Müstaqil Belarus dövlatinin yaranması. 80-ci illərin ortalarında 15 müttəfiq respub- likanın, o cümlədən Belarusiyanın daxil olduğu SSRİ-də 270 milyondan çox insan yaşayırdı ki, onlar da 100-dən çox millət və xalqları təmsil edirdi. Ölkə rəhbərliyinin rəsmi iddiasına görə SSRİ-də prinsip etibarı ilə milli məsələ həll edilmişdir, respublikalar isə faktiki olaraq
siyasi, sosial-iqtisadi və mədəni cəhətdən bərabər səviyyəyə çatmışdır. Ancaq rəsmi nöqteyi- nəzərdən fərqli olaraq ölkədə milli münasibətlər sahəsində çoxsaylı ziddiyyətlər mövcud idi. M.S.Qorbaçovun elan etdiyi aşkarlıq şəraitində bu ziddiyyətlər açıq münaqişələrə çevrildi. Bütün xalq təsərrüfatı kompleksin bürüyən böhran millətlərarası gərginliyi daha da dərin- ləşirdi.
Mərkəzi dövlət hakimiyyətinin iqtisadi çətinlikləri aradan qaldıra bilməməsi respub- likalarda narazılığı daha da artırdı. 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş vermiş qə- zanın ətraf mühiti çirkləndirməsi ekoloji şəraiti çıxılmaz vəziyyətə salmışdır. 6vvəllər olduğu kimi bu məsələlər də mərkəzi İttifaq orqanları yerli respublikaların tələbatına lazımi qaydada cavab verə bilmir, onlarla lokal məsələlərin həllində mərkəzin diktəsi vasitəsilə danışırdılar. Buna cavab olaraq yerlərdəki narazı qüvvələr yeni siyasi partiya və hərəkatların, xalq cəb- hələrinin ətrafında birləşərək öz respublikalarının SSRİ-dən çıxması uğrunda mübarizə apa- rırdılar. Mərkəzi dövlət hakimiyyəti ölkədə milli və etnik zəmində yaranan münaqişələri və milli respublikalarda artan müstəqillik hərəkatını aradan qaldırmaq iqtidarında deyildir.
1986-cı ildə milliyətcə rus olan G.Kolbinin Qazaxıstan KP MK-nın birinci katibi təyin edilməsi respublikada ruslaşdırma siyasətinə qarşı kütləvi mitinq və nümayişlərin başlanma- sına səbəb oldu. Baltikyanı respublikalarda, Ukrayna və Belarusiyada mərkəzi İttifaq haki- miyyətinə qarşı narazılıqlar açıq forma kəsb etdi. Xalq cəbhələrinin başçılıq etdiyi ictimaiyyət 1939-cu il sovet-alman müqaviləsini, Baltikyanı dövlətlərindən, Ukrayna və Belarusiyanın qərb rayonlarından kollektivləşdirmə zamanı əhalinin deportasiya edilməsi, repressiya qur- banlarının Belarusiyanın Kuropata adlanan hissəsində kütləvi məzarlıq haqqında sənəd və mə- lumatları dərc etməyi tələb edirdilər. 1988-ci ildə əzəli Azərbaycan torpağı olan Dağlıq Qara- bağa iddiası üzündən Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başladı. Fərqa- nədə özbəklərlə məshəti türkləri arasında silahlı toqquşma baş verdi. Qazaxıstanın Novıy Uzen mərkəzində millətlətarası qarşıdurma yarandı. Bütün bu münaqişələr saysız-hesabsız qaçqınların meydana gəlməsinə gətirib çıxardı. 1989-cu ilin aprelində Tiflisdə müstəqil Gürcüstan və demokratik islahatlar keçirilməsi tələbi ilə kütləvi nümayişlər başladı. Gür- cüstanın Abxaziya Muxtar Respublikasının abxaz əhalisi Gürcüstanın tərkibindən çıxmaq və ölkələrinin statusuna yenidən baxılması tələbilə kütləvi nümayişə başladılar.
1988-ci ilin noyabrında Estoniya SSR-in Ali Soveti SSRİ qanunlarını Estoniya əra- zisində dayandırmaq hüququna malik olduğuna dair qərar qəbul etdi. SSRİ Ali Soveti bu qə- rarı qanunsuz hesab etdi. 1988-ci ildə Estoniya, Latviya, Litvada meydana gələn Xalq cəb- hələri bu respublikaların dövlət müstəqilliyinin bərpası uğrunda fəaliyyətə keçdilər.1988-ci ilin noyabrında Estoniya SSR-in Ali Sovet Estoniyanın dövlət suverenliyinə dair Bəyan- naməni təsdiq etdi. Bunun ardınca Litva, Latviya, Azərbaycan SSR 1989-cu ildə, Moldova SSR isə 1990-cı ildə oxşar Bəyannamələr qəbul etdilər. Öz suverenliyini elan etdikdən sonra bu respublikalar dövlət başçısı olan prezidentlərini seçdilər.
Belarusiyada kommunist rejiminə qarşı Zenon Poznyakın rəhbərliyi altında 1989-cu ildə yaranan Xalq Cəbhəsi mübarizə aparırdı. Respublikanın müstəqilliyi şüarı ilə yola çıxan Xalq Cəbhəsi bütün müxalifət qüvvələrin öz siyasi rəhbərliyi altında birləşdirilmişdir. Belarusiya- dakı milli dirçəliş hərəkatının ideya rəhbəri isə Vasili Bıkov idi.
Milli respublikalarda, o cümlədən Belarusiyada müstəqillik uğrunda hərəkatın artdığı bir vaxtda 1990-cı il iyunun 12-də RSFSR-in I Xalq deputatları qurultayı Rusiyanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamə respublikanın qanunlarının ittifaq qanunlarından üstün olduğunu təsbit etdi. RF-nın ilk prezidenti B.N.Yeltsin, vitse-prezidenti A.V.Rutskoy seçildi.
Suverenlik haqqında ittifaq respublikaların qəbul etdiyi bəyannamələr Sovet İttifaqının gələcəkdə mövcud olub-olmaması məsələsin siyasi həyatın ilk sırasına yerləşdirdi.1990-cı ilin dekabrında SSRİ-nin IV Xalq deputatları qurultayı SSRİ-nin demokratik federativ dövlətlər birliyi kimi saxlamağı irəli sürdü. Qurultay “İttifaq müqaviləsinin ümumi konsepsiyası və onun bağlanması qaydaları haqqında” qətnamə qəbul etdi. Qurultayın qətnaməsinə uyğun olaraq yenilənmiş ittifaqın müstəqil respublikaların federasiyası kimi saxlanılmasına dair refe-
rendum keçirildi. Referendumda iştirak edənlərin 76,4 faizi yenilənmiş SSRİ-nin saxlanıl- masına “bəli” dedi.
1991-ci ilin aprel-may yalarında Novo-Oqaryovadakı prezident iqamətgahında SSRİ- nin birinci və sonuncu prezidenti M.S.Qorbaçovun 9 ittifaq respublikasının başçısı ilə yeni ittifaq müqaviləsinə dair danışıqları keçirildi. Bütün iştirakçılar bərabərhüquqlu sovet suveren respublikaların demokratik federasiyaya daxil olaraq Suveren Dövlətlər İttifaqını yaratmağı təstiq etdilər. Bu layihə hakimiyyət orqanları və idarəetmədə ciddi dəyişikliklər nəzərdə tutur, həmçinin seçki sisteminin dəyişdirilməsi və yeni Konstitusiyanın qəbul edilməsini irəli sürürdü. Müqavilənin imzalanması 1991-ci ilin avqustun 20-nə təyin olunmuşdur.
Yeni ittifaq müqaviləsi layihəsinin mükazirəsi cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirdi. Avqustun əvvəllərində M.S.Qorbaçov Krımdakı yeni inşa edilən Foros iqamət- gahında istirahətə getdi. Bu vəziyyətdən istifadə edən bir qrup partiya və dövlət funksiyaçısı SSRİ-ni dağılmaqdan xilas etmək məqsədilə son bir cəhd etdi. 1991-ci ilin avqustun 19-da yeni hakimiyyət orqanı – Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradıldı. Onun tərkibinə vitse-prezident G.İ.Yanayev, Baş nazir V.S.Pavlov, DTK-nin sədri V.A.Kryuçkov, Müdafiə naziri D.T.Yazkov, Daxili İşlər naziri B.K.Puqo və b. daxil idi. Onlar səhhətinə görə M.S.Qorbaçovun vəzifəsindən uzaqlaşdırıldığını, ölkədə 6 aylıq fövqəladə vəziyyət elan edildiyini, mitinq və tətillərin qadağan olunduğunu bildirdilər. 6slində bu qiyam idi və məq- sədi SSRİ-də 1985-ci ilə kimi mövcud olan qaydaları bərpa etmək idi. 6halinin böyük əksə- riyyəti qiyamı müdafiə etmədi, Rusiya prezidenti B.N.Yeltsin xalqı qanuni seçilmiş hakimiy- yəti müdafiə etməyə çağırdı. Avqustun 22-də çevrilişi təşkil etməyə səy göstərənlər həbs edil- di, avqustun 23-də B.N.Yeltsinin fərmanı ilə Sov.İKP idarəedici dövlət strukturu kimi fəaliy- yətin dayandırdı. Avqustun 19-22-dəki hadisələr Sovet İttifaqının dağılmasını sürətləndirdi.
1990-cı il iyulun 27-də Belarusiya SSR dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Avqust qiyamından sonra 1991-ci ilin avqustun 25-də Belarusiya özünün müstəqilliyini bəyan edərək müstəqil dövlətə çevrildi. 1991-ci ilin sentyabrın 19-da Belarusiya Sovet sosia- list Respublikası Belarus Respublikasına çevrildi. Belarus Respublikası eyni zamanda Müstə- qil Dövlətlər Birliyinin (MDB) təsisçilərindən biri olmuşdur. 1991-ci il dekabrında Belarus Respublikasının Belovej qoruğunda üç müstəqil respublikanın dövlət başçıları, o cümlədən Rusiyanın prezidenti B.N.Yeltsin, Ukraynanın prezidenti L.M.Kravçuk və Belarus Respub- likasının Ali Sovetinin sədri S.S.Şuşkeviç müşavirədə bir araya gəldilər. Birgə danışıqlardan sonra 1991-ci il dekabrın 8-də onlar 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətinin dayan- dırıldığını, keçmiş İttifaqın dövlət strukturlarının işinin başa çatdığını bəyan etdilər. Hər üç respublikanın daxil olduğu yeni – Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı, dekabrın 10-da Belarus və Ukrayna parlamentləri, dekabrın 12-də Rusiyanın Ali Soveti SSRİ-nin fəaliyyətini dayandırması və MDB-nin yaradılmasına dair sazişi təsdiq etdi. Dekabrın 21-də Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla 11 keçmiş ittifaq respublikasının başçısı Alma-Ata sazişi ilə MDB-nin təşkil edilməsinə dair bəyannaməni imzaladılar. 1991-ci il dekabrın 25-də M.S.Qorbaçov SSRİ-nin prezidenti vəzifəsindən istefa verdi. Dekabrın 26-da SSRİ-nin Ali Soveti SSRİ-nin buraxılması faktini təsdiq edərək səlahiyyətlərini dayandırdığını elan etdi.
Müstəqil Belarus Respublikası Şərqi Avropa dövləti olub şimaldan Rusiya, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən Litva və Latviya ilə həmsərhəddir. Belarus müstə- qillik qazandıqdan sonra 1994-cü ildə yeni Konstitusiyanın prezident vəzifəsini təsis edənə kimi ölkədə ali hakimiyyət Belarus Respublikasının Ali Sovetinə və onun sədri Meçislav Qribə məxsus idi. 1994-cü il martın 15-də Belarus Respublikasının Ali Soveti ölkənin yeni Konstitusiyasını qəbul etdi ki, buna əsasən Belarusiyada yeganə ali qanunverici dövlət haki- miyyət orqanı Belarus Respublikasının Ali Soveti elan edildi. Ali Sovet 260 deputatdan ibarət olaraq 5 il müddətinə seçilirdi.
1996-cı il noyabrın 24-də respublikada mövcud Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında referendum keçirildi. Belarus Respublikasının Konstitusiyasına edilən
əlavə və dəyişikliklər ölkədə iki palata – Nümayəndələr palatası və Respublika Sovetindən ibarət Milli Məclis formalaşdı. Yeni Milli Məclisin təşkili dövlət hakimiyyətinin köhnə sovet
modelindən imtina edərək yeni standartlara cavab verən parlamentarizm nümunəsində ali hakimiyyət orqanının yaradılması zərurətindən irəli gəlirdi. Palatalar zəruri hallar istisna ol- maqla öz reqlamentlərin müəyyən edərək ayrı-ayrılıqda fəaliyyət göstərirdilər. Konstitusiyaya görə Belarusiya prezident Respublikasıdır. Prezident qanun gücündə olan dekret və fərmanlar vermək səlahiyyətinə malikdir. Ölkədə iki palatadan ibarət parlament – Belarus Respubli- kasının Milli məclisi fəaliyyət göstərir. 110 deputatdan ibarət olan Nümayəndələr palatası majoritar sistem üzrə bir başa ümumi səsvermə yolu ilə seçilir. İkinci palata Respublika Soveti yerli Sovetlər tərəfindən hər bir vilayətdən, o cümlədən Minsk şəhərindən 8 nəfər olmaq etibarı ilə seçilir. 8 nəfəri prezident təyin edir, bununla da nümayəndələr palatasının sayı 64 nəfərə çatır. Milli məclis 4 il müddətinə seçilir. Aşağı Nümayəndələr palatası Prezi- dentə baş naziri təyin etməyə razılıq vermək, Prezident seçkilərini təyin etmək, xarici və da- xili siyasət məsələləri üzrə təkliflər vermək səlahiyyətinə malikdir. Nümayəndələr palatası Prezidentin təklifi ilə və yaxud seçici hüququ olan Belarus Respublikasının 150 min nəfərdən az olmayan vətəndaşının təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklər və əlavələr layihəsin müzakirəyə çıxarmaq hüququna sahibdir. Palatanın hökumətin fəaliyyəti haqqında Baş nazirin hesabatını dinləmək, onu təkrar rədd etdikdə hökuməti istefaya göndərmək və s. səlahiyyəti vardır. Respublika Sovetinin qərarı əsasında Nümayəndələr palatası tam tərkibinin üçdəiki hissəsinin səsi ilə prezidenti vəzifəsindən azad etmək, onun istefasını qəbul etmək hüququna malikdir.
Milli Məclisin Respublika Soveti olan yuxarı palatası Nümayəndələr palatasının Kons- titusiyaya dəyişikliklər və əlavələr haqqında və başqa qanunverici aktları qəbul etmək və ya rədd etmək səlahiyyətindədir. Prezidentə Konstitusiya, Ali məhkəmə, Ali İqtisad məhkəməsi, yerli məhkəmələrin, MSK-nın sədrlərinin, Baş Prokuroru, Milli Bankın idarə heyətinin sədri və üzvlərinin təyin etməsinə razılıq verir və s. Hökumətin fəaliyyətin prezident tərəfindən tə- yin edilən Nazirlər Şurası yerinə yetirir. Konstitusiyaya əsasən Belarus Respublikasının məh- kəmə sistemi Ali İqtisad məhkəməsi, Ali məhkəmə və Konstitusiya Məhkəməsinə bölünür. Hər üç məhkəmənin sədrləri və hakimləri prezident tərəfindən təyin edilir və parlamentin Respublika Soveti tərəfindən təsdiq olunur. Belarus Respublikasının Konstitusiyası dövlət və yerli özünüidarəetmənin ali orqanlarının formalaşmasının başlıca prinsiplərini, onların qarşılıqlı əlaqə və səlahiyyətlərini, vətəndaşların hüquq, azadlıq və vəzifələrini müəyyən etdi.
1994-cü ilin iyulunda Belarus Respublikasında Prezident seçkiləri baş tutdu. Ümumxalq səsverməsinə əsasən Aleksandr Qriqoryeviç Lukaşenko seçici səslərinin 80,1 faizini alaraq Belarus Respublikasının birinci prezidenti seçildi. Prezident A.Lukaşenko dövlət başçısı kimi hakimiyyətinin ilk illərindən başlayaraq siyasi müxalifətə və müxalif yönümlü kütləvi mət- buat vasitələrinə təzyiqi artırdı və 90-cı illərin sonuna doğru onları dövlət strukturlarından tamamilə sıxışdırılıb çıxardı. Eyni zamanda Rusiya ilə inteqrasiyanı ön plana çəkən prezident A.Lukaşenko 1995-ci ildə referendumla rus dilinə Belarus dili ilə yanaşı dövlət statusunun verilməsinə nail oldu. Prezidentin 1995-ci il iyunun 7-də verdiyi fərmanla Belarus Respub- likasının yeni Gerbi və Bayrağı qəbul edildi.
Prezident A.Lukaşenkonun avtoritar rejim yaratmaq yolunda atdığı addımlar 1996-cı ildə prezident və parlament qarşıdurmasına gətirib çıxardı. Odur ki, prezidentin təşəbbüsü ilə ölkədə növbəti referendum təşkil olunaraq mövcud konstitutiyaya əlavələr və dəyişikliklər edildi. 6slində prezident daha çox səlahiyyət alaraq Belarus Respublikasının parlamentli- prezident respublikasından prezident hakimiyyəti formasına keçirməsini təmin etdi. AT6M, Avropa Şurası, Avropa Birliyi, bir çox dövlətlər ciddi prosedur nöqsanlarına yol verildiyi üçün referendumun nəticələrini tanımadılar. Lakin buna baxmayaraq prezident A.Lukaşen- konun 5 illik prezidentlik müddəti referendum keçirilən 1996-cı ildən başladı və 2001-ci ildə başa çatdı. Odur ki, 2001-ci ildə növbəti prezident seçkiləri keçirildi və birinci turda A.Lukaşenko ikinci dəfə Belarus Respublikasının prezidenti seçildi.
Müstəqil Belarus Respublikasında formal olsa da çoxpartiyalı sistem mövcuddur. Müasir Belarusun yeni yaranmış partiyalarından biri 1994-cü ildə təşkil edilən Belarus Xalq Cəbhəsidir (BXCP). 1995-ci ildə Belarus Kommunistləri Partiyası (BKP) və Aqrar Partiya
(AP) təşkil olundu. 1996-cı ildə hakimiyyət yeni Belarus kommunist partiyasını (BKP) yaratdı. 1997-ci ildə isə Belarus Sosial-Demokratik Partiyası (Xalq Qromadası) – BSDP-XQ meydana gəldi.
Demokratik siyasi sistemin əsas elementlərindən biri çoxpartiyalılıqdır, çünki məhz siyasi partiyalar dövlətin xalqla əlaqəsini yaradır. Belarusda A.Lukaşenko müxalifətdə olan partiyaları demək olar ki, siyasi həyatdan sıxışdıraraq onlara təzyiq göstərməkdə davam edir. Bu gün Belarus Respublikasında müxalifət partiyaları olan “Yaşıllar” belarus partiyası, “6dalətli Sülh” Sol belarus partiyası, Belarusiya Sosial-Demokrat partiyası (Qromada), Bir- ləşmiş Vətəndaş Partiyası, Belarus Xalq Cəbhəsi pariyası və b. çətin təzyiq və təqib şəraitində fəaliyyət göstərirdilər.
Bunun əksinə prezident partiyaları Belarusiya Aqrar partiyası, Belarus Kommunist partiyası, Belarusiya Vətənpərvərlər partiyası, Respublika partiyası, Belarusiya Sosial-İdman partiyası və d. hakimiyyətin mövqeyinin müdafiəçiləri kimi çıxış edirdilər. 2001-ci il sent- yabrın 9-da Belarus Respublikasında ikinci prezident seçkiləri keçirildi, kənd təsərrüfatı standartların, sosial yardımın həcmini, sənaye istehsalını artırmağı vəd edən A.Q.Lukaşenko seçici səslərin 75, 65 faizini əldə edərək prezident kürsüsünə əyləşdi. AT6T beynəlxalq nor- malara cavab vermədiyi üçün seçkinin nəticələrini qəbul etmədi. Amma Rusiya kimi böyük dövlət seçkini təriflədi, prezident V.V.Putin isə A.Lukaşenkonu qələbə münasibəti ilə təbrik edərək Rusiya-Belarus münasibətlərinin daha da inkişaf etməsi arzusunda olduğunu bildirdi.
2004-cü il oktyabrın 17-də Belarus Respublikasında parlament seçkiləri keçirildi, 110 nəfərlik parlamentə 107 nəfər deputat seçildi. Müxalifəti təmsil edən “Pyat plyus” koalisiyası bir dənə də olsa deputat yeri əldə edə bilmədi.Vladimir Nikolayeviç Konoplyev Nümayəndələr palatasının, Gennadi Vasilyeviç Novitski Respublika sovetinin sədrləri seçildilər. 2004-cü il oktyabrında ölkədə hakimiyyət tərəfindən növbəti referendum “tamaşası” təşkil edildi, prezidentin iki müddətə seçilməsi məhdudiyyəti Konstitusiyadan çıxarıldı. Bu referendumun da nəticələrin Aİ və ABŞ tanımadı.
2006-cı il martın 19-da Belarus Respublikasında növbəti prezident seçkiləri oldu, rəsmi məlumata əsasən səslərin 82,3 faizini toplayan A.Q.Lukaşenko üçüncü dəfə ölkə prezidenti kürsüsünə əyləşdi. Prezident seçkisi prezidentliyə namizədlər A.V.Milinkeviç və A.V.Kozu- linin rəhbərliyi altında kütləvi etiraz aksiyaları ilə müşayiət olundu. Lakin bu çıxışlar nəticəni dəyişdirmədi. Aleksandr Milinkeviç müxalifət partiyaların koalisiyasını, Aleksandr Kozulin Sosialist-Demokratlar partiyasın təmsil edirdilər.
2010-cu il dekabrın 19-da Belarus Respublikasında 10 nəfər prezidentliyə namizədin iştirakı ilə prezident seçkiləri keçirildi. MSK-nın dekabrın 20-də olan rəsmi məlumatına görə Aleksandr Lukaşenko 79,65 % səs alaraq dördüncü dəfə respublikanın prezidenti seçilmişdir. Seçkidə iştirak edən prezidentliyə namizədlər, ABŞ və Aİ seçkinin nəticələrini tanımadıq- larını bildirdilər. S.Lebedev başda olmaqla MDB-nin missiyası isə seçkilərdə müşahidəçi kimi iştirak edərək onun nəticələrini təstiq etdilər. 2011-ci il yanvarın 21-də A.Q.Lukaşenko rəsmi olaraq dördüncü dəfə Belarus Respublikasının prezidenti vəzifəsini icra etməyə başladı.
Demək olar ki, 10 il ərzində, 2008-ci il oktyabrın 13-nə kimi Belarus Respublikasında Y.Zaxarenko, V.Qonçar, A.Krasovski və D.Zavadskoqonun əsrarəngiz şəraitdə yoxa çıxması
ətrafındakı qalmaqal, beynəlxalq seçki və insan hüquqları standartlarının pozulması sahəsindəki nöqsanlara görə A.Q.Lukaşenko və onun yaxın ətrafına ABŞ və Aİ ölkələrinə daxil olmaq qadağan edilmişdir. 2011-ci ilin aprelindən oktyabrın 31-nə kimi A.Lukaşenko və onun 35 nəfər rəsmi ətrafına Aİ ölkələrinə səfər etmək qadağan edilib.
2015-ci ildə Belarus Respublikasının Milli Məclisinə seçkilər oldu.110 nəfər deputatın seçildiyi Nümayəndələr palatasının 105 deputatı heç bir partiyaya məxsus olmayan bitərəf- dirlər. Yalnız 3 nəfər Belarus Kommunist partiyasını, 1 nəfər Belarus Aqrar partiyasın, 1 nəfər Respublika 6mək və 6dalət partiyasını təmsil edərək Nümayəndələr palatasında deputat yerinə sahib olmuşlar. 2015-ci ilin yanvarın 16-da Mixail Myasnikoviç parlamentin Respublika Soveti palatasının sədri seçilmişdir. Nümayəndələr palatasının sədri isə 2008-ci il oktyabrın 27-dən Vladimir Andreyçenkodur.
2015-ci il oktyabrın 11-də Belarusda növbəti prezident seçkiləri oldu. Rəsmi məlumat- lara əsasən 87,2 faiz seçicinin iştirak etdiyi seçkidə Aleksandr Lukaşenko seçici səslərinin 83,49 faizini qazanaraq növbəti dəfə Belarus Respublikasının prezidenti seçilərək, noyabrın 6- da and içərək vəzifəsinin icrasına başlamışdır. Prezident seçkilərindən sonra kütləvi etiraz aksiyalarının olmaması səbəbilə Aİ 2010-cu il seçkilərindən sonra Belarusa tətbiq etdiyi sanksiyanı dayandırmışdır. 2010-cu il dekabrın 19-da olan kütləvi etiraz aksiyasının təşkilat- çısı kimi həbs edilmiş Nikolay Statkeviçin 2015-ci ilin yayında azad edilməsi də Aİ-nın bu qərarı qəbul etməsinə öz təsirini göstərmişdir.