Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və
müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir.
Sistemli analiz elmi ədəbiyyatlarda aşağıdakı kimi xarakterizə edilir.
O zaman istifadə edilir ki, burada problem riyaziyyatın ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır.
Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir.
Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
əsas diqqəti hədəfə yönəldir və məqsədəuyğun düşünməyə vadar edir.
Sistemli yanaşma– mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur.
Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
İdarəetmə nəzəriyyəsində sistem anlayışı fundamental xarakter daşıyır. Hər bir tətbiq sahəsində bu anlayışa xüsusi məna verilir. Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyidir. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir– biri ilə sıx bağlı olan obyektlər birliyidir.
Sistem adı altında tam vahid kimi fəaliyyət göstərən, tərkibində qarşılıqlı əlaqəli elementlərin birliyi nəzərdə tutulur. Sistemin özü daha mürəkkəb sistemin elementi ola bilər. Mürəkkəb sistem anlayışı əsasən birmənalı deyil. Çoxsaylı təriflər mövcuddur ki, onların heç birini nə dəqiqləşdirmək nə də təkzib etmək mümkün deyildir, çünki təriflərin hər biri baxılan konkret obyektlə əlaqəlidir. Məlumdur ki, sistemin mürəkkəbliyi elementlərinin sayı və onların yerinə yetirdiyi funksiyalarla, yüksək əlaqəlilik dərəcəsilə, idarəedici təsirlərin seçilməsinin alqoritmlərinin mürəkkəbliyi və böyük həcmdə informasiyaların işlənməsi ilə müəyyən olunur. Mürəkkəbliyin bu tərifinə struktur vəfunksional mürəkkəblilik anlayışları da əlavə edilir. Sistem yanaşmasının əsasında iki mərhələ durur: makrovəmikroöyrənmə. Birinci sistemin inteqrativ xarakteristikalarını öyrənməklə
strukturun detallaşmasını istisna edir. İkinci isə sistemin mürəkkəbliyni öyrənir. Birinci halda əsas metodoloji prinsip “giriş – çıxış”dırsa, ikincidə sistemin elementləri arasında əlaqə, onların effektivliyi, stukturu və s.-nin öyrənilməsi tələb olunur. Sistem yanaşmasının əsaslarına sistem analizinin metodoloji prinsipləri söykənir.
Sistemli analizin əsas prinsipləri aşağıdakılardır:
Sistemli analizin alqoritmi
Problemin qoyuluşu – tədqiqata başlama momenti. Mürıkkıb sistemlərin araşdırılması zamanı bu metodologiyanın qarşısında strukturlaşmış problem ilə işləmək durur.
Problemin problematikaya qədər genişləndirilməsi. Yəni qarşıya qoyulmuş problem ilə əlaqədar olan digər problemlər sisteminin də tapılması. Bu zaman həll olunması mümkn olmayan problem nəzərə alınmır.
Hədəflərin müəyən olunması. Problemin mərhələli həlli üçün hərəkət edilməsi lazım olan istiqaməti müəyyən etməyə hədəflər kömək edir.
Meyarların müəyyən edilməsi. Meyarlar – sistemin qarşısında qoyulmuş hədəfə çatmaq üçün əldə edilmiş nailiyyətlərin nailiyyət göstəricisidir. Meyar həmçinin mövcud alternativ həllər çoxluğundan ən düzgün olanını seçmək üçün lazımdır.
Meyarların aqreqatlaşdırılması. Müəyyən edilmiş meyarlar ya bir qrupda birləşdirilə bilər, ya da ki, onların hamısını izah edən ümumi bir meyar ilə əvəz oluna bilər.
Alternativlərin generasiya edilməsi və meyarlar çoxluğunun köməkliyi ilə onların arasından ən yaxşısının seçilməsidir. Alternativlər çoxluğunun yaradılması sistemli analizin yaradıcılıq mərhələsidir.
İnformasiya resursları da daxil olmaqla, bütün resursların imkanlarının tədqiq olunması
Problemin həlli üçün formalizasiyaların (metodların və məhdudiyyətlərin) seçilməsi
Sistemin qurulması
Aparılmış sistemli analizin nəticələrindən istifadə edilməsi.
Sistemli analizin metodlarının və modellərinin işlənib hazırlanması zamanı, qərar qəbul etmə zamanı mövcud metodlar və həllər arasından ən effektlisinin seçilməsi lazımdır. Bu məqsədlə mövcud
metodları qruplara ayırmaq, onların xüsusiyyətlərini müəyyənləşdirmək və həmin metodun hansı hallarda istifadə edilməsi üçün tövsiyyələr vermək lazımdır.
Sistemli analizin bütün metodikaları sistemin fəaliyyət qanunlarının təyininə, sistemin strukturunun variantlarının müəyyəmləşdirilməsinə, onların ən yaxşısının seçilməsinə, fəaliyyət qanununu ifadə edən qanunayğunluqların altrernativ alqoritmlərinin yaradılmasına yönəlib. Sistem analizi və sintezi metodikası yaradılarkən sistemli analizin prinsipləri əsas götürülür. Bu prinsiplər aşağıdakılardır: