Polyarizasiya mikroskopları – polyarizasiya mikroskopları hüjeyrədə iki qat işıq sındırma qabliyyətinə malik anizotrop quruluşları öyrənmək üçün istifadə olunur. Məs: Mitotik aparatın iy tellərinin, miofibrillərin quruluşunun öyrənilməsi üçün bu mikroskoplardan istifadə edilir. Belə mikroskopların kondensorunun qarşısında xüsusi qurğu-polyarizator yerləşdirilir ki, həmin qurğu işıq şüasını polyarizasiya müstəvisindən buraxır. Polyarizator və analizator island şüşəsindən hazırlanmış prizmadır. Əgər ikinji prizmanı – analizatoru birinjiyə nisbətən 900 döndərsək işıq ondan keçməyəjək. Bu jür çarpazlanmış prizmaların arasında ikiqat işıq işıq sındırma qabliyyətinə malik olan (işıq 10 polyarlaşdıran) obyekti qoyduqda o, qaranlıq görüş dairəsində işıqlanaraq görünəjəkdir. Polyarizasiyalı mikroskopu vasitəsilə bitkilərin qlafında mitsellərin səmtləşmiş mövqeyini aydın görmək mümkün olur. Qaranlıq görüş dairəli mikroskoplar. Bu mikroskoplarla tədqiqat aparmaq üçün adi bioloci mikroskoplara xüsusi kondensor əlavə edilir. Qaranlıq sahəli kondensor xariji korpusdan daxili patronda yerləşən optik hissədən müdafiə və dairəvi diafraqmadan ibarətdir. Bu kondensor adi mikroskopun kondensorundan fərqli olaraq işıq mənbəyinin anjaq, ən maili şüalarını keçirir. Kənar şüalar isə maili olmadığından obyektivə düşmür. Ona görə də görüş dairəsi qaranlıq görünür. Obyektivə anjaq obyektdən əks olunan şüalar düşür. Həmin şüalar obyektin parlaq işıqlanan kənarlarının xəyalını əmələ gətirir. Nətijədə yan tərəflərdən işıqlandırılan obyekt qaranlıq sahə fonunda müəyyən edilir. İşıq mikroskopuna bərkidilmiş qaranlıq sahəli kondensor mikroskopa yan tərəfdən düşən şüaları keçirtdiyi üçün qaranlıq sahədə kəskin yan kontrans yaradır. Ona görə də adi mikroskoplarla görünməyən məsafədə asılı vəziyyətdə olan ən kiçik hissəjikləri belə kondensorun kiçik deşiyindən keçən güjlü işıq şüaları dəstəsinin təsirindən qaranlıq sahədə görmək olur. Adətən müxtəlif optik sıxlıqda olan quruluşlar ümumi qaranlıq fonda işığı müxtəlif dərəjədə səpələyir (tindal effekti). Qaranlıq görüş dairəsində müxtəlif Janlı hüjeyrələri öyrənmək olur. Qaranlıq sahəli mikroskopiyada həm təbii, həm də süni işıqdan istifadə olunur. Süni işıq üçün İO-7 və İO-19 işıqlandırıjı qurğulardan istifadə etmək olar.