Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə78/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   74   75   76   77   78   79   80   81   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Xarici siyasat. Ukrayna dövlət müstəqilliyi haqqında Aktı bəyan etdikdən sonra beynəl- xalq münasibətlərin bərabərhüquqlu subyekti oldu. 1991-ci il dekabrın 5-də Ümumukrayna referendumundan sonra Ali Rada dünya parlamentləri və xalqlarına müraciət edərək bildirdi ki, Ukrayna BMT-nin məqsəd və prinsiplərinə uyğun olaraq öz xarici siyasətini dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinə yönəldir. Başlıca məsələ dünya birliyinin Ukrayna dövlətini tanıması idi. 1991-ci il dekabrın 2-də birinci olaraq Polşa və Kanada, dekabrın 3-də Macarıstan, dekabrın 4-də Latviya və Litva, dekabrın 5-də Argentina, Bolqarıstan, Boliviya, Rusiya və Xorvatiya Ukraynanı tanıdı. Ümumən bir ay müddətində 57, 1992-ci ilin sonuna kimi 132 dövlət, bu gün isə demək olar ki, bütün dünya dövlətləri Ukraynanı tanıyır.
Ukrayna dövlətinin xarici siyasətinin əsas prinsipləri 1990-cı il dövlət suverenliyi haqqındakı Bəyannamədə, Ali Radanın 1993-cü il “Ukraynanın xarici siyasətinin əsas istiqa- mətləri” normativ aktında və 1996-cı il Ukrayna Konstitusiyasında əks olunmuşdur. Bunlar, başqa dövlətlərin daxili işlərinə qarışmadan onlarla qarşılıqlı fayda və bərabərlik əsasında
əməkdaşlıq, hərbi bloklarda iştirakdan imtina, nüvə silahından azad olmaq prosesində iştirak etmək, beynəlxalq hüququn aliliyini qəbul etmək və dünyadakı mövcud sərhədlərin tanın- masından ibarətdir.
Müstəqil Ukrayna öz xarici siyasət konsepsiyasına uyğun olaraq beynəlxalq təşkilatlara üzv olmağa başladı. Tezliklə beynəlxalq qurumların qapısını bir-bir açan Ukrayna artıq 40- dan çox beynəlxalq və hökumətlərarası təşkilatların üzvü oldu. Ukraynanın xarici işlər naziri Gennadi Udovenko BMT Baş Məclisinin sədri olmuşdur. 2000-2001-ci illərdə Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü funksiyasını yerinə yetirmişdir. 2001-ci ilin martında Ukrayna BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edirdi.
1995-ci il noyabrın 9-da Ukrayna Avropa Şurasının üzvü oldu. Ukrayna nümayən- dələrinin Avropa Şurasının Parlament Assambleyasının iclaslarında iştirakı Ukraynada demokratiya və hüquq normalarının möhkəmlənməsində əhəmiyyətli rol oynadı. 2001-ci ilin yanvarında Avropa Parlamenti Ukraynada azad söz mövzusunda dinləmə təşkil etmişdir. Ukraynanın Avropa Təhlükəsizlik və 6məkdaşlıq Təşkilatı ilə əməkdaşlığı ölkənin təhlükə- sizliyi üçün təminat olmasına, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə Rusiya, ABŞ, Böyük Britaniyanın hörmətlə yanaşmasına şərait yaratdı.
1997-ci ilin yayında Madriddə Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatı, yəni NATO ilə xüsusi tərəfdaşlıq haqqında Xartiya imzaladı. Avroatlantik Şurası tərəfdaşlığının təsisçi ölkəsi kimi Ukrayna “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısıdır. Ukrayna və NATO ölkələri vaxtaşırı regional təhlükəsizlik məsələləri üzrə, münaqişələrin aradan qaldırılması, hərbi təhsil almaq sahəsində birgə çalışırlar.
Ukraynanın xarici siyasət xəttinin mühüm istiqamətlərindən biri də Rusiya Federasiyası və MDB ilə olan münasibətlərdir. Ukrayna ilə Rusiya arasında həm MDB-yə münasibət, həm də NATO-nun Şərqə doğru genişlənməsi məsələsində ciddi fikir ayrılığı mövcud olmuşdur. Ukrayna MDB-nin öz hakimiyyət və idarəetmə orqanları ilə dövlət üzərində qurum olmasının
əleyhinədir. Ukrayna belə hesab edir ki, dövlətlər arasında ikitərəfli əməkdaşlıq əsasında münasibətlərin qurulması daha əlverişlidir, MDB isə, ilk növbədə ticarət-iqtisadi əlaəqlərin inkişafına fikir verməlidir. 1994-cü ildə Ukrayna MDB çərçivəsində iqtisadi ittifaqa assosiativ üzv oldu. Bu addım Ukraynanın maraqları daxilində münasibətləri milli mənafeyə və mövcud qanunçuluğa ziyan vurmadan qaydaya salmağa imkan verir. Rusiya Federasiyası isə çalışır ki, MDB-ni milli səlahiyyətlər üzərində bir quruma çevirsin.
Ukrayna eyni zamanda hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına münasi- bət, onun tərkibinə daxil olmaq hər bir suveren dövlətin daxili işidir. Ancaq Ukrayna NATO- ya daxil olan dövlətin ərazisində nüvə silahı yerləşdirilməsinin əleyhinədir. Rusiya isə vaxtı ilə SSRİ-nin nüfuz dairəsində olan dövlətlərin NATO-ya daxil olmasının əleyhinədir.
1996-cı ildə Avstriyada xarici işlər nazirlərinin konfransında Ukrayna qonşu dövlətlər, Polşa, Slovakiya, Belarusiya, Ruminyanın daxil olduğu Mərkəzi Avropa Təşəbbüsünün üzvü qəbul edildi. Ukraynanın bu təşkilatda iştirakı nəqliyyat, rabitə, energetika, ətraf mühit və ekoloji təhlükəsizlik, elm və texnika, kənd təsərüfatı, statistika, məlumat, mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Ukrayna-Polşa əlaqələri dinamik inkişaf edir. 1997-ci ilin yanvarında Ukraynanın prezidenti L.Kuçma Polşada rəsmi səfərdə olarkən ikitərəfli ticarətin liberallaşdırılması üzrə tədbirlərə dair Memorandum imzalamışdır. 1998-ci ilin avqustunda Polşanın prezidenti A.Kvasnevski Ukraynada rəsmi səfərdə olmuşdur. 1997-ci ildə Ukrayna ilə Rumıniya arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluğa dair Müqavilə imzalanmışdır. Düzdür Qara dənizdə olan adaya iddiası üzündən Rumıniya tərəfi ərazi problemini hələ də həll olunmamış hesab edirdi.
Getdikcə Ukraynanın xarici siyasətində ABŞ-la əlaqələr ön plana çıxmışdır. Nəzərə almaq lazımdır ki, SSRİ ərazisinin cəmi 2,6 faizini təşkil edən Ukraynada keçmiş İttifaqın nüvə ehtiyyatının 40 faizi cəmləşmişdir. Odur ki, ABŞ-Ukrayna münasibətlərinin inkişafında Ukraynanın böyük nüvə potensialından azad olması əhəmiyyətli rol oynadı. 1994-cü ilin yanvarında Moskvada Ukrayna, Rusiya və ABŞ arasında bağlanan sazişdə Ukrayna 7 il
ərzində bütün nüvə başlıqların Rusiya ərazisinə köçürməyi öhdəsinə götürmüşdür. 1994-cü
ilin sonunda Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya dövlət başçıları Uk- raynanın təhlükəsizlik təminatı haqqında Memorandum imzaladılar. Lakin bu memoran- dumun şərtləri yuxarıda qeyd olunduğu kimi 2014-cü ildə Ukraynanın tərkib hissəsi olan Krımın Rusiya Federasiyasına ilhaq edilməsi ilə kobud surətdə pozulmuşdur.
1995-ci ilin mayın 11-12-də ABŞ prezidenti B.Klinton rəsmi olaraq Kiyevə səfər etdi. 1996-cı il sentyabrın 19-da Ukrayna ilə ABŞ arasında əməkdaşlıq üzrə Dövlətlərarası komissiya yaradıldı. Ukraynanın prezidenti L.Kuçma və ABŞ-ın vitse-prezidenti A.Qor bu komissiyanın rəhbərləri təsdiq edildilər. Bu komissiyanın təşkil olunması ölkələr arasında milli təhlükəsizlik, xarici siyasət, ticarət və investisiya sahəsində qarşılıqlı fəaliyyətə şərait yaradır. 2000-ci ilin iyununda ABŞ-ın prezidenti B.Klinton Ukraynaya səfərə gələrkən bir sıra məsələlər, o cümlədən Avropanın təhlükəsizliyindən ətraf mühütün mühafizəsinə kimi olan işlər müzakirə olundu. ABŞ prezidenti Ukraynada kiçik və orta biznesin inkişafına yardım etməyi vəd verdi. ABŞ prezidenti Ukraynanın Xəzər regionundan dünya bazarlarına açılan “Şərq-Qərb” enerji dəhlizində iştirakını müdafiə etdiklərini bildirdi.
2002-ci ilin mayında Ukrayna özünün Avropa seçimini elan etdi ki, bu yolda çox çətin və mürəkkəb idi. Bunun üçün Avropa standartlarına cavab verən inkişafı təmin etmək məqsədilə islahatları həyata keçirmək tələb olunurdu. 2002-ci ilin iyulunda “Ukrayna-AB” sammitində Ukraynanın bazar iqtisadiyyatlı dövlət statusu və AB-yə assosiativ üzv olmaq məsələsi müzakirə edildi. Sammitin gedişində qeyd olundu ki, Ukrayna hələlik AB standart- larına cavab vermədiyi üçün 2004 və 2007-ci illərdəki AB üzv qəbul edilən ölkələr siyahısına daxil edilmir. Buna baxmayaraq Ukrayna 2003-cü ildə “AB-nin qonşu ölkəsi” statusunu aldı.
ABŞ-ın dəstəyini almaq məqsədilə Ukrayna höküməti 2003-cü ildə Küveyt və İraqa hərbi kontingent göndərdi. Bu aksiya ölkədə birmənalı qarşılanmadı, əməliyyatlar nəticəsində Ukrayna hərbçiləri 18 adam itirdi. Ukrayna bir tərəfdən Avropa Birliyi ilə inteqrasiyanı davam etdirir, başqa bir tərəfdən Şərq ölkələri ilə əlaqələri artırırdı. 2003-cü ilin ortalarında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan vahid iqtisadi məkanın yaradılmasına dair saziş imzaladılar.
2005-ci ildə Ukraynada prezident seçkilərindən sonra dövlət başçısı olan V.Yuşşenko xarici siyasətdə Avropa ilə inteqrasiya kursunu bəyan etdi. Ölkə qarşısında bazar iqtisadiy- yatlı dövlət statusu almaq və Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanı açıldı. Ukrayna-Aİ-na üzv olmaq üçün müraciət etdi. 2006-cı ilin oktyabrında Helsinkidə baş tutan “Ukrayna Aİ” sammitində Finlandiyanın baş naziri, Avropa Şurasının başçısı Matti Vanhanen
əmin etdi ki, Aİ 2007-ci ildə Ukrayna ilə yeni formatda danışıqlara başlamağa hazırdır. Bu şərtlə ki, azad ticarət forması tərtib edilən sənədin əsas elementi olmalıdır. Bunun üçün isə Ukrayna, ilk növbədə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməlidir. Bu planların həyata keçirilməsi ciddi əmək tələb edirdi.
Ukrayna ilə Avropa İttifaqı arasında assosiyasiya haqqında saziş bağlanmasına dair danışıqlar 2007-ci ildə başlayıb, 2011-ci ildə qəbul haqqında yeni sənədin imzalanması ilə başa çatmışdır. 2012-ci il martın 30-da razılaşdırılan sənəd Ukrayna və Avropa İttifaqının nü- mayəndə heyətinin rəhbərləri tərəfindən paraflanmışdır. Avropa İttifaqı ilə Ukraynanın asso- siasiyası haqqında razılaşdırılmış sənəd siyasət, ticarət, mədəniyyət və təhlükəsizlik sahəsində Ukrayna ilə Avropa İttifaqı arasında inteqrasiyanın dərinləşməsini nəzərdə tuturdu. Lakin Ukrayna hakimiyyəti eyni zamanda həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün danışıqlar aparırdı, bu isə Aİ-nın qanunlarına zidd idi, ona görə ki, eyni zamanda hər iki quruma daxil olub gömrüksüz ticarət əlaqəsi saxlamaq mümkün deyildi. Odur ki, 2013-cü ilin yayından başlayaraq Ukrayna-Rusiya münasibətləri gərginləşməyə başladı.
Ümumiyyətlə, zaman-zaman Ukrayna ilə Rusiya arasında Rusiyanın Ukrayna və Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi təbii qaz tranzitinə görə dəfələrlə kəskin anlaşılmazlıqlar olmuşdur. 6n kəskin 2009-cu ildəki “qaz böhranı” nəticəsində 18 Avropa dövləti qışın soyuğunda qazsız qalmışdır. Yalnız Ukraynanın o zamankı Baş naziri Y.Timo- şenko V.Putinlə görüşdükdən sonra böhranı aradan qaldırmaq mümkün olmuşdur.
Növbəti dəfə Ukraynadakı hadisələrin gedişindən narazı qalan Rusiya 2014-cü ilin iyununda Ukraynanın 3,1 milyard dollar borcunun ödəmədiyini bəhanə edərək qaz verilmə- sini dayandırmışdır. Buna cavab olaraq Ukrayna tərəfi də tranzit keçidi bağladı. 2014-cü ilin oktyabrında Brüssel görüşündən sonra növbəti “qaz böhranını” nizama salmaq mümkün olmuşdur.
2013-cü ilin noyabrında Viktor Yanukoviçin başçılıq etdiyi Ukrayna hakimiyyətinin Rusiyanın təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalamaması Ukray- nada kütləvi etiraz aksiyası ilə müşayiət olundu. Nəticədə yuxarıda ətraflı bəhs edildiyi Uk- raynada hakimiyyət dəyişikliyi baş verdi və Krım yarımadası Rusiya Federasiyası tərəfindən ilhaq edildi. Eyni zamanda Ukraynanın şərqindəki rusiya meylli qüvvələr Rusiyanın hərtərəfli köməyi ilə 2014-cü il mayın 25-də Ukraynanın yeni prezidenti seçilən Pyotr Poroşenkonun hakimiyyətinə qarşı silahlı mübarizəyə başladılar. 2015-ci ilin sonuna olan məlumata əsasən Ukraynanın şərqindəki silahlı toqquşmalarda 20 min nəfərdən çox hərbi və mülki şəxs ölüb və ya yaralanmışdır. Dünya birliyinin səylərinə baxmayaraq bu gün də bölgədə qarşıdurma davam edir.
Ukrayna xarici siyasət xəttində bloklardan kənar statusunu elan etsə də NATO ilə fəal
əməkdaşlıq edir. 2002-ci ildən NATO ilə fərdi tərəfdaş planı olan Ukrayna 2005-ci ildən Alyansla fəal müzakirələr aparırdı. 2013-cü ildəki mövqeyinə görə Ukrayna yeganə dövlətdir ki, tərəfdaş kimi Şimali Atlantika Alyansının bütün əməliyyatlarında iştirak edir və ona Al- yansa daxil olmaq imkanı tanınır.6vvəllər isə 1991-ci ildən 2014-cü ilə qədər Ukrayna MDB- nin təsisçilərindən biri və üzvü olmuşdur. 2013-cü ildə Ukraynaya AİB-nə müşahidəçi statusu ilə üzv olmaq hüququ tanınmışdır. 2014-cü il sentyabrın 16-da Ukraynanın Ali Radası və Avropa parlamenti video əlaqə vasitəsilə Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişi parafladılar. Ukraynanın prezidenti Pyotr Poroşenkonun qeyd etdiyi kimi, “Bu Ukraynanın Avropaya doğru qəti və dönüşü olmayan seçimidir”. 2014-cü il sentyabrın 16-da Ukrayna ilə Avropa İttifaqı arasında imzalanmış ortaqlıq müqaviləsi tərəflər arasında dərin siyasi iş birliyinə, iqtisadi əməkdaşlığa və bazarda sərbəst hərəkət etmək imkanına şərait yaratmışdır. Hər iki tərəf sazişin mübahisəli maddələrinin 2016-cı ilə kimi qüvvəyə minməməsi haqqında razılığa gəlmişdir. Saziş Ukraynanın Aİ-na üzvlüyü üçün əhəmiyyətli addımdır.
Ukraynanın prezidenti Pyotr Poroşenko ilk xarici səfər çərçivəsində 2014-cü il iyunun 3-də Polşanın paytaxtı Varşavada ABŞ prezidenti Barak Obama ilə görüşmüşdür. Rəsmi Vaşinqton bir daha Ukrayna dövlətinin yanında olduğunu nümayiş etdirərək ölkənin ərazi bütövlüyünün pozulmasını pislədi. ABŞ Ukraynanın bir hissəsi hesab etdiyi Krımın zorla Rusiyaya ilhaq edilməsilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları sərtləşdirməyi nəzərdə tutduğunu ifadə etdi.
2014-cü il iyunun 4-də Brüsseldə toplaşan dövlət və hökumət başçılarının G 7 zirvə- sində də Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozması kəskin tənqid olu- naraq vəziyyəti normallaşdırmaq məqsədi ilə bir sıra konkret tələblər irəli sürülmüşdür. 2014- cü ilin iyulunda Rusiyaya qarşı bank, silah və neft şirkətlərini əhatə edən yeni sanksiyalar tətbiq olunmuşdur. Rusiya isə, öz növbəsində, ona sanksiya tətbiq edən ölkələrdən ət, balıq, meyvə, tərəvəz, süd məhsulları idxalına məhdudiyyət qoymuşdur. Sanksiyaların iqtisadi təsiri ağır olsa da onun siyasi nəticəsi görünmür. Analitik Z.Bjezinski vəziyyətdən çıxış yolunun kompromis olduğunu ifadə edərək bildirmişdir ki, Rusiya Krımı zəbt etmək kursundan imtina etməlidir, Qərb Ukraynanı NATO-ya daxil etmək məqsədinin olmadığına rusları inandır- malıdır.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin