yerə qoyur və dərhal da içəri girən zabitə irad tutur: – Axı sizə öyrədiblər ki, ingilis ordusunda
əsgəri salam hansı qaydada verilir... Küçədə olsaydınız, bu yaddaşsızlığınıza görə bir güllə
qazanardınız!
Səba yerindən qalxıb, Fərzaniyə müraciət edir:
– Belə bir müdrik kəlam var: lənglik tərəddüdün doğma anası, uğurunsa ögey anasıdır. Odur ki,
gələcəyə doğru irəli!
Tələsik pillələri enir. Onun ardınca iki əsgər Fərzanini qabaqlarına qatıb aparır. Dinməz-
söyləməz bağın bağlı qapısı önünə çatırlar.
– Burada biz sizinlə vidalaşacağıq, ağaye Fərzani. Özü də ümid edirəm ki, uzun müddətə. – Səba
başı ilə unter zabitə işarə edir və o, cibindən qandalları çıxarıb, Fərzaninin sağ əlini qapının iri
mis dəstəyinə qandallayır. – Dostumuz general Əmiraslanov bəlkə də 92 haqlı deyildi. Bayaq
iddia edirdi ki, siz artıq ona fayda verə bilməzsiniz.
İndi başa düşəcək ki, belə nəticə çıxarmaqda tələsib: çünki sizin sayənizdə ona agah olacaq ki,
Pəhləvidə mən ingilis zabiti formasında gəzirəm. Bu xəbər müqabilində o, heç şübhəsiz, sizi
qandallardan azad edər.
– Yalvarıram, sizə, inanın ki, mən ona heç bir söz deməyəcəyəm.
And içirəm...
Səba onun sözünü ağzında qoyur:
– And içməyə ehtiyac yoxdur, əzizim ağaye Fərzani. Buna nə hacət? Bir də ki, mən tədbir
görmüşəm, Əmiraslanovla görüşən zaman siz tamam başqa şey barədə danışasız. Çünki əbəs
yerə deməyiblər ki, deyilənə inan, ancaq bir qiymətli əşyanı da götür girov saxla. Bağın
qapılarını ağaye Fərzaninin üzünə açın!
74
Unter zabit itələyib, bağın qapısını taybatay açır. Orada gömgöy otların üstündə süngü ilə qətlə
yetirilmiş adamların meyitləri səliqə ilə yan-yana uzadılıb: Fərzaninin arvadı ilə oğlu, aşpaz,
dalandar, nökər və qulluqçular.
Səba bir müddət qandallardan qurtulmaqçün çırpınan Fərzaniya məşum məmnunluq hissi ilə
baxıb, cəld çıxır. Üzərində İngiltərə bayrağı dalğalanan maşınlar yerlərindən qopub sürətilə
sahilə doğru şütüyürlər.
Qarşıdan eyni sürətlə sovet əsgərləri ilə dolu maşınlar gəlib keçir. “Müttəfiqlər” sürəti
azaltmadan bir-birini salamlayıb aralanırlar.
Pəhləvi tərəfdə Xəzərin sahili.
Sovet və ingilis əsgərləri Səbanın dəstəsini axtarır. Əmiraslanovla Fərzani maşınla gəlirlər.
Fərzani düşmür. Heç bir məna ifadə etməyən nəzərlərini harasa irəli zilləyib. Oturacağa
yapışıbmış kimi yerindən tərpənmir. Zabitlərdən biri qaçaraq özünü yetirir və həyəcanla raport
verir.
– Yoldaş general, havadan kəşfiyyat nəticəsində, iki “Yunkers” hidrotəyyarəsi gizlədilən buxta
aşkar edilmişdir. Lap yaxınlıqdadır, 5 kilometrlik məsafədə. Yəqin qaranlığın düşməsini
gözləyirlər.
Əmiraslanov Fərzaniyə sarı dönür. O, başını bulayır:
– Orada olmaz. Havadan görünməsi mümkün olan hidrotəyyarələrə Səba heç yaxın düşməz.
Əmiraslanov səbirsiz halda zabiti maşına dəvət edir. Maşın sürətlə yerindən götürülür.
– Onların uça bilməməsi üçün tədbir görmüsünüz?
– Xətrimə dəyirsiz, yoldaş general, – deyə zabit nizamnaməyə qətiyyən uyğun olmayan bir
tərzdə cavab verir. – Buxtanın çıxışını möhkəm bağlamışıq. Havadan və sahildən daimi
müşahidə aparılır.
Heç quş da səkə bilməz!
– Quş bir yana, təyyarənin həndəvərində adam-zad gözünüzə dəyib eləməyib ki?
– Heç kəs yoxdur. Səsgücləndirici vasitəsilə bir neçə dəfə təslim olmağı təklif etmişik.
Təyyarələrdən heç bir cavab verən olmayıb.
Təyyarələrin üstünə çəkilmiş nazik tor və onun üzərinə addabudda səpilmiş “yarpaqlar” hətta ən
yaxın məsafədən belə, ilk baxışdan sahildəki meşəliyin davamı kimi görünür.
– Təyyarəçilərin dediyinə görə, aşkar edildikləri vaxt hidrotəyyarələr artıq uçuşa hazır imişlər, –
onları qarşılayan mayor buxtanı binoklla seyr edən Əmiraslanova məlumat verir.
– Nəyə əsasən belə deyirlər?
– Hava haqqında radio ilə verilən məlumatda qasırğa gözlənildiyi elan edilsə də, təyyarələr bütün
bərkidici qurğulardan açılıb.
75
Bundan əlavə, suya oturma dərinliyi göstərir ki, onların yanacaq bakları ağzınadək doludur.
Texniki təlimata əsasən isə, uçuşa iyirmi dəqiqə qalana qədər dolu yanacaq bakı ilə su üzündə
dayanmaq qadağandır. Çünki bu zaman təhlükəli deformasiya riski yaranır.
– İnandırıcı deyil, – Əmiraslanov fikirli-fikirli soruşur: – Fikriniz nədir?
– Desant qrupu əməliyyata hazırdır. Katerlər təyyarələrə quyruq tərəfdən yaxınlaşacaq. Bu növ
təyyarələrin həmin hissəsi nisbətən təhlükəsizdir, hətta həmin hissəyə “ölü nöqtə” deyirlər.
Hücuma keçməyə icazə verirsiz?
Sanki beynindən keçən xoşagəlməz fikirlərə cavab olaraq, Əmiraslanov narazı halda çiynini
çəkir:
– Görünür, başqa çıxış yolu yoxdur. Başlayın.
Öz arxalarınca sulu yelpazələr açaraq, katerlər irəli cumurlar.
Buxtanın girişindən – dar boğazdan keçən kimi, onlar bir-birindən aralanır və buxtanın bütün eni
boyunca kəskin dövrə vurub, eyni vaxtda təyyarələri dövrəyə alırlar.
Sahildən aydın görünür: hücum qrupunun əsgərləri təyyarələrin illimunatorlarından boylanaraq,
içəridə heç kəsin duyuq düşmədiyini yəqin etdikdən sonra trapla yuxarı qalxırlar. Təyyarənin
qapısı bağlı deyilmiş.
– Saxlayın onları, – deyə Əmiraslanov qəflətən çığırır: – Hanı səsgücləndirici?!
Elə bu anda bir-birinin ardınca iki güclü partlayış gurlayır. Az qala səmaya yüksələn iki nəhəng
su sütunu yavaş-yavaş endikdən sonra da, dənizin ağappaq köpüklə örtülmüş səthi hələ uzun
müddət qaynayır.
Sıldırım sahilə çırpılıb geri qayıdan dalğalar sanki baş vermiş bu faciədən fəryad edir və artıq
məzara çevrilmiş adsız buxtadan baş götürüb qaçırlar. Məruz qaldıqları amansız bəla qarşısında
öz gücsüzlüyünü dərk edən adamlar isə nə edəcəklərini uzun müddət kəsdirə bilməyib, ta
qaranlıq düşənədək sahildə qalırlar.
Əmiraslanov Fərzani ilə vidalaşır.
– Sizə bir köməyim dəyə bilsəydi, çox şad olardım, – o, son üç sutkada saçları əməlli-başlı
ağarmış Fərzaninin halına ürəkdən acıyır.
– Mənə yalnız o bir Allah kömək edə bilərdi – bir qəfil ölüm göndərsəydi. Ancaq Xuda bunu
istəmədi. Müdrik Yaradan ölümü bir müddət məndən uzaqlaşdırmaqla, mənə ağır düşüncələrə
dalmaq üçün vaxt, bir də məqsəd əta elədi. İndi mən bir şeyi dəqiq bilirəm: Səbanı öz əllərimlə
qanına qəltan etməyincə, nə o dünyada, nə də bu dünyada rahatlıq tapa biləcəyəm, – deyə
Fərzani sakit bir qətiyyətlə cavab verir. – Yəqin fikirləşirsiz, dərd mənim ruhumu elə sarsıdıb ki,
özümə mənasız arzularla təsəlli verirəm.
Əmiraslanov:
– Mən başa düşmürəm sizi. Ancaq nə gizlədim, ağaye Fərzani, sizin bu arzunuz mənə çox
dumanlı görünür, – o, Fərzaninin qəlbinə dəyməmək üçün yumşaq tərzdə sözə başlayır. – Səbanı
76
tapmaq cəhdlərimiz bir nəticə verməyib. Çox güman ki, o, indi İranda deyil. Yəqin artıq
Almaniyadadır, yaxud da sizinlə mənim əlimiz çatmayan başqa bir yerdədir.
– Tapacam onu. Müharibədə Almaniyanın qələbə çalmaq şansları gündən-günə artır. Bircə ay
ərzində ölkənin bütün Qərb hissəsini ona təslim etmisiz. Bu, hələ başlanğıcdır. Bir-iki günə
Leninqrad da süqut edəcək. Onlar qarşısıalınmaz bir qüvvə ilə addım-addım Moskvaya
yaxınlaşırlar...
– Bu yerdə böyük Şah Abbas Səfəvinin kəlamı yada düşür:
Qanlı döyüşlərdəki parlaq qələbələrdən sonra qəlbinizi oxşayan sərməstlikdən qorxun. Çünki
savaş meydanındakı məğlubiyyət onu acı kədərə – insan qəlbi üçün həqiqətən öldürücü sayılan
zəhərə çevirir, – deyə Əmiraslanov nəzakətli bir təbəssümlə xatırladır.
– Mənim möhtərəm dostum sözlərimi düzgün yozmadı. Bu da məni Almaniyanın qələbələri
qədər məyus edir. Axı mən bu zəfərlərdən ona görə söz açdım ki, niyyətimdən dönməyim, daha
möhkəm olum. Hadisələr ki, belə gedir alman qoşunları mütləq Şimaldan Qafqaza soxulacaqlar.
Və o zaman haradasa – Allah-təalanın özünün qabaqcadan müəyyən etdiyi yerdə mən Səba ilə
görüşəcəyəm.
– Xoşbəxtlikdən, bu, qeyri-mümkündür, – Əmiraslanov gözucu saatına baxır. – Çünki o
görüşdən beşcə dəqiqə sonra sizi güllələyərlər.
– Mənə bircə dəqiqə lazımdır. Yalnız birinci dəqiqə. Yox, sizdən xahiş edən deyiləm ki, məni
özünüzlə aparasız. Siz razılaşsanız belə, bunun heç bir mənası yoxdur. Başqa bir yol tapmışam:
müttəfiqlər gələndən sonra milliyətçilər alayı Türkiyə sərhədinə qaçıb. Sabah dağlardan
Türkiyəyə, oradan isə Almaniyaya keçəcəklər ki, sonradan Bakıya hücum edəcək qoşunlarla
birləşsinlər.
Onlarla gedəcəyəm.
Əmiraslanov şübhəsini gizlətmədən Fərzaniyə baxır:
– Əminsiniz ki, onlar sizi qəbul edəcəklər? Şəxsən mən əmin deyiləm. Üstəlik də onlar düşmən
əhval-ruhiyyəli kürdlərin ərazisindən keçib getməlidirlər. Sizin yaşınızda...
– Qəbul edərlər, – Fərzani tələsmədən onun sözünü kəsir.
– Eşitsələr ki, vətənpərvər və onlarla həmfikir olmağım bir yana, hələ üstəlik Ankarada ya da
İstanbulda otuz min dollar pul da verməyə hazıram, oynaya-oynaya qəbul edəcəklər. Bax, bu
pullar mənim dağları aşmağımı da asanlaşdıracaq.
Lida ilə Kamil Sahil küçəsindəki evin pillələrini qalxırlar.
– Baxarsan, səni görəndə nə qədər sevinəcəklər. Neçə gündür ki, səbirsizliklə gözləyirlər, – hiss
olunur ki, Kamilin kefi kökdür.
– Doğrudan?
– Bəs necə?! Sən mənim valideynlərimi hələ tanımırsan. Məndən çoxdan narazıdırlar ki, bu yaşa
çatmışam, ancaq hələ heç kəslə ciddi görüşüm-filanım olmayıb.
77
– Bəs qeyri-ciddi? Yəqin xatırlamalı çox şey var! – deyə Lida qəsdən incik əda ilə soruşur.
– Səndən nə gizlədim: son üç ildə heç nə... İş belə gətirib! Gör, məsələ nə yerə çatıb ki, kiçik
qardaşımı mənə misal çəkirlər. Bax, buna görə də bilirəm ki, bizi, yəni səni görəndə çox
sevinəcəklər.
Odur ki, əzizim, hər şey sadə və aydındır, elə deyil?
– Hə, hə, elədir. Sadədən sadədir, – deyə Lida təsdiq edir. Bir azdan elə bu binanın qarşısında bir
fayton dayanır. Əbülfəz faytondan sürüyə-sürüyə yekə bir çamadan düşürür.
– Bəs pul? – Faytonçu arxasınca çığırır.
– adama kömək eləmək heç yadınıza düşmür. Hamınızın fikrinizdəki bircə elə puldur! –
Çamadanı səkinin üstünə qoyub, faytonun yanına qayıdır. – Nə qədər verməliyəm? Nə-ə?! – Əli
ilə dənizdə görünən iri sərnişin gəmisinə işarə edir. – Görürsən? Bu qədər pula mən bazardan
paroxodla gələrdim. – Ovcunda saxladığı əzik-üzük əskinası ona uzadır. Artığı da sənin olsun...
Nə var, nə üz-gözünü turşutmusan, limon-zadam səninçün? Başa düş, bu çamadanda nə
apardığımı sənə deyə bilmərəm. Bilsəydin, lap havayı aparardın, üstəlik sevinərdin ki, canını
yaxşı qurtarmısan!
– Sən Allah, de! Verdiyin pulu da qaytarram. Kibrit alarsan özüvə – yarım qutu düşər, – faytonçu
yuxarıdan-aşağı Əbülfəzi səsləyir. O isə saymazyana tərzdə əlini yelləyərək, çamadanı binanın
giriş qapısına tərəf sürüyür. – Əh, demirsən, demə! Ancaq qumbara, bomba aparırsansa, özüvə
qismət olsun!
Kənardan bu söhbətə diqqətlə qulaq asan qollarına qırmızı bağlamış üç nəfər növbətçi patrul
Əbülfəzə yaxınlaşırlar:
– Vətəndaş! Vətəndaş! Çamadanı açın!
– Vaxtım yoxdur, vaxtım yoxdur, – Əbülfəz tələsik cavab verib, əlindəki çamadanla cəld bloka
soxulmaq istəyir. – Vacib işim var, sizə görə gecikə bilmərəm. – Elə bu vaxt dəstənin böyüyünü
tanıyır və dərhal da özündən çıxır. – Bura bax, sən mənə nə vermisən, ala bilmirsən? Gah
vağzalda ilişirsən, qohum-qardaş yanında biabır eləyirsən, gah da gündüzün günorta çağı axtarış
aparmaq istəyirsən!
Pah, məni axtaracaq! Bəlkə atam atova borcludur, xəbərim yoxdu?
Nə yapışmısan yaxamdan! Əl çək məndən, get işinlə məşğul ol.
Mədənlərdə, zavodlarda adam çatışmır. Səhərdən-axşamacan küçələri veyllənməkdən
bezməmisən? Hələ üstəlik namuslu vətəndaşlara ilişirsən?
– Milisə düşmək istəmirsənsə, çamadanı aç, – deyə növbətçi gözlərini bərəldib, əmr edir.
– Hə, bax! Razı qaldın? – Çamadanı asıb soruşur.
– Bu nədir belə? -Növbətçi çaşqın halda qaşlarını qaldırıb, çamadanın içinə baxır. – Bizə
məlumdur ki, siz içində gizli yük olan çamadan gətirmisiz. Özünüz faytonçuya dediniz ki, sirri
78
açmağa ixtiyarım yoxdur. Ancaq bizə – o, “bizə” sözünü xüsusi vurğu ilə tələffüz edir. – Bunun
nə olduğunu deməlisiniz. İstəyirsiz, çəkilək bir qırağa, təklikdə deyin.
– Siz ki, faytonçu deyilsiz, sizə deyərəm. Bu, kaustik sodadır, qətiyyən gizli bir şey deyil, əksinə
faydalıdır. Müharibə başlayandan sonra ondan “ifşaedici” deyilən preparat buraxmağa
başlayıblar.
Sənəd-mənəd yoxlamağa ehtiyac qalmır, üçcə dəqiqənin içində namuslu adamı alverçidən,
sabotajçıdan çox asanlıqla ayırmaq olur.
Bu sözləri eşidəndə Əbülfəzlə patrulları dövrəyə almış işsizgücsüz küçə avaraları arasından iki
nəfər ayrılıb, arxaya belə baxmadan tələsik əkilir.
– Əmi, məni yoxla da, nolar, – deyə bir oğlan uşağı xahiş edir.
– Preparat yalnız böyüklərə təsir edir, – Əbülfəz əda ilə cavab verir. – Namuslu adamlar üçün
ziyansızdır, başqaları üçünsə, – bunu deyib, Əbülfəz patrulların böyüyünə mənalı bir nəzər salır,
– bir az ziyanı var. Bax, məsələn, sən razı olarsan ki, səni yoxlayaq? Hə, bu meydan bu şeytan.
– Məni yoxlamaq nəyə lazımdır?
– Özün bilərsən. Könüllüdür. Əgər birisi nədənsə çəkinirsə, biz ona güzəşt edib yoxlamırıq, –
Əbülfəz o biri patrullara göz vurur.
– Gopa basma. Di tez ol, yoxla görək, – deyə patrulların böyüyü təkəbbürlə razılıq verir. Sonra
da çamadanını götür, gedək şöbəyə.
– Bu saat, o mənim əlimdə su içmək kimi bir şeydir! – Əbülfəz onu arxayınlaşdırır. – Cib
dəsmalın var?
Dəsmalı alıb bir oğlan uşağına verir:
– Oğlum, qaç o dükanda dəsmalı islat.
Sonra çamadanı açır, diqqətlə axtarıb, bir soda qəlpəsi tapır və onun hərəkətlərini narahatlıqla
izləyən patrula yaxınlaşır.
– Burda qorxulu bir şey yoxdur, – o, daha çox toplaşanlara müraciət edir. – İndi mən bu yoldaşın
yaş alnında bir neçə xətt çəkəcəm. Əgər o, namuslu adamdırsa, alnı tərtəmiz qalacaq. Yox, 98
əgər əksinədirsə, onda alnında üç hərf görünəcək: a, s, f. Yəni alverçi, sabotajçı, fərari. Hə,
deməli, nə görünəcək?
– Hərflər, – patrul itaətlə cavab verir. – Ancaq özünü incitmə, hərf-zad görünən deyil. Gopdur bu
söhbətlərivün hamısı.
Əbülfəzin qohumları eyvandan bu həngaməyə tamaşa edirlər.
– Görəsən, Əbülfəz bu camaatı niyə başına yığıb? – deyə Kamilin atası heyrətlə soruşur.
– Deyəsən, bu fırıldaq kiminsə alnına kaustik soda sürtür, – Kamil sakitcə cavab verir.
– Sən tanıyırsan onu? – Lida soruşur.
79
– Əlbəttə, dayımdır. – Kamil iyrənirmiş kimi üz-gözünü turşudur.
– Nə qədər ki, kişinin dərisini yandırmayıb, gedim alım əlindən.
– Baxın, yoldaşlar, cəmi iki dəqiqə keçib, ancaq hərflər artıq görünür. – Bir dəqiqə yarım qalıb.
Diqqətlə baxın, görün indi nə olacaq, – Əbülfəz işini bərk tutub, – asta-asta camaatın arasında
özünə yer eləyir, sonra da çamadanı qoltuğuna sıxıb, diqqəti cəlb etmədən bloka sivişib girir.
Qaça-qaça pillələri enən Kamil Əbülfəzlə toqquşur. Onu itələyib çölə yüyürür.
– Salam verərlər, kimyaçı yoldaş! – Əbülfəz hirslə onun ardınca çığırır.
– Tez qaçın, üzünüzü yuyun. – Patrulun alnında Əbülfəzin yazdığı hərflər getdikcə daha da
qızarır. – Alnınız yana bilər. Cəld olun!
– Onu milisə aparmaq lazımdı, qoy əşyayi-dəlili də orada silib təmizləsin, – baxışlarını
qaldırmağa cəsarət etməyən patrula, ittihamedici nəzərlərlə baxan kiçik patrul əmr edir. –
Vətəndaş, məhbusun yanından çəkilin!
– Uzaqdan eşidirdim söhbətinizi. Heç bir “ifşaedici”-zad yoxdur. Kaustik sodadır. Güclü
qələvidir. Görürsüz, dərisini necə aşındırıb? Mən özüm kimyaçıyam, inanın, vallah, düz deyirəm.
– Deməli, deyirsiz boş sözdür, hə?! – Patrul istehza ilə onun sözünü kəsir. – “İfşaedici” ilə
yoxlayan kimi boynuna aldı ki, qənd alveri edir. Arvadı uşaq bağçasında yeməkxana müdiridir,
o, bağçadan daşıyıb gətirir, bu da Kubinkada xırıd eləyir.
İndi rəhbərliyi əlinə almış patrulun əvvəlki “böyüyü” gözlərini bərəldib, alnını qırışdırıb, nə
barədəsə möhkəm fikrə getmişdi.
Handan-hana soruşur:
– Demək, deyirsiz ki, bu xüsusi yoxlama preparatı deyil? Kimyəvi, maddədir?
Ətrafdakılar nəfəslərini belə dərmədən Kamilin cavabını gözləyirlər.
Kamil təsdiq edir:
– Elədir. Potaşa oxşayan maddədir.
– Bəs hərflər? Bəs alnımdakı hərflər haradan peyda oldu?!
– deyə alverçi-patrul hiyləgərcəsinə soruşur. – Vitrində görürəm də... ASD – üç hərfdir.
Camaatın qabağında məni axmaq yerinə qoymayın. Onsuz da qanım gedib. Yox bir, potaşdan
mən heç boşboş çərənləyirdim?
Kamil üzünə zillənmiş baxışlarda açıq-aşkar bir inamsızlıq, bir rişxənd oxuyur.
– Səhiyyə Nazirliyindən o yoldaş dedi ki, bu kau..., nə isə – sodanı lap təzə hazırlayıblar. Bir
halda ki, kimyaçısız, yəqin bu günlərdə sizə də xəbəri gəlib çatar, – patrul əvvəlcə onu
arxayınlaşdırıb, sonra da sabiq “rəhbərinə” sarı dönür. – Düş qabağıma!
80
Kamil heç nə deməyib, çiynini çəkərək evə qayıdır. Qapıdan elə bir məqamda girir ki, Əbülfəz
huş-guşla təxribatçıları tutması əhvalatını nəql edir.
– Təsəvvür edirsiz? Təxribatçılar iki nəfərdi, özləri də silahlı, mənsə tək...
– Bəxtləri gətirib ki, səndən də ikisi olmayıb. Elə hamımızın bəxti gətirib ki, mənim Əbülfəz
dayımdan bütün dünyada bircə nüsxədir.
Kamil bu sözləri qaşqabaqlı halda astanadan deyir.
Əbülfəz özündən çıxır:
– Nə demək istəyirsən? – Axı, nəyə görə hamınızın bəxti gətirib ki, məndən bircə dənədir?
Anasının tənəli baxışlarını hiss edən Kamil dumanlı şəkildə izahat verir:
– Ona görə bəxtimiz gətirib ki, sən çox nadir bir məxluqsan.
Təxribatçıları da kaustik sodaynan tutursan?
– E-eh... harada qaldım? – Əbülfəz çaşır. – Görürəm, sizə maraqlı deyil. Gəlin başqa şeydən
danışaq.
– Yox, yox, çox maraqlıdır, – deyə Lida dillənir. – Hə, deməli, onlar ikisi də silahlıdır, siz isə
əliyalın...
– Hə, onların ikisinində tapançası vardı. Mənim əlimdə isə...
təkcə dəftər-kitab...
– Bağışla, əvvəlini eşitmədim. Təxribatçıları harada görmüsən?
Kitabxanada?
Əbülfəz yersiz zarafatı qulaqardına vurub sözünə davam etdi:
– Yük limanının yanında gördüm. Gözümün qabağında limanı partlatdılar. Baxıram tapançalara,
sayıram görüm neçə güllə atacaqlar?
Mən borcumu yerinə yetirməliyəm? Mütləq yetirməliyəm!
Nəyin bahasına olursa-olsun! Nə gizlədim, birdən-birə cəsarət eləyib, hücuma keçə bilmədim,
ancaq sonra ailəmizin şərəfini xatırlayıb, onların üstünə atıldım! Elə bil yuxuda vuruşurdum, bir
də o vaxt ayıldım ki, tapançalar bir yandadır, təxribatçılar o biri yanda! Yəni ki, tapançalar
əlimdədir, sahibləri də qabağımda.
– Bəs kitabları neylədin? Onlara verdin saxlasınlar?
– Görünüşləri necə idi? – Lida bu sualı verməklə Əbülfəzin diqqətini Kamildən yayındırır.
Əbülfəz bir az fikirləşib cavab verir:
81
– İkisi də cavandı. Biri lap kifir idi, ona baxanda o birisi adama oxşayırdı. Ancaq heç biri bir
zibil deyildi. Şəxsən mən qızımı onlardan heç birinə ərə verməzdim. Heç diversant yox ey, lap
kimyaçı olsalar da...
– Sən heç öz qızını təhər-tövründən mənə oxşayan kimyaçıya da verməzsən, düz demirəm,
Əbülfəz dayı?
– İllah da kürəkən xasiyyətdən sənə oxşasa, vay mənim halıma.
Yox, vermərəm, qızımın düşməni-zadı deyiləm ki... – Əbülfəz tam ciddiyyətlə cavab verir.
Kamilin anası süfrə açır. Lida ona kömək etməkçün ayağa qalxır.
Əbülfəz fürsətdən istifadə edib, pıçıltı ilə Kamilə deyir: “Min dəfə sənə demişəm ki, yad adam
yanında mənə dayı demə.” – Eybi yox, indi düzəliş verərəm, – Kamil də bunu pıçıltı ilə deyib,
sonra ucadan soruşur: – Yaxşı, sənin yerində başqası olsaydı, əvvəl-əvvəl rəhbərliyin
təşəkküründən danışardı. Sən isə təvazökarlıq edirsən. Danışsana!
– Hə, təşəkkür elədilər də, özü də necə! Ancaq mən o saat dedim ki, belə şeylərə ehtiyac yoxdur,
mən öz borcumu yerinə yetirmişəm. Sözümə baxan kimdi, hökumət təltifinə layiq gördülər.
Bu günlərdə təntənəli surətdə təqdim edəcəklər.
– Bir dəqiqə dayanın, zəhmət olmasa! – Kamilin atası küçədə səsgücləndirici ilə verilən hansısa
elanı eşitməyə çalışır. – Nəsə məlumat verirlər. Radionu aç, oğlum.
Levitan “Sovinformbüro”nun məlumatını oxuyur: “Qoşunlarımız inadlı döyüşlərdən sonra
Rostovu tərk etmişlər...” Araya sükut çökür. Ananın gözləri yaşarır.
– Polad axırıncı məktubunu Rostovdan yazmışdı.
– Orada yolüstü dayanmışdılar, – deyə Kamil astadan düzəliş verir. – Srağagün onun məktubunu Dostları ilə paylaş: |