Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Rusiya 90-cı illarin ikinci yarısı – 2015-ci ila kimi olan dövrda



Yüklə 1,22 Mb.
səhifə73/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   69   70   71   72   73   74   75   76   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Rusiya 90-cı illarin ikinci yarısı – 2015-ci ila kimi olan dövrda. 1995-ci ilin de- kabrındakı Dövlət Dumasına ikinci seçkidə 43 partiya və seçkiqabağı birlik iştirak etdi. Sol qüvvələri təmsil edən G.Züqanovun RFKP-nın seçki proqramı Prezidentin islahatlarının tən- qidinə, onun SSRİ-ni dağıtmasında təqsirləndirilməsi və xalqın yoxsullaşmasına səbəb olma- sına həsr edilmişdir. Hökumətin siyasətini NDR hərəkatı müdafiə edirdi. Demokratik qüv- vələri “Yabloko” və Y.Qaydarın “Demokratiçeskiy Vıbor Rossii” (DVR) təmsil edirdi. Seç- kilərdə yalnız dörd birlik, o cümlədən 22 faiz səslə KPRF, 11 faiz səslə LDPR, 10 faiz səslə NDR və 8 faiz səslə “Yabloko” beşfaizlik səddi keçərək Dumada təmsil edilmək hüququ qa- zandı. Dumada üstünlük təşkil edən kommunistlərin nümayəndəsi G.N.Seleznyov spiker seçildi.
Konstitusiya prezidentə çox böyük səlahiyyətlər tanıdığı üçün 1996-cı ildəki prezident seçkiləri ölkənin üçüncü minilliyə hansı yolla gedəcəyi məsələsinə aydınlıq gətirmək məna- sında çox böyük siyasi əhəmiyyət daşıyırdı. Siyasi partiyalar bu həlledici döyüşə ciddi hazır- laşırdı. Prezident seçkilərinin birinci turu iyunun 16-da keçirildi. Səsvermədə iştirak edən seçicilərin B.Yeltsinə 35,3, G.Züqanova 32, A.lebedə 14,5, Q.Yavlinskiyə 7,3, V.Jirinovskiyə
5,7, S.Fyodorova 0,9, M.Qorbaçova 0,5, M.Şakkuma 0,4, Y.Vlasova 0,2 və V.Brınsalova 0,2 faizi səs verdi. Onbirinci namizəd A.Tuleyev seçkiyə kimi G.Züqanovun xeyrinə öz namizəd- liyin geri götürdü. Beləliklə, ikinci tura B.Yeltsin və G.Züqanov çıxdı. B.Yeltsin siyasi manevr edərək səslərin 14,5 faizini toplayan A.İ.Lebedi Təhlükəsizlik Şurasının katibi və prezidentin Milli məsələlər üzrə köməkçisi təyin etdi. Bu addım, səslərin B.Yeltsinin xeyrinə dəyişməsinə şərait yaratdı.1996-cı ildə seçkilərin ikinci turunda B.N.Yeltsin səslərin 53,7 faizini toplayaraq Rusiya Federasiyasının Prezidenti seçildi. G.Züqanov seçicilərin yalnız 40,3 faiz səsini qazandı. Bu isə o demək idi ki, Rusiya qəbul etdiyi islahatlar yolunu davam etdirir.Y.S.Stroyev 1996-cı ildə Federasiya Şurasının sədri seçildi.
B.N.Yeltsin ikinci dəfə Rusiya prezidenti seçildikdən sonra səhhətində yaranan problemlərlə bağlı uzun müddət dövlət işlərindən ayrı düşdü. Ürəyindən mürəkkəb əməliyyat keçirən prezident B.Yeltsin yalnız 1997-ci ilin martında fəal dövlət işləri fəaliyyətinə başlayaraq radikal islahatlar proqramı ilə çıxış etdi. “Gənc islahatçılar” A.B.Çubays və B.E.Nemtsov Baş nazirin birinci müavinləri təyin edildi. Hökumətin yeritdiyi islahat xəttinə baxmayaraq, ölkədə vəziyyət ağır olaraq qalırdı. 1998-ci ilin sonu 1999-cu ilin əvvəllərində ölkədəki vəziyyət belə fikir yürütməyə əsas verdi ki, prezident kimi B.N.Yeltsinin siyasi rolu başa çatmaq üzrədir. Duma ilə yanaşı prezidentə qarşı müxalifətə keçən Federasiya Şurası B.Yeltsinin istefasını tələb etdiyi Baş prokuror Y.İ.Skuratovu vəzifədən azad etmədi. Moskva şəhərinin meri Y.M.Lujkov və onun rəhbərlik etdiyi “Oteçestvo” hərəkatı B.Yeltsini və onun
ətrafın kəskin tənqid etməyə başladı.6slində ölkənin siyasi həyatında hakimiyyət böhranı daha aydın hiss edilirdi. Hökumət, nazirlik və sahə idarələrində tez-tez kadr dəyişikliyi edən B.Yeltsinin nüfuzu və dövlətin həyatındakı rolu aşağı düşürdü.1998-ci ilin aprelindən 2000-ci ilin martına kimi Rusiya Federasiyasının Baş Naziri vəzifəsində 5 nəfər S.V.Kiriyenko, V.S.Çernomırdin, Y.M.Pirimakov, S.V.Stepaşin, V.V.Putin bir-birini əvəz etdi. Hökumət rəhbərliyinin dəyişdirilməsi ölkədə vəziyyəti dəyişmədi.
1999-cu ilin avqust ayında B.N.Yeltsin RF-nın Baş naziri vəzifəsinə V.V.Putini təyin etdi. Putin Vladimir Vladimiroviç 1952-ci ildə Leninqradda anadan olub, 1975-1990-cı illərdə SSRİ DTK-nin xarici kəşfiyyat işlərində çalışaraq Almaniya üzrə ixtisaslaşıb. Polkovnik
rütbəsində istefaya çıxdıqdan sonra 1990-cı ildən Leninqrad Sovetində, Sankt-Peterburq meriyasında çalışıb. Xarici əlaqələr Komitəsinin sədri olub. 1997-ci ildən RF Prezidentinin İcra aparatı rəhbərinin müavini,1998-1999-cu illərdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru, 1999-cu ilin avqustundan 2000-ci ilin mayına kimi Rusiya hökumətinin sədri olub. Eyni zamanda 1999-cu il dekabrın 31-dən Rusiya Federasiyası Prezidentinin vəzifəsini icra edib. 2000-ci il martın 26-da keçirilən Prezident seçkisində V.V.Putin birinci turda inamlı qələbə qazanaraq ölkə prezidenti olub.
1999-cu ilin dekabrından Dövlət Dumasına seçkilərdə mövcud hakimiyyətin əsas rəqibi kommunistlər deyil Y.Primakov və Y.Lujkovun başçılıq etdiyi “Oteçestvo-Vsya Rossii” hərəkatı oldu. Şeçkiqabağı təbliğatı hakimiyyəti kəskin tənqid edərək B.Yeltsinin yaxın
ətrafını korrupsiyada ittiham üzərində quran hərəkata cavab Kremldən gəldi. Y.Lujkovun ünvanına da eyni səpkili ittihamlar mərkəzi televiziya kanalı vasitəsilə səsləndi. Ölkənin siya- si həyatında yeni qüvvələr əvvəllər siyasətdən uzaq olan Fövqəladə vəziyyət naziri S.K.Şoy- qunun liderliyi altında V.V.Putinin müdafiə etdiyi “Yedinstvo” (“Medved”) hərəkatını ya- ratdı. V.V.Putini həmçinin S.V.Kirienko, B.Y.Nemtsov, İ.M.Xakamandanın başçılıq etdikləri Soyuz Pravıx Sil (SPS) demokratik yönümlü birlik müdafiə edirdi. 1999-cu il dekabr seçkilərində KPRF 24,3, “Yedinstvo” 23,3, “Oteçestvo-Vsya Rossiya” 13,3, SPS 8,5, “Yab- loko” 5,9, LDPR 5,9 faiz səs topladı. 6n çox uğur “Yedinstvo” və SPS qazandığı halda, KPRF və LDPR-in nüfuzu xeyli aşağı düşdü.
V.V.Putini müdafiə edən blokların qələbəsi onun cəmiyyətdə nüfuzunun artığını nümayiş etdirdi. Bu şəraitdə B.N.Yeltsin 2000-ci ilin iyulunda başa çatmalı olan prezidentlik müddətini gözləmədən təcili istefaya getməyi qərara aldı. 1999-cu il dekabrın 31-də B.Yeltsin özünün istefasını elan edərək hakimiyyəti V.V.Putinə dövr etdi. 2000-ci il martın 26-da keçirilən prezident seçkisində V.V.Putin seçicilərin səsinin 52,9 faizini toplayaraq birinci turda Rusiyanın növbəti prezidenti seçildi. Onun ən yaxın rəqibi G.Züqanov isə yalnız seçi- cilərin 29,2 faiz səsini toplaya bildi. V.V.Putin M.M.Kasyanovu Rusiyanın Baş naziri təyin etdi. Vətənpərvərlik, əxlaqi dəyərlər, milli nailiyyətlərə qayğı və ölkənin təhlükəsizliyi yeni Prezidentin çıxışlarının ana xəttini təşkil edirdi.
Uzun illər davam edən kəskin müzakirələrdən sonra 2000-ci ilin dekabrında Prezidentin təklifi ilə Duma Rusiyanın simvollarını qəbul etdi. Ölkənin gerbində ikibaşlı qartal, bayra- ğında isə üç-ağ-göy-qırmızı rənglər əks olunmuşdur. Sovet dövrünün qırmızı rəngli bayrağı silahlı qüvvələrin simvolu oldu. Böyük Vətən müharibəsi dövründə A.V.Aleksandrovun himninə S.V.Mixalkovun yazdığı yeni sözlərlə müstəqil Rusiyanın yeni milli himni təstiq olundu. Milli simvolların keçmişlə müasirliyi birləşdirən əlamətləri əslində cəmiyyətdə müxtəlif siyasi qüvvələrin barışığını saxlayaraq ölkənin keçmişi ilə yeniliyi arasında əlaqənin qanunauyğunluğun təcəssüm etdirirdi.
2001-ci ildə “Yedinstvo” və “Oteçestvo-Vsya Rossiya” birləşərək hakimiyyətyönümlü “Yedinaya Rossiya” partiyasını yaratdılar. Sonradan onun sədri B.V.Qrızlov oldu. Beləliklə, hökumət Dumada özünə çoxluğun köməyini təmin etdi, bu isə vaxtı çatmış qanunların qəbul edilməsinə şərait yaratdı. Ölkədə sabitləşdirmə məqsədilə atılan addımlar nəhayət islahatlar başlanandan sonra ilk dəfə olaraq icraedici və qanunverici orqanlar arasında qarşıdurmaya son qoydu ki, bu da cəmiyyətin bütün təbəqələrinin mənafeyinə uyğun idi.
Yeltsin epoxasındakı prezidentlik və parlament qarşıdurmasından fərqli olaraq V.Putinin prezidentliyi dövründə onun xəttini müdafiə edən “Yedinaya Rossiya” partiyasının 2003-cü ildə Dövlət Dumasında səslərin böyük əkəsiyyətini alması siyasi qüvvələrin prinsipcə qruplaşmasına, dövlət başçısına isə müəyyən etdiyi kursu uğurla davam etdirməyə şərait yaratdı. Ölkədəki mövcud partiya və hərəkatın hər biri sosial-iqtisadi inkişaf prespektivini öz proqramı çərçivəsində şərh edir. Siyasi qüvvələrin sağında liberal meylli, öz prorqamında daha çox sosial problemlərə yer ayıran “Soyuz pravix sil” və “Yabloko” gəlir. Sol cəbhədə çoxsaylı və yaxşı təşkil olunmuş KPRF durur. Onların arasında mərkəzyönümlü partiyaların
ən böyüyü “Yedinaya Rossiya” gəlir ki, bunun da ölkənin bütün regionlarında şöbələri
mövcuddur. 2001-ci ildə partiyalar haqqında yeni Qanun qəbul edilib ki, bu da onların daha
səmərəli fəaliyyət göstərmələrini təmin etməlidir.
Prezidentin 2003-cü il mayın 16-da RF-nın Federal Yığıncağına müraciətində Rusiyanın vətəndaş cəmiyyətinə malik, möhkəm demokratik əsaslı, insan hüquqlarının, vətəndaş və siyasi azadlıqların mövcud olduğu bir ölkə olması vurğulanır. Daxili siyasətin əsas məsə- lələrindən biri Rusiya dövlətçiliyinin əsasının möhkəmləndirilməsidir. Bu məqsədlə 2000-ci ildə ölkənin idarəetmə mexanizmini möhkəmlətmək üçün 7 federal dairə təşkil olundu. Dairələrin başında Prezidentin səlahiyyətli nümayəndəsi durur ki, onlar da öz fəaliyyətini Rusiya Konstitusiyasına əsasən yerli hakimiyyət orqanları ilə razılaşdırırdılar. Federal Yığıncaq yenidən quruldu. Qanunverici orqanın üst palatasında regionun başçısı yerinə onun təyin etdiyi, bu sahədə iş təcrübəsi olan şəxs fəaliyyət göstərməyə başladı. 2004-cü ilin payızında dövlət hakimiyyəti strukturunda daha bir islahat həyata keçdi. Qubernatorlar
əvvəllər olduğu kimi ümumxalq seçkisi ilə deyil Rusiya Prezidentinin təqdimatı əsasında Federal parlament tərəfindən təsdiq edilərək işə başlaya bilərdi.
2003-cü il dekabrın 7-də seçkilər keçirildi. Dövlət Dumasına 450 nəfər deputat seçildi ki, bunların da 350 nəfəri, yəni böyük əksəriyyəti hakimiyyətin “Yedinaya Rossiya” parti- yasına məxsus idi. Bundan əlavə, KPRF 52, LDPR 36, “Rodina” 36 yer aldı. Müstəqil depu- tatlar 23 yerlə Dumaya daxil oldu. Müxalifət partiyaları “Soyuz Pravıx Sil” və “Yabloko” müəyyən edilən səddi keçə bilmədikləri üçün Dumada təmsil edilmədi. B.V.Qrızlov Dövlət Dumanının sədri seçildi. Seçkinin nəticələri bir daha təstiq etdi ki, Rusiya əhalisinin böyük
əksəriyyəti ölkədə siyasi sabitliyin bərqərar olmasın istəyir, onun güclü, beynəlxalq miqyasda nüfuzlu bir dövlət olmasında maraqlıdır.
2007-ci ilin dekabrında Dumaya yeni Qanun əsasında seçkilər keçirildi. Qanuna uyğun olaraq həm ali, həm də regional dövlət hakimiyyət oqanlarına seçkilər proporsional sistem
əsasında baş tutdu. Seçkilərdə yalnız siyasi partiyalar iştirak etmək hüququ aldı ki, bu da iri partiya fraksiyalarının formalaşmasına şərait yaratdı. Parlament seçkilərinə görə “Yedinaya Rossiya” Dövlət Dumasında yerlərin çoxunu aldı. Bunun ardınca KPRF, LDPR və “Spraved- livaya Rossiya” Dumada öz yerlərini tutdu. ”Soyuz Pravıx Sil” və “Yabloko” yeni seçki qanununun tələb etdiyi 7 faizlik səddi aşa bilmədikləri üçün Dumaya düşə bilmədi.
2008-ci ilin martında Rusiya Federasiyasının yeni, üçüncü Prezidenti 1965-ci il təvəllüdlü Peterburq Universitetinin Hüquq fakültəsini bitirmiş Dmitri Anatolyeviç Medvedev seçildi. D.A.Medvedevin namizədliyin “Yedinaya Rossiya” partiyası və şəxsən keçmiş prezident V.V.Putin müdafiə etdi. Yeni Prezident V.V.Putinin Rusiyanın inkişafına dair daxili və xarici siyasət xəttinin tam tərəfdarı olub, onun rəhbərliyi altında hökumətin baş nazirinin müavini kimi dörd milli proqrama nəzarət etmişdir. Odur ki, təbiidir ki, D.A.Medvedyev prezident seçildikdən sonra V.V.Putin hökumətə başçılıq etmişdir. Hər iki lider 2020-ci ilə kimi Rusiyanın inkişafının strateji məqsədini, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, xalqın həyat səviyyəsinin yüksəldilməsində görür.
2011-ci il dekabrın 14-də VI çağırış Dövlət Dumasına növbəti seçkilər oldu. Nəticədə hakim partiya “Yedinaya Rossiya” parlament çoxluğuna sahib olsa da bir çox müşahidə- çilərin, yerli və xarici siyasətçilərin, jurnalist və ekspertlərin rəyinə görə seçkilər yekunu saxtalaşdırılmışdır.
2012-ci il martın 4-də Rusiya Federasiyasının prezidenti seçkiləri keçirildi, Vladimir Putin birinci turda qalib gələrək mayın 7-də prezident vəzifəsin icra etməyə başladı. Prezi- dentliyə namizəd Gennadi Züqanov və başqaları prezident seçkisində yol verilən nöqsanlara görə seçkini qeyr-legitim hesab edirlər. Mayın 8-də Dövlət Duması prezident V.Putinə Dmitri Medvedyevi hökumətin sədri təyin etməyə razılıq verdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin