Siyasi intriqa



Yüklə 16,18 Kb.
tarix12.02.2023
ölçüsü16,18 Kb.
#83971
Siyasi intiriqa


Siyasi intriqa

İntriqa fransız sözü olub bir neçə mənaya malikdir. Birincisi, bu adətən, nəyə isə nail olmaqdan ötrü fitnə və hiylələrin, ləyaqətsiz hərəkətlərin gizlədilməsidir. İkincisi, hərəkətlərin gözlənilmədən mürəkkəb şəkildə dəyişdirilməsi vasitəsilə, personajların maraqlarının, şərait xüsusiyyətlərinin toqquşması başa düşülür.


Dar mənada siyasi intriqa – adi şüurun mənfi olaraq qəbul etdiyi, adətən pis nəticələrə səbəb olan, mürəkkəb, dolaşıq, bəzən müəmmalı vəziyyətdir. Zahirən intriqa, siyasi situasiyanın inkişafının keyfiyyətcə yeni istiqamətini doğuran bir neçə müxtəlif nizamlı siyasi hadisə və proseslərin zaman və məkan üzrə birləşməsini nəzərdə tutur. İntriqa daxili mexanizmlər baxımından, hadisələrin sanki, spontan olaraq, gözlənilmədən, öz-özünə baş verdiyini göstərən şəraiti yaratmaqla, onu lazımi nəticələr istiqamətində aparan siyasi qüvvə və ayrı-ayrı siyasi xadimlərin siyasi-psixoloji oyunlarının, niyyətli cəhdlərinin nəticəsidir. Bu mexanizmlər intriqanın siyasi qəsd növündə daha dəqiq şəkildə təzahür edir.
İntriqa çox az hallarda həqiqətən də təsadüfi hadisələrin nəticəsi olur – bu halda o, nəticələrindən ən gözlənilməz qüvvə və fiqurların istifadə edə biləcəyi siyasi oyun olur. Müxtəlif siyasi qüvvələrin dolaşıq mübarizəsi və bir-birini əldən salması nəticəsində hakimiyyətsiz situasiya yaranır.
Psixoloji intriqa – hakimiyyət uğrunda olan qədim, ənənəvi mübarizə vasitələrindən biri olub, elitar “siyasət hazırlama” vasitəsidir. İntriqanı ilk olaraq antik dövr müəllifləri təsvir etmişlər. Məqsədyönlü intriqa kifayət qədər uzun, inkişafda olan proses olub, üç komponenti özündə birləşdirir. Birincisi, başlanğıcdır – intriqa ilə bağlı fikir, ideya və məqsədlərin təzahürü. İkincisi, kulminasiya – maksimum dolaşıq, sirli ahəngli kritik situasiyanın yaranması və eyni zamanda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şəraitin hazırlanması. Üçüncüsü, həlledilmə - təşəbbüskarların əksəriyyətdən gizli olan intriqa məqsədlərinə nail olmaları. Cərəyan etmə müddətinə və daxili dinamizminə görə intriqa tez sovuşan (məsələn, bu və ya digər siyasi personajın və ya hətta siyasi qüvvənin fiziki olaraq aradan qaldırılması məqsədi) və latent olaraq intriqa məqsədlərinə mane olan amillərin tədricən sıxışdırılmasına istiqamətlənmiş uzunmüddətli növlərə bölünür (məsələn, məqsədli olaraq və mərhələlərlə siyasi rəqibləri nüfuzdan salma və onların təsirlərini zəiflətmə).
Qarşıya qoyulmuş məqsədlərə görə intriqa şəxsiyyətə istiqamətlənmiş və sosial-siyasi istiqamətlənmiş olmaqla iki yerə ayırırlar. Birinci qrupa, ayrı-ayrı siyasi personajların fiziki olaraq yox edilməsinə; hakimiyyətdən uzaqlaşdırılmasına; siyasi nüfuzdan salınması və mənəvi-əxlaqi ləkələnməsinə istiqamətlənmiş intriqalar aid edilir. İkinci qrupa, ayrı-ayrı xadimlərin deyil, ölçüsündən asılı olmayaraq bu və ya digər qrupların fiziki və ya simvolik olaraq aradan qaldırılması və ləkələnməsi məqsədi daşıyan intriqalar ai edilir.
Keçmiş dövrlərdən ta bugünkü günə qədər bütün siyasət tarixində, ənənəvi intriqa alətləri demək olar ki, dəyişikliyə uğramamışlar. Bu həm fiziki olaraq aradan qaldırılma yollarına, həm də siyasi və mənəvi cəhətdən nüfuzdan salınma vasitələrinə aiddir. Siyasi intriqa siyasətdaxili olduğu kimi, siyasətxarici xarakter də daşıya bilər. Bu həm məqsədlərə əsasən, həm də intriqa məqsədlərinə çatma vasitələri və intriqanın genişlənmə miqyasına əsasən də müəyyən edilə bilər. Əgər birinci halda söhbət ayrıca bir dövlət daxilindəki siyasi təsirlərin balansının dəyişdirilməsi haqqında gedirsə, ikinci halda isə, regional, kontinental və hətta ümumdünya miqyasında gedir.
Siyasi intriqalar ali, elitar xarakter daşıyır və xalq kütlələrinin maraqlarına o qədə uyğun gəlmirlər. Xalq kütlələri ayrı-ayrı hallarda real (provokasiya məqsədilə qurulmuş üsyanlar) və ya potensial (kütləvi çıxış təhlükəsi) olaraq siyasi intriqalara daxil ola bilərlər, lakin onlar istər-istəməz manipulyativ təsir obyektidirlər
Yüklə 16,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin