SİTOLOGİYA FƏNNİ ÜZRƏ MÜHAZİRƏLƏR
GİRİŞ
I MÜHAZİRƏ: SİTOLOGİYA ELMİNİN İNKİŞAF TARİHİ
Sitologiya (yunanja sitos-hüjeyrə, loqos-elm) hüjeyrə haqqında elm olub, hüjeyrələrin quruluşunu, onların funksiyalarını, özünütörətmə, regenerasiyasını, mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir. Sitologiya həmjinin ixtisaslaşmış hüjeyrələrin xüsusiyyətlərini, onların xüsusi vəzifələrinin formalaşmasını və spesifik quruluş vahidlərinin inkişafını öyrənir. Son 50 il ərzində sitologiya təsviri mofoloci elmdən ekspemental elmə çevrilmişdir. Onun qarşısında hüjeyrənin fiziologiyasını öyrənmək vəzifələri durur. Digər sözlə müasir sitologiyanı hüjeyrənin fiziologiyası adlandırmaq olar.
Sitologiyanın bu istiqamət alması onun biokimya, biofizika, molekulyar biologiya, genetika və s. elmlərinin nailiyyətlərindən istifadə etməsindən irəli gəlmişdir. Hüjeyrə haqqında təsəvvürlərin 1665-ji ildən məlum olmasına baxmayaraq sitologiya digər biologiya elmlərindən təxminən 100 il əvvəl ayrılmışdır. Belə ki, ilk dəfə böyüdüjü linzaların köməyilə Robert Hük mantar kəsiyini müşahidə etmiş və onun arı pətəyinə bənzər « qapalı boşluqlar» -dan ibarət olmasını aşkar etmişlər. Həmin qapalı boşluqlara R. Huk hüjeyrə adı vermişdir. Bundan sonra elmdə bir-birinin ardınja bitki anatomiyasına aid tədqiqat işləri aparılmışdır. A. Malpiqi (1667), H. Qrjyu (1671) və R. Hükun müşaidələrini təsdiq edərək göstərmişlər ki, bitkilərin müxtəlif hissələri sıx birləşmiş «qovuqjuqlar» torbajıqlardan təşkil olunmuşdur. Sonradan A. Levenhuk (1860) təkhüjeyrəli heyvanlar aləmini kəşv etdi və ilk dəfə heyvan hüjeyrələrində eritrositləri və spermatozoidləri mikroskop altında müşahidə etdi. Daha sonra heyvan hüjeyrələrini F. Fontana (1781) təsir etdi. Lakin bu və digər tədqiqatlar hüjeyrə qurluşunun universallığı, onun quruluş xüsusiyyətləri haqqında tam məlumat vermirdi. Hüjeyrənin qurluşunun öyrənilməsində X1X əsrdə mikroskop texnikasının təkmilləşməsinində böyük əhəmiyyəti olmuşdur. Bu dövrdə hüjeyrə haqqındakı ilkin təsəvvürlər dəyişilməyə başladı. Hüjeyrə qurluşunun təşkilində onun qılafına deyil, daxili janlı möhtəviyyatına fikir verməyə başladılar. İlk dəfə Dyü Jarden, Fon Mol, Şults hüjeyrənin daxili möhtəviyyatını öyrəndi. Lakin Purkinye (1830) hüjeyrənin daxili, janlı maddəsini protoplazma adlandırdı. 1833-ü ildə R.Broun tərəfindən protoplazma içərisində onun daimi quruluş vahidi olan nüvə kəşf edildi. Bütün bu və digər kəşflərdən istifadə edərək 1838-ji ildə alman alimləri M. Şleyden bitkilərdə və T. Şvann 1939-ju ildə heyvanlarda hüjeyrə nəzəriyəsini formalaşdırdılar. X1X əsrin ikinji yarısında bir tərəfdən təbiətşünaslıq elminin müxtəlif sahələrinin (fizika, kimya və s.) digər tərəfdən də mikroskop texnikasının təkmilləşməsi hüjeyrələrin hər tərəfli öyrənilməsinə imkan yaratdı. Belə ki, X1X əsrin ikinji yarısında çox hüjeyrəli orqanizmlərdə hüjeyrənin müstəqil deyil, toxumanın bir hissəsi kimi fəaliyyət göstərməsi və histologiyada toxumaların təsnifləşdirilməsinə jəhd edildi. F. Leydiq (1853) və A. Keliker (1855) mövjud məlumatları, toplanmış materialları ümumiləşdirərək həmin dövrdə 21 növ toxumanı 4 tipdə qruplaşdırdılar. X1X əsrin ikinji yarısında mikroskopiyanın inkişafında R.Purkinyenin xidmətləri böyük olmuşdur, nətijədə hüjeyrə, toxuma və orqanlar haqqında yeni-yeni məlumatlar əldə olundu. Belə ki, 1859-ju ildə R. Reman amitozu kəşf etdi. 1859- ju ildə Virxov hüjeyrə nəzəriyyəsinə yeni müddəa əlavə etdi, eyni zamanda hüjeyrə potologiyasının əsasını qoydu. 1871-1879-ju illərdə bitkilərdə (İ.O.Jistiyakov) və heyvanlarda (P.İ.Peremeyko, V. Fleminq) mitozun təsvirini verdi. 1884-jü ildə O. Hertviq və E. Strasburqer xromatinin irsiyyətin maddi daşıyıjısı olması hipotezini irəli sürdülər.
1875-1876-ji illərdə O. Hertviq və E.Van Beneden hüjeyrə mərkəzini, 1898- ji ildə alman alimi R. Altman mitoxondrini, 1899-ju ildə isə K. Holji hüjeyrədaxili tor aparatı (Holji kompleksi) kəşf etdi. Elektron mikroskopunun (1933) kəşfindən sonrakı qısa müddətdə hüjeyrənin ultraquruluşu sahəsində kəşflər genişləndi. Belə ki, 1954-jü ildə A. Rodin peroksisomları kəşf etdi. 1955-ji ildə Q. Pallade ribosomun və endoplazmatik şəbəkənin təsvirini verdi K.de.Dyuva isə 1955-ji ildə lizosomları kəşf etdi. Bu kəşflər göstərdi ki, hər bir hüjeyrənin həyat fəaliyyəti və vəzifələri ilə əlaqədar olaraq onun stoplazmasında çox mühüm proseslər gedir. 1890- jı ildə Valdeyer tradeksansiya bitkisinin tozjuğunun ana hüjeyrəsini tədqiq edərkən hüjeyrədə rənglənən, sapvari quruluşa malik vahidlərə rast gəldi ki, sonradan onlara xromosom (rənglənən jisimjik) adı verildi. Hələ bundan xeyli əvvəl 1865-ji ildə Q.Mendel irsən keçmənin əsas qanunauyğunluqlarını kəşf etmişdir. O, bu qanunları riyazi hesablamalarla aşkar etmişdir. Elm aləmində vaxtında öz qiymətini almamış bu kəşf 1900-jü ildə üç müxtəlif ölkədə hollandiyalı Q. de Friz, alman K. Korrens və avstriyalı K. Çermak tərəfindən müxtəlif bitkilər üzərində yenidən kəşf edilmişdir. İrsiyyətin xromosom nəzəriyyəsi isə Amerika alimi T.Morqanın (1910) adı ilə bağlıdır. O öz tədqiqatları ilə belə nətijəyə gəldi ki, irsiyyətin daşıyıjıları olan genlər xromosomlarda yerləşir. Sitologiya elminin digər bioloci elmlərdən ayrılıb sərbəst bir elm sahəsi kimi mövjud olması isə 1884-jü ildə J.B.Karnuanın «Hüjeyrə biologiyası» monaqrafiyasının nəşri ilə əlaqədar olmuşdur.J.B.Karnua özündən əvvəlki sələflərinin hüjeyrə haqqındakı fikirlərini və özünün tədqiqatlarının nətijələrini «hüjeyrə biologiyasında» ümumiləşdirmişdir . Mişerin (1869) və Kasselin (1891) hüjeyrələrdə nuklein turşularını kəşf etməsi biokimya və sitologiya elm sahələrinin yaranmasına gətirib çıxartmışdır. Zülalların, DNT-nin və digər biopolimerlərin molekulyar səviyyədə dəqiq öyrənilməsi, irsi əlamətlərin nəslə ötürülməsində kod probleminin həlli biomembranların həyatı funksiyasının aşkar edilməsi, virusların quruluşu, reproduksiyası, təsir mexanizminin kəşfi və s. X1X əsrin ən başlıja kəşflərindəndir. Bütün bunlar biokimya, biofizika genetika, virusologiya molekulyar genetika, biokibernetika, bioloci riyaziyyat, bioenergetika kimi elm sahələrinin inkişaf etməsinə təkan verir.
Dostları ilə paylaş: |