Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Müstəqil Ukrayna dövləti 1991-2015-ci illərdə



Yüklə 1,22 Mb.
səhifə76/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   72   73   74   75   76   77   78   79   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Müstəqil Ukrayna dövləti 1991-2015-ci illərdə




Müstaqil Ukrayna dövlatinin yaranması. 1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən ye- nidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümu- miyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi.
SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi. Bi- rinci növbədə respublikanın ictimai-siyasi həyatının liberallaşdırılması prosesi baş verdi. 1986-cı ildə 300 nəfərə yaxın siyasi məhbus, o cümlədən V.Çernovil, M.Qorin, L.Lukyanen- ko həbsdən azad edildi. USSR-nın Cinayət məcəlləsindən ideya və düşüncəsinə görə adamla- rın təqib olunması maddəsi çıxarıldı. Bəyan edilən aşkarlıq siyasəti tədricən azad söz demək, fikrini ifadə etmək imkanına şərait yaratdı. Respublikanın həyatında ukrayna dilinə diqqət artdı.Y.Muşketik, B.Oleynik, D.Pavliçko kimi məşhur yazıçılar məktəblərdə məcburi ukrayna dilinin öyrənilməsini irəli sürdülər. 1989-cu ilin yazında Kiyevdə “Memorial” cəmiyyəti mey- dana gəldi. Yazıçıları, rəssamları, kinomatoqrafçıları, teatr xadimlərin birləşdirən bu cəmiyyət Ukraynada Stalin repressiyası qurbanlarına bəraət verilməsi məqsədilə fəaliyyət göstərirdi.
1988-ci ildə ölkədə Sov.İKP-yə qarşı müxatifət hərəkatının meydana çıxması ilə Ukraynada çoxpartiyalılıq formalaşmağa başladı. 1988-ci ilin payısıznda artıq “Narodnıy Rux yenidənqurma uğrunda” müstəqil birliyi yarandı. 1990-cı ilin mart-aprel aylarında USSR-in Ali Radasına keçirilən seçkilərdə Ruxun əsas qüvvə olduğu Ukrayna Demokratik bloku parlament müxalifəti olan Xalq Radasın təşkil etdilər. 1989-cu ilin payızında Ukrayna KP MK-nin birinci katibi V.Şerbitskini V.İvaşko əvəz etdi. Lakin respublikadakı siyasi islahatlar iqtisadi məsələləri əhatə etmədiyi üçün ölkədə sosial böhran dərinləşirdi. SSRİ-də olduğu kimi Ukraynada da yenidənqurma məqsədinə çatmadı, ancaq rəsmi senzuranın zəifləməsi Ukraynanın milli demokratik qüvvələrinə respublikanın sözdə elan edilən deyil, real hüquqlar uğrunda mübarizə aparmağa imkan yaratdı.
“Narodnıy Rux” öz fəaliyyətin daha da artırdı. İvan Draç, Vladimir Yavorivski, Mixail Qorin, Sergey Konev onun rəhbərləri oldu. RUX ukrayna dilinin və mədəniyyətinin müdafiəsi məqsədilə çıxış edir, respublikanın iqtisadi və siyasi inkişafı proqramını irəli sürürdü. O, bir çox kütləvi tədbirlərin, o cümlədən Kiyevi, Lvov və İvano-Frankovskilə birləşdirən canlı zən- cir aksiyasının təşkilatçısıdır. Məhz Ukrayna Ali Sovetinin tərkibinə seçilmiş RUX və başqa siyasi təşkilatların təzyiqi nəticəsində 1989-cu il oktyabrın 28-də ukrayna dilinə rəsmi dövlət dili statusu verilməsinə dair qanun qəbul edildi. SSRİ-də olduğu kimi Ukraynada da bir çox mədəniyyət xadimi Kommunist partiyasının sıralarını tərk etdi. 1990-cı ilin yayına doğru Ukraynada vəziyyət daha da kəskinləşdi, mədənçilərin tətili başladı. Kiyevdə Ali Sovetin binası qarşsında ukraynalı tələbələr müstəqillik tələbilə aclıq aksiyası təşkil etdilər.
Ukrayna xalqının və onun önündə gedən ziyalıların mübarizəsi nəticəsində 1990-cı il iyulun 16-da USSR-in Ali Radası çox böyük tarixi əhəmiyyəti olan Ukraynanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamə ukrayna millətinin öz müqəddəratını təyin etmək hüququnu tanıyır və elan edir ki, dövlət ukraynalıların milli dövlətçiliyini müdafiə edib qorumalıdır. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, USSR-nın Ali Radası onun adından çıxış etmək səlahiyyətinə malikdir. Sənəddə qanunverici, icraedici və
məhkəmə hakimiyyətinin bölünməsi prinsipindən bəhs edilir. Baş prokuror qanunların yerinə yetirilməsi üzərində nəzarət edir. Bəyannamə Ukrayna ərazisinin toxunulmazlığını və uzun illər susqunluqdan sonra insan hüquq və azadlıqlarını təsbit etdi. Müstəqilliyin iqtisadi bölmə- sində elan olundu ki, “torpaq, onun yeraltı, hava, su və təbii ehtiyacları ukrayna xalqının, yəni Ukraynanın bütün millətlərindən olan vətəndaşlarının mülkiyyətidir”.
Ukrayna öz silahlı qüvvələrini yaratmağı nəzərdə tuturdu. Ukrayna həm də nüvə silahını hazırlamamaq, yaymamaq, artırmamaq haqqında öz üzərinə öhdəlik götürürdü. Bəyannamə Ukraynanın gələcək xarici siyasətini, ilk növbədə ölkənin milli maraqlarını nəzərə almaqla bitərəflik siyasəti çərçivəsində nəzərdə tuturdu. Bəyannamə qəbul edildikdən dərhal sonra V.İvaşko istefaya getdi, 1990-cı il iyulun 18-də L.Krauçuk Ukrayna SSR Ali Radanın sədri seçildi.
Yenidənqurma siyasəti iqtisadi vəziyyəti düzəltmədi. Bundan başqa dəmir pərdənin qaldırılması sıravi sovet adamlarına öz həyat səviyyələrini qərbdəki ilə müqayisə etməyə im- kan yaratdı. Məhz Ukrayna və Baltikyanı respublikalarda milli hərəkatlar belə meydana gəldi. Qafqaz və Orta Asiyanı milli zəmində münaqişələr bürüdü. M.S.Qorbaçovun yarımçıq is- lahatları nəticə vermədi, iqtisadiyyat gündən-günə çətinləşməyə başladı. Yeni tarixi şəraitdə, o cümlədən Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin dağılması Kommunist par- tiyasının nüfuzdan düşməsinə səbəb oldu. Xüsusilə qərb respublikalarında, o cümlədən Esto- niya, Latviya, Litva və Ukraynada hakimiyyət kommunistlərin əlindən çıxmağa başladı.
Kommunist rəhbərliyinin mühafizəkar dairəsi SSRİ-ni və öz vəzifələrini xilas etmək məqsədilə son bir cəhd etdilər. 1991-ci il avqustun 19-da yeni hakimiyyət orqanı –Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) yaratdılar. Vitse-prezident G.İ.Yanayev televiziya ilə çıxış edərək bildirdi ki, M.S.Qorbaçov səhhətinə görə müvəqqəti olaraq hakimiyyətdən uzaq- laşdırılır. Moskvaya qoşun yeridildi. Müxalifət partiyalarının və bir çox kütləvi informasiya vasitələrinin fəaliyyəti qadağan edildi. DFVK-nin üzvləri güc tətbiq etməklə İttifaqın və Sovet dövlətinin dağılmasının qarşısını almağa cəhd etdilər. Bütün bunlar həm Moskvada, həm də milli respublikalarda ciddi etirazlara səbəb oldu. 1991-ci il avqust qiyamının baş tutmama- sında demokratik qüvvələr, Rusiya prezidenti B.N.Yeltsin və Qərbin sərt mövqeyi həlledici rol oynadı.
Bütün bu hadisələrin gedişində rəsmi Kiyev gözləmə mövqeyi tutdu. DFVK-nin hərə- kətlərinə qarşı Ukraynanın demokratik qüvvələri, o cümlədən RUX və yeni siyasi partiyalar qətiyyətlə səslərini ucaltdılar. Ukrayna Ali Radasının müxalifətçi deputatları – Xalq Radası və demokratik təşkilatların nümayəndələri DFVK-nin fəaliyyətini konstitusiyaya zidd hərəkət kimi qiymətləndirərək Sov.İKP-nin qeyri-məhdud hakimiyyətinin bərpasına yönəldiyini elan etdilər. Xalq Radası Ali Radanın deputatlarını fövqəladə sessiyaya toplanmağa, hərbçiləri öz xalqını müdafiə etməyə, qiyamçıların göstərişlərini yerinə yetirməməyə çağırdı.
Ukrayna üçün bu hadisələr 1991-ci il avqustun 24-də Ukraynanın müstəqilliyinin bəyan edilməsi Aktının qəbul edilməsi ilə nəticələndi. Müstəqillik Aktında qeyd olunurdu ki, “Uk- raynanın ərazisi bölünməz və toxunulmazdır. Bundan sonra Ukrayna ərazisində yalnız müstəsna olaraq Ukrayna Konstitusiyası və qanunları qüvvədədir”. 1991-ci il dekabrın 1-də Ukraynanın müstəqilliyini təstiq etmək məqsədilə ümumukrayna referendumu keçirildi. Referendumda iştirak edənlərin demək olar ki, 90,3 faizi Ukraynanın müstəqilliyinə “bəli” dedi. Həmin gün Ukraynada prezident seçkisi keçirildi, Leonid Kravçuk müstəqil ukraynanın ilk prezidenti seçildi. Dünyanın siyasi xəritəsində müstəqilliyə doğru mürəkkəb və ziddiyyətli yol qət edən yeni müstəqil demokratik dövlət – Ukrayna meydana gəldi. Müstəqil Ukraynanın prezidenti seçilən L.M.Kravçuk 1991-ci il dekabrın 5-də respublikanın 1922-ci il İttifaq müqaviləsindən çıxdığını elan etdi. SSRİ-nin kortəbii dağılması prosesi başladı. 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarusiyanın rəhbərləri Belovej qoruğunda görüşərək bəyan etdilər ki, onların respublikaları 1922-ci il İttifaq müqaviləsindən çıxaraq Müstəqil Dövlətlər Birliyi (MDB) yaradır. Belovej sazişin RSFSR-in prezidenti B.N.Yeltsin, USSR-in prezidenti L.M.Kravçuk və BSSR-in Ali Sovet sədri S.S.Şuşkeviç imzaladı. 1991-ci il dekabrın 21-də Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldaviya, RSFSR, Ermə-
nistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan MDB-nin yaradılması haqqında Bəyannamə imzaladılar. 1991-ci il dekabrın 25-də mövcud olmayan dövlətin prezidenti M.S.Qorbaçov istefa verdi. Ertəsi gün SSRİ-nin Ali Soveti SSRİ-nin buraxılması faktını təsdiq edərək öz səlahiyyətlərini dayandırdığını elan etdi.
1992-ci ilin yanvar-fevral aylarında müstəqil Ukraynanın Ali Radası ölkənin dövlət simvollarını, o cümlədən üçdişli Dövlət Gerbini, göy-sarı rəngli Dövlət Bayrağını, Pavel Çubinskinin (1853-1884) sözləri, Mixail Verbitskinin musiqisi əsasında bəslənmiş milli himnini Dövlət himni kimi təsdiq etdi. Müstəqil Ukraynada dövlət quruculuğu prosesi yeni konstitusiyanın və buna uyğun qanunvericilik bazası olmaması üzündən xeyli çətinliklərlə müşayiət olunurdu. Ukraynada 1978-ci ildə qəbul edilən sovet konstitusiyası fəaliyyət göstərirdi ki, müstəqillik şəraitində ona da 200-dən şox düzəliş əlavə edilmişdir. Hər şeydən
əvvəl 1991-ci il sentyabrın 17-də Ukrayna Sovet Sosialist Respublikasının adının Ukrayna dövləti olması haqqında qanun qəbul edildi. 1991-ci il oktyabrın 8-də qəbul edilən “Ukrayna vətəndaşlığı haqqında” Qanunda elan edildi ki, Ukrayna ərazisində yaşayan, başqa dövlətin vətəndaşı olmayan və ukrayna vətəndaşlığını qəbul etməyə etiraz etməyən hər kəsə Ukrayna vətəndaşlığı təqdim olunur.
1991-ci il noyabrın 1-də Ali Radanın qəbul etdiyi “Ukrayna millətlərinin hüquq Bəyannaməsində” qeyd edilirdi ki, Ukrayna onun ərazisində yaşayan bütün xalqlara, milli qruplara, vətəndaşlara bərabər iqtisadi, siyasi, sosial və mədəni hüquqlar verilməsinə təminat verir. 1991-ci il noyabrın 4-də qəbul olunmuş “Ukraynanın dövlət sərhədlərinə dair” Qanunla sərhədlərin müəyyən edilməsi, qoruma və keçilmə qaydası təsbit edildi. 1991-ci il dekabrın 6- da qəbul edilən “Ukrayna silahlı qüvvələri haqqında” Qanuna və 1993-cü il oktyabrın 19-da elan olunan Ukraynanın hərbi doktrinasına görə Ukrayna nüvəsiz və bloklardan kənar status
əsasında kifayət qədər ağıllı silahlanma prinsipinə əməl etməklə hər hansı bir ölkəni potensial rəqib saymadan öz silahlı qüvvələrini formalaşdırmalıdır.
1990-cı ilin oktyabrında Ali Rada dövlətin müstəqilliyi haqqında Bəyannaməyə əsas- lanaraq L.Kravçukun sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlamaq məqsədilə Kons- titusiya komissiyası yaratdı. Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesi şərti olaraq iki dövrə bölünür. 1992-1994-cü illəri əhatə edən birinci dövrdə Konstitusiya komissiyası prezident L.Kravçukun, Ali Radanın sədri İ.Plyuşun başçılığı altında hüquqşünas alimlərlə, məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri, hakimlər və xalq deputatları ilə birlikdə Konstitusiya layihəsinin iki variantını hazırlayaraq ümumxalq müzakirəsinə təqdim etdilər. Lakin bunlardan heç biri qəbul edilmədi. 1990-1994-cü illərdəki onikinci çağırış Ali Rada prezident L.Kravçukun ölkənin daxili işlərindəki səlahiyyətini azaltmağa səy göstərirdi. Ümumi böhran və artan sosial etiraz dalğaları şəraitində Prezident və Ali Rada qarşıdurması tərəflərin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə başa çatdı. 1994-cü ilin yazında Ali Radaya seçkilər keçirildi. Ukrayna Sosialist partiyasının lideri A.Moroz Ali Radanın (1994-1998-ci illər) sədri seçildi. Demək olar ki, parlamentdə yerlərin üçdə birin sol partiyalar aldı. 1994-cü ilin yayında Ukraynada prezident seçkilərində ikinci turda L.Kuçma səslərin 52 faizindən çoxunu alaraq prezident oldu.
Məhz 1994-1996-cı illəri əhatə edən ikinci dövrdə Konstitusiya komissiyasına prezident L.Kuçma və Ali Radanın sədri A.Moroz başçılıq etdi. 1996-cı ilin fevralında Ali Rada yeni konstitusiya layihəsinin müzakirəsinə başladı. Uzun müzakirələrdən sonra mübahisəli məsə- lələri həll etmək mümkün oldu. 1996-cı il iyunun 28-nə keçən gecə Ali Radanın deputatları- nın böyük əksəriyyətinin səsi ilə Ukraynanın Konstitusiyası qəbul olundu. Ukrayna Konsti- tusiyasının qüvvəyə minib fəaliyyətə başlamasına dair prezident fərman verdi. Fəaliyyətdə olan yeni Konstitusiya Ukraynanı müstəqil, suveren, demokratik, sosial və hüquqi dövlət kimi təsbit etdi. İdarəetmə formasına görə Ukrayna respublika, dövlət quruluşuna görə unitar, yəni vahid dövlət oldu. İnsan və vətəndaşların hüquq və azadlıqları beynəlxalq demokratik standartlara uyğun olaraq Konstitusiya ilə təmin edilirdi. Yeni Konstitusiyanın qəbul edilməsi ilə Ukraynada qanunverici, icraedici və məhkəmə hakimiyyətinin formalaşması institutu başa çatdı.
1998-ci ilin martında Ali Radaya növbəti seçkilər ilk dəfə qarışıq majoritar-proporsional sistem üzrə keçirildi. Seçkidə 30 siyasi partiya və blok iştirak edirdi ki, onların da 8-i 4 faizlik səddi aşaraq deputat yeri almağı bacardı. Ukrayna Kommunist partiyası 24,7, Narodnıy Rux Ukrayna 9,4, Ukrayna Sosialist partiyası ilə Ukrayna Kəndli partiyasının “Həqiqət, Xalq və Ukrayna uğrunda” bloku 8,6 faiz və s. səs aldılar. A.Tkaçenko Ali Radanın sədri seçildi.
1999-cu ildəki prezident seçkilərini ikinci turda 56,25% səs toplayan L.Kuçma təkrar qazandı, onun rəqibi UKP-nın lideri P.Simonenko isə seçicilərin yalnız 37,8 % səsini almış- dır. Ali Radanın hakim sol qanadı prezidentin təklif etdiyi islahat kursunu qəbul etmədiyinə görə prezidentlə parlament arasındakı ziddiyyət kəskinləşdi. Hətta 2000-ci il yanvarın 13-də A.Tkaçenko və onun tərəfdarları yeni bir struktur olan parlament çoxluğunu yaratdılar. Buna cavab olaraq on bir fraksiya, qrup və qeyri-fraksiya deputatları L.Kravçukun başçılığı ilə çox- luğun əlaqələndirmə Şurasını təşkil etdilər. Parlamentin iclasları ayrı-ayrı keçirilməyə başlan- dı. Prezident və hökumətə başçılıq edən V.Yuşşenkonun təşəbbüsü ilə 2000-ci il yanvarın 21- də Ali Radanın 242 deputatı parlamentin reqlamentini dəyişməyə, Radanın sədri A.Tkaçenko və birinci müavin A.Martınyukun vəzifələrindən azad edilməsinə səs verdilər. Fevralın 1-də Ali Radanın 255 deputatı İ.Plyuşu parlamentin sədri, V.Medvedçuku birinci müavini, S.Qav- rişini müavin seçdi. Fevralın 8-də yenidən təşkil edilmiş Ali Rada tam tərkiblə fəaliyyətə başladı. Sol fraksiyalar parlament komitələrinin rəhbərliyindən uzaqlaşdırıldı. Lakin 2000-ci ilin fevralında prezident və hökumət tərəfdarı olan fraksiyalar tərəfindən təşkil edilən parlament çoxluğu 2001-ci ilin aprelində parçalandı.
2000-ci il aprelin 16-da prezident referendum keçirilməsinə dair fərman imzaladı. Ümumxalq müzakirəsinə 6 məsələ, o cümlədən Ali Radaya etimadsızlıq, parlamentin bura- xılaraq prezidentə əlavə səlahiyyətlər verilməsi, deputat toxunulmazlığının məhdudlaşdırıl- ması, xalq deputatlarının sayının 300 nəfərə endirilməsi, ikipalatalı parlamentin formalaşması və Konstitusiyanın ümumukrayna referendumu vasitəsilə qəbul edilməsi təqdim edilmişdir. Referendumun keçirilməsin sollar və sağ siyasi partiyaların bir hissəsi, beynəlxalq təşkilatlar müdafiə etmədi. Ukraynanın Konstitusiya Məhkəməsi Ali Radaya etimadsızlıq haqqında və Konstitusiyanın Ümumukrayna referendumu vasitəsi ilə qəbul edilməsi maddələrini konstitu- siyaya zidd hesab edərək qəbul etmədi. Səsvermə aprelin 16-da oldu və iştirakçıların 80 faizindən çoxu gündəlikdə olan 4 maddəyə “hə” dedi. Müxalifət referendumun nəticələrinin saxtalaşdırlmasını irəli sürsə də Mərkəzi Seçki Komissiyası nəticəni təstiq etdi.Lakin refe- rendumun qərarı əsasında olan Konstitusiya dəyişikliyini yalnız parlament edə bilərdi. Mövcud parlamentdə isə bu dəyişikliyi təsdiq edən 300 deputat səsini toplamaq qeyri- mümkün olduğundan bu məsələ açıq qaldı.
Tam aydın olmayan şəraitdə müxalifətçi jurnalıist Q.Qonqadzenin itkin düşməsi və 2000-ci il noyabrın 28-də A.Morozun parlamentdə çıxışında bu məsələdə prezident L.Kuç- manı ittiham etməsi ölkədəki siyasi vəziyyəti daha da kəskinləşdirdi. Sosialistlərin lideri pre- zidentin onun qorumasının zabiti mayor N.Melniçenko ilə danışıq kassetini təqdim edərək sü- but kimi göstərdi. Audioyazıda bir sıra qanun pozuntularından, o cümlədən müxalifətin, kütlə- vi informasiya vasitələri işçilərinin təqib edilməsindən, rüşvət və korrupsiyadan, prezident seçkilərinə inzibati təzyiqlərdən və s. söhbət gedir. 2002-ci ilin əvvəllərində amerikan eksper- tizası kasetin saxta deyil, həqiqi olduğunu bildirdi. Kasset qalmaqalından sonra radikal müxa- lifət L.Kuçmanın istefasını və növbədənkənar prezident seçkiləri keçirilməsini tələb etdi. 2000-ci ilin dekabrında “Kuçmasız Ukrayna” hərəkatı yarandı. Kommunistlər müxalifətin hərəkatına qoşulmayaraq özləri “Kuçmasız və Yuşşenkosuz Ukrayna” şüarı altında fəaliyyətə keçdilər. 2001-ci il aprelin 17-də Ali Rada müstəqillik dövründə ilk dəfə Nazirlər Kabinetinin fəaliyyət proqramını yerinə yetirməsi haqqında hesabatı dinlədi. Aprelin 26-da parlament səs çoxluğu ilə V.Yuşşenko başda olmaqla Nazirlər Kabinetini istefaya göndərdi. Aprelin 28-də prezident hökumətin istefası haqqında fərmana imza atdı. 2001-ci il mayın 29-da A.Kinax Ukraynanın yeni Baş Naziri oldu.
2001-ci ilin əvvəllərində Kiyevdə kütləvi antiprezident çıxışları başladı. Şəhər mərkə- zində çadırlar quruldu və üç həftədən sonra məhkəmənin qərarı ilə sökülərkən həbslər apa-
rıldı. Ölkəni regionların etiraz nümayişləri bürüdü. 2001-ci il martın 9-da T.Şevçenkonun doğum günü münasibətilə təşkil edilən tədbirdə Prezident İcra aparatının binası ətrafında müxalifətlə milis qüvvələri arasında toqquşma baş verdi. 200 nəfərə qədər adam, o cümlədən
əsasən tələblər həbs olundu. Tələbələr sonradan azad edildi, müxalifətin 16 nəfər üzvü başda A.Şkil olmaqla bir ildən çox məhkəmə istintaqına məruz qaldı. Etiraz aksiyalarının təzyiqi altında hakimiyyət UTŞ-nın başçısı L.Derkaçı və Daxili işlər naziri Y.Kravçenkonu istefaya göndərməyə məcbur oldu. Aprelin 26-da Ali Rada prezidentə impiçment tətbiq etməyə səy göstərsə də buna nail ola bilmədi. Mart hadisələrindən sonra müxalifətin fəallığı azaldı,
əhalinin böyük hissəsi etiraz aksiyalarında iştirak etmədi.
2001-ci ilin fevralında Ali Rada “Ukrayna xalq deputatlarının seçilməsi haqqında” Qanun qəbul etdi. Qanuna əsasən proporsional, yəni partiya siyahıları üzrə seçki sisteminə keçilirdi. Ancaq Prezident bunun üzərinə siyasi partiyalara mənsub olmayan vətəndaşların seçki hüququnun pozulması səbəbi ilə veto tətbiq etdi. Müxalifətin fikrinə görə isə majoritar sistem üzrə seçki keçirilən tək mandatlı dairələrdə inzibati orqanların seçkiyə nəzarət etməsi daha əlverişli idi. Prezidentlə Ali Rada razılığa gələ bilmədiklərindən növbəti seçki əvvəlki kimi qarışıq, yəni deputatların bir hissəsi tək mandatlı seçki dairəsi, digər hissəsi isə partiya siyahısı üzrə baş tutdu. 2002-ci ildəki seçki marafonunda 33 siyasi partiya və blok iştirak edirdi. Prezident yönümlü cəbhəni icra aparatının rəhbəri V.Litvinin başçılıq etdiyi “Vahid Ukrayna uğrunda” bloku təmsil edirdi. Baş nazir A.Kinaxın rəhbərliyi altında seçki siyahı- sında ikinci olan partiyalar da hakimiyyəti müdafiə edirdi. On siyasi partiya V.Yuşşenkonun “Bizim Ukrayna” blokunu yaradaraq konstruktiv müxalifəti təmsil edirdilər. 6sas kommunist olmayan müxalifəti isə A.Morozun Ukrayna Sosialist partiyası ilə Y.Timoşenkonun 4 parti- yanın daxil olduğu bloku təmsil edirdi. Bloka daxil olanların əsas şüarı L.Kuçmaya impiç- ment tətbiq edilməsi və hakimiyyətin parlament formasına keçilməsindən ibarətdir. Bu məq- sədə çatmaq məqsədilə Y.Timoşenko blokuna məşhur siyasətçiləri, o cümlədən L.Lukyanen- konu, A.Matviyenkonu, Q.Omelçenkonu, V.Onopenkonu, S.Xmarı cəlb etmişdir. Seçkilərdə heç bir partiya və blok mütləq səs çoxluğu qazanmadı. Seçici səslərinin 23,5 faizini V.Yuş- şenkonun “Bizim Ukrayna” bloku, 20 faizini P.Simonenkonun rəhbərlik etdiyi Ukrayna Kom- munist partiyası, 11,8 faizini V.Litvinin başçılıq etdiyi hakimiyyət bloku, 7,2 faizini Y.Timo- şenkonun bloku və s. əldə etdi. Ukrayna Ali Radasının sədri V.Litvin seçildi. 2002-ci il noyabrın 21-də Donetsk vilayətinin icra başçısı V.Yanukoviç Ali Radanın iclasında iştirak edən 237 deputatdan 234 nəfərin səsini alaraq yeni Baş nazir seçildi. Deputatlar qarşısında çıxış edən hökumətin başçısı V.Yanukoviç bildirdi ki, hökumətin əsas vəzifəsi yoxsulluğu aradan qaldırmaq üçün orta sinfi möhkəmlətməkdən, bu məqsədlə orta və kiçik sahibkar- lardan alınan vergilərin azaldılmasından ibarətdir.
2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərində hakimiyyəti Baş nazir V.Ya- nukoviç təmsil edirdi. Müxalifət qüvvələri Ukrayna milli Bankının keçmiş sədri, 2000-2001- ci illərdə Baş nazir olmuş “Bizim Ukrayna” blokunun lideri V.Yuşşenkonun ətrafında birləşmişdir. Oktyabrın 31-də baş tutan seçkilərdə V.Yuşşenko səslərin 39, 26, V.Yanukoviç isə 39,11, qalan namizədlər isə nisbətən daha aşağı faizini qazandılar. 2004-cü il noyabrın 21- də iki daha çox səs toplamış V.Yuşşenko ilə V.Yanukoviç arasında seçkinin ikinci turu ke- çirildi. İkinci turun nəticələrini açıqlayan MSK V.Yanukoviçin qələbəsini elan etdi. Müxalifət seçkinin nəticələrinin saxtalaşdırılması iddiası ilə noyabrın 21-də Kiyevin mərkəzi Müstə- qillik meydanında mitinqə toplaşdı ki, bu, ölkədə kütləvi etiraz aksiyasına çevrildi, adı da tarixə “Narıncı inqilab” olaraq keçdi. Prezidentliyə namizəd V.Yuşşenkonun təşviqat kom- paniyasında narıncı rəngdən istifadə edildiyi üçün “Narıncı inqilab” adını alan nümayişlər dinc xarakter daşıyırdı. Müxalifətin dinc aksiyasına cavab olaraq V.Yanukoviç tərəfdarları ölkənin əsasən cənub-şərq rayonlarından Kiyevə hərəkət edərək Nazirlər Kabinetinin binası qarşısında çadır şəhərciyi qurdular. Hətta V.Yanukoviç tərəfdarları ölkəni bölməyi belə gözə alaraq Donetsk, Luqansk, Xarkov və başqa vilayətləri birləşdirən Cənub-Şərq muxtar Res- publikasını elan etməyi tələb edirdi. Mürəkkəb şəraitdən çıxış yolu tapmaq məqsədilə Polşa, Litva, Rusiya, AT6T və Aİ-nin nümayəndələri Kiyevə rəsmi missiyaya gələrək münaqişənin
tərəfdarları prezident L.Kuçmanı, prezidentliyə namizədlər V.Yuşşenko və V.Yanukoviçi bir araya gətirərək böhranın siyasi həlli üçün zəmin hazırladılar.
2004-cü il dekabrın 3-də Ukraynanın Ali Məhkəməsi seçkinin ikinci mərhələsinin nəticələrinə dair noyabrın 26-da MSK-nın elan etdiyi qərarı ləğv etdi və dekabrın 26-da yeni səsvermə təyin etdi. Dekabrın 7-də L.Kuçma seçki kampaniyası ərəfəsində Baş nazir V.Ya- nukoviçi məzuniyyətə göndərdi, N.Azarovu Baş nazir vəzifəsinin icraçısı təyin etdi. MSK-nın Y.Davidoviç başda olmaqla yeni tərkibi təstiq olundu. 2004-cü il dekabrın 26-da baş tutan prezident seçkisində səsvermədə iştirak edən seçicilərin 51,99 faizi V.Yuşşenkoya, 44,21 faizi isə V.Yanukoviçə səs verdi. 2005-ci il yanvarın 25-də V.Yuşşenko and içərək Ukraynanın yeni prezidenti oldu. Bununla da, 1991-2004-cü illərdə müstəqil Ukraynada milli dövlət quruculuğu dövrü başa çataraq yeni mərhələyə qədəm qoydu.
2006-cı il martın 26-da Ukrayna Ali Radasına partiya siyahıları üzrə seçkilər keçirildi. 45 partiya və blokun yarışdığı seçkidə yalnız 5 siyasi qüvvə 3 faizlik səddi aşa bildi. Bunlar 32,14% seçici səsi toplayan Regionlar partiyası, 22,29% səs alan Yuli Timoşenko bloku, 13,94% səsə malik “Bizim Ukrayna” bloku, 5,67% səs yığan Ukrayna Sosialist partiyası və nəhayət 3,66% seçici səsi qazanan Ukrayna Kommunist partiyası idi. Prezident “Yuli Timoşenko Bloku”, “Bizim Ukrayna” Xalq ittifaqı və Ukrayna Sosialist partiyasının “narıncı” hökumət koalisiyasının təşkil edilməsini irəli sürdü. Lakin koalisiyaya daxil olan siyasi qüvvələr Y.Timoşenkonun baş nazir vəzifəsinə, A.Morozun Ali Radanın spikeri vəzifəsinə olan iddiaları üzündən dağıldı. Uzun müddət davam edən qarşıdurmadan sonra münaqişə tərəfləri növbədənkənar parlament seçkilərinin 2007-ci il sentyabrın 3-də keçirilməsinə dair razılığa gəldilər.
2007-ci il sentyabrın 3-də Ukrayna Ali radasına növbədənkənar seçkilər oldu. Yalnız 6 partiya və blok 3 faizlik seçki səddin aşmağa müvəffəq oldu. Regionlar partiyası 33,37, Yuli Timoşenko bloku 30,71, Bizim Ukrayna-Xalq özünümüdafiəsi 14,15, Ukrayna Kommunist partiyası 5,39 və Litvin bloku 3,96 faiz seçici səsi topladı. 450 nəfərdən ibarət olan Ali Radanın 227 nəfər deputatı demokratik koalisiya təşkil etdilər, Yuliya Timoşenko Baş Nazir seçildi. Arseni Yasenyuk Ali Radanın spikeri seçildi.Lakin tezliklə “Bizim Ukrayna” Xalq ittifaqı fraksiyasının bir qrup depuatatı və Regionlar partiyası prezident V.Yuşşenkonun Gür- cüstanı, Rusiya və Cənubi Osetiya ilə münaqişədə müdafiə etmək təklifini qəbul etmədilər. Beləliklə, koalisiya dağıldı və sentyabrın 17-də Ali Radanın spikeri A.Yasenyuk istefa verdi. 2008-ci il dekabrın 10-da Baş nazir Y.Timoşenkonun bloku, prezidenti müdafiə edən “Bizim Ukrayna” bloku və sabiq spiker V.Litvinin bloku öz aralarında yeni koalisiya yaratdılar. Vladimir Litvin Ali Radanın növbəti sədri seçildi. 2012-ci ildə Ukraynada 200 siyasi partiya fəaliyyətə başlamaq üçün qeydiyyatdan keçmişdir. Bu partiyalar 2011-ci ilin noyabrında qəbul edilən siyasi partiyalara dair Qanun əsasında öz işlərini qururdu. 2012-ci ildə Ukraynada keçirilən növbəti parlament seçkilərində 29 partiya iştirak etmişdir ki, onların da 6-sı 5 faizlik səddi keçərək parlamentdə təmsil edilmək hüququ almışdır.
2014-cü ilin noyabrında baş tutan növbədənkənar parlament seçkilərində “Pyotr Poroşenko Bloku” seçici səslərinin 34,51 faizini qazanaraq 144 deputat mandatı ilə birinci oldu. Aleksandr Turçinovun “Xalq cəbhəsi” 19,62 faiz səs, 83 deputat mandatı ilə ikinci oldu. Yuri Boykonun “Müxalifət Bloku” səslərin 9,46 faizini, deputat mandatlarının 40-ı əldə edərək parlamentə daxil oldu. Hazırda 450 deputatı olan Ukrayna Ali Radasının sədri Vladimir Qroysmandır. Ölkə 27 inzibati-ərazi vahidinə bölünür ki, onların da 24-ü vilayət, biri muxtar respublika, ikisi isə dövlət tabeliyində olan şəhərlərdir. Ukrayna dövlət statistika idarəsinin məlumatına əsasən 2015-ci il iyulun 1-də Ukraynada 42.823.188 nəfər əhali qeydə alınmışdır. 6razisi 603.549 kv.km təşkil edir ki, faktiki olaraq onun bir hissəsinə dövlət nəzarət edə bilmir.
2010-cu il yanvarın 17-də Ukraynada prezident seçkiləri keçirildi, bu mərhələdə qalib aşkar edilmədi. Fevralın 7-də seçkilərin ikinci turu keçirildi, Viktor Yanukoviç baş naziri Yuliya Timoşenkonun üzərində 3% üstünlüklə qələbə qazandı. Prezidentin seçicilərin səslərinin 50%-dən daha az səs alması Ukrayna tarixində ilk dəfə baş verirdi. Nikolay
Azarovun başçılığı ilə yeni hökumət martın 11-də yarandı. Aprelin 21-də Viktor Yanukoviçin və Dmitri Medvedevin arasında Ukrayna-Rusiya əlaqələri, iqtisadiyyat və humanitar məsələlərin əhəmiyyəti barəsində danışıqlar aparıldı. Bundan başqa Ukrayna ərazisindən Qara dənizə çıxış üçün orada rus donanmasının yerləşməsi və rus qazının Ukrayna üçün 30%, min kub metri 100 dollardan çox olmamaq şərti ilə verilməsi müzakirə olundu. Eyni zamanda Viktor Yanukoviç 2042-ci ilə qədər Sevastopolda Rusiya Federasiyasının Qara dəniz flotunun olmasının müddətinin uzadılması haqqında Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevlə Xarkov razılaşmasını imzaladı. 27 apreldə bu müqavilə Ukraynanın Ali Radası və Rusiya Federasiyasının Dövlət Duması tərəfindən təsdiq edildi.
2013-cü il noyabrın 16-da Vergi kodeksinə qarşı etiraz aksiyaları başlandı, ölkədə kütləvi mitinqlər və etirazlar keçirildi, Kiyevdə Nezalejnosti Meydanında çadır şəhərciyi salındı. Paytaxtda təxminən 20 min adamın iştirak etdiyi mitinqlər davam edirdi. Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında saziş bağlanması barədə danışıqlar 2007-ci ildən aparılırdı. Qəbul haqqında yeni sənədin mətni hələ 2011-ci ilin noyabrında hazırlanmışdı, amma Avropa İttifaqı ilə Ukrayna arasında mürəkkəbləşmiş münasibətlərlə
əlaqədar onun imzalanması bir neçə dəfə təxirə salınırdı, bu halda Avropa İttifaqı Ukrayna rəhbərliyinə bir sıra ilkin şərtlər irəli sürdü. 30 mart 2012-ci il razılaşması Ukraynanın və Avropa İttifaqı nümayəndə heyətlərinin başçıları tərəfindən paraflanmışdı. Avropa İttifaqıyla Ukraynanın assosiasiyası haqqında razılaşma siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin inkişafı sahəsində Ukrayna və Avropa İttifaqı arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan, Avropa ölkələrilə Ukrayna arasında əməkdaşlıq yaradan bir müqavilə idi. Lakin Ukrayna hakimiyyəti eyni zamanda Avrasiya İqtisadi Birliyinə üzv olmaq danışıqları aparırdı, bu isə Avropa İttifaqının qanunlarına zidd idi, çünki Ukrayna eyni zamanda həm Avropa İttifaqı, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi Birliyi ilə gömrüksüz ticarət
əlaqələri saxlaya bilməzdi. Rusiya-Ukrayna əlaqələrində ciddi gərginlik 2013-cü ilin iyulu yarandı, əvvəlcə Rospotrebnadzor “Roşen” Ukrayna şirkətinin məhsullarının idxalını qadağan etdi, sonra isə Ukrayna mallarının Rusiya bazarına girməsinə gömrük çətinlikləri yaratdı. Vəziyyət yalnız sahibkarları deyil, həm də Ukrayna hakimiyyətində böyük narahatçılıq yaratdı, Ukraynadan ixrac olunan mallar Rusiya sərhəddində dayandırıldı. Ukraynanın həmçinin dövlət borcu artır, iqtisadiyyatda çətinliklər yaranırdı. Ukraynanın qızıl-valyuta etiyatları 20,6 milyard dollara qədər azaldı, dövlət borcu demək olar ki, 70 milyard dollar təşkil etdi.
2013-cü ilin noyabrında, assosiasiyanın imzalanması planlaşdırılan Vilnüs sammiti- “Şərq əməkdaşlığ”ndan bir neçə gün əvvəl Avropa İttifaqına hazırlıq prosesi Ukrayna hökuməti tərəfindən dayandırıldı ki, buna da səbəb Rusiyanın təzyiqləri idi. 2013-cü ilin 21 noyabr tarixində hakimiyyətin Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalamaqdan imtina etməsinə cavab olaraq, Kiyevdə və Ukraynanın digər şəhərlərində kütləvi etiraz aksiyaları başlandı. Kiyevin mərkəzi meydanında baş verən mitinqləri kütləvi media “Avromaydan” kimi adlandırdı. 21 noyabr tarixində birinci aksiya min nəfərdən çox adamın iştirakı ilə keçirildi. Xalq qarşısında Viktor Kliçko, Oleq Tyaqnibuk və Arseniy Yaçenyuk çıxış etdi. Növbəti gündə çıxışlar Lvovda da keçirildi. Eyni zamanda hakimiyyətin qərarlarına etiraz əlaməti olaraq Kiyevdə çadır şəhərciyi quruldu və onların başında Andrey Parabuy durdu. 24 noyabr tarixində ölkədə baş verənlərin zəminində Nazirlər kabineti binası ətrafında toqquşmalar yarandı.2013-cü ilin 28-29 noyabr tarixində Vilnüsdə “Şərq əməkdaşlığı” sammiti keçirildi. Avropa İttifaqı ilə Ukraynanın assosiasiyası haqqında razılaşmanın imzalanmaması ölkədəki vəziyyəti daha da qarışdırdı. Dekabrın 1-də Xalq Veçesinin meyda- nında radikallar Kiyev Radasının və Həmkarlar İttifaqının binasını tutdu, eyni zamanda Prezident Administrasiyasına da hücum edirlər. Hadisələrin gedişində adamlar məsələnin kəskin həllini istəyən radikallara və mülayimlərə bölündü. 30 noyabrda etiraz aksiyalarının zorla dağıdılması cəhdinə qədər çıxış edənlər Aİ ilə assosiasiyanın qurulması haqqında şüarlar səsləndirsə də, 1 dekabr tarixindən artıq prezidentin istefası, hakimiyyət dəyişikliyi haqqında tələblər irəli sürüldü. Müxalifət hökumətin istefası, prezident və Ukraynanın Ali Radasına
yeni seçkilərin keçirilməsini tələb etdi. Amma digər Ukrayna Daxili İşlər Nazirliyinin bölmə- ləri ilə toqquşmalarda iştirak etmiş daha radikal qruplar Ukraynanın avrointeqrasiyası fikrini bölüşmürdülər. Belə ki, nümayişlərdə təkcə müxalifət deyil, sağ meylli qruplar və radikallar da iştirak edirdi. Mitinqlərə Ukraynanın “Batkivşina”, “Zərbə” və “Azadlıq” müxalifət partiyaları rəhbərlik edirdi. Ümumiyyətlə, Avromaydanda ölkə ərazisində olan siyasi və qeyri-siyasi bütün partiya təşkilat və qrupların nümayəndələrinə rast gəlmək olardı. 2013-cü il dekabrın 2-də etiraz edənlər Ukrayna hökumət binasına girişləri kəsib, Azarov hökumətinin işini əngəllədilər. 4 dekabr 2013-cü ildə Kiyevə Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Q.Vestervelle gəldi, etiraz edənlərin düşərgəsinə baş çəkdi, V.Kliçko və A.Yasenyuk ilə görüşdü. Dekabrın 8-də Ukraynada “xalq veçesi” adlandırılan yeni etiraz aksiyaları keçirildi. 6n çoxsaylı mitinq Kiyevdə oldu, şəhər mərkəzində Avromaydan fəalları Leninin abidəsini uçurdular. 2013-cü il dekabrın 22-də “Maydan Xalq Birliyi” adlı ictimai təşkilat yarandı. Kiyevə eyni zamanda Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton gəldi, prezident Viktor Yanukoviçlə danışıqlar aparıb, ona bütün məsələlərin sülh və dinc yolla həll edilməsini tövsiyə etdi.
2014-cü ilin 12 yanvar tarixində Kiyevin Müstəqillik meydanında 2014-cü ilin ilk aksiyaları keçirildi. Həmin aksiyalarda 50 mindən 200 minə qədər adam iştirak edirdi. Müxalifət lideri Kliçko və Yasenyuk Münhen konfransında iştirak edərək, ABŞ dövlət katibi Con Kerri və Avropa ölkələrinin rəhbər nümayəndələri ilə görüşdülər. 4 fevral tarixində “Zərbə” fraksiyası lideri Vitaliy Kliçko Ali Radanı 2004-cü il Konstitusiyasına qayıtmağa ça- ğırdı. Bu qərarı Arseniy Yasenyuk da dəstəklədi. Y.Timoşenko həbsxanadan məktub yazaraq, 2004-cü ilin Konstitusiyasına qayıtmamağı təkid etdi. Fevralın 18-də ölkədə mövcud vəziyyət daha da kəskinləşdi, “qanlı çərşənbə axşamı” adını almış hadisələr baş verdi. Avromaydanın radikal iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında Kiyevin mərkəzində Ali Radanın iclası günü toqquşma baş verdi. Burada, Avromaydanın bir neçə min silahlı fəalları da iştirak edirdi ki, onlar da milis dəstələri ilə toqquşaraq keçidə mane olan bir neçə minik və yük maşınlarını yandırdılar. Bir qrup adam Region partiyasının ofisini ələ keçirib yandırdı. Hadisə yerinə gələn yanğınsöndürən maşınlarının girişinə maneəçilik törətdilər. Hücum zamanı ofisin
əməkdaşı qətlə yetirildi. Axşama doğru “Berkut” dəstələri və daxili qoşunlar onları Maydana doğru sıxışdırdılar. Gün və gecə boyunca toqquşmalar nəticəsində 25 nəfər həlak oldu, 350 nəfər yaralandı, 250-dən çox insan isə xəstəxanaya yerləşdirildi. Gecə prezident V.Yanu- koviç, müxalifət liderləri Kliçko və Yasenyukun görüşündə vəziyyətin sabitləşdirilməsi yo- lunda hər hansı bir razılaşma əldə olunmadı. Fevralın 21-də Maydandan Viktor Yanukoviçə ultimatum verdilər ki, 22 fevral səhər saat 10-a qədər istefa verməsə, onlar silahlı hücuma ke- çəcəklər. V.Yanukoviç və Ali Radanın sədri Vladimir Rıbak davam edən kütləvi qarışıqlığın fonunda Kiyevi tərk etdi və Xarkova yola düşdülər. Fevralın 21-dən 22-nə keçən gecə Maydanın komendantı Andrey Parabuyun əmri ilə Maydanın özünü müdafiə qüvvələri ul- timatumun bitmə vaxtını gözləmədən Ali Rada və Prezident Administrasiyasının binasını ələ keçirdilər. 22 fevralda Ali Radanın iclasında 2004-cü il Konstitusiyası və prezident-parlament idarəçilik forması bərpa olundu. Həmin gün Viktor Yanukoviç Ali Radanın qərarı ilə pre- zident səlahiyyətlərindən məhrum edildi. 23 fevralda Ukrayna prezidentinin vəzifələrini icra edilməsi Ali Radanın sədri Aleksandr Turçinova həvalə olundu. Fevralın 27-də müvəqqəti hökumət formalaşdırıldı və ona Arseniy Yasenyuk başçılıq etdi.
Kiyevdə hakimiyyət dəyişikliyindən sonra 2014-cü il fevralın sonu-martın əvvəllərində cənub-şərqi Ukrayna şəhərlərində hökumət əleyhinə separatçı şüarlar altında kütləvi aksiyalar başlandı. Çıxışlar Dnepropetrovsk, Donetsk, Luqansk, Xarkov və bir sıra cənub və cənub- şərqi Ukrayna şəhərlərində baş verdi. Xarkov administrasiyasının ələ keçirilməsi zamanı 68 nəfər həlak oldu. Rusiya meyilli qüvvələrə qarşı “Metallist” klubun fanatları və “Sağsektor” qruplaşmasının döyüşçüləri müqavimət göstərirdi. Odessada antimaydan mitinqinin iştirak- çıları rus dilinin qanuniləşdirilməsini və ölkənin federallaşmasını tələb edirdilər. 1 mart 2014- cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Məclisinə müraciət edərək rus qoşunlarının Ukrayna ərazisində istifadə edilməsinə icazə verilməsini tələb etdi.
Elə həmin gün, Federal Məclis rus qoşunlarını Ukrayna ərazisində istifadəsini təstiq etdi. 2014-cü ilin aprel ayında regionda silahlı qarşıdurma başladı. Ukraynanın Donetsk və Luqansk əyalətlərində hərbi əməliyyatlar aprel ayı boyunca davam etdi. 2014-cü ilin aprelində Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının yaradılması elan edilmişdi. Döyüş əməliyyatları Ukraynanın silahlı qüvvələrinin və rusiya meylli separatçıların arasında gedirdi. Mariupol uğrunda, Donetskdəki hava limanı yaxınlığında döyüşlər daha şiddətli olmuşdur. 2014-cü il avqustun 28-də Ulyanovskdəki qanlı döyüşlərdə min nəfərdən çox ukraynalı əsgər öldürüldü.
Krım Muxtar Respublikasının və Sevastopol əhalisinin “Kiyevdə hakimiyyətin qeyri- qanuni dəyişdirilməsi və radikalların hakimiyyətə gəlməsinə” qarşı fevralın 23-27-də baş- layan çıxışları zamanı Krım yarımadası faktiki olaraq Ukraynadan ayrıldı. 11 mart 2014-cü ildə Krım Muxtar Respublikasının və Sevastopol şəhər soveti Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Krım Muxtar Respub- likasının separatçı rəhbərliyi tərəfindən planlaşdırılan “referendum” 2014-cü il martın 16-da təşkil olundu. Referenduma iki sual çıxarılmışdır: 1. “Siz Krımın Rusiya Federasiyasının sub- yekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı? 2. “Siz Krım Respublikasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”. 2014-cü ilin martın 16-da keçirilən referendumda rəsmi açıqlamalara görə Krımın Rusiyaya birləşdiril- məsinə Krım əhalisinin 96,77%-i, Sevastopolun 95,6%-i səs vermişdi. İlkin nəticələrin açıqlanmasından sonra Krımdakı Rusiya tərəfdarları küçələrə çıxaraq “qələbə”ni qeyd etdilər. Referendumu boykot edən Krım tatarları isə nəticələri tanımayacaqlarını elan etdilər.
Referendumun nəticələrinin açıqlanmasından sonra ABŞ və Avropa ölkələrindən rəsmi münasibət bildirildi. Ağ Evdən verilən açıqlamada referendumun nəticələrinin tanınmadığı vurğulanaraq Rusiyanın bu hərəkətinin cavabsız qalmayacağı bildirildi. Avropa Parlamenti sədri, Joze Manuel Barosso da referendumun nəticəsini tanımadıqlarını bildirərək rus əsgər- lərinin Krımdan çıxmasını tələb etdi. 2014-cü il martın 18-də Krım Respublikasının Dövlət Şurasının sədri Sergey Aksyonov və Sevastopolun Həyat fəaliyyətinin təminatı və idarəsinin təşkili üzrə koordinasiya şurasının Sədri Aleksey Çalıy Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə Krım Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi barəsində saziş imzaladı. Bunun ardınca Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək yarımadanı Krım Res- publikası olaraq Federasiyanın inzibati ərazisinə daxil etdi. Beləliklə, Rusiya 1994-cü ildə Ukraynanın müstəqilliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da atdığı addımla bu prinsipləri pozaraq, beynəlxalq hüquq normalarının əksinə Ukraynanın daxili işlərinə müdaxilə edərək anneksiya (ilhaq) siyasətini həyata keçirdi.
2014-cü il mayın 25-də Ukraynada keçirilən prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko iyunun 7-də and içərək rəsmi prezident vəzifəsini yerinə yetirməyə başladı. Ukrayna prezidenti P.Poroşenko andiçmə mərasimində bildirdi ki, “Krım Ukraynanın tərkib hissəsidir və bu məsələ ilə bağlı güzəşt ola bilməz”.
Müstəqil Ukrayna dövlətinin güclənməsinin və beynəlxalq nüfuzun artmasının əleyhinə olan rusiyapərəst qüvvələr ölkənin Cənubi-Şərq rayonlarında, o cümlədən Donetsk, Luqansk, Xarkov, Dnepropetrosk, Odessa kimi yerlərdə silahlanaraq muxtariyyət şüarı altında mərkəzi hakimiyyətə qarşı müharibəni genişləndirdilər.Ukraynanın Şərq rayonlarında məskunlaşan rus
əhalisinin mənafeyini qorumaq adı altında Rusiya separatçı qüvvələrə hərtərəfli hərbi, maddi və mənəvi kömək edirdi. Rusiyadan aldığı müasir döyüş texnikası və mütəxəssis köməyi nəticəsində separatçılar Ukrayna hərbi hissələrinə ağır zərbələr vurdu. BMT-nin İnsan hü- quqları komissiyasının məlumatına əsasən Ukraynanın Cənub-Şərqində qanlı münaqişə da- vam edəndən 2015-ci il martın 2-nə kimi 6 min nəfər həyatını itirb, 14,8 min nəfər isə yara- lanıb. Bu elan olunmamış müharibəni dayandırmaq məqsədilə 2015-ci il fevralın 12-də Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna, Fransanın prezidentləri və Almaniyanın kansleri görüşdü.V.Putin, P.Poroşenko, F.Olland, A.Merkel, eyni zamanda özlərini müstəqil elan etmiş Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko və Luqansk Xalq
Respublikasının lideri İqor Plotnitski arasında bütün gecə davam edən danışıqlardan sonra saziş imzalanmışdır. Normandiya dördlüyünün imzaladığı bu sənəd 2014-cü il sentyabrın 5- də qol çəkilən I Minsk müqaviləsinin şərtlərini əsasən təkrar edirdi. Müqavilənin maddələrinə
əsasən fevralın 15-dən Ukraynanın Şərq rayonlarında atəşkəs elan edilir, 14 gün ərzində ağır texnika və xarici qoşunlar döyüş bölgələrindən geri çəkilir, hər iki tərəf arasında ən azı 50 km-lik aralıq ərazi yaradılırdı. Həmçinin Ukraynanın Konstitusiyasına ölkənin şərq rayonla- rına xüsusi statusun verilməsilə bağlı əlavələr edilməsi nəzərdə tutulmuşdur. Lakin reallıq ondan ibarətdir ki, razılaşmaya baxmayaraq Ukraynanın şərqində gərginlik qalmaqla davam edir və zaman-zaman bölgədən atəş səsləri eşidilir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin