Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə75/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   71   72   73   74   75   76   77   78   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Rusiyanın madaniyyati. Rusiya mədəniyyəti yeni siyasi və sosial-iqtisadi münasibətlər şəraitində inkişaf edirdi. Mülkiyyətin dövlət formasının aradan qalxması əhalinin əmlak bərabərsizliyini daha da dərinləşdirdi. Xüsusi sahibkarlıq mədəniyyət sahəsinə də nüfuz edib möhkəmləndi. Mədəni həyatın mərkəzləşmiş idarəetmə mexanizmi başa çatdı. Sərt ideoloji diktatorluq və yuxarının “göstərişləri” aradan qalxdı. Mətbuat üzərindəki nəzarət ləğv olundu. Dövlətin mədəniyyət sahəsindəki ana xəttini keçmişin müsbət ənənələrindən bəhrələnərək mədəniyyətin müxtəlif sahələrinin inkişafına qayğı və diqqəti təmin etmək təşkil edirdi.
Ölkədəki sosial-iqtisadi islahatlar təhsil sahəsində dəyişikliklərə zəmin yaratdı. Yeni- dənqurma dövründə meydana gələn alternativ təhsil sistemi möhkəmləndi. Dövlət tədris müəssisələri ilə bərabər özəl məktəblər, litseylər, gimnaziyalar, kolleclər meydana gəldi. XXI yüzilliyin əvvəllərində Rusiyada 700-ə yaxın özəl ümumtəhsil məktəbi fəaliyyət göstərirdi ki, bu da ölkədə olan məktəblərin bir faizindən çoxu demək idi. Məktəb təhsilinin alternativ forması daha çox Moskva, Sankt-Peterburq kimi mərkəzi şəhərlərdə yarandı. Orta və ali təhsil məktəbləri daha çox ümumtəhsil və tədrisin vahid fənn proqramları çərçivəsində öyrədilmə- sindən uzaqlaşmağa meyl edirdi. Xüsusilə ictimai fənlər üzrə çoxlu yeni proqram və dərsliklər hazırlandı.
Özəl ali məktəblərin sayı artaraq yeni əsrin əvvəllərində ali məktəblərin 27-28 faizini, burdada təhsil alan tələbələr ümumi tələbələrin 8-12 faizini təşkil edirdi. Xüsusilə iqtisadçı, menecer, bank və birja sahəsində çalışan mütəxəssis hazırlığı ön plana keçdi. Yüksək hazır- lıqlı elmi-pedaqoji kadrların özəl ali məktəblərdə az olması bir çox halda belə məktəblərdə təlim-tərbiyənin səviyyəsinin aşağı düşməsinə şərait yaradırdı.
SSRİ EA-nın xələfi olan Rusiya Elmlər Akademiyası kəskin maliyyə çatışmazlığı nəticəsində əsaslı elmi-tədqiqatlara vəsait ayırmaqda çətinlik çəkirdi. Keçmiş sovet respubli- kalarının və Şərqi Avropanın elmi-tədqiqat mərkəzləri ilə əlaqələr kəsilmişdir. Ölkə elminin zəif maddi-texniki bazası, aşağı əmək haqqı bir çox aparıcı alimin ölkəni tərk edərək xaricdə işləməsinə sövq etdi. Lakin 1990-cı illərin axırından başlayaraq elm sahəsində işlər yaxşılığa doğru dəyişdi. Dövlət elmin bütün sahələrini vacib olan vəsaitlərlə təmin etməyə başladı. Hər il ən yaxşı elm və texnika sahəsindəki tədqiqatlar Rusiya Federasiyasının Dövlət mükafatı ilə təltif edilməyə başlandı. XXI əsrin əvvəllərində fizika sahəsində Rusiya alimləri J.S.Alfyorov, V.L.Ginzburq və A.A.Abrikosov Nobel mükafatına layiq görüldü. İctimai elm sahəsində çalışan alimlər əvvəllər bağlı arxivlərdə saxlanılan materialları əldə etmək imkanı qazandılar, bu isə fəlsəfə, tarix, sosiologiya sahəsində yeni mahiyyətli əsərlərin yazılmasını təmin etdi.
6dəbiyyatın ictimai həyatda rolu dəyişdi. Yazıçıların ictimai fikrin formalaşmasında təsiri xeyli aşağı düşdü. A.İ.Soljenitsinin əsərləri kütləvi tirajla çap edilməsinə baxmayaraq, yazıçının “Rusiyanın yenidən qurulması” haqqındakı fikirləri geniş oxucu kütləsini cəlb et- mədi. V.Q.Rasputin, V.İ.Belov, Ç.T.Aytmatov, F.A.İskəndər kimi yazıçılar rus ədəbiyyatı üçün ənənəvi sosial problemlərdən bəhs edirdilər. Bu dövrdə detektiv ədəbiyyatı janrı geniş yayılmışdı. B.Akunin, A.Marinin, V.Makanin, L.Ulitskayanın əsərlərini buna misal göstər- mək mümkündür.
Ölkənin teatr, musiqi, kino sahəsində ənənəvi klassik və müasir formanın çulğalaş- masından doğan əsərlər geniş yayılmışdır. Görkəmli rejissorlardan Y.M.Solomin Malı teatrda, M.A.Ulyanov Evq.Vaxtanqov adına teatrda, M.A.Zaxarov “Lenkomda”, O.P.Tabakov “Taba- kerka”da, Q.B.Volçek “Sovremennik”də klassik və müasir əsərləri öz repertuarına daxil edə- rək geniş tamaşaçı kütlələrinin rəğbətini qazanmışdılar. Y.P.Leonov, İ.M.Çurikova, A.G.Ab- dulov, A.B.Treyndlix, L.M.Qurçenko və b. aktyorlar yaratdığı səhnə obrazları ilə milyonların sevimlisinə çevrilmişdilər.
Opera və balet teatrının lideri Sankt-Peterburqun Marinski teatrı idi. Teatrın baş rejis- soru və bədii rəhbəri V.A.Gergievin başçılığı ilə S.S.Prokofyevin opera silsiləsi və R.Vaq- nerin opera teatrologiyası “Koltso Nibelunqov” səhnələşdirilməsi bütün ölkədə şöhrət qazan- dı. Hər il Marinski teatrının səhnəsində ən yaxşı yerli və xarici ifaçıların iştirakı ilə “Belıye noçi” festivalı təşkil edilirdi. Rus bəstəkarlarının yenilikçi axtarışları onlara dünya şöhrəti qazandırdı. V.Artyomov, S.Qubaydulina, E.Denisov, A.Şnitke və b. buna misaldır.
Maliyyə çətinliklərinə baxmayaraq son illər dövlət kino sahəsinə xeyli vəsait ayırıb. Odur ki, milli kino istehsalının səviyyəsi artıb. S.S.Bodrovun baş rolda çəkildiyi “Qardaş” (“Brat”), “Qardaş-2” (“Brat-2”) müasir kinosu, qəhrəmanlıq tarixi epizodlarından bəhs edən N.Lebedevin “Ulduz” (“Zvezda”) kinosu tamaşaçıların rəğbətini qazanıb. Tarixi keçmişin yenidən əxz edilməsindən bəhs edən A.G.Germanın “Billur maşın!” (“Xrustalev, maşinu!”), A.N.Sokurovun “Rus mücrüsü” (“Russkiy kovçeq”), N.S.Mixalkovun “Günəşdən yorulmuşlar” (“Utomlyonnıe solntsem”) və “Sibir bərbəri” (“Sibirskiy tsiryulnik”) əsərləri kino incəsənətinin inkişafında irəliyə doğru böyük addım hesab edilə bilər. Keçmişdəki məşhur ədəbi əsərlərin yeni realist kino ənənələri əsasında ekranlaşdırılması diqqəti cəlb edir. Y.V.Qrımovun “Mumu”, A.A.Proş- kinin “Rus qiyamı” (“Russkiy bunt”) ekran əsərləri bu siyahıya daxildir. Gənc rejissor A.Sidrov kütləvi rus teleserialı istehsalı olan “Briqada” əsərini ekranlara daşıdı.
Müasir Rusiyada heykəltaraşlıq və memarlıq incəsənəti sahəsində yeni ənənəvi istiqa- mətin yaradıcılarından biri Rusiya Federasiyasının Bədii Akademiyasının prezidenti Z.K.Se- reteli hesab edilir. Onun Moskva və Rusiyanın başqa şəhərlərindəki heykəltaraşlıq kompozisi- yaları şəhərin landşaftlarına xüsusi əlamət bəxş edir. Tarixi kompozisiya və portretlər müəllifi İ.S.Qlazunov, müasir portret qalereyası yaratmış A.M.Şilov özünəməxsus rus təsviri incəsə-
nətinin ön sıralarında yer tutmuşdular. Keçən onillik ərzində Dövlət Tarix muzeyi, Dövlət Rus muzeyi, A.S.Puşkin adına Dövlət muzeyi və Sankt-Peterburqdakı A.S.Puşkinin ev muzeyi ye- nidən quruldu. Şəhərin 300 illiyi ilə bağlı Peterburqun altındakı saray-park ansamblı bərpa olundu. 1997-ci ilə bədii ziyalıların xüsusilə akademik D.S.Lixaçevin təşəbbüsü ilə “Kultura” dövlət telekanalı fəaliyyətə başladı. Bu proqram sayəsində ölkə vətəndaşları ən yaxşı yerli və dünya mədəniyyətlərinin nailiyyətləri ilə tanış olurlar.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin