur. Uydurma və fantastika başqa janrlarda da var. Ancaq nağıldakı fantastika başqa janrlardan seçilir.
3.Nağılların özünəməxsus süjet tərkibi mövcuddur. Bu süjetlər başqa janrlar (dastan, rəvayət) içərisində olsa da, onların nağıl süjeti olduğunu müəyyən etmək heç bir çətinlik törətmir.
4.Nağıllar kompozisiya, üslub xüsusiyyətlərinə görə epik folklorun başqa janrlarından seçilir. Onun özünəməxsus poetik formulları var.
5.Nağıl əyləndirmə funksiyası daşıyır. Auditoriya nağılın onlara bəxş etdiyi estetik gözəllikdən həzz alaraq əylənir. Bununla yanaşı, nağıl həm də didaktik funksiya daşıyır.


37. Nağılların təsnifi
Nağılların təsnifatı haqqında fikirlər müxtəlifdir. Folklorşünaslar nağılların bölgüsünü müxtəlif prinsiplər əsasında apardıqlarından ortaq məxrəcə gələ bilməmişlər.
Yusif Vəzir Çəmənzəminli "Azər­baycan nağıl­la­rı­nın əhval-ruhiyyəsi" adlı məqaləsində nağılları üç qrupa bölür:
1.Zər­düş­ti­lik fəlsəfəsi ilə bağlı nağıllar 2.Tarixə yanaşan nağıllar 3.Cocuq nağılları
Müəllif bu zaman hər başlıq altında nağılların motiv və süjet tərkibi haqqında öz mülahizəsini irəli sürür. Daha sonra Hənəfi Zeynallının verdiyi təsnifatda isə nağıllar mövzusuna görə 6 qrupa bölünür:
1.Heyvanlar haqqında nağıllar 2.Əsl nağıllar mənasında olan fantastik nağıllar 3.Yaşayışdan alınan nağıllar 4.Qaravəllilər 5.Rəvayətlər və tarixə qarışan nağıllar 6.Təkərləmələr.
H.Zeynallı da öz bölgüsü zamanı nağılların süjet və motiv tərkibi haqqında fikirlərini bildirmişdir. Sovet dövrü folklorşünası M.Təhmasib nağılları Heyvanlar haqqında, Sehrli, Tarixi, Məişət nağılları olaraq 4 başlıqda böldüyü halda, Müstəqil dövrümüzün folklorşünasları Oruc Əliyev və Füzuli Bayat Heyvanlar haqqında, Sehrli və Məişət nağılları başlıqlarında vermişdir. Azərbaycanda ilk dəfə nağılların süjet kataloqunu tərtib edən İlkin Rüstəmzadə isə öz araşdırması zamanı nağılları səkkiz qrupda birləşdirmişdir. Heyvanlar haqqında, Sehrli, Dini, Novellavari nağıllar, div (şeytan) haqqında nağıllar, Lətifəvari nağıllar, Zəncirvari nağıllar, Bahadırlıq nağılları, Qaravəllilər, Rəvayətlər və tarixiləşən nağıllar, Təkərləmələr. Bu bölgü zamanı qabardılaraq göstərilən digər nağıl növləri əsas üç başlıqdan törəmələrdir.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin