Şirvani Ədilli


Dayağının xüsusiyyətinə görə



Yüklə 0,73 Mb.
səhifə5/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   2   3   4   5   6   7   8   9   ...   55
Dayağının xüsusiyyətinə görə qafiyələnmənin aşağıdakı növlərini müəyyən edə bilərik:

1. Sait-samit səs cütlüyü (qapalı heca) dayağı ilə qafiyələnmə (güclü qafiyələnmə). Belə qafiyələnmə üçün söz ehtiyatı kifayət qədər çoxdur və çox geniş yayılmış-dır. Şairlər, aşıqlar və meyxanaçılar qafiyələnmədə sait-samit səs cütlüyünün nə dərəcədə əhəmiyyətli olduğunu gözəl bilirlər. Eyni səsli (an-qan-yaman-balaban və s.), yaxın saitli (əl-el-gül-dil və s.) və hətta yaxın samitli (həyat-murad və s.) variantlarını fərqləndirmək olar. Mi-sallara baxaq.

Eyni səsli variant:


Vətəni sevməyən insan olmaz,

Olsa ol şəxsdə vicdan olmaz.



A.Səhhət
Yaxın saitli variant:
Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkil,

Bağımda əkdiyim gülümə dəymə!



S.Rüstəm
Yaxın samitli variant:
Bu dil şirinlikdə şərbət kimidir.

Saflığı qorunun sərhəd kimidir...



T.Bayram
2. Samit-sait səs cütlüyü (açıq heca) dayağı ilə qafiyələnmə (zəif qafiyələnmə). Məsələn, dünya-dərya-ya, ayna-na, köl-cərvə s. Samit-sait səs cüt-lüyü oxşar tələffüz təəssüratını yüksək səviyyədə yarada bilmədiyindən belə qafiyələnmə xalis qafiyələnmə deyil və eyni zamanda bunun üçün söz ehtiyatı da azdır. Klas-sik əruzvəznli poeziyada demək olar ki, istifadə olunma-mışdır. Misal:
Bu necə dünyadır, bu necə dünya?

Ölümü həqiqət, həyatı röya.



B.Vahabzadə
3. Tək sait dayağı ilə qafiyələnmə. Bu növün şəkilçi qəbul etmiş etməmiş variantları var.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin