Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə81/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   77   78   79   80   81   82   83   84   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Belarus Respublikasının xarici siyasati. Belarus Respublikasının xarici siyasətinin 2005-ci il noyabrın 14-də qəbul olunmuş “Belarus Respublikasının əsas daxili və xarici siyasətinin istiqamətlərinin təsdiq edilməsi haqqında” Qanunda öz əksini tapmışdır. Bey- nəlxalq hüququn ümumi qəbul edilən norma və prinsiplərinə əməl edilməsi, bunun əsasında dünya birliyinin maraqlarını nəzərə alaraq xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla hərtərəfli
əməkdaşlıq, dövlətlərarası təhsildə iştirakın könüllülüyü, qonşu dövlətlərə ərazi iddiasının və Belarus Respublikasına olan ərazi iddiasının qəbul edilməməsi və s. irəli sürülən əsas vəzifə- lərdir.
1991-ci ilin dekabrında Avropa dövlətləri Belarusiyanın müstəqilliyini qəbul etdikdən sonra onlar arasında yaxınlaşma başladı.1995-ci ildə AB ilə Belarus Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı və ölkə Qərbdən siyasi, iqtisadi və ticarət sahəsində əhəmiyyətli dərəcədə kömək aldı. Ancaq 1994-cü ildə qəbul edilən Belarus Respublikasının Konstitusiyasına 1996-cı ildəki əlavə və dəyişikliyi qeyri-demokratik hesab edən AB 1997-ci ildə Belarus ilə tərəfdaşlıq və əməkdaşlıq sazişini uzatmayaraq, respublika- nın üzvlüyünü müdafiə etməkdən imtina etdi . Belarus Respublikası eyni zamanda 1997-ci ildəki seçkilərin qeyri-demokratik və müxalifətə təzyiq göstərilməsi səbəbi ilə Avropa Şura- sının Parlament Assambleyasına xüsusi dəvət edilən ölkə statusunu da itirdi.
2005-ci ilin martında Avropa İttifaqı Belarusda “vətəndaş cəmiyyəti formalaşdırmağı” maliyyələşdirəcəyini açıq bildirdi. Martın 10-da Avropa Parlamenti “mövcud Belarus rejimini diktatura kimi ifşa” etməyə çağıraraq, prezident Aleksandr Lukaşenkonun və ali dövlət məmurlarının şəxsi aktivlərini dondurmağı, xarici ölkələrə səfər etmələrinə qadağa qoyulan ali dövlət hakimiyyət nümayəndələrinin siyahısını genişləndirməyi təkid etdi. 2006-cı il fev- ralın 26-dan Belarusda prezident seçkiləri ərəfəsində Aİ-nin maliyyələşdirdiyi müstəqil tele- radio stansiyası fəaliyyətə başladı. 2009-cu ildə Belarus Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin
üzvü oldu. Bu Belarus rəhbərliyinə bir sıra Avropa liderləri ilə görüşmək imkanı verdi. 2009- cu ilin aprelində Aİ-da sədrlik edən Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Minskə rəsmi səfərə gəldi. Tezliklə prezident A.Lukaşenko İtaliyaya səfər edərək Baş nazir Silvio Berluskoni və Roma papası XVI Benediktlə görüşdü.
Amma 2010-cu il dekabrın 19-dakı seçkilərin saxtalaşdırılması səbəbilə Aİ-Belarus münasibətləri donduruldu. Aİ dəfələrlə Belarus Respublikasının rəhbərliyindən “19 dekabr” işi üzrə ittiham olunanların azadlığa buraxılmasını tələb etsə də buna müəssər olmadı. 2012-ci ildə Aİ Belarus hakimiyyətinə qarşı tətbiq olunan sanksiyaları sərtləşdirdi.
Müstəqil Belarus Respublikasının yaxın qonşuları ilə münasibətlər Ukraynada “narıncı inqilab”dan sonra xeyli gərginləşib. Ukrayna hadisələrində Polşanın prezidenti Aleksandr Kvasnevskinin mövqeyi Aleksandr Lukaşenkonun siyasətinin tam əksi olduğu üçün Polşa- Belarus əlaqələrində soyuqluq yaranmışdır. Hətta tərəflər bir-birini ölkələrinin daxili işlərinə qarışmaqla belə ittiham etməkdən çəkinmədilər. Rəsmi məlumata görə Belarus Respublika- sında 295 min etnik polyak yaşayır ki, bu da ölkədə ruslardan sonra ikinci milli azlıq hesab olunur. “Belarus” polyakları ittifaqı” və iki polyak məktəbi mədəni və təhsil proqramı ilə çıxış edir, onları isə təbii olaraq Polşa dövləti maliyyələşdirir.
Ölkənin sərhədində yerləşən Litva dövləti belarus müxalifət qüvvələrinə hərtərəfli yardım edir. Litvanın ərazisində 2004-cü ildən Belarus Respublikasından bura köçürülmüş Avropa Humanitar Universiteti fəaliyyət göstərir. Məhz 2005-ci ilin yazında Vilnüsdə ABŞ-ın dövlət katibi Kondoliza Raysla Belarus müxalifətinin nümayəndələrinin görüşü baş tutmuş- dur. ABŞ-ın dövlət katibi A.Lukaşenkonun rejimini “Avropanın axırıncı diktatoru” kimi səciyyələndirmişdir. 2005-ci il noyabrın 25-də müxalifətin Belarusun prezidentliyə namizədi Aleksandr Milinkeviç Litva prezidenti Valdas Adamkusla Vilnüsdə görüşmüşdür. Bundan
əlavə Litvada müxalifət üçün dinc aksiya, piket, mitinq təşkil edilməsinə dair kurslar təşkil olunur, belarus dilində müstəqil radio verlişləri efirə çıxır. Bu isə Belarus hakimiyyəti tərəfindən birmənalı qarşılanmır.
Latviya dövləti ilə Belarus Respublikasının münasibətləri də hakimiyyətin Belarus müxalifətini müdafiə etməsi səbəbi ilə gərgin olaraq davam edir. Tərəflər ölkələri təmsil edən səfirlik nümayəndələrini ittiham etməyi adi hala çevirmişdir. Latviya həmçinin Polşa, Litva və Ukrayna ilə birlikdə Belarusa qarşı münasibətlərdə öz fəaliyyətlərini birgə əlaqələndirən işçi qrupa daxildir.
Ukrayna ilə Belarusu şərqi slavyan ölkələri olmaqla tarix, mədəniyyət, qohumluq
əlaqələri birləşdirir. Lakin Belarus Respublikasının dəyişməz lideri Aleksandr Lukaşenkonun xüsusilə Ukraynada “narıncı inqilab”dan sonra bu ölkəyə münasibəti birmənalı olmamışdır. Hələ sovet dövründən qalan Belarusiya ilə Ukrayna arasındakı təqribən 1000 kilometrlik inzibati-ərazi bölgüsünün rəsmi olaraq qanuniləşdirilməsi tələb olunur. 1997-ci ildə bu məsələdə razılıq əldə olunaraq müqavilə bağlanmasına baxmayaraq Belarus tərəfi keçmiş borclara görə sənədi təsdiq etməkdən imtina edir. Bu isə NATO ilə əməkdaşlıq edən Uk- raynaya əlavə problem yaradır.
Belarus Respublikasında qeyri-demokratik rejim hesab etdiyi A.Lukaşenkonun haki- miyyətdən uzaqlaşdırılmasını təkid edən ölkələrdən biri də ABŞ-dır. 2000-ci ildən başlayaraq ABŞ-ın Belarus Respublikasındakı təcrübəli diplomatı Maykl Kozak bir-biri ilə çəkişən müxalifət qüvvələrini prezidentliyə namizəd Vladimir Qonçarik ətrafında birləşdirməyə müəssər oldu. Lakin 2001-ci ilin payızındakı seçkilərdə A.Lukaşenkoya qalib gəlmək müm- kün olmadı. 2004-cü il oktyabrın 6-da ABŞ konqresi Belarusa qarşı “Belarusiyada demokra- tiyaya dair” Akt qəbul edərək ona qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Aktda eyni zamanda Belarus prezidenti A.Lukaşenkodan siyasi və dini əqidəsinə görə həbs edilənlərin azad edil- məsini, müxalifət qüvvələrinə və kütləvi mətbuat vasitələrinə qarşı repressiyaların dayandı- rılması, Belarus Respublikasında AT6T-in tələblərinə cavab verən azad prezident və par- lament seçkilərinin keçirilməsi və s. tələb olunurdu. Oktyabrın 21-də Corc Buş “Belarusiyada demokratiyaya dair” Aktı imzaladı və bu qanun qüvvəsi aldı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aktı başqa dövlətin daxili işlərinə qarışmaq olduğu səbəbi ilə tənqid etdi.
Belarus hakimiyyəti elan etdi ki, ABŞ ölkənin xarici ticarətinin yalnız 3 faizini təşkil etdiyi üçün bu addım onları qorxutmur. 2007-ci ilin yanvarın 12-də ABŞ prezidenti C.Buş Belarus dövlətinə qarşı tətbiq edilən iqtisadi sanksiyanın müddətinin daha iki il uzadılmasına dair qanunu imzaladı.
1991-ci il dekabrın 8-də Belovej qoruğunda SSRİ-nin süqutu, MDB-nin yaranması ilə başa çatan sazişin imzalanması müstəqil Belarusiya ilə Rusiya arasında beynəlxalq müna- sibətlərin tarixinin yeni başlanğıcı hesab edilə bilər. Bunun ardınca hər iki müstəqil respublika 1992-ci il noyabrın 13-də azad ticarət haqqında saziş imzaladı. Belarus və Rusiya qarşılıqlı
əlaqələri hər iki tərəf üçün əlverişlidir. İki yüz ilə yaxın Belarusiyanın əvvəlcə Rusiya imperi- yasının, sonra isə SSRİ-nin tərkibinə daxil olması bu iki Şərqi slavyan dövləti mədəniyyətinin qaynayıb-qarışmasına səbəb olmuşdur. Başqa bir tərəfdən Belarusiyanın əhalisinin 10 faizə qədəri ruslardan və yaxud qarışıq ailələrdən ibarətdir. Təsərrüfat əlaqələrinin pozulması, xü- susilə Belarus Respublikasının iqtisadiyyatına ağır zərbə vurdu ki, onların da öz enerji daşıyıcıları yox idi. Geosiyasi və hərbi-strateji cəhətdən Belarusiyanın Rusiya üçün əlverişli tərəfdaş olmasının heç bir sübuta ehtiyacı yoxdur. Avropa ilə sərhəddə yerləşən Belarus Rusiyanın Avropa hissəsinin hərbi hava məkanının təhlükəsizliyinin təmin edilməsində
əvəzsiz rol oynayır.
1995-ci il yanvarın 6-da Rusiya ilə Belarus Respublikası arasında Gömrük İttifaqı haqqında saziş, fevralın 21-də 10 il müddətinə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. 1996-cı il aprelin 2-də Rusiya Federasiyasının prezidenti B.N.Yeltsin və Belarus Respublikasının prezidenti A.Q.Lukaşenko Rusiya və Belarus Birli- yinin yaradılması haqqında müqavilə imzaladılar. B.N.Yeltsin həmin vaxt iki aydan sonrakı prezident seçkilərini nəzərdə tutaraq, A. Lukoşenko isə ittifaq dövlətinə başçılıq etmək arzusu səbəbilə belə bir addım atdılar.Tezliklə məlum oldu ki, hər iki tərəfin birləşmə ilə əlaqədar öz məqsədləri var. Dövlət Dumasının razılığını ala bilməyən B.Yeltsin ittifaq müqaviləsinin Belarus variantını imzalamaqdan imtina etdi. Yeni hazırlanan ittifaq müqaviləsi 1997-ci il aprelin 2-də imzalansa da konkret heç bir vəzifə qarşıya qoymurdu. Odur ki, A.Lukaşenko elan etdi ki, Rusiya Birliyinin yaradılmasına hazır deyil. Beləliklə, Belarusiya ilə Rusiyanın münasibətlərində soyuqluq yarandı.
1999-cu il dekabrın 8-də B.N.Yeltsin istefa ərəfəsində ittifaq dövlətinin yaradılmasına dair müqaviləni imzaladı. Tərəflər tezliklə vahid dövlətin Konstitusiyasını hazırlamaq və onun ümumxalq müzakirəsinə çıxarmağı razılaşdırdılar. 2000-ci ilin yanvarın 26-dan müqa- vilə qüvvəyə mindi, Pavel Borodin Birliyin dövlət katibi seçildi. Rusiyadakı hakimiyyət dəyişikliyi bu prosesi 2002-ci ilə kimi təxirə saldı. Nəhayət, həmin il A.Lukaşenko Birliyə prezidentlərin növbə ilə başçılıq etməsi təklifini irəli sürdü. V.V.Putin təklif etdi ki, 2003-cü ilin mayında ittifaq konstitusiyası ilə bağlı referendum, yarım ildən sonra Rusiyadakı Par- lament seçkiləri ilə eyni vaxtda ittifaq parlamenti və prezidentliyinə də seçkilər keçirilsin. V.Putin təkid edirdi ki, rəhbər orqanlar təşkil edilən zaman dövlətlərin miqyası və əhalisi hökmən nəzərə alınsın. Bu isə faktiki o demək idi ki, Belarus Rusiyanın tərkibinə daxil edilsin, A.Lukaşenko isə Rusiya Federasiyası prezidentinin Belarus dairəsi üzrə səlahiyyətli nümayəndəsinə çevrilsin. Buna cavab olaraq A.Lukaşenko Belarus Respublikasının Rusiya Federasiyasının 90-cı subyektinə çevirməyə cəhd etməkdə ittiham etdi. Hər iki dövlət başçısı arasında soyuq münasibət və sözlü sataşmalar davam etdi. 2003-cü ilin oktyabrında A.Lukaşenko bildirdi ki, hər iki dövlətin 2005-ci il yanvarın 1-də tətbiq edilməsi nəzərdə tutulan vahid valyutaya keçməyin heç bir mənası yoxdur.
Zaman-zaman Belarus və Rusiya münasibətləri vahid qaz nəqli konsorsiumu yaradıl- ması səbbəilə gərginləşir. Ruisya Yamal-Avropa qaz xətti ilə qaz ixracı edir. Bu məqsədlə “Qazprom” xətti uzunmüddətli icarəyə götürməyi planlaşdırmasa da tərəflər vahid bir rəyə gələ bilmir. Bundan təzyiq vasitəsi kimi istifadə edən “Qazprom” rəhbərliyi dəfələrlə Bela- rusa verilən qazı dayandırmışdır.
2005-ci ildə postsovet respublikaları Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan GUAM çərçivəsində iqtisadi əlaqələri daha da inkişaf etdirmək məqsədilə birləşdikdən sonra
qeyri-demokratik imic qazanmış Belarus Respublikasının rəhbərliyi Rusiya Federasiyasına yaxınlaşmağa başladı. Buna cavab olaraq Rusiya 2004-cü ilin oktyabrında ABŞ-ın Belarusa tətbiq etdiyi iqtisadi sanksiyanı pislədi. 2005-ci ildə A.Lukaşenko tez-tez Rusiya rəsmi səfər etməyə başladı. Amma vahid dövlətin yaradılması məsələsində konkret addım atılmadı. 2006- ci ilin yazındakı prezident seçkilərində A.Lukaşenko yenidən Belarus Respublikasının pre- zidenti seçildi. Seçkinin nəticələrinin A.Lukaşenkonun xeyrinə saxtalaşdırılması səs-küyün- dən sonra “Qazprom” Belarusa verilən hər min kubmetr qaz üçün 200 ABŞ dolları tələb etdi. 2006-cı ilin ortalarında Rusiya Belarusun öz öhdəliklərini yerinə yetirməməsi səbəbilə 2002- ci ildəki hökumətlərarası sazişdən çıxdı. Uzun danışıqlardan və qarşılıqlı ittihamlardan sonra nəhayət 2007-ci ilin ərəfəsində 2007-2011-ci illərdə hər min kub metri 100 ABŞ doları olmaqla Belarusa qaz satılmasına icazə verildi. 2009-cu il noyabrın 27-də Belarus, Qazaxıstan və Rusiyanın dövlət başçıları 2010-cu il yanvarın 1-də Gömrük İttifaqının yaradılmasına dair sənəd imzaladılar. 2010-cu ilin iyulunda Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Gömrük İttifaqı fəaliyyətə başladı. 2010-cu ilin ikinci yarısından RF-nın rəhbərliyi ilə prezi- dent A.Lukaşenkonun münasibətləri yenidən kəskinləşdi. 2014-cü ilin dekabrından Belarusun gömrük orqanı Belarus- Rusiya sərhədində nəzarəti tam bərpa etdi. 2011-ci il noyabrın 18-də Belarus, Qazaxıstan və Rusiya arasında 2012-ci il yanvarın 1-dən qüvvəyə minən Vahid İqtisadi Məkan (VİM) adlanan Avrasiya iqtisadi birliyi haqqında müqavilə imzalandı.
2014-cü il mayın 29-da Astanada Belarus Respublikasının prezidenti Aleksandr Lu- kaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzaladı. Mü- qavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
Belarus Respublikası ilə Rusiya Federsiaysı arasında hərbi tərəfdaşlıq davam edir. Belarus Respublikasının ərazisində Rusiya hərbi qüvvələrinin iki obyekti fəaliyyət göstərir. Baranoviçdə yerləşən “Volqa” RLS raket hücumunu xəbər vermək məqsədilə yaradılaraq daşınmaz əmlakı və infrastrukturu ilə bilikdə 1995-ci il yanvarın 6-da bağlanan sazişə əsasən
25 illiyə, yəni 2020-ci ilə kimi Rusiyaya icarəyə verilmişdir. Vileykadakı 43-cü rabitə qovuşağı isə Rusiya HDF-nın Atlantik, Hind və Sakit okeanın bir hissəsində hərbi növbə çəkən dənizaltı atom gəmiləri ilə uzun dalğalarda əlaqə yaratmaq məqsədilə qurulub. 2012-ci il iyulun 22-də Qazaxıstanın Baykonur kosmodromundan Belarus kosmik gəmisinin (BKA) ilk uçuşu baş tutdu ki, bununla da Belarus Respublikası kosmik dövlət statusu qazandı.
Belarus Azərbaycan əlaqələri son illər dinamik inkişaf edir. 2015-ci il iyunun 11-də Belarusun prezidenti A.Lukaşenko Azərbaycanda işgüzar səfərdə olarkən ölkə başçısı İlham 6liyevlə görüşüb, idman obyektlərində olub, Birinci Avropa oyunlarının rəsmi açılışında iştirak edib. Azərbaycan Respublikasının prezidenti İlham 6liyev 2015-ci il noyabrın 27-29 tarixində Belarus Respublikasında rəsmi səfərdə olub. Hər iki ölkənin başçısı rəsmi Bə- yannamə imzalayaraq qarşılıqlı münasibətlərin bütün aspektlərinə toxunub. Bəyannamədə iqtisadi, siyasi, humanitar, hərbi-sənaye sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi qeyd olunub. Bütün bunlar dost və qardaş Azərbaycan-Belarus əlaqələ- rindən xəbər verir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin