Petroqraddasilahlıüsyanvabolúeviklarinhakimiyyatagalmasi.Yaranmış olan vəziy- yətdən bolşeviklər partiyası çox məharətlə istifadə etdi. Ölkədə Oktyabr silahlı üsyanı təşkil edildi ki, bunun da ilhamçısı və təşkilatçısı başda Rusiyanın mənafeyinə xəyanət etməkdə təqsirləndirilən və «alman cəsusu» elan edilən Vladimir İliç Lenin olmaqla bolşeviklər partiyası idi. Açıq mübarizədən həmişə gizlənən V.İ.Lenin sentyabrda Finlandiyada yaşayır və orada silahlı üsyanın planını hazırlayırdı.
1917-ci ildə Rusiyada mövcud olan sosial-siyasi vəziyyətdən silahlı yolla hakimiyyəti
ələ keçirməyi planlaşdıran bolşeviklər partiyasının başqa partiyalardan fərqli olaraq iki güclü rəhbəri, o cümlədən möhkəm iradəli V.İ.Lenin və tükənməz enerjisi, mükəmməl natiqliyi ilə hər kəsdən seçilən L.D.Trotski hadisələrə istiqamət verirdilər. Xüsusi tembr səsilə auditori- yanı ələ almağı bacaran L.D.Trotski kütlələri müxtəlif vədlərlə sinfi mübarizəyə səsləyərək
«soyanları soy» və s. şüarlarla onları daha da qızışdırır və bolşeviklərin tərəfinə çəkirdi. Sent- yabrın 12-14-də Lenin partiyanın MK-sına iki məktub göndərdi: «Bolşeviklər hakimiyyəti ələ almalıdırlar», «Marksizm və üsyan». Birinci məktubda Lenin yazırdı ki, “hər iki paytaxt Sovetlərində (Petroqrad və Moskva sovetlərində) bolşeviklər çoxluq əldə etdikdən sonra döv-
lət hakimiyyətini öz əllərinə ala bilərlər və almalıdırlar”. Belə ki, Kornilov qiyamı ləğv edil- dikdən sonra Petroqrad və Moskva sovetlərinin eser-menşevik rəhbərliyi bolşeviklərlə əvəz olundu. L.D.Trotski Petroqrad soveti İcraiyyə Komitəsinin sədri seçildi. Bir çox yerlərdə sovetlərin rəhbərliyinə bolşeviklər keçdi. Həm də ölkənin əsas mərkəzlərində bolşeviklər üstünlük təşkil edirdilər.
Leninin məktubları sentyabrın 15-də bolşeviklər partiyasının Mərkəzi Komitəsində müzakirə olundu. Mərkəzi Komitə Leninin göstərişlərini qəbul etdi və Leninin məktublarını partiyanın təşkilatlarına göndərməyi qərara aldı. Sentyabrın ikinci yarısında bolşeviklər parti- yası hakimiyyəti ələ keçirmək üçün silahlı üsyanın hazırlanması işini olduqca genişləndirdi. Üsyana rəhbərlik etmək üçün Lenin oktyabrın 7-də gizli surətdə Finlandiyadan Petroqrada gəldi. Ertəsi gün Lenin «Kənar adamın məsləhətləri» adlı məqaləsini yazdı və bu məqalədə silahlı üsyanın konkret planını irəli sürdü.
Oktyabrın 10-da RSDF(b)P MK-nın iclası oldu. Lenin hazırkı dövr haqqında məruzə etdi. Lenin daxili və beynəlxalq vəziyyəti təhlil edərək qeyd etdi ki, silahlı üsyanın uğurlu olması üçün siyasi şərait tamamilə yetişmişdir. İclasda üsyan haqqında qətnamə qəbul edildi. Qətnamə əleyhinə L.B.Kamenev və Q.Y.Zinovyev səs verdilər, çünki belə hesab edirdilər ki, bolşeviklərin kəndlilər içərisində lazım olan köməyi olmadığı üçün ölkə uğurlu üsyana hazır deyil. Həm də partiyanın gələcəyini təhlükə altına atmaq olmaz. MK-nın silahlı üsyan haqqında qətnaməsi bütün partiya təşkilatlarına göndərildi. Petroqrad Soveti yanında bolşeviklərin və sol eserlərin daxil olduğu Hərbi-İnqilab Komitəsi yaradıldı. HİK-ın sədri sol eser P.Y.Lazimir oldu, sonra onu bolşevik N.İ.Podvoyski əvəz etdi, katib bolşevik V.A.Antonov-Ovseyenko idi. HİK-ə eyni zamanda K.A.Mexonoşin, H.V.Krılenko, V.İ.Nevski, M.Y.Latsis, H.A.Skrıpnik, K.S.Yeremeyev, P.Y.Dıbenko daxil idi.
Oktyabrın 16-da bolşeviklər partiyası MK-nın geniş iclası oldu. 10 oktyabr tarixli ic- lasın qətnaməsi əsaslandırıldı. Silahlı üsyan haqqında qərar təsdiq olundu. Silahlı üsyanı tə- xirə salmağı tələb edən Kamenev və Zinovyev V.İ.Leninin əleyhinə çıxış etdilər. Lenin qətna- məsi lehinə 19, əleyhinə 2 nəfər səs verdi, 4 nəfər isə bitərəf qaldı. Silahlı üsyana rəhbərlik et- mək üçün MK-nın qapalı iclasında A.S.Bubnov, F.E.Dzerjinski, Y.M.Sverdlov, İ.V.Stalin, M.S.Uritskidən ibarət olan Hərbi-İnqilab Mərkəzi yaradıldı. Moskvada, Uralda, Sibirdə, Volqaboyunda, Donbasda və s. yerlərdə silahlı üsyanın hazırlanması və keçirilməsi üçün hər- bi mərkəzlər yaradılırdı. Qırmızı qvardiya dəstələri təşkil olunurdu.
MK-da azlıqda qalan Kamenev və Zinovyev yenə də üsyanın əleyhinə idilər. Oktyabrın 18-də Kamenev M.Qorkinin yarımmenşevik «Novaya jizn» qəzetində məktub dərc etdirdi. Bu məktubda, o, öz adından və Zinovyevin adından MK-nın üsyan haqqındakı qərarına qarşı çıxış etdi. Oktyabrın 20-də MK Kamenevin və Zinovyevin hərəkətlərini müzakirə etdi və onlara partiya adından çıxış etməyi qadağan etdi. Beləliklə, silahlı üsyanın nə vaxt olacağından xəbər tutan Müvəqqəti hökumət onun qarşısını almaq üçün bir sıra tədbir gördü.
Eyni zamanda, Trotskinin rəhbərlik etdiyi Petroqrad Sovetinə tabe olan HİK-də əs- gərləri üsyana hazırlamaq üçün bütün hərbi hissələrə öz komissarlarını göndərdi. Hərbi-dəniz donanması gəmilərinə, «Avrora» kreyserinə və «Zarya svobodı» gəmisinə döyüş tapşırığı verilmişdi. Baltik donanması (60 mindən artıq matros və yüzlərlə gəmi), Petroqrad qarni- zonunun 150 minədək əsgəri bolşeviklərin tərəfinə keçdi. Təlim keçmiş silahlı fəhlə drujina- larının sayı 30 min nəfər təşkil edirdi. Müvəqqəti hökumət belə hesab edirdi ki, fəhlələrin çıxışı II Sovetlər qurultayının açılışı günü-1917-ci il oktyabrın 25-də olacaqdır. Müvəqqəti hökumət həmin gün üsyanı darmadağın etməyi planlaşdırırdı. Paytaxta hərbi qüvvələr gətiril- mişdi. Yunker məktəblərini döyüşə hazırlamışdılar. Fəhlə rayonlarını mərkəzlə birləşdirən körpülərin açılması üçün əmr verilmişdi.
Oktyabrın 24-də axşam Lenin dərhal çıxış etməyi tələb etdi. Lenin MK-ya yazmışdı ki,
«Hər necə olursa olsun, bu gün axşam, bu gecə hökuməti həbsə almaq, yunkerləri tərksilah et- mək lazımdır, və i.a… ayın 25-dək hakimiyyət heç bir halda Kerenskinin və kampaniyasının
əlində qalmamalıdır, məsələ hökmən bu gün axşam və ya gecə həll edilməlidir».
Kerenskiyə Sovetlər qurultayının açılışı günü, oktyabrın 25-də çıxış etmək imkanı
verməmək üçün partiyanın MK-sı HİK-ə dərhal üsyana başlamağı əmr etdi. Həmin gün inqilabçı qoşunlar bütün körpüləri öz nəzarəti altına aldılar. Petroqrada gələn bütün yollar tutdular və beləliklə Müvəqqəti hökumətin cəbhədən çağırdığı qoşunların yolu kəsilmiş oldu. Hazırlanmış plan üzrə fəhlə dəstələri dövlət idarələrini tutmağa başladılar və gecə yarısından sonra Petroqradın ən mühüm yerləri, telefon stansiyası, dövlət bankı, poçtamp, vağzallar və
əsas idarələr tutulmuşdu. Hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirməyi nəzərdə tutan silahlı üsyanın hazırlıq mərkəzi bolşeviklər partiyası qərargahının yerləşdiyi Smolnı idi. 1917-ci il oktyabrın 24-26-da başlanan üsyana və hakimiyyətin ələ keçirilməsinə bilavasitə Petroqrad sovetinin sədri L.D.Trotski rəhbərlik edirdi.
Oktyabrın 25-də Keksholm polkunun əsgərləri Müvəqqəti hökumətin sığındığı Qış sarayına gedən bütün yolları tutdu. Vəziyyətin ümidsiz olduğunu görən Kerenski Amerika bayrağı taxılmış olan bir avtomobildə üsyan etmiş paytaxtdan qaçdı.
Oktyabrın 25-də (noyabrın 7-də) səhər saat 10-da HİK Müvəqqəti hökumətin dev- rildiyini elan etdi. HİK-in Müraciətində deyilirdi: «Müvəqqəti hökumət devrilmişdir. Dövlət hakimiyyəti Petroqrad fəhlə və əsgər deputatları Soveti orqanının – Petroqrad proletariatı və qarnizonuna başçılıq edən Hərbi İnqilab Komitəsinin əlinə keçmişdir». Günün axırına yaxın Müvəqqəti hökumətin olduğu Qış sarayından başqa bütün şəhər artıq üsyançıların əlində idi. Müvəqqəti hökumətə, təslim olması haqqında ultimatum verildi, lakin hökumət onu rədd etdi. Axşam saat 10-da «Avrora» gəmisindən atılan top atəşindən sonra üsyançılar Qış sarayı üzərinə hücuma keçdilər. Gecə saat 2-də Qış sarayı alındı. Müvəqqəti hökumət üzvləri həbs edilib Petropavlovski qalasına salındı. Paytaxtda olan çoxlu sayda kazak, yunker və zabitlər Müvəqqəti hökumətə kömək etmədilər.
Oktyabrın 25-də axşam saat 11-ə 20 dəqiqə qalmış Smolnıda bolşeviklərin və sol eserlərin iştirakı ilə II Sovetlər qurultayı açıldı. Deputatların 388 nəfəri bolşevik, 100 nəfəri sol eser idi. Oktyabrın 26-da səhər saat 5-də Sovetlər qurultayı bütün hakimiyyətin Sovetlərə keçdiyi haqqında qərar qəbul etdi. Qurultayın ikinci iclası oktyabrın 26-da axşam saat 9-a 20 dəqiqə qalmış oldu. Qurultayda Lenin «Sülh haqqında» dekreti elan etdi. Dekretə görə müharibə aparan tərəflərə təcili olaraq üç ay müddətində barışıq sazişi imzalamaq, sonra isə ilhaqsız və təzminatsız demokratik sülh bağlamaq təklif olunurdu. Bununla bərabər gizli diplomatiya ləğv edilir, siyasətdə böyük və kiçik xalqların hüquqlarına hörmət prinsipi ön plana çəkilirdi. Sonra Lenin «Torpaq haqqında» dekreti elan etdi. Dekretə əsasən bütün mülkədar, xanədan, monastr və kilsə torpaqları, canlı-cansız avadanlığı ilə birlikdə tamamilə pulsuz olaraq kəndli deputatları Sovetlərinin sərəncamına verildi. Kəndlilərə əvəzi alınmadan
150 milyon desyatindən çox torpaq verilməsi nəzərdə tutulurdu. Torpaq üzərində xüsusi mülkiyyət həmişəlik olaraq ləğv edildi, onun alqı-satqısı qadağan olunur, torpaq ümumxalq malı elan edilirdi. Qurultayın gündəliyində axırıncı məsələ hakimiyyəti təşkil etmək məsələsi idi. Qurultayda ilk sovet hökuməti – Xalq Komissarları Soveti təşkil olundu. V.İ.Lenin XKS- nin sədri seçildi A.İ.Rıkov – Xalq daxili İşlər komissarı, V.P.Milyutin – Torpaq işləri ko- missarı, A.Q.Şlyapnikov – 6mək işləri komissarı, V.A.Ovseyenko (Antonov), N.V.Krılenko və P.Y.Dıbenko – Hərbi və dəniz işləri Komitəsi üzrə komissarlar, V.P.Nogin – Ticarət və sənaye üzrə komissar, A.V.Lunaçarski – Xalq maarifi komissarı, İ.İ.Skvortsov (Stepanov) – Xalq maliyyə komissarı, L.D.Bronşteyn (Trotski) – Xalq xarici işlər komissarı, Q.İ.Oppokov (Lomov) – 6dliyyə komissarı İ.A.Teodoroviç – 6rzaq işləri üzrə komissar. N.P.Avilov (Qlebov) – Poçt və teleqraf üzrə komissar, İ.V.Çuqaşvili (Stalin) – Milli işlər üzrə komissar oldular. Hakimiyyətin ali dövlət orqanı hər il çağırılması nəzərdə tutulan Sovetlər qurultayı elan olundu. Qurultaylar arasındakı dövrdə isə bu vəzifəni Ümumrusiya Mərkəzi İcraiyyə Ko- mitəsi yerinə yetirirdi. 62 nəfər bolşevik, 29 nəfər sol eserlərdən ibarət təşkil edilən ÜRMİK- nin sədri vəzifəsinə L.B.Kamenev seçildi, sonra onu M.Y.Sverdlov əvəz etdi.
Sovet hakimiyyəti bütün ölkədə sürətlə yayılmaqda idi. 1917-ci il oktyabrın 25-dən 1918-ci ilin martınadək davam edən dövrü Lenin «Sovet hakimiyyətinin zəfər yürüşü» dövrü adlandırmışdır. Yəni hakimiyyət bolşeviklər tərəfindən dinc və silahlı üsyan yolu ilə ələ keçirilmişdir. Oktyabrın 25-dən 31-dək davam edən bir həftə ərzində 17 quberniya şəhərində,
noyabrın axırlarına yaxın isə 28 quberniya şəhərində və bütün ən mühüm sənaye mərkəzlə- rində hakimiyyət Sovetlərin əlinə keçdi. Oktyabrın 25-27-də İvanova-Voznesenskidə, Ka- zanda, Rostov-Donda, Samarada, Saratovda, Yekaterinburqda sovet hakimiyyəti qələbə çaldı. Petroqraddakı hadisələr haqqında xəbər oktyabrın 26-da saat 12-də Moskvaya çatdı.
Həmin gün Moskvada fəhlə və əsgər deputatları Sovetinin birgə iclası oldu. Hərbi inqilab komitəsi yaradıldı. HİK-in 13 üzvündən 5-i üsyanın əleyhinə idi. Petroqraddan Moskvaya qayıdan Moskva Sovetinin sədri V.P.Nogin də üsyanın əleyhinə idi. Moskvada hakimiyyətə həm də «İctimai təhlükəsizlik komitəsi» can atırdı. Menşeviklər HİK-in «İctimai təhlükəsizlik Komitəsi»nə tabe etdirilməsini tələb edirdilər. Bolşeviklər bu tələbi rədd etdikdən sonra onlar HİK-nin tərkibindən çıxdılar. 1917-ci il oktyabr ayının 27-də Moskva Hərbi dairəsinin ko- mandanı K.İ.Ryabtsev HİK-nin buraxılması və şəhərdə hərbi vəziyyət elan olunması haqqında ultimatum verdi. HİK-in çağırışı ilə fəhlələr ümumi tətilə başladılar, oktyabrın 28-də tətil böyüyərək silahlı üsyana çevrildi. Oktyabrın 30-da Petroqraddan göndərilən 500 nəfərlik Kronşdat dənizçisi fəhlələrin köməyinə gəldi. Müvəqqəti hökumətin tərəfdarları ilə bol- şeviklər arasındakı qanlı döyüşlərdən sonra, noyabrın 3-də Moskvada Sovet hakimiyyəti qələbə çaldı. Moskva hadisələrində 300 nəfərə kimi insan həlak oldu.
Milli rayonlarda da Sovet hakimiyyəti uğrunda şiddətli mübarizə başlandı. Ukraynada fəhlə və kəndlilər Sovet hakimiyyəti uğrunda mübarizəyə başladılar. Oktyabrın 29-da Ki- yevdə fəhlə və əsgərlər Müvəqqəti hökumətə qarşı silahlı üsyana qalxdılar. Ertəsi gün şəhərdə ümumtətil başlandı və üç gün davam etdi. Üsyançılar tərəfinə keçən 2-ci Qvardiya korpu- sunun əsgərləri əsas dəmir yol qovuşuqlarını tutaraq Moskvaya əksinqilabın köməyinə gön- dərilməsi nəzərdə tutulan əsgərlərlə dolu qatarları saxladılar. Lakin Oktyabr hadisələri bütün Ukraynada Sovet hakimiyyətinin qələbəsi ilə yekunlaşmadı. Çünki Kiyevin mərkəzi küçələ- rində qızğın döyüşlərin getdiyi bir vaxtda Mərkəzi Rada milli hərbi hissələri şəhərə yeridərək poçt, teleqraf və başqa dövlət idarələrini tutaraq hakimiyyətin öz əlinə keçdiyini elan etdi. Ukrayna Mərkəzi Radası başda Vladimir Lenin olmaqla Rusiya bolşeviklərinin Müvəqqəti hökuməti devirib hakimiyyəti qəsb etmələrini qəbul etməyərək bu aktı pislədilər.
1917-ci il noyabrın 20-də Mərkəzi Rada özünün Üçüncü Universalı ilə Ukrayna Xalq Respublikasının yarandığını elan etdilər. Bu sənəddə söz, mətbuat, din, yığıncaq azadlığı elan olunur, ölüm hökmü, torpaq üzərində xüsusi mülkiyyət ləğv edilirdi. Səkkiz saatlıq iş günü müəyyən edilir, milli azlıqlar milli muxtariyyət hüququ alırdı.
Dekabrın 10-12-də Ukraynada Müəssislər məclisinə seçkilər keçirildi. Ukrayna sosia- listləri seçkilərdə qalib gəldilər, bolşeviklər 10 faiz səs topladılar. Onlar hakimiyyəti ələ keçi- rə bilmədikdən sonra Xarkova köçərək Ukrayna Sovet hökumətinin yaradıldığını elan etdilər. Ukraynada bolşevik hökumətini müdafiə etmək pərdəsi altında Lenin Ukraynanı ələ keçirmək və Rusiyaya ərzaq göndərmək üçün V.Antonov-Ovseyenkonun başçılığı ilə ordu hissələrini ölkəyə yeritmək haqqında göstəriş verdi. Ukrayna- bolşevik Rusiyası müharibəsi belə başladı. Lakin Radanın qoşunları sovet Rusiyası qırmızı ordu əsgərlərinin hücumunun qarşısını ala bilmədi və Rada Kiyevi tərk edərək Jitomirə köçməyə məcbur oldu.
1918-ci il fevralın 9-da UXR Almaniya ilə Brest sülhünü imzaladı. Apreldə bütün Ukrayna alman və Ukrayna ordusu tərəfindən qırmızı ordu işğalından azad edildi. Aprelin 29- da almanların köməyi ilə general Pavel Skoropadski hakimiyyəti ələ keçirdi, Mərkəzi Radanın hakimiyyətinə son verildi. Ukraynanın getmanı elan olunan P.Skoropadskiyə qanunverici, icraedici hakimiyyət məxsus idi, eyni zamanda o, həm də Baş komandan idi. Dövlətin adı dəyişdirilərək Ukrayna Xalq Respublikası yerinə Ukrayna dövləti oldu.
1918-ci il mayın ortalarında Ukrayna sosialistlərinin gizli qurultayında iri sənayeçilər, torpaq sahibləri, Rusiyadakı burjua partiyaları, alman işğalçıları ilə iş birliy quran getman general P.Skoropadskinin siyasəti kəskin tənqid edilir və ona qarşı birgə fəaliyyət göstərmək nəzərdə tutulurdu. İyunun 12-də Kiyevdə bolşevik nümayəndələr Xristian Rakovski və Dmitri Manuilskinin rəhbərliyi ilə Ukraynanın müstəqil dövlət elan edilməsini nəzərdə tutan müvəq- qəti sülh imzaladılar. Xalq içərisində öz nüfuzunu itirən getmana qarşı Ukrayna müxalifət partiyaları üsyan qaldırmaq məqsədilə rəhbərlik üçün Direktoriya təşkil etdilər. Vladimir
Vinniçenko sədr, Simon Petlyura, Fyodr Şvets, Andrey Makarenko üzvlər idi. Dekabrın 19-da Direktoriyanın qoşunları Kiyevə girdi, yenidən Ukrayna Xalq Respublikası elan olundu. Həmin gün Direktoriya Vladimir Çexovskoyun başçılığı ilə Ukrayna sosialist partiyalarının nümayəndələrindən ibarət ilk hökuməti təsdiq etdi. Lakin UXR-nın vəziyyəti ağır idi. Çünki, şərq və şimaldan Qırmızı Ordu, Don istiqamətində Denikinin ordusu, Dnestrin əks tərəfindən rumınlar, qərbdən polyaklar, cənubdan isə Antanta Ukrayna torpaqlarını ələ keçirməyə çalışırdılar. Belə bir şəraitdə Direktoriya 1919-cu il sentyabrın15-də hakimiyyəti Simon Petlyuraya verməyə məcbur oldu. Lakin hər tərəfdən düşmən əhatəsində qalan UXR-nın ordusu məğlub oldu və Ukrayna torpaqları Sovet Rusiyası ilə Polşa arasında bölüşdürüldü.
1919-cu ilin martında Kiyevdə Ümumukrayna Sovetlər qurultayı «Müstəqil Ukrayna Sovet Sosialist Respublikasının» Konstitusiyasını qəbul etdi. Lakin mahiyyət etibarilə Ukrayna Sovet Rusiyasından asılı olan onun tərkib hissəsi idi.
Petroqqaradda Oktyabr silahlı üsyanının qələbə çalması məlum olduqdan sonra oktyabrın 27-də Minsk sovetində belarus bolşevik A.F.Myasnikovun rəhbərliyi ilə İnqilabi komitə yaradıldı. Noyabrın əvvəllərində komitə Qərb cəbhəsinin Hərbi-inqilabi komitəsinə çevrildi. Bu orqan ölkənin Şimali Qərb vilayətlərində və Qərb cəbhəsində hakimiyyəti ələ keçirdi. Beləliklə, Sovet hakimiyyəti Belarusiyanın almanlar tərəfindən işğal olunmuş Qərb rayonlarından başqa qalan bütün ərazilərdə yayıldı. Belarusiyanın gənc sovet hakimiyyəti
əksinqilabi qüvvələrlə ölüm-dirim savaşına başladı. Rus, ukrayna, litva və polşa iri burjuaziyası ilə sıx ittifaqda olan Belarus millətçiləri əksinqilabçı Belarus radası və general Dovbor-Muskitskinin korpusu ətrafında birləşərək Sovet hakimiyyətinə qarşı 1918-ci il yanvarın 12-də qiyam qaldırdılar. Belarusiyanın və mərkəzi Rusiyanın fəhlə və kəndlilərindən təşkil olunmuş Qızıl Ordu dəstələri hücuma keçərək qiyamçılara ağır zərbə vurdular. 6ksinqilabçılara və alman işğalçılarına qarşı genişmiqyaslı hücuma keçən Qırmızı Ordu Belarusiyanı azad edərək 1919-cu il yanvarın 1-də Belarus Sovet Sosialist Respubliksının yaradıldığını elan etdi.