Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Ukraynanın sosial-iqtisadi va madani inkiúafı



Yüklə 1,22 Mb.
səhifə77/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   73   74   75   76   77   78   79   80   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Ukraynanın sosial-iqtisadi va madani inkiúafı. SSRİ-nin süqutu və ölkəni bürüyən ümumi iqtisadi böhran Ukraynanın iqtisadiyyatına dağıdıcı təsir göstərdi. Ümumittifaq iqtisadi kompleksin dağılması nəticəsində müəssisələrinin 95 faizi Moskvaya tabe olan Ukraynada demək olar ki, istehsalın 80 faizinin texnoloji tamamlanması başa çatmamışdır, texnoloji cəhətdən köhnəlmiş maşın və avadanlığın 40 faizi isə yenilənməli idi.
1992-ci ilin mart ayında Ali Rada “Milli iqtisadi siyasətin əsasları” sənədini təsdiq etdi. Sənəddə iqtisadiyyatın dövlət bölməsinin ləğv edilməsi, özəlləşdirmə, sənayenin yenidən qurulub modernləşdirilməsi, rubl məkanından çıxmaq, MDB dövlətlərilə beynəlxalq qiymət sistemi əsasında qarşılıqlı ödəmə əməlyyatına keçilməsi və xarici ticarətin əsasən Qərb bazarına istiqamətlənməsi irəli sürüldü. Lakin 1992-ci ilin yazında Ukraynanın iqtisadiy- yatında böhranın bütün əlamətləri göz qabağında idi, belə ki, köhnə təsərrüfatçılıq sistemi dağılmış, yeni sistem isə formalaşmamışdır. Böhran respublikanın həm sənayesini, həm də kənd təsərrüfatını əhatə edirdi. Mərkəzi hakimiyyətin dağılması ilə Müstəqil Ukraynanın Ali Radası ölkəni iqtisadi böhrandan xilas etmək məqsədilə dörd hökumət, o cümlədən 1990-cı ilin mayından oktyabrına kimi V.Masol, 1990-cı ilin noyabrından 1992-ci ilin oktyabrına kimi V.Fokin, 1992-ci ilin oktyabrından 1993-cü ilin sentyabrına kimi L.Kuçma, 1993-cü ilin sentyabrından – 1994-cü ilin iyununa kimi L.Kravçuk-Y.Zvyagilski hökumətlərini təşkil etdi. Onlar iqtisadi böhrandan çıxmaq məqsədilə yeddi proqram hazırlasalar da bunların heç biri real olaraq həyata keçirilmədi. Bunun başlıca səbəbi proqramların yarımçıq olması, adamların sosial müdafiəsinin nəzərə alınmaması, qətiyyətsiz yerinə yetirilməsi idi.
İttifaq orqanlarının süqutu, müstəqil Ukraynanın iqtisadi yolunu tapmaması nəticəsində 1990-cı ildən 1994-cü ilə kimi respublikada ümumi milli məhsul 44, sənaye məhsulunun həcmi 41, milli gəlir 54 faiz aşağı düşdü. 1993-cü ildə Ukraynada inflyasiyanın səviyyəsi dünyada ən yüksək həddə çataraq İkinci Dünya müharibəsi dövründəki göstəriciləri belə ötüb keçdi.6halinin əsas hissəsinin həyat səviyyəsi sürətlə aşağı düşərək onun 64 faizinin yoxsulluq həddinə çatmasına gətirib çıxardı. 6halinin alıcılıq qabiliyyəti çox aşağı düşərək 1991-1994-cü illərdə demək olar ki, 5 dəfə azaldı.
1990-1994-cü illərdə Ukraynanın milli iqtisadiyyatının böhranlı vəziyyətə düşməsi və onun aradan qaldırılmaması qətiyyətli və təcili tədbirlər həyata keçirilməsini tələb edirdi. Belə bir addımı Ukraynanın prezidenti seçilən Leonid Kuçma 1994-cu ilin oktyabrında Ali Radaya “Radikal iqtisadi islahatların yolu” müraciətilə atdı. Bu əslində müstəqil Ukraynanın yeni sosial-iqtisadi strategiyasının konsepsiyasıdır. Bunun mahiyyəti maliyyə sabitliyindən, vergi- lərin azaldılmasından, bank islahatının dərinləşdirilməsindən, dövlətin nəzarəti altında qiy- mətlərin mərhələlərlə liberallaşdırılmasından, xüsusi bölməyə söykənən bazar iqtisadiyyatının yaradılmasından, iqtisadiyyatın idarə olunmasının mərkəzləşməsinin ləğv edilməsindən, xari- ci iqtisadi əlaqələrin liberallaşmasından, əmək haqqı, sosial yardım və sosial sığortada isla- hatdan ibarət idi.
Dövlətin sosial-iqtisadi strateji kursundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlandı. Eyni zamanda prezident L.Kuçma dövlətin antiböhran fəaliyyət proqramını bəyan etdi. Bunun ardınca 1996-cı ildə hökumət Ukraynanın qrivna adlı yeni milli pulun tədavülə buraxdı. XX əsrin 90-cı illərin ikinci yarısıdan milli iqtisadiyyatı təşkil edən əsas sahələr, o cümlədən pul, maliyyə, ödəmə, vergi, gömrük, bank sistemləri formalaşdı. Ukrayna dövlətinin ardıcıl və qətiyyətli iqtisadi islahatları ölkədə mülkiyyət formasının kökündən
dəyişilməsinə, iqtisadiyyatda xüsusi mülkiyyətin bərqərar olmasına səbəb oldu. Aşağı-yuxarı 6,1 milyon nəfər Ukrayna vətəndaşı torpaq payına sahib oldu ki, bu da ölkənin torpaq sahəsinin yarısından çoxunu təşkil edirdi. Həyətyanı sahələrin özəlləşdirilməsi əsasən başa çatdı, 11 milyon vətəndaş xüsusi mülkiyyətçi oldu. Yeni sosial-iqtisadi strategiyaya uyğun olaraq Ukraynada qiymət tarifinin bazar mexanizmi bərqərar oldu, xarici ticarətə liberal rejim tətbiq edildi. Bu milli iqtisadiyyatda xroniki hal alan defisit anlayışının aradan qalxmasına, bazarın malla dolmasına şərait yaratdı.
1999-cu ildə Ukraynada son onillikdə ilk dəfə olaraq iqtisadi sabitlik yarandı. 6sasən ümumi daxili məhsulun istehsalının aşağı düşməsinin qarşısını almaq mümkün oldu. Sənaye məhsulunun həcmi 4,3% artdı. Mənzil yaşayış tikintisinin həcmi isə 7,5 % artdı. Ukraynanın dövlət büdcəsinin kəsiri xeyli azaldı, inflyasiyanın səviyyəsi aşağı düşdü. 1999-cu ildə Ukray- na ilk dəfə olaraq uzanan böhrandan çıxmaq yolunda real addım ataraq rəqabətə açıq iqtisadi modelin bərqərar olmasına nail oldu.
Ukraynanın iqtisadiyyatının növbəti beş ildə yenidən qurulması proqramı Ukrayna prezidentinin 2000-ci ilin fevralında Ali Radaya “Ukrayna: XXI əsrə addım. 2000-2004-cü illərdə strateji iqtisadi və sosial inkişaf” müraciətində öz əksini tapmışdır. İqtisadi sahədə Ukraynanın qarşısında duran əsas vəzifə iqtisadi artım siyasətini həyata keçirmək idi. 6hali- nin real gəlirini 1,3 -1,4 dəfə artırmaq, bir milyon yeni iş yeri açmaq, əmək təqaüdlərinin miqdarını minimum həyat səviyyəsi həddinə çatdırmaq qarşıya qoyulan konkret vəzifələr idi. Ukrayna Prezidentinin bu strateji kursuna uyğun olaraq V.Yuşşenko hökuməti “Rifah adına islahat” proqramını hazırladı, bu da 2000-ci ilin aprelində Ali Rada tərəfindən təsdiq olundu. Hökumətin gördüyü işlər sayəsində Ukraynanın iqtisadiyyatında kooperativ və özəl bölmənin genişlənməsi daha da sürətləndi. Artıq 2001-ci ilin əvvəllərində ölkədə sənaye məhsulunun ümumi həcminin 70 faizdən çoxu özəl müəssisələrin payına düşürdü. 2004-cü ildə ümumi daxili məhsul keçən illə müqayisədə 12, sənaye istehsalının həcmi 12,5, kənd təsərrüfatı məh- sulu istehsalı 19,1 faiz artmışdır. 2004-cü ilin yekunlarına görə Ukrayna 198 ölkə ilə xarici ticarət əməliyyatları aparmış, bunun müsbət saldosu 3.412,4 mln ABŞ dolları olmuşdür. Ukraynada xarici ticarətin həcmi 2011-ci ildə 140,3 milyard dollar olmuşdur. Bunun 63,3 milyard dolları ixracatın, 77,0 milyard dolları isə idxal edilən məhsulun payına düşür. Ölkə
əsasən elektrik avadanlığı, parça, ağac, faner və s. ixrac edir. Respublikaya elektrik daşıyı- cıları, maşın və avadanlıq, kimya və neft emalı sənayesi məhsulları gətirilir. 2014-cü ilə görə Ukrayna məhsulları Rusiya, Türkiyə, Çin, Polşaya ixrac edilir. Ölkəyə Rusiya, Çin, Alma- niya, Belarus məhsulları idxal olunur. 2011-ci ilin məlumatına əsasən Ukraynanın iqtisa- diyyatına 60,5 milyard dollar xarici investisiya yatırılmışdır. Ukrayna investorları xarici ölkələrə 3 milyard dollar vəsait qoymuşdur.
Bu gün Ukrayna sənaye-aqrar ölkəsidir. Milli rəqabət gücünə görə 2013-cü ildə Ukray- na dünyada 84-cü yeri tutur. 2011-ci il məlumatına əsasən Ukraynanın iqtisadiyyatı ümumi məhsulun həcminə görə dünya iqtisadiyyatında 39-cu yerdə olmaqla bərabər əhalinin adam başına 7.600 ABŞ dolları düşür. 2012-ci ildə Ukraynada ümumi məhsul istehsalı 0,2 % artmışdır. Müasir Ukraynanın iqitsadiyyatında bazar münasibətləri ilə bərabər dövlətin də rolu fəaldır. Belə ki, dövlət ölkənin milli təsərrüfatının 140 iri müəssisəsinə, əsas ərzaq və yanacaq məhsulları sənayesinə nəzarət edir. 2011-ci ildə Ukraynanın 22,09 milyon nəfər əmək qabiliyyəti olan əhalisinin 7 faizi işsiz sayılırdı. Ümumdünya Bankının hesablamalarına görə Ukraynada ümumi məhsul istehsalı 2010-cu ildə 136, 2011-ci ildə 163, 2012-ci ildə 176,6, 2013-cü ildə isə artaraq 177,4 milyard ABŞ dolları təşkil etmişdir.
Ukraynanın müstəqilliyinin elan edilməsilə milli mədəniyyətin inkişafı dövlətin əsas vəzifələrindən biri oldu.1989-cu ilin oktyabrında “Ukrayna SSRİ-də dil haqqında Qanun” qəbul edildi. Qanuna əsasən ukrayna dili dövlət dili elan olundu, onun cəmiyyət həyatının bütün sahələrində fəaliyyət və inkişafı üçün şərait yarandı.
Müstəqil dövlətin sosial-iqtisadi və mənəvi inkişafını təmin etmək məqsədilə təhsil sistemində islahatlar keçirildi. Çoxsaylı litsey, gimnaziya, kollec, sənət akademiyası və universitet kompleksləri meydana gəldi. Bütün bunlar dünya birliyinə inteqrasiya olunma
şərtilə müstəqil Ukraynanın yeni təhsil modelinə tələbatından yaranırdı. Yeni təhsil modelinin
əsas prinsipi tədris və təlim-tərbiyə prosesinin differensasiyası, humanistləşməsi və fərdiləş- məsindən ibarət nəzərdə tutulmuşdur. 1993-cü ilin noyabrında Ukrayna hökuməti “Təhsil” (“XXI əsrdə Ukrayna”) proqramını qəbul etdi. Proqramda qarşıda duran başlıca vəzifə Ukrayna təhsil sistemini Qərb təhsil nümunəsi əsasında milli adət və ənələləri nəzərə almaqla yenidən qurmaq, demokratik cəmiyyət üçün azad və bilikli, vətənsevər gənclər yetişdir- məkdir. Ancaq ölkə iqtisadiyyatının böhranlı vəziyyəti təhsilin maliyyələşdirilməsini xeyli məhdudlaşdırdı. 1992-ci ildə Ukraynada təhsilin inkişafına dövlət büdcəsindən 12,6, 1994-cü ildə isə yalnız 9,5 faiz vəsait ayrılmışdır.
1999-cu ildən başlayaraq müstəqil Ukraynanın iqtisadiyyatının tədricən dirçəlməsi təhsil sahəsində də vəziyyətin müsbətə doğru dəyişilməsinə təkan verdi. 2000-ci ildə Ukray- nada “12 illik orta ümumtəhsil məktəbləri konsepsiyası” irəli sürüldü. Ümumitəhsil mək- təbləri şəbəkəsinin formalaşması istiqamətində dövlət hər bir vətəndaşın maneəsiz və pulsuz tam orta təhsil almaq hüququnu konstitusiyada göstərildiyi kimi təmin edir. Ukraynanın ümumtəhsil məktəbləri təhsil səviyyəsinə uyğun olaraq üç dərəcəyə bölünür. Birinci dərəcə ibtidai məktəblərə, ikinci dərəcə əsas məktəblərə və nəhayət üçüncu dərəcə yuxarı məktəblərə bölünür ki, onlar da bir yerdə və ya ayrı-ayrı fəaliyyət göstərə bilərdi.
Maliyyə vəsaitinin çatışmazlığı üzündən birinci onillikdə elm və ali təhsil sahəsində böhran vəziyyətinin yaranmasına zəmin hazırlandı. Bir çox alim və elmi-pedoqji işçi xarici ölkələrə üz tutdu ki, bunun da sayəsində ölkə əsaslı elmi mövqelərinin böyük bir hissəsini itirdi, Qərbin elmi səviyyəsindən geri qalmağa başladı. Düzdür, XXI əsrin əvvəllərindən başlayaraq Ukrayna dövləti elm və mədəniyyətə daha çox maliyyə ayırdı, mədəniyyət işçi- lərinin əmək haqqını artırdı. Məsələn, 2005-ci ildə 2004-cü illə müqayisədə dövlət büdcəsində mədəniyyət sahəsinə 1,5 dəfədən çox vəsait ayrıldı, müvafiq dövrdə mədəniyyət işçilərinin
əmək haqqı 35% artdı.
2005-ci ilin mayında Ukrayna Boloniya təhsil prosesinə qoşularaq Avropa dövlətləri ilə təhsil əməkdaşlığını daha da dərinləşdirdi. 2007-2008-ci tədris ilində Ukraynanın ali təhsil müəssisələri test üsulu ilə qəbul imtahanları təşkil etdi. Dövlətin gördüyü tədbirlər nəticəsində müstəqil Ukraynada təhsilin şəbəkəsi və keyfiyyəti gündən-günə artıb təkmilləşir. 2011-ci ildəki rəsmi məlumatlara əsasən Ukraynada 83 dövlət, 3 minə yaxın özəl ali məktəb fəaliyyət göstərir. Taras Şevçenko adına Kiyev Milli Universiteti, Ukrayna Milli Texniki Universiteti, Kiyev-Mogilyan Akademiyası və d. onların içərisində xüsusi yerə malikdir. 2007-2008-ci təd- ris ilində Ukraynanın 930 dövlət peşə-texniki tədris müəssisələrində 530 ixtisas üzrə peşəkar kadrlar hazırlanırdı. Xüsusi mülkiyyət formasına aid olan peşə-texniki məktəblərinin sayı 738-ə, onlarda təhsil alan şagird kontingenti isə 100 min nəfərə çatırdı. 2014-cü ilin sonuna olan rəsmi malumata əsasən Ukraynada əhalinin 50 faizi internet istifadəçisidir. Müstəqil respublikada səhiyyə şəbəkələri gündən-günə genişlənir. Belə ki, əhalinin hər 3472 nəfərinə bir həkim, 1667 nəfərinə isə 1 xəstə çarpayısı düşür. 6halinin 80 %-i keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Müstəqil Ukrayna dövləti mədəniyyət, təhsil və incəsənətə getdikcə daha çox diqqət ayırırdı. 2005-ci ilin aprelində Ali Rada “Ukraynada mədəniyyət siyasəti, prioritetlər, prin- siplər və onların reallaşması” mövzusunda dinləmə təşkil etdi. Qədim mədəniyyət abidələ- rinin, ağac və daşdan olan kilsə memarlıq tikililərinin hifz edilməsi, turizmin inkişafı, Ukray- nanın Avropa Şurası və Avropa İttifaqının proqram və layihələrində iştirakı, Ukraynanın məlumat və mədəniyyət şəbəkələrinin xaricdə genişlənməsi müzakirənin əsas mövzuları idi. 6dəbiyyat sahəsində Ukrayna Milli Yazıçılar İttifaqı, Ukrayna Regionlararası Yazıçılar İttifaqı, Ukrayna 6diblər Konqresi, Ukrayna Yazıçılar Assosiasiyası səmərəli fəaliyyət göstərirdi.
Müstəqil Ukraynanın musiqi, teatr və incəsənəti bütün çətinlikləri aradan qaldıraraq irəliləməkdə davam edir. Milli ənənələrlə müasirliyi birləşdirən musiqi ölkədə daha geniş yayılmışdır. “Drevo”, “Vlastelin”,”Bojiçi”, “Buttya” kimi ansambılların şöhrəti geniş yayıl- mışdır. Ukraynanın populyar musiqisi bütün dünyada səslənir. Uopli Vidoplyasova, Okean
Elza, Tartak, Ruslana bu musiqi sahəsinin aparıcı nümayəndələridir. Onların Avropa və dünya miqyasında təmsil olunmalarının konkret misalı 2004-cü ildə “Avroviziya” yarışmasında ukraynalı müğənni Ruslananın qalib gələrək birinci yerə sahib olmasıdır. “Şedrik” Kiyev uşaq xoru isə Romada keçirilən özfəaliyyət kollektivlərinin festivalında iki nominasiyada qalib gələrək laureat adını qazandılar. Ölkənin mədəni həyatında mühüm hadisələrdən biri V.Qorovtsanın xatirəsinə həsr edilən gənc pianoçuların beynəlxalq konkursudur. Ukraynalı bəstəkar Miroslav Skorikin başçılıq etdiyi jüri artıq 10 ildən çox təkrar edilən bu möhtəşəm musiqi şənliyində 2005-ci ilin aprelində 26 ölkənin 98 nümayəndəsi arasında qalibləri müəy- yən etməli idi. İddiaçılar isə 9 yaşından 33 yaşına kimi olan, dünyanın bir çox ölkəsindən gələn gənc pianoçular idi. Görkəmli opera müğənniləri V.Lukyanets, A.Koçerqa, V.Pyatniçka və b. bütün dünyada şöhrət qazanmışdır.
Müstəqil Ukraynanın mədəniyyətinin başqa sahələrində olduğu kimi milli kino səna- yesində də işlər bir sıra çətinliklərlə bağlıdır. Kinoteatrların və televiziya kanallarının ameri- kan kino sənayesinin məhsulları ilə dolub-daşması adamların yaddaşında doğma kino an- layışını sıxışdırırdı. Lakin tədricən dövlət yerli kinofilmlərin çəkilməsinə diqqəti artıraraq bu sahədə vergiləri xeyli azaltdı, yerli kino sənayesinə investisiya qoyuluşuna və kredit açmağa kömək etdi, bu işə xarici filmlərin açılışından əldə olunan gəlirin bir hissəsini yönəltdi. Tədricən yerli kinofilmlərin sayı və onların keyfiyyəti artmağa başladı. Rejisor V.Kristo- voviçin “Ölünün dostu” bədii filmi müasir Ukrayna kinosunun ən gözəl nümunələrindən biridir. Təbii olaraq bu gün Ukrayna rejisorlarının çəkdiyi kinofilmlər Kann və Berlin film kinofestivallarında böyük rəğbət qazanır. 2007-ci ildə Ukraynada bədii və sənədli film
ənənələrini dirçəltmək məqsədilə “Şabalıd ev” festivalı, Andrey və Arseni Tarkovskilər mükafatı təsis edilmişdir.
Ukrayna tarixinin son onillikləri dini fəaliyyətin fəallaşması ilə bağlıdır. 80-ci illərin sonunda Ukrayna yunan-katolik kilsəsinin fəaliyyəti leqallaşdırıldı. Ukrayna pravoslav kilsəsi yenidənqurma şəaritində parçalanaraq üç konfesiyaya bölündü. Birinci konfesiya demək olar ki, 8.5 min icmanı birləşdirən Moskva patriarxlığının Ukrayna pravoslav kilsəsidir. İkinci konfesiyaya təqribən 2.5 min icmanın daxil olduğu Kiyev patriarxlığının Ukrayna pravoslav kilsəsidir. Üçünçü konfesiya isə aşağı yuxarı 1000 icmanı birləşdirən Ukrayna aftokefal pravoslav kilsəsi hesab olunur.
Bu parçalanma eyni zamanda cəmiyyətin birliyinə və Ukraynada dini qarşıdurmalara, münaqişələrə səbəb olub. Odur ki, hazırda dindarların çoxu və ilahiyyatçılar Ukraynada vahid pravoslav kilsəsinin yaradılmasına səy göstərir. Ukrayna əhalisi arasında protestantlıq, iudaizm və islam da yayılır. Ukraynada 105 dini birlik fəaliyyət göstərir ki, onlar arasında da ünsiyyət və əlaqəni kilsə və dini təşkilatların Ümumukrayna Şurası nizamlayır.Vicdan azad- lığı müstəqil Ukrayna həyatının əsas elementlərindən biridir. Dövlət çalışır ki, bütün konfes- siyaların nümayəndələri cəmiyyət həyatının bərabərhüquqlu iştirakçısı kimi fəaliyyət gös- tərsin.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin