Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Beynalxalq garginliyin artması



Yüklə 1,22 Mb.
səhifə23/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   19   20   21   22   23   24   25   26   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Beynalxalq garginliyin artması.1922-ci ilin noyabrından 1923-cü ilin iyul ayına kimi davam edən Qara dəniz boğazları haqqında Lozanna konfransında qəbul edilmiş müahidə Sovet dövlətini qane etmirdi. D.Kerzonun təqdim etdiyi ingilis layihəsinə əsaslanan Fransa və İtaliyanın müdafiə etdiyi müahidə dinclik dövründə və müharibə zamanı bütün ölkələrin ticarət və hərbi gəmilərinin Qara dəniz boğazlarından sərbəst keçməsini nəzərdə tuturdu. Sovet tərəfinin fikrincə bu o demək idi ki, böyük kapitalist dövlətləri öz hərbi gəmiləri üçün sovet sahillərinə yol açmışdılar. 8 ölkənin təmsil olunduğu Lozanna konfransında sovet nüma- yəndə heyətilə birlikdə 9 ölkə təmsilcisi yalnız ayrı-ayrı məsələlərin müzakirəsində iştirak edə bilərdi. Konfransda sovet nümayəndə heyəti 1922-ci il dekabrın 18-də belə bir təklif irəli sürdü ki, dinc və müharibə dövründə boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin hərbi gəmiləri üçün bağlansın. Sovet təklifi qəbul edilmədiyindən SSRİ Lozanna konfransının müahidəsini təsdiq etmədi. 1936-cı ildə Montredə (İsveçrə) məsələyə yenidən baxılaraq Qara dəniz boğazları ilə bağlı hazırki hüquqi status qəbul edildi.
1923-cü ilin yazında SSRİ-nin beynəlxalq vəziyyəti yenidən mürəkkəbləşdi. 1923-cü il mayın 8-də İngiltərənin Xarici İşlər naziri Lord Kerzon Sovet hökumətinə nota təqdim etdi. Tarixə “Kerzonun ultimatumu” adı ilə daxil olmuş notada SSRİ hökumətindən tələb edilirdi ki, müstəqil xarici siyasət yeritməkdən əl çəksin. Lozanna konfransından sonra Sovet döv- lətinə qarşı hücuma keçən xarici qüvvələr SSRİ-nin Şərq ölkələrində nüfuzuna zərbə vurmaq üçün tələb edirdilər ki, yaxın Şərqdə Britaniya əleyhinə Sovet hökumətinin apardığı təbliğat dayandırılsın, Sovet müvəkkilləri 6fqanıstandan və İrandan geri çağırılsınlar, sovet məhəlli sularında qeyri-qanuni balıq ovuna görə tutulmuş ingilis balıqçı gəmiləri dərhal buraxılsın və onlara dəyən zərər ödənilsin. Sovet hökuməti notanın tələblərini 10 gün müddətində qəbul etməyəcəyi təqdirdə Kerzon ticarət münasibətlərini kəsəcəyi ilə hədələyirdi. Kerzonun notası xaricdə antisovet qüvvələrin fəallaşmasına səbəb oldu ki, bunun da nəticəsində 1923-cü il mayın 10-da Romadakı sovet nümayəndəsi V.V.Vorovski Lozannada öldürüldü. Kerzonun notası xarici ölkələrdə mənfi qarşılandı. Bir çox ölkələri İngiltərə hökumətinin siyasətinə qarşı etiraz dalğası bürüdü ki, bu da 1923-cü ilin iyun ayında onu ultimatumu geri götürməyə məcbur etdi.
Sovet dövləti ilə kapitalist ölkələri arasında diplomatik münasibətlərin olmaması onların qarşılıqlı surətdə faydalı əməkdaşlığına mane olurdu. Genuyadakı müvəffəqiyyəti inkişaf etdirərək Sovet dövlətinin əsas kapitalist ölkələri tərəfindən hüquqi cəhətdən tanınmasına nail
olmaq vəzifəsini öz qarşısına qoydu.1924-1925-ci illərdə bu vəzifə uğurla yerinə yetirildi və bu illər tarixə, SSRİ-nin tanınması dövrü kimi daxil oldu. 1924-cü il fevralın 2-də İngiltərə SSRİ-ni hüquqi cəhətdən tanıdı və Sovet İttifaqı ilə Böyük Britaniya arasında diplomatik münasibətlər yarandı. İngiltərənin ardınca İtaliya 1924-cü il fevralın 7-də, Norveç fevralın 15- də SSRİ ilə diplomatik münasibətlər yaratdılar. SSRİ-nin İngiltərə və İtaliya ilə normal mü- nasibətlərinin bərpa olunmasının ardınca Avstriya, Yunanıstan, İsveç, Danimarka, Meksika 1924-cü ildə Sovet İttifaqını de-yure tanıdıqlarını bəyan etdilər.
SSRİ ilə yaxınlaşmaq tərəfdarı olan Fransanın “sol blok” hökümətinin Baş naziri Eduard Errio 1924-cü il oktyabrın 28-də xəbər verdi ki, Fransa Sovet dövlətini tanımışdır. Fransanın SSRİ-ni tanımasının mühüm siyasi əhəmiyyəti var idi, belə ki, bu birbaşa sovet xarici siyasətinin nüfuzunun artdığını göstərirdi. Noyabr ayının 14-də SSRİ MİK-nin Rəyasət heyəti L.B.Krasini Xalq Xarici Ticarət komissarı vəzifəsində saxlamaqla Fransada səlahiyyətli nümayəndə təsdiq etdi. J.Erbett Fransanın SSRİ-də səfiri təyin olundu.
1924-cü ilin mayında SSRİ ilə Çin arasında diplomatik münasibətlər yaradılması haqqında saziş imzalandı. Sovet dövləti çar hökumətinin Çinlə bağladığı bütün qeyri-bərabər müqavilələri ləğv etdi və Rusiyaya məxsus olan ŞÇDY-nin Sovet Çin müdiriyyətinin birgə idarəsinə verməyə razı oldu, ŞÇDY hər iki dövlətin mülkiyyətinə çevrildi və birgə istismar edilməyə başlandı.
Kapitalist dövlətlərindən yalnız ABŞ əvvəlki kimi SSRİ-ni tanımaqdan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edirdi. SSRİ-ni tanımaqdan imtina edən ABŞ-ın təşəbbüsü ilə bankir Ç.Daues Almaniyadan təzminat alınması, onun iqtisadiyyatının, valyuta və bank sisteminin sabitləşməsi məqsədilə bir plan hazırladı. 1924-cü ilin yayında Londonda keçirilən konfransda qəbul edilən “Daues planı” Almaniyanı hərbi və iqtisadi potensialını bərpa etməyə, daha fəal xarici siyasət yeritməyə və SSRİ-yə qarşı durmağa sövq edirdi. Bu planın qüvvədə olduğu altı il müddətində Almaniya xarici ölkələrdən 21 milyard marka kredit almış, özü isə cəmi 7,5 milyard təzminat ödəmişdir.
1925-ci ilin oktyabrında 5-dən 16-a kimi İngiltərə, Fransa, İtaliya, Almaniya, Belçika, Polşa və Çexoslovakiyanın iştirakı ilə Lokarno (İsveçrə) konfransı keçirildi. Konfransda Reyn təminat paktı, Almaniyanın Millətlər Cəmiyyətinə daxil olması və SSRİ-yə qarşı sanksiya- larda iştirakı və s. məsələlər müzakirə edildi. Fransa, Polşa və Çexoslovakiya tələb etdi ki, Al- maniya Polşa və Çexoslovakiyanın sərhədlərinin təhlükəsizliyinə təminat versin, lakin alman tərəfi bu tələbləri qəbul etmədi. 1925-ci ilin dekabrında imzalanmış Reyn təminat paktı Fran- sa-Almaniya və Almaniya-Belçika sərhədlərinin toxunulmazlığına təminat verdi. 1925-ci il oktyabrın 25-də Fransa, Polşa və Çexoslavakiya ilə təminat müqavilələri imzaladı. Beləliklə, Almaniyaya qərb sərhədləri üçün təminat verildi. Şərqdə isə SSRİ-yə qarşı hərəkət azadlığı imkanı saxlandı. Almaniya həm də Millətlər Cəmiyyətinə daxil olmaq imkanı qazandı. “Daues planı” və Lokarno sazişləri Qərb ölkələrinin SSRİ-yə qarşı siyasətindən qaynaq- lanırdı. Buna baxmayaraq, 1924-1925-ci illərdəki “Diplomatik tanınma” dövründə SSRİ Avropa, Asiya və Afrikanın 13 dövləti ilə diplomatik münasibətlər yaratmışdır, 1925-ci ilin
əvvəllərində isə 22 dövlətlə diplomatik əlaqə saxlayırdı.
20-ci illərin ikinci yarısından başlayaraq antisovet kompaniyası yenidən qızışdı. Dünya antisovet qüvvələrinin lideri İngiltərənin Mühafizəkarlar partiyası 1926-cı il oktyabrın 7-də SSRİ ilə əlaqələri kəsməyi əsas vəzifə kimi irəli sürdü. İngiltərənin mürtəce qüvvələri İngiltə- rə-Sovet münasibətlərini pozmağa çalışır, başqa ölkələrin SSRİ-yə qarşı düşmən hərəkətlərini müdafiə edirdilər.
Xarici İşlər üzrə xalq komissarlığı 1926-cı ilin sentyabrında SSRİ-nin Londondakı səlahiyyətli nümayəndəsi L.Krasin vasitəsilə İngiltərə hökumətinə bildirdi ki, İngiltərə ilə SSRİ arasında münasibələrin qaydaya salınması beynəlxalq münasibətlərin sülh yolu ilə inkişafına təkan verərdi. Lakin İngiltərə hakim dairələri 1927-ci il fevralın 23-də İngiltərənin Xarici İşlər naziri O.Çemberlen vasitəsilə Sovet hökumətinə nota verdilər. Notada deyilirdi ki, Sovet hökuməti Britaniya əleyhinə təbliğat aparıb və onun daxili işlərinə qarışır. Odur ki, İngiltərə Sovet İttifaqı ilə ticarət və diplomatik münasibətləri kəsmək fikrindədir. 1927-ci il
mayın 27-də İngiltərənin mühafizəkar hökuməti Sovet İttifaqı ilə diplomatik və ticarət münasibətlərini məhz baş nazir S.Bolduin Sovet dövlətini İngiltərəyə qarşı düşmənçilikdə günahlandırması sayəsində kəsdi. Bunun ardınca Fransada, Polşada, Baltikyanı ökələrdə antisovet təbliğatı gücləndirildi, 1927-ci il iyunun 7-də Polşadakı sovet səfiri P.L.Voykov Varşava vağzalında öldürüldü ki, bu da İngiltərə tərəfindən təşkil olunmuşdur.
Mancuriyanın mürtəce dairələrinin köməyi ilə 1927-ci ilin aprelində ŞÇDY üzərinə hücum təşkil edildi. İngilis səfiri Settonun göstərişi ilə Çin əksinqilabının liderlərindən biri Çjan Tszo-linin əsgərləri və polisləri 1927-ci il aprelin 9-da Pekindəki sovet səfirliyinə basqın etdi. 1927-ci ilin noyabrında Şanxaydakı sovet konsulluğuna hücum edildi, dekabrda Kan- tonda sovet nümayəndəliyi dağıdıldı, Nankin burjua hökumətinə tabe olan ərazilərdə Sovet idarələri bağlandı. Bu SSRİ-yə qarşı düşmən əhatəsi yaratmaq, Sovet İttifaqını Çin, Polşa və digər dövlətlərlə hərbi münaqişə sövq etmək səyləri idi. Sovet dövlətinin yeritdiyi siyasət antisovet təşkilatçılarına SSRİ-ni hərbi nünaqişəyə cəlb etməyə imkan vermədi. Sovet dövləti müharibə həvəskarlarının iç üzünü açır və onların vahid antisovet cəbhə yaratmaq cəhdlərinə qarşı mübarizə aparırdı. SSRİ ilə onun qonşuları arasında bağlanmış müqavilələr sülh uğrunda mübarizədə mühüm addım oldu.
1925-ci ilin dekabrında Türkiyə, 1926-cı ilin avqustunda 6fqanıstan, 1927-ci ilin oktyabrında İranla bitərəflik və hücum etməmək haqqında müqavilələr imzalandı. 1926-cı ilin aprelində SSRİ ilə Almaniya arasında hücum etməmək və bitərəflik haqqında 5 il müddətinə müqavilə bağlandı və bu Lokarno sazişlərinin antisovet ruhunu xeyli zəiflətdi. 1926-cı ilin sentyabrında SSRİ ilə Litva arasınd dostluq və bitərəflik haqqında müqavilə bağlanması Qərbi Avropa dövlətlərinin SSRİ-yə qarşı Baltikyanı ölkələri blokunu yaratmaq planlarını pozdu.
1927-ci il aprelin 6-da Fransanın Xarıcı İşlər naziri A.Brian ABŞ-ın dövlət katibi F.Kelloqa müraciət edərək milli siyasət vasitəsi kimi müharibədən imtina etmək haqqında bəyannamə ilə çıxış etməyi təklif etdi. 1927-ci il dekabrın 28-də ABŞ-ın dövlət katibi F.Kelloq Fransanın Xarici İşlər naziri A.Briana cavab məktubunda bildirdi ki, “ABŞ Fransanın təklifini razılıqla qəbul edir və belə hesab edir ki, “əbədi sülh” haqqında müqavilə bağlamaq o zaman mümkün olar ki, müharibəni milli siyasət kimi inkar etməyə razı olan digər böyük dövlətlər də ona qoşulsunlar.”
1928-ci il iyunun 23-də ABŞ müharibədən imtina etmək haqqında müqavilənin layihə- sini 14 ölkənin hökumətinə göndərdi.1928-ci il avqustun 27-də Parisdə Brian-Kelloq paktını ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya və başqaları daxil olmaqla cəmi 15 dövlət imzaladı. Fransanın SSRİ-dəki səfiri J.Erbett pakta qoşulmağı Sovet dövlətinə təklif etdi. SSRİ Xalq Xarici İşlər komissarı G.V.Çiçerin bildirdi ki, Sovet dövlətinin əsas məqsədi müharibəyə son qoymaq, müharibəni qanundan kənar etməkdir. Odur ki, SSRİ-nin pakta qo- şulması zəruridir. Sovet hökuməti 1928-ci il sentyabrın 6-da paktı imzalayaraq ona qoşuldu. Sovet dövləti pakta qoşulmağa kifayətlənmədi, həm də onun təşəbbüsü ilə Brian-Kelloq paktını vaxtından əvvəl qüvvəyə mindirmək barəsində öz qonşularına təkliflə müraciət etdi. 1929-cu il fevralın 9-da Moskvada Brian-Kelloq paktını vaxtından əvvəl qüvvəyə mindirmək barəsində protokolu SSRİ, Estoniya, Latviya, Polşa və Rumıniya imzaladılar. 1929-cu ilin aprelində Türkiyə, İran və Litva da ona qoşuldu. Həmin protokolun imzalanması SSRİ ilə qonşu ölkələr arasında dinc münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərdi. Brian- Kelloq paktı 1929-cu ilin iyul ayında qüvvəyə mindi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin