Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə74/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   70   71   72   73   74   75   76   77   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Müasir Rusiyanın xarici siyasati.1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdı. Baltikyanı respublikalarından başqa keçmiş sovet respublikalarının hamısı MDB-də təmsil olundu. 1992- ci ilin mayın 15-də MDB ölkələri kollektiv təhlükəsizlik haqqında müqavilə imzaladı. 1993- cü ilin yanvarın 22-də MDB-nin Nizamnaməsi qəbul edildi. Rusiya keçmiş sovet məkanında nüfuzunu və varlığını MDB çərçivəsində səmərəli əməkdaşlıq mexanizmi əsasında davam
etdirmək niyyətindədir. Başqa bir tərəfdən “yaxın xarıc” ölkələrində bir saatda xarici olan 25 milyon rus vardır ki, onların da taleyi Rusiya dövlətinin MDB daxilində yeritdiyi siyasətdən çox asılıdır. 1992-1996-cı illər arasında MDB çərçivəsində 600-dən çox müqavilə və saziş imzalanmasına baxmayaraq Birlik dövlətlərarası möhkəm təsisata çevrilə bilməmişdir.
MDB-nin tərkibinə daxil olan postsovet respublikalarının hamısı öz milli ordusunu yaratmışdır. Nüvə silahına nəzarət Rusiya dövlətinə məxsusdur. Belarusiya və Ukrayna onların ərazisində yerləşdirilən nüvə silahlarının Rusiyaya aparılmasına razılıq verdi. Lakin 1992-ci ilin yazında Ukrayna öz ərazisindəki nüvə silahına sahib olmaq hüququnu irəli sürdü. Qazaxıstan da oxşar təkliflə çıxış etdi. Lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət nüvə silahına olan iddiasından əl çəkərək, nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Hərbi kosmik sahədə Rusiya Qazaxıstanla sıx əməkdaşlığı davam etdirərək Baykonur kosmodro- munu 20 il müddətinə icarəyə götürdü.
Rusiya ilə Ukraynanın münasibətləri Qara dəniz flotunun üstündə gərgin olaraq qalırdı. 1992-ci ilin avqustunda o MDB Birləşmiş silahlı qüvvələrinin tərkibindən çıxarılaraq Rusiya və Ukraynanın birgə idarəsinə verildi.1995-ci ilin iyununda Rusiya və Ukraynanın dövlət başçıları Qara dəniz flotunun bölünməsini, rus və ukrayna hərbi-dəniz qüvvələrinin yerinin müəyyən edilməsini həll etdilər. Qəti olaraq bu məsələ 1997-ci ilin mayında öz həllini tapdı, Rusiya Qara dəniz flotunun 87 faizinə sahib olmaqla Sevastopol hərbi-dəniz bazasını icarəyə götürmək hüququ aldı.1997-ci il mayın 31-də Rusiya və Ukrayna Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzladı.
Müqavilənin imzalanmasına baxmayaraq Krım yarımadası Ukrayna ilə Rusiya arasında mübahisəli yer kimi qaldığından zaman keçdikcə Krımın Rusiya tərəfindən ilhaqı ilə başa çatdı. Belə ki, Qərblə Rusiya arasında qalan Ukraynada vəziyyətin mürəkkəbləşməsindən isti- fadə edən qüvvələr Krımın Rusiyaya birləşdirilməsi məsələsini gündəmə gətirdilər. Krım ya- rımadasında Rusiya-Ukrayna ikili vətəndaşlığı əksəriyyəti rus olanlar yaşayırlar. Sevastopol- da Rusiyanın hərbi-dəniz bazası yerləşir və onlar 2042-ci ilə kimi bu bazada qalmaq hüqu- quna malikdirlər.
Ukraynada hakimiyyətin Avropa İttifaqı ilə assosiativ razılaşmadan imtina etməsinə qarşı etiraz aksiyaları başlasa da, hərəkat tez bir zamanda istiqamətini korruspsiya və insan hüquqlarının pozulmasına qarşı yönəldi. 2013-cü il noyabrın 30-dan dekabrın 1-nə keçən gecə dinc aksiya iştirakçılarını dağıtmaq cəhdi hakimiyyətə baha başa gəldi və ölkədə faktiki ola- raq durum nəzarətdən çıxdı. Yüz minlərlə aksiya iştirakçıları Azadlıq Meydanında iqtidarın istefasını tələb etdi. Ukrayna prezidenti Viktor Yanukoviç paytaxt Kiyevdən qaçmağa məcbur oldu. Ukraynada hakimiyyətin dəyişilməsi Rusiya Prezidenti V.V.Putin üçün çətinlik törətdi, belə ki, Prezident böyüklüyünə görə ikinci Şərqi Slavyan ölkəsi olan Ukraynanın gələcəkdə Avropa İttifaqının yanında yer almasından ehtiyat edirdi. Odur ki, Rusiya rus dilli əhalinin
əksəriyyət təşkil etdiyi rayonlarda olduğu kimi, Krımda da yeni hakimiyyətə qarşı müxalifəti dəstəklədi. İlk növbədə 2014-cü il martın 16-da Krımın statusu haqqında referendum keçiril- di. Referendumda iştirak edənlərin 96 faizdən çoxu Krım Muxtar Respublikasının Rusiya Fe- derasiyasının tərkibinə daxil olmasının lehinə səs verdi. Rusiya prezidenti V.V.Putin 2014-cü il martın 18-də Krım Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haq- qında müqavilənin imzalanması barəsində sərəncam verdi. Bunun ardınca Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək yarımadanı Krım Respublikası olaraq Federasiyanın inzibati ərazisinə da- xil etdilər.
İki şərqi slavyan dövləti Rusiya və Belarusiya sıx əməkdaşlıq edir. 1996-cı ilin apre- lində Rusiya-Belarus birliyinin yaradılmasına dair müqavilə imzalandı. 1997-ci ildə birlik Ru- siya-Belarus İttifaqına çevrildi. 1997-ci il mayın 23-də İttifaqın Nizamnaməsi qəbul edildi. Rusiya-Belarus İttifaqı tədricən konfederasiya şəklində birləşməyə gedir. Rusiya və Belarus vətəndaşları azad surətdə bir ölkədən digərinə getmək, əmlaka sahib olmaq hüququna malik- dir. Lakin Belarusun iqtisadiyyatı bazar münasibətlərinə keçmədiyi üçün Rusiyadan fərqlidir. Siyasi sistem isə avtoritar rejimə malik olduğundan Rusiyanın demokratik düşüncə tərzli siya-
sətçilərin qorxudur. Belarusun prezidentinin siyasəti həm ölkə daxilində, həm də xaricdə ciddi tənqid edilir. O, Konstitusiyaya zidd olaraq öz prezidentlik hakimiyyətinin vaxtını uzatmaqda ittiham olunur. 2000-ci ildə Belarusda müxalifət Rusiya əleyhinə mitinqlər təşkil edərək bu ölkə ilə inteqrasiyanın əleyhinə olduqlarını nümayiş etdirdilər. Müxalifət belə hesab edir ki, Rusiya Belarusu öz tərkibinə qatmağı nəzərdə tutur. Bir çox rus siyasətçiləri də belə düşünür ki, birləşmə yalnız Belarusun Rusiyanın tərkibinə qatılması ilə mümkündür.
MDB daxilində Rusiyanın mühüm tərəfdaşlarından biri Qazaxıstandı. Qazaxıstan həm də Rusiya, Qırğızıstan və Belarus ilə birlikdə Gömrük İttifaqını təşkil edir. Buna baxmayaraq, Qazaxıstanda da rus dilli əhaliyə təzyiq göstərilir. Xüsusilə rus və ukraynalıların sıx yaşadığı ölkənin şimal regionlarında vəziyyət daha mürəkkəbdir. Şimal hissəsindəki nüfuzlu siyasi qüvvələr bu ərazilərin Qazaxıstandan ayrılıb Rusiyaya birləşməsini tələb edir, Qazaxıstan isə bunu ərazi bütövlüyünə qəsd hesab edir. Bütün bu fikir ayrılığı və çətinliklərə baxmayaraq 2014-cü il mayın 29-da Rusiya, Belarus və Qazaxıstan Avroasiya İqtisadi İttifaqının (AAİİ) yaradılması haqqında müqavilə imzaladılar. Avroasiya Gömrük İttifaqı əsasında yaradılan bu beynəlxalq inteqrasiya iqtisadi birliyi 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.
MDB çərçivəsində Rusiya Federasiyasının yaxın tərəfdaşlarından Qırğızıstan və Taci- kistandır. 1997-ci ildə Rusiyanın vasitəçiliyi ilə Tacikistan hökumətilə müxalifət arasındakı hərbi əməliyyatların dayandırılıb milli barışıq komissiyası təşkil edilməsinə dair saziş imza- landı. Tacikistanın cənub sərhədlərini Rusiyanın 201-ci diviziyası qoruyur. Bu isə terrorçu- ların, narkotik və silah alverçilərinin sərhədi keçmələrinin qarşısına sipər çəkir.
Rusiyanın Cənubi Osetiya üzündən Gürcüstanla münasibətləri gərgin olaraq qalmaq- dadır. Belə ki, 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan hərbi qüvvələri Cənubi Osetiyada qayda-qanunu bərpa etmək və yerli separatçı qüvvələrin hərəkətlərinin qarşısını almaq məqsədilə əyalətin ərazisinə daxil oldular. Avqustun 8-də Rusiyanın 58-ci ordusunun hərbi qoşunları Roki tunelini keçərək müstəqil Gürcrüstanın ərazisinə daxil olub, Sxinvali şəhəri istiqamətində hücuma keçdilər. Beləliklə, 5 günlük Rusiya-Gürcüstan müharibəsi baş- ladı. Canlı və hərbi texnika cəhətdən Gürcüstan ordusundan qat-qat üstün olan Rus qoşunları avqustun 9-da 150 tankla Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub əks- hücuma keçdilər. Rus qoşunları tezliklə Cənubi Osetiyanın yerli əsgərləri ilə birlikdə Gürcü qoşunlarını məğlubiyyətə uğradaraq Roki tunelini və Cənubi Osetiyanı tutdular. Beş günlük müharibə nəticəsində 215 nəfər gürcü əsgər və zabiti öldürüldü, 283 nəfər isə yaralandı. Qarşı tərəf isə təxminən 400 nəfər əsgər və zabit, çox sayda mülki şəxs itirdi. Müharibədən sonra Gürcüstan Rusiya ilə quru və hava yollarını bağladı. Beş günlük Rusiya-Gürcüstan mühari- bəsi rus və gürcü xalqı arasında dərin uçurum yaratdı. Gürcüstan Abxaziya və Cənubi Ose- tiyanın nəzarətində olan hissəsini itirməklə suveren ərazisnin 20 faizini itirmiş oldu. 2012-ci ilin dekabrında Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan etdi ki, Rusiya Mixail Saakaş- vilidən sonrakı yeni hakimiyyətlə danışıqlara hazırdı, amma qarşı tərəf bölgədəki geosiyasi dəyişiklikləri qəbul etməlidir. Tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəd xəttinin dəyişdirildiyinə görə Gürcüstan 2015-ci il avqustun 12-də növbəti dəfə Rusiya tərəfinə nota ilə müraciət etmişdir. Rusiya Gürcüstan münasibətləri bu gün də gərgin olaraq qalmaqdadır.
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də yaranıb. 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışıdr. Hər iki tərəf arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq gündən-günə inkişaf edir. Rusiya Federasiyanın prezidentləri V.V.Putin və D.A.Medvedev 2001, 2006, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikasına rəsmi səfərə gələrək dövlət başçısı Heydər 6liyev və İlham 6liyevlə işgüzar görüşlər keçiriblər. Bu Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə 2013-cü ilin avqustunda Rusiya Federasiyasının prezidenti V.V.Putinin Azərbaycan Respub- likasına növbəti səfəri və bu səfər çərçivəsində Bakıda Azərbaycan Respublikasının dövlət başçısı İlham 6liyevlə işgüzar görüşü iki tərəfin qarşılıqlı əlaqələrini daha da zənginləşdirmək marağından xəbər verir. Eyni zamanda Rusiyanın dövlət başçısı V.V.Putin 2015-ci ilin iyu- nunda Bakıda keçirilən Birinci Avropa oyunlarının rəsmi açılışında iştirak edib, Azərbaycan
Respublikasının prezidenti İlham 6liyevlə işgüzar danışıqlar aparıb. Hər iki lider danışıqların səmərəli olduğunu bəyan edib.
1991-ci il dekabrın 24-də Rusiya BMT-də SSRİ-nin yerini tutaraq Təhlükəsizlik Şurasının daimi üzvü oldu. 1992-ci ilin yanvarında Təhlükəsizlik Şurasının iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edərək Rusiya prezidenti B.N.Yeltsin ölkə prezidenti C.Buşla “Rusiya və ABŞ arasındakı münasibətlərin prinsipləri haqqında” bəyannamə imzaladı. Bəyan edildi ki, hər iki ölkə arasındakı münasibətlər dostluq və tərəfdaşlıq əsasında qurulur. 1992-ci ilin martında Rusiya və MDB ölkələri Şimali Atlantika əməkdaşlığı Şurasına daxil oldu. Bu MDB ölkələrinin NATO ilə tərəfdaşlığının əsasını qoydu. 1994-cü ilin Rusiya və MDB-yə daxil olan keçmiş sovet respublikaları Şərqi Avropa ölkələrinin də iştirak etdiyi “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. 1994-cü il mayın 5-də MDB-yə daxil olan Azərbaycan Respublikası NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu.
1995-ci ilin may ayında Rusiya Federasiyasına səfər edən ABŞ prezidenti B.Klinton bildirdi ki, NATO-nun genişləndirilməsi Avropanın yenidən parçalanmaması üçün tədricən həyata keçiriləcək. Bu məsələdə ABŞ-ın başlıca məqsədi Şərqi Avropa ölkələrinin bir daha Rusiyanın təsiri altına düşməsinə yol verməməkdir. ABŞ Rusiya Federasiyası ilə əməkdaşlığı Avropada yeni təhlükəsizlik sisteminin əsas elementlərindən biri saydığı üçün həm “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, həm də ikitərəfli Rusiya ilə əlaqələrin inkişafında maraqlı idi. 1997-ci ilin yanvar ayında NATO-nun baş katibi Rusiyaya rəsmi səfərə gəldi. 1997-ci il mayın 10-da Helsinkidə B.Yeltsinlə B.Klintonun görüşü oldu. 1997-ci il mayın 27- də Parisdə NATO ilə Rusiya Federasiyası arasında “Qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında akt” imzalandı. Rusiya NATO-nun genişlənməsi ilə razılaşdı, NATO isə Şərqi Avropa ölkələrində nüvə silahı yerləşdirməməyi öhtəsinə götürdü.
2002-ci ilin may ayında Rusiya NATO-nun Romada keçirilən sammitində iştirak etdi. Rusiya-NATO Şurasının yaradılmasına dair bəyannamə imzalandı. ABŞ Baltikyanı respubli- kalarının NATO-ya daxil olmasına səy göstərirdi, Rusiya isə bunun əleyhinə idi. 2002-ci ilin noyabrında NATO-nun Praqada keçirilən sammitində Bolqarıstan, Litva, Latviya, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyaya NATO-ya daxil olmaqları məqsədilə dəvətnamə göndərmək qərara alındı. 2003-cü ildə 7 Avropa dövlətinin NATO-ya qəbul edilməsi prosesi başa çatdı.
1990-cı illərdə Balkan yarımadasında cərəyan edən hadisələr Avropada və dünyada beynəlxalq münasibətləri kəskinləşdirdi. 1991-ci ilin iyununda Sloveniya və Xorvatiya öz müstəqilliyini elan etdi. Serbiya və Çernoqoriya vahid İttifaq dövlətinin saxlanılması tərəfdarı idi. 1991-ci ilin martında Bosniya İttifaqdan çıxdı, YSFR-in dağılması prosesi başa çatdı. 1992-ci ilin yazında hadisələrin mərkəzi serblər, müsəlmanlar və xorvatlar yaşadığı Bosni- yaya keçdi və onlar arasında hərbi əməliyyatlar başlandı. Qərb dövlətlərinin Bosniya müna- qişəsi ilə bağlı siyasəti fəallaşdı. Rusiya NATO-nun Bosniya münaqişəsinə qoşulmasının
əleyhinə çıxış edərək şərt qoşurdu ki, bunun üçün BMT Təhlükəsizlik Şurası icazə verməlidir. ABŞ-ın Deyton şəhərində Serbiya, Xorvatiya və Bosniya arasında danışıqlar başladı, 1995-ci ilin noyabrında onlar arasında Deyton barışığı, dekabrın 14-də isə Parisdə sülh müqaviləsi imzalandı. Bosniya ərazisinin 51 faizi müsəlman-xorvat federasiyasına, 49 faizi serblərə verildi, beləliklə Bosniyada vahid dövlət konfederasiyası formasında saxlandı.
Yuqoslaviya İttifaq Respublikası 1992-ci ildə Serbiya və Çernoqoriyanın birləşməsi nəticəsində yarandı. Kosovo albanları müstəqillik uğrunda mübarizəyə başladı. YİR polis və ordu qüvvələri ilə Kosovodakı albanları kütləvi şəkildə ölkədən qovmağa başladı. NATO qoşunları Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlayaraq Serbiyanı bombaladı. Buna cavab olaraq Rusiya NATO ilə əməkdaşlığı dayandırdı. Rusiyanın prezidenti B.N.Yeltsin V.Çernomırdini Yuqoslaviya böhranının həlli məsələsi üzrə xüsusi nümayəndə təyin edərək 1999-cu il aprelin sonunda Belqrada göndərdi. V.Çernomırdin may ayının 18-də Belqradda S.Miloşeviçlə görüşüb danışıqlar apardı. Uzun danışıqlardan sonra NATO qoşunları Kosovaya daxil oldu, qaçqın albanlar isə öz yerlərinə qayıtdı. Helsinki və Kölndə əldə olunan razılıq Rusiyanın Kosovadakı sülhyaratma əməliyyatlarında iştirak etməyə şərait yaratdı.
1999-cu il iyunun 20-də serb qoşunlarının və polisin Kosovadan çıxarılması başa çatdı.
NATO-nun Baş katibi X.Solana YİR-na qarşı hərbi əməliyytların dayandırıldığını bildirdi.
Rusiya Federasiyasında həyata keçirilən iqtisadi və siyasi islahatlar onun Avropada yeni münasibətlər sisteminə inteqrasiya olunmasına yol açdı. 1994-cü ildə Rusiya Qərbi Avropa İttifaqı ilə əlaqə yaratdı, 1996-cı ildə Avropa Şurasına daxil oldu. 1994-cü il iyun ayının 24-də Rusiya Federasiyası ulə Avropa İttifaqı arasında əməkdaşlığa dair müqavilə bağlandı.
SSRİ dağıldıqdan sora dünyada qüvvələr nisbəti əhəmiyyətli şəkildə dəyişdi. ABŞ və müttəfiqlərinin nüvə silahından çəkindirmə vasitəsi kimi istifadə məqsədi azaldı. 1993-cü il yanvarın 3-də Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının ixtisar edilməsi haqqında müqavilə imzalandı. Müqaviləyə əsasən hər iki dövlətin strateji hücum raketlərindəki döyüş başlıqlarının miqdarı 3500 ədəd müəyyən edildi. 1999-cu il iyunun 20-də Rusiya Federasiyasının prezidenti B.Yeltsin ABŞ prezidenti B.Klintonla görüşündə strateji silahların ixtisarına dair yeni müqavilə haqqında danışıqlara başlamaq üçün razılıq əldə olundu. 2000-ci ilin aprel ayında Rusiyanın Dövlət Duması strateji hücum silahlarına dair 1993-cü il müqaviləsini təstiq etdi. 2001-ci il noyabrın 12-də Rusiya Federasiyasının prezi- denti V.V.Putin ABŞ-a səfərə getdi. 2002-ci il mayın 24-də ABŞ prezidenti C.Buş Rusiyaya səfər etdi və hər iki ölkə arasında “Strateji hücum potensialının məhdudlaşdırılması haqqında” müqavilə imzlandı. Hər iki tərəf 2002-ci il dekabrın 31-dək qitələrarası ballistik raketlərdəki döyüş başlıqlarının sayını 1700-2200 həddində ixtisar etməyi nəzərdə tuturdu. Müqaviləni Rusiya Federasiyasının parlamenti 2003-cü ilin mayında təstiq etdi.
1990-cı illərin əvvəllərindən başlayaraq Rusiya Federasiyasının Çinlə əlaqələri artdı. 1992-ci ildə prezident B.Yeltsinin Çinə səfəri çərçivəsində Pekin bəyannaməsi imzalandı, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq genişləndi. 2001-ci il iyulun 16-da Moskvada Rusiya ilə Çin arasında 20 il müddətinə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.Tərəflər bir-birinə qarşı qüvvə tətbiqindən, nüvə silahı işlətməkdən və strateji nüvə raketlərini yönəltməkdən imtina etdilər. Dinc yanaşı yaşamaq prinsipini əldə rəbhər tutaraq Rusiya və Çin bir-birinin daxili işinə qarışmamalı və müəyyən etdikləri inkişaf yoluna hörmət etməli idi. 90-cı illərin əvvəllərində Monqolustanda bazar iqtisadiyyatı və demokratiyaya əsas- lanan cəmiyyət quruculuğuna başlandı. 1993-cü ildə Monqolustan Rusiya Federasiyası ilə, 1994-cü ildə Çinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. 1992-ci ildə Cənubi Koreya Rusiya ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı. Rusiyanın Cənub-
Şərqi Asiya ölkələrilə, Çinlə, Hindistanla iqtisadi və hərbi texniki əməkdaşlığı ildən ilə inkişaf
edir.
Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, Rusiyanın dünyada fəal və müstəqil mövqeyə malik olması beynəlxalq aləmdə sabit şəraitin təminatçısı olmaqla bərabər bütün dövlət və xalqları əhatə edən problemlərin həll edilməsində əsas rol oynayır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin