Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ


JANLI HÜJEYRƏLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI



Yüklə 366,73 Kb.
səhifə7/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   2   3   4   5   6   7   8   9   10   ...   55
Sitologiya muhazire

JANLI HÜJEYRƏLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI
Janlı hüjeyrələrin işıq mikroskoplarında qısa müddət ərzində tədqiq etmək mümkündür. Hüjeyrələri daha dərindən uzun müddətdə tədqiq etmək lazım gəldikdə, onları xüsusi kameralara keçirirlər. Bu kameralar yastı, deşikli şüşə qablar olub, üzəri qapaqla örtülür. Bəzən yığılıb açıla bilən kameralardan da istifadə edilir. Tədqiq ediləjək ibtidai orqanizmlər, sərbəst yaşayan təkhüjeyrəlilər, qan hüjeyrələri və ya çoxhüjeyrəli orqanizmin müəyyən toxumalarından ayrılan hüjeyrələr belə kameralarda tədqiq olunur. Öyrənilən obyektdən, tədqiqatın məqsədindən asılı olaraq hüjeyrələr xüsusi qidalı mühitdə saxlanılır və tədqiq olunur. Təkhüjeyrəli orqanizmlər üçün belə mühit onların yaşadığı xariji mühitdəki şəraitə uyğun olan mühitdir. Bəzən laboratoriya şəraitində onların yaşayıb çoxalması üçün təbii mühitə müvafiq şərait yaradılır. Adətən belə mühit müxtəlif duzların tarazlaşdırılmış məhlullarıdır ki, həmin məhlullara onların qidasını təşkil edən mikroorqanizmlər və digər ibtidailər daxil edilir. Qan hüjeyrələri və ya digər sərbəst yaşayan hüjeyrələr plazma və ya xüsusi sintetik mühitdə öyrənilir.

Toxuma və orqanların öyrənilməsində toxuma kulturası üsulundan istifadə edilir. Toxuma kulturası üsulunun ən sadə forması ondan ibarətdir ki, qidalı mühitdə (qan plazması ilə rüşeym ekstraktının qarışığı və ya sintetik mühitlə qan plazması qarışığı) doldurulmuş kameraya janlı toxumanın kiçik bir hissəsi keçirilir. Bir müddətdən sonra həmin toxumanın hüjeyrələri bölünür və böyüyürlər. Bu metodun nisbətən dəyişdirilmiş variantı da vardır. Bu ondan ibarətdir ki,toxumadan götürülmüş hissə ehtiatla tripsin və ya versen fermentləri ilə işlənir. Bu zaman hüjeyrələr bir-birindən ayrılır. Sonra bu ayrılmış hüjeyrələr qidalı mühit doldurulmuş şüşə kameraya keçirilir. Bu mühitdə hüjeyrələr kameranın dibinə çökür, onun dibinə yapışır, bölünür, böyüyür, əvvəljə koloniya əmələ gətirir, sonra isə iri hüjeyrə plastı əmələ gətirirlər. Belə kameranı mikroskop altında müşahidə etmək, hüjeyrələrin bölünməsi, böyüməsi, inkşafını və s. öyrənmək mümkün olur Hüjeyrələrin bu jür öyrənilməsi üçün rüşeym hüjeyrələrini öyrənmək daha əlverişlidir. Yaşlı orqanizmin hüjeyrələri bu jür süni mühitdə orqanizmdən kənarda çox çətinliklə böyüyüb, inkişaf edirlər. Hüjeyrələri bu jür toxuma kulturasında öyrəndikdə süni mühiti vaxtaşırı dəyişmək lazım gəlir. Bundan başqa orqanizmə xas olan temperatur mühitinin saxlanılmasına da rəayət etmək vajibdir. İstiqanlı heyvanlar üçün 370, soyuqqanlı heyvanlar üçün 200 temperatur mühiti yaratmaq tələb olunur. Toxuma kulturasında hüjeyrələrin normol inkişafını təmin etmək üçün aseptik şərait yaratmaq, mühitin sterilliyini qorumaq da vajib şərtlərdən biridir. Hazırda hüjeyrələrin toxuma kulturasında saxlanılmasından təkjə sitoloci məqsədlər üçün deil, genetik, virusaloci, biokimyəvi tədqiqatlarda da istifadə edilir. Janlı hüjeyrələrdə gedən proseslər mikroskopa geydirilmiş fotoaparat vasitəsilə şəkli çəkilir, kinoaparat vasitəsilə isə onlarda gedən prosesləri çəkmək mümkün olur. Hazırda toxuma kulturasında öyrənilən hüjeyrələrdə gedən prosesləri öyrənmək üçün kinolentə çəkməyin daha çox əhəmiyyəti vardır. Belə ki, hüjeyrənin bölünməsi, faqositoz, stoplazmanın hərəkəti, kirpiklərin hərəkəti və s. kimi hüjeyrə həyatında böyük əhəmiyyət kəsb edən proseslər əyani olaraq kinolentində müşahidə edilir.



Janlı hüjeyrələrin öyrənilməsində mikrojərrahiyyə üsulundan da istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, mikroskopa geydirilən mikromanipulyator vasitəsilə onlardan istənilən hissələr çıxarılır, hüjeyrəyə müəyyən maddələr daxil edilir (mikroinyeksiya) və s. aparılan əməliyyata mikroskopla nəzarət edilir. Mikrojərrahiyyə üsulundan istifadə etməklə nüvənin bir hüjeyrədən digərinə köçürülməsi, rüşeyimin inkşafı dövründə blastomerlərin ayrılması,hüjeyrənin quruluş vahidlərini hüjeyrədən çıxarmaq, başqa hüjeyrəyə daxil etmək, hüjeyrəyə müəyyən maddələr daxil etmək və s. işləri görmək olur ki, bu zaman ayrı-ayrı hüjeyrə vahidlərini hüjeyrədəki fizioloci proseslərdəki rolu müəyyənləşdirilir, müəyyən maddələrin sitoplazma və nüvədə hərəkəti və s. öyrənilir. İki nüvəjikli hüjeyrədən nüvəjiyin birini çıxarmaqla ikinji nüvəjiyin özünü nejə aparmasını öyrənmək mümkündür. Bu üsulla öyrənmişlər ki,belə halda hüjeyrədən çıxarılmış nüvəjiyin funksiyasını ikinji nüvəjik öz üzərinə götürür və onun da vəzifəsini yerinə yetirir. Janlı hüjeyrələri öyrənərkən onları vital rəngləyijilərlə rəngləyirlər. Bu rəngləyijilərdən turş (göy tripan, karmin) və ya qələvi (neytral qırmızı, göy metilen) təbiətli maddələr göstərmək olar. Bu maddələr 1:200000 nisbətində suda həll edilir ki, bu, da həmin rəngləyijinin Janlı hüjeyrəyə təsirini minimum səviyyəyə çatdırır. Hüjeyrələrə vital rəngləyijilərlə təsir etdikdə onlar sitoplazmada qranulalar şəklində toplanır. Hüjeyrə öldükdə isə həmin rəngləyijilər sitoplazmada diffuz olaraq yayılır, sitoplazma və nüvəni də rəngləyir. Mikroskoplar vasitəsilə tədqiq edilən obyektlərin şəkli xüsusi qurğu ilə mikroskopa bərkidilmiş, fotoaparat vasitəsi ilə çəkilir. Belə fotoaparatların obyektivi çıxarılır. Mikroskopun optik sistemi fotoaparatın obyektivini əvəz edir.


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin