bəhs edərkən ona süfrə açılmasının vacibliyini qeyd etməmiş olsun.
Məsələn, XII əsrin görkəmli şairi Əfzələddin Xaqani yazır:
Səhər-səhər süfrə döşə, huri sənə mehman gələ və yaxud,
Gəzirəm bir qonaq ki, süfrəsinə
Ola layiq bu can, tapmayıram (25, 96;164).
XIII əsrə aid müəllifi bəlli olmayan “Dastani-Əhməd hərami”
dastanında isə belə deyilir:
Bişirdi xoş təamlar həm buyurdu,
Qonuqluq etdi, anları doyurdu (26, 117).
XIV əsrin digər nümayəndəsi “Vərqa və Gülşah” poemasının
müəllifi Yusif Məddahın da yaradıcılığında qonaqpərvərlik adətinə
yer verilir. O yazır:
Qıldılar bunlar qonaqlığa yaraq...
Aldılar anı otağa gəldilər,
Ana üç gün xoş qonaqlıq qıldılar.
Çünki bunlar hörmətini bitirir,
Gəldi geri çadırına oturur.
Hər kim anı görməgə gəlir idi,
Gümüş, altun çox ana verir idi (26, 178).
Burada qonağa xüsusi hörmətdən və ona bəxşiş təqdim olunma-
sından bəhs edilir. Ümumiyyətlə, elə orta əsr müəlliflərinə rast gəl-
258
mək olmaz ki, heç olmasa qonaq və mehman kəlmələrinə öz yaradı-
cılığında yer verməmiş olsun. Məsud ibn Nəmdar, Nemətulla Kiş-
vəri, Hidayət, Qazi Bürhanəddin, Mücirəddin Beyləqani və bu kimi
digər orta əsr şairlərinin əsərləri də buna misal ola bilər.
Şeyx İbrahimin qonaqpərvərliyindən orta əsr müəllifi Şərafəd-
din Yezdi də bəhs edir. “O yerdə Şeyx İbrahim bir münasib ziyafət
tərtib verdi. Həmişə və dövlətin səadətli dövrlərində, ona köməkçi
olduğu kimi, hərənin özünə layiq peşkeşlər təqdim edib yaxşı bir
qul olmaq mərasimini yerinə yetirdi” (27, 27).
Bu məsələni digər bir orta əsr müəllifi Xandəmir də qeyd edir.
O, Şeyx İbrahimin hədiyyə və sovqatlarla sahibqıranın (Əmir Tey-
mur nəzərdə tutulur - Ş.B.) hüzuruna gəlməsindən bəhs edir. Gör-
kəmli Azərbaycan şairi İmadəddin Nəsimi də “əkrim o əz zeyfə”,
yəni “qonağa hörmət et” deyir (29, 657). Başqa bir yerdə isə şair
“Xidmətə bel bağladım mehmanı gözlər gözlərim” dedikdə də qo-
nağa xidmətin əsas və vacib məsələ olduğunu vurğulayır. Orta əsr
müəlliflərindən olan Rəhməti isə “Cani qurban edə gör Rəhməti
mehmanın içün”-deyir (30, 522). Başqa bir müəllif - Ş.Sührəvərdi
də eyni fikirlə çıxış edir. O yazır:
Qurbanın ola bizim bu daxma,
Düş, mehmanım ol, kədərlə baxma (30, 112).
Azərbaycanda qonağa həmişə böyük hörmət, diqqət və qayğı
göstərildiyindən, onun hər bir evdə rahatlıq tapmasına lazımi şərait
yaradılmışdır. Hər bir ailə (imkanı daxilində, hətta bəzən iqtisadi
imkanlarından da artıq dərəcədə) qonağı böyük hörmətlə qarşılama-
ğı, saxlamağı və yola salmağı özünə borc bilir, şərəf sayırdı. Qonaq-
pərvərlik adəti təkcə tanışlar arasında geniş yayılmış adət olaraq
qalmırdı, o həmçinin qəriblər, tamamilə tanış olmayan adamlar və
səfərə çıxan səyyahlar üçün də tətbiq edilirdi (11, 148). Bu məsələni
öz əsərində şərh edən Aleksandr Düma göstərir ki, Azərbaycan
ərazisində olduqları zaman yerli əhalidən bir dəstə ilə rastlaşarkən
onlar tərəfindən qonaqpərvərlik əlaməti olaraq ona ilk növbədə duz-
259
çörək təklif edilmişdir. Vidalaşarkən səmimiyyətlə əllərini sıxıb
ayrıldıqda dəstənin başçısı yenə qonaqlara duz-çörək təklif etmiş,
həmçinin onların axşam və səhər yeməklərinin qayğısına qalmışdır
(22, 40). Bu onu göstərir ki, Azərbaycanda qonaqpərvərlik insanla-
rın daxili tələbatından irəli gəlir. Yəni qonaq şəxsən dəvət edilib-
edilməməsindən, ev sahibinin onu tanıyıb-tanımamasından asılı ol-
mayaraq, hər kəs ölkəsinə gələn ziyarətçiyə öz qonağı kimi baxmış,
onu səmimiyyətlə qarşılayıb yola salmağı özünə borc bilmişdir.
Xalqımızı fərqləndirən cəhətlərdən biri də məhz budur.
Səfər boyu onları müşayiət edən bələdçi barədə də fikir söylə-
məyi unutmayan A.Düma belə yazır: “Dərbənddən bura qədər xid-
mətimizdə duran, bizi heç bir şeydən korluq çəkməyə qoymayan
azərbaycanlı bələdçimiz yanımızda idi. İnsafla demək lazımdır ki, o,
üzərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəlirdi” (22,
38-39 ). Göründüyü kimi, səfərə gələnlərin ixtiyarına hətta bələdçi
belə verilirdi. Ölkəni tanımadıqlarına, yollara bələd olmadıqlarına
görə təbii ki, səyyahlara xüsusi diqqət və qayğı əlaməti olaraq yol-
larını rahat davam etdirə bilmək üçün onlara bələdçi vacib idi. Bə-
lədçi də bütün yolboyu qonaqları sadəcə olaraq müşayiət etməklə
kifayətlənmir, eyni zamanda onların ərzaq tədarükünün görülməsilə
məşğul olur və digər işlərdə yardımçı olurdu.
Orta əsr müəlliflərinin bu günümüzədək gəlib çatan əsərlərində
şahların qonaqpərvərliyi təsvir olunduğundan biz də onları diqqəti-
nizə çatdıracağıq. Səlcuq sultanlarından Alp Arslan və Məlikşahın
vəziri Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk “Siyasətnamə”
əsərinin “Şahlarda yaxşı süfrə açmaq qaydaları haqqında” bölməsin-
də yazır: “Sultan Toğrul hər səhər süfrə açdırar, cürbəcür ləzzətli və
təmiz xörəklər hazırlatdırardı, mümkün qədər bol və yaxşı olmasını
tapşırardı. Ata minib gəzinti və ya ova çıxdıqda elə xörəklər hazır-
latdırıb səhraya göndərirdi ki, bütün əmirlər, əyan-əşrəf, qara ca-
maat təəccüb edərdilər. Türküstan xanlarının hamısında belə bir
adət vardır: onlar mətbəxdə çox xörək bişirtdirərdilər ki, xidmətçilər
də yesinlər, dövlətin də süfrəsi bərəkətli olsun” (31, 114).
260
Rus şərqşünası Bernqard Dorn (1805-1881) mənbə məlumatları
əsasında Şirvanşah I İbrahimin verdiyi ziyafəti təsvir edərək yazır
ki, məclisdə o qədər at və qoyun kəsilmişdi ki, aşpazlar yemək bi-
şirilməsinin öhdəsindən gələ bilmirdilər. Özü də bu ziyafətlərdə gə-
rəkli olan hər şey böyük bolluqla hazırlanmışdı. Digər bir məlumat-
da isə I İbrahimin Əmir Teymura və onun yaxınlarına çoxlu hədiyyə
təqdim etdiyindən bəhs olunur (məsələn, kəmər, silah, qalxan, gözəl
qız və oğlanlar (xidmətçi) və digər qiymətli hədiyyələr) (32, 46-48).
XV əsrdə Kastiliyadan əmir Teymurun sarayına səfir gəlmiş
ispan diplomatı Klavixonun qonaqpərvərlik haqqında məlumatı da
diqqəti cəlb edir. O göstərir ki, elçilərə yemək və at verilir. Burada
adət belədir ki, gələn adamlar atdan düşən kimi xalça üstündə
oturmalıdır və dərhal onun hüzuruna hər evdən müxtəlif ye-
məklər gətirilir. Bu, ilk görüş zamanı verilən yeməklər olurdu. Son-
ra isə çoxlu ət xörəyi verilirdi. Yeməkləri adətən düyüdən hazırla-
nırdı. Klavixo göstərir ki, orada səyyahlar və tacirlər qalmaq üçün
xüsusi evlər var və adət belədir ki, hər kim gəlsə, ona hədiyyələr
təqdim edilir. Sonra müəllif bələdçidən də söhbət açaraq qeyd edir
ki, belə bələdçilər qonaqları həm də ərzaqla təmin edirdilər. Klavixo
Əmir Teymurun gələn elçiləri xoş sözlərlə, yüksək səviyyədə qarşı-
lamasından söhbət açaraq göstərir ki, onların şəninə böyük qonaqlıq
verilir və təqdim olunan yeməklər müxtəlif çeşiddə olurdu. O, elçi-
lərin Teymura yün və ipək parçadan hazırlanmış paltarlar və qılınc
bəxş etdiyini göstərir (14, 51-70 ).
İlk baxışdan sadə görünən qonaqpərvərlik adəti özünəməxsus
cəhətlərə malik olmaqla, mürəkkəb xarakter daşıyır və olduqca mə-
suliyyətli bir iş sayılır. Belə ki, qonağın qarşılanması, saxlanılması
və yola salınması ilə əlaqədar görülən işlərin yerli-yerində həyata
keçirilməsi ev sahibindən böyük səy və diqqət tələb edir.
Azərbaycanda belə bir ənənə hökm sürür ki, yoldan ötən, tama-
milə yad bir adam belə qonaq olduğunu bildirsə, ev sahibi ona can-
la-başla qulluq göstərməlidir. Çox vaxt qonağı yalnız ev sahibi de-
yil, onun qohum-əqrəbası da evinə dəvət etməyi özünə borc bilir.
261
Ailə üzvlərinin hamısı qəfil gələ biləcək qonağın qarşılanması-
na həmişə hazır olurdular. Yüksək səviyyəli qonaqların qarşılan-
ması üçün atlı dəstəsi göndərilirdi. Xüsusi diqqət mərkəzində olan
xarici müsafirləri qonaq düşdükləri yerin bütün şan-şöhrət sahibi
olan adamları görməyə gələr və onu təkidlə öz evlərinə dəvət et-
məyə çalışardılar. Həyatı təhlükədə olub imdad diləyən qonağın
sağlığının keşiyində durmaq üçün ev yiyəsi gözətçi belə qoyurdu.
Qonağı evin bütün sakinləri yola salırdı. Ev sahibi uğurlanan qona-
ğa bir qədər də qalmasını təklif edirdi. Ev sahibi hörmət əlaməti ola-
raq nəzərləri ilə yola düşən qonağı gözdən itincəyədək müşayiət
edirdi.
Azərbaycan ailələrində evə gələn qonaq üçün ya ayrıca bir
tikili, ya da evin bir otağı hazır saxlanılırdı. Gələn qonağın atı vardı-
sa, ilk növbədə onun atının cilovu tutulur və atı lazımi yerə bağla-
yırdılar. Hətta atın dincəlməsi üçün lazımi tədarük görülürdü. Atı
bağlamağa xüsusi yer olurdu. Ümumiyyətlə, qonağı çoxlu sualla
yormaq, gəlişinin məqsədini soruşmaq və nə zaman gedəcəyi ilə
maraqlanmaq ev sahibi üçün ədəbdən kənar sayılırdı. Qonaqlar ye-
mək-içməklə, otaqla və yataqla təmənnasız təmin olunurdular. On-
lar üçün ayrılmış qonaq otağı ev sahibi tərəfindən daha gözəl, yara-
şıqlı və səliqəli bəzədilir. Yalnız öz şəxsiyyəti barədə məlumat
verdikdən və gəlişinin məramını bəyan etdikdən sonra ailənin bütün
üzvləri ona lazım olan şeylərin əldə edilməsi işində yardımçı olub,
öz kömək əllərini uzadırlar.
Aydındır ki, qonaqların rahatlığının təmin olunması, hər şeyin
nizama salınması, yemək tədarükünün görülməsi, səliqə-sahman ya-
radılması bir adamın öhdəsinə düşmürdü. Evin nizama salınmasın-
da, qonaqların qəbul edilməsində ailə üzvlərinin hərəsinin özünə-
məxsus vəzifəsi olurdu. Gözlənilməyən qonağı nəzərə alan ev sahibi
ərzaq, azuqə toplayıb ehtiyat saxlayırdı.
Hələ qədim zamanlardan evə gələn qonaq süfrənin yuxarı ba-
şında əyləşdirilirdi. Onun yanında isə evin böyüyü, ehtiram sahibi
ağsaqqallar və hörmətli şəxslər oturardılar. Söhbəti yalnız böyüklər
apara bilərdilər. Qonaqlıq zamanı məclis başında çox danışmaq düz-
262
gün sayılmırdı, belə ki, məclisdə hər kəs öz yerini bilməli idi. Ev sa-
hibi qonaqlıq süfrəsindəki yeməklərin də müxtəlif çeşidli olmasına
çalışırdı. Bunun üçün o, bütün zəruri tədarükünü əvvəlcədən görür-
dü. Qonağın şərəfinə məclis düzəldilib süfrə açılıb büsat qurulurdu.
Süfrənin bəzədilməsinə xüsusi diqqət verilirdi. Gələn qonaq üçün
açılan süfrə daha ləziz, bol yemək növləri ilə bəzədilir və adi gün-
lərdə olduğundan fərqlənirdi. Süfrəyə içkilərdən şərbət və ayran qo-
yulur, bəzi hallarda şərab da verilirdi. Qonaqlıq süfrəsində yemək-
lərdən əsasən düyü və ət xörəkləri üstünlük təşkil edirdi. Xörəklərlə
bərabər süfrəyə müxtəlif göyərti də gətirilirdi. Şirniyyat süfrəsinə
isə ayrı-ayrı milli şirniyyat növləri, mürəbbələr və s. ilə yanaşı,
meyvələr də düzülürdü. Bunlar həm də xalqımızın yüksək səviyyə-
də süfrə bəzəmək mədəniyyətinə malik olmasını göstərir.
Tarixi qaynaqlardan məlum olur ki, 1637-ci il avqustun 16-da
Qolşteyn elçilərinə Şah Səfi sarayında verilən rəsmi ziyafətdən son-
ra “böyük marşal” qonaqlara müraciətlə Azərbaycan dilində süfrə
xeyir-duası vermişdir:
“Süfrə haqqına
Şahın dövlətinə
Qazilər qüvvətinə
Allah deyəlim” (33, 155).
Göründüyü kimi, hətta süfrə açılan zaman süfrə xeyir-düası da
verilirmiş.
XVI-XVII əsrlər Səfəvi tarixçisi Mirzəbəy ibn Həsən əl Hüsey-
ni Günabadi farsca yazdığı “Rövzət əs-Səfəviyyə” (“Səfəvilər ba-
ğı”) əsərində Səfəvilər dövründən bəhs edərkən bir sıra ziyafət
məclislərindən söz açmağı da unutmamışdır. O göstərir ki, “ziyafət
mərasimi və peşkəş ədabını və böyüklərin görüş şəraitini yerinə ye-
tirdikdən sonra, onun hökuməti müxtəsərlə qərarlaşıb yerləşdi” (34,
710-711). Burada qonaqpərvərlikdəki əsas xüsusiyyətlər yığcam şə-
kildə, ardıcıllıqla əks etdirilmişdir. Müəllif daha sonra qonaqlıq mə-
rasiminə necə həyəcan və ciddiyyətlə yanaşıldığını vurğulamışdır.
263
Başqa müəlliflər kimi, Günabadi də burada qonaqlara hədiyyə təq-
dim olunmasına işarə etmişdir. Müəllif bununla yanaşı, orta əsr-
lərdə ziyafət məclislərində nəğmə oxunmasına da toxunaraq yazır:
“Nəğmə oxuyan çalğıçılar hər bir zamanda bir çığırtı və bağırtı qo-
parıb qoca-cavan məclisindən ən yüksək dərəcədə olanların qulaqla-
rına çatdırdılar” (34, 758). “Beləliklə, şərab qədəhlərini başına çək-
məkdə və kəman (kamança-Ş.B.) tellərini dinləməkdə vaxtlarını xoş
keçirirdi”-deyən Günabadi həm şərabdan istifadə edildiyini, həm də
qonaqlıqda kamança çalındığını qeyd edir (34, 781). Onun mə-
lumatları bununla bitmir. O, Səfəvilərin qonaqlıq ziyafətini “cənnət
nişanəsi” məclisi kimi dəyərləndirir, qonağın məclisin yuxarı ba-
şında oturduğunu göstərir. Digər qonaqların da yer aldığı məclisdə
çalğıçılar və xanəndələrin hər birinin münasib yerdə əyləşdiyini
qeyd etməklə bərabər, müəllif həmçinin onların gözəl səs və avaza
malik məşhur xanəndələr olduqlarını da söyləyir (34, 816-817).
Günabadi şahidi olduğu qonaqpərvərliyə xas olan xüsusiyyətləri
yığcam şəkildə təsvir etməklə yanaşı, qonaqlıq məclisinin sonunda
“bir çox məbləğ qırmızı qızıldan və ağ gümüşdən və qiymətli cins-
lərdən, yəni ipək və zərbaflardan peşkəş yolu ilə və hədiyyə tərzilə
o həzrətin mülazimlərinə verdilər”, - deməklə, hədiyyələr paylan-
masına toxunmuş və o şəxsin də öz növbəsində xələtlər və az tapı-
lan libaslar təqdim etdiyini vurğulamışdı (34, 819). Maraqlı cəhət
budur ki, müəllif hədiyyələrin nədən ibarət olduğunu da göstərmiş-
dir. Bu cür məlumata məşhur tarixçi alim Fəzlullah Rəşidəddinin
(1247-1318) əsərində də rast gəlmək mümkündür. O da Qazan xa-
nın qəbuluna gəlib ona xidmət edəcəklərini bildirən adamlara xanın
verdiyi bəxşişlərdən söhbət edərkən hədiyyələr sırasında kaftan, pa-
paq, kəmər və digər qiymətli əşyaların adlarını çəkmişdir (35, 165).
Qazan xan dövrünün tarixini müfəssəl şərh etməyə çalışan müəllif,
eyni zamanda xanın Marağadakı rəsədxananı görməyə getdiyi za-
man yerli hakimlər tərəfindən təşkil olunmuş ziyafətdən də bəhs et-
mişdir (35, 171). Beləliklə, hər iki müəllifin məlumatında hökm-
darlar və onların ziyafətləri təsvir edilməklə, verilən bəxşişlərin də
qiymətli əşyalardan ibarət olduğu göstərilıir. Göründüyü kimi,
264
qonaqlıq mərasimlərində icra olunan adətlər ardıcıllıqla bir-birini
tamamlayır.
Beləliklə aydın olur ki, istər keçmişdə, istərsə də müasir dövrü-
müzdə qonaqlar, bir qayda olaraq müxtəlif hədiyyələrlə yola salın-
mışlar. XVII əsr məşhur türk səyyahı və coğrafiyaçısı Evliya
Çələbi Azərbaycanda olmuş və burada Qərşi qalasının ağası tərə-
findən necə qarşılandıqlarını belə təsvir etmişdir: ”Şahın dizçökən
ağası başındakı tacı müxtəlif quş lələyi ilə bəzəyib və nəyi var idisə,
hamısını başına tac bağlayıb yanımıza gəldi. Xahiş edib dedi: Hey
qurban sənə. Qədəmin xeyirli olsun. Üz basa-basa, göz basa-basa
səfa gəldiniz - deyib, bizi cahannüma evinə dəvət edib, yaxşı bir qo-
naqlıq verdi. Qonaqlıqda adi süfrə yerinə qələmkarı çitdən hazırlan-
mış süfrə sərildi. On bir növ plov qoyuldu: avüşlə plov, kükü plov,
zəfəran plov, ud plov, şilən plov, xuruş plov, çlov plov, ənbər plov,
sarımsaq plov, kösə plov, düzən plov, qızardılmış kişmiş ilə plov,
müstəbə şorbası, tamlı xörəklər yeyib, xoş söhbətlər etdik. Ziyafət-
dən sonra elçiyə və mənə, kiçik Həsənağaya zərif vaşaq dəriləri hə-
diyyə verdi. Oradan aşağıda yerləşən alaçığıımıza gəldik. Bizim ar-
xamızca təqribən əlli qoyun, minə qədər ağ çörək, 7-8 qatır yük
meyvə və şərbətlər göndərdi. O gecə biz böyük bayram edib, iki gün
daha burada qalıb, Qərşi çayı kənarındakı gözəl saraylara tamaşa
etdik”. Müəllif Naxçıvanda olarkən mehmandarın onlara çox hör-
mət etdiyini söyləyir (36, 7-8).
XVI əsr İran şairi Əbdi bəy Şirazi deyir ki, səxavət insanın ən
gözəl sifətidir, çalış yerində bəxşiş verəsən, yoxsa möhtacı qoyub
ehtiyacı olmayana bəxşiş vermək xətadır. Dahi şair Məhəmməd Fü-
zuli isə: “Ədəb şərti deyil mehmanə çəkmək mizban (ev yiyəsi)
xəncər”-deyir (37, 140-142).
Aşıq şerinin qüdrətli ustadlarından biri olan Xəstə Qasım yazır:
İsgəndər atlandı çıxdı zülmatdan,
Qasım, Xızr içdi abı-həyatdan.
Bəhs düşsə igiddən, qılıncdan, atdan,
Süfrəni hamsınnan kübar deyərlər (38, 335).
265
Müəllif burada çox maraqlı bir fikir irəli sürmüşdür. Ənənəyə
görə, kişiyə xas olan ən yaxşı keyfiyyət onun səxavəti və evinə
gələnə yaxşı süfrə açıb qonaqlıq verə bilməsidir. Nahaq yerə
deməyiblər ki, səxavətli insanın ruzi-bərəkəti Allahdan olar.
XVIII əsr Azərbaycan şairi Ağa Məsih Şirvani yazır:
Hacı xan eylədi hərçənd faqanü fəryad,
“Mayeyi-fitnədürür kim bu haramzada fəsad,
Rəfi lazımdır ola olmadan aşubi ziyad”,
“Əkrəmüzzeyf” hədisini qılıb bəzisi yad,
Dedilər: “Hər nə isə hörməti var mehmanın” (38, 314).
Şerdən göründüyü kimi, hətta arzuolunmaz adam olsa belə, qo-
naq kimi təşrif buyurmaq istəyirsə, onu qəbul etmək lazımdır. Bu-
rada qonaqpərvərliyə uyğun hərəkət etmək məqsədəuyğun sayılır.
XVII əsrdə yaşamış şair Məhəmməd Əmani qonaqlıq məclisini
belə təsvir edir:
Suri-yarı həmraz edib,
Müğənnilər dəmsaz edib,
Mütrüblər həmavaz edib,
Qənimətdir səfa sürmək (38, 23).
Məclisdə müğənnilərin və mütrüblərin olduğunu qeyd edən şair
qonaqlıqda istər-istəməz nikbin əhvali-ruhiyyə yarandığını və səfa
sürüldüyünü vurğulayır.
XVIII əsrdə yaşamış şair Şəkili Nəbi yazır:
Ey bəyim, rəngin otağın bəzmi-ürfandır bu gün,
Nemətin nuşi-müsafir, quti-mehmandır bu gün,
Göftiguyi-rifətin bihəddü payandır bu gün (38, 502).
Beləliklə, adları çəkilən bu şairlərin təsvirlərində ziyafətlərdə
həm əylənmək, həm də musiqi dinləmək və s. xüsusiyyətlər səciy-
266
yələndirilir. Bütün bu müəlliflərin əsərlərindən nümunə gətirdiyimiz
təsvirlərdən bu qənaətə gəlmək olur ki, xalqımızın məişətində
qonaqpərvərlik mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan ərazisini ziyarət edənlərin, səyyahların və tarixçi-
lərin məlumatları və etnoqrafik müşahidələr qonaqpərvərlik adətini
daha dolğun işıqlandırmağa əsas verir. Xalqımız, xüsusilə əcnəbi
qonaqlara böyük qayğı və maraq göstərmişdir.
Azərbaycan ərazisinə bu və ya digər məqsədlərlə gələn müxtəlif
ölkə nümayəndələri öz məlumatlarında, adətən, yerli əhali tərəfin-
dən necə qarşılanıb yola salındıqları barədə bəhs etmişlər. Bu da qo-
naqpərvərliyin Azərbaycanda necə yüksək səviyyədə icra olun-
duğunu bir daha təsdiqləyir.
1473-1477-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin sara-
yında səfir olmuş venesiyalı Ambrozio Kontarini özünün “Səyahət”
əsərində Azərbaycan ərazisində olarkən yerli əhali arasında müşa-
hidə etdiyi adət və ənənələr barədə söhbət açmışdır. O göstərmişdir
ki, burada əhali mülayim və xoşsifətdir. Müəllif həmçinin bütün
yolboyu orada heç bir kəs tərəfindən cüzi narahatçılığa və təhqirə
məruz qalmadıqlarını xüsusi qeyd etmişdir.
İsfahanda olarkən Ambrozio Kontarinin gəldiyini bilən kimi
Uzun Həsən dərhal ona müxtəlif tələbat malları göndərir. 1474-cü
ilin noyabr ayında Q.İosafat Barbaro ilə Ambrozio Kontarinini
sarayına dəvət edən Uzun Həsənin onları necə qonaqpərvərliklə
qarşıladığını həvəslə şərh edən səfir göstərir ki, “biz otağa daxil
olarkən şahı öz əyanlarının əhatəsində gördük. Mən oranın adətincə
baş əydim və o mənə xalçanın üzərində oturmağı təklif etdi. Sonra
bizə oranın adətincə bişirilmiş çox dadlı və müxtəlif növ yeməklər
təqdim edildi. Görüşüb ayrıldıq. O bizi yenə dəvət etdi. Lütfkarlıqla
bizə çay kənarında tikilmiş sarayını göstərdi. Burada da o bizi
müxtəlif şirniyyat şeylərinə qonaq etdi. Ümumiyyətlə, Uzun Həsən
tərəfindən tez-tez dəvət olunurduq. Bəzən biz onun çadırında yemək
yeməli olurduq. Piyalələrdə təqdim olunan yeməkləri çoxlü verir-
dilər və əla hazırlayırdılar. Uzun Həsənin yanında olmadıqda isə o
bizə çox vaxt müxtəlif tələbat mallarını özü göndərirdi. Təcili
267
olaraq məni evlə də təmin etdilər” (14, 83-85). Xatirələrində Uzun
Həsənin qonaqlara göstərdiyi iltifat haqqında bəhs edən müəllif
fikrinə davam edərək yazır ki, Uzun Həsənin yanına dəvət olunanda
onun tərəfindən bizə bəxş edilmiş kaftan təqdim olundu. Sonra isə o
bizə pul, müxtəlif əşyalar və at göndərdi. Nəhayət, Şamaxıdan
Dərbəndə yola düşərkən zaman-zaman türk kəndlərində qalırdıq,
orada bizi çox yaxşı qarşılayırdılar (14, 85-91).
Azərbaycanda qonaqpərvərliyin necə yüksək səviyyədə icra
olunduğu və qonaqların necə qarşılanması barədə məlumat verən
müəlliflərin xatirələri bununla bitmir. Belə xatirələr Antoni Cen-
kinson tərəfindən də qələmə alınmışdır. İngilis taciri və dənizçisi
Antoni Cenkinson XVI əsrdə böyük dəniz səyahətinə çıxmış və
Azərbaycan ərazisində də olmuşdur. Xatirələrində müəllif xalqımı-
zın qonaqpərvərlik adətinə dair məlumat da vermişdir. Belə ki, o,
Şamaxıda Abdulla xanın yanında qonaq olarkən səmimiyyətlə və
çox yaxşı qarşılandığını qeyd edir. Nahar yeməyinə dəvət olundu-
ğundan söhbət açan qonaq hörmət əlaməti olaraq ona ev yiyəsinin
yanında yer göstərildiyini söyləyir. Yerə qiymətli xalı döşəndiyini
və burada dəvət olunanların yerdə ayağı qatlanmış vəziyyətdə
oturduqlarını (bardaş qurub oturmaq nəzərdə tutulur - B.Ş.) qeyd
edir. “Onlar görəndə ki, mən bu cür oturmağa adət etməmişəm,
məxsusi mənim üçün masa gətirilməsi rica olundu. Beləliklə, süfrə
Dostları ilə paylaş: |