1922-1939-cu illarda Polúanın siyasi inkiúafı. Rusiya ilə müharibə başa çatdıqdan sonra Mart Konstitusiyasına əsasən, Qanunverici seym buraxıldı, parlamentə yeni seçkilər keçirildi. 1922-ci il noyabrın 5-də parlamentə keçirilən seçkilər nəticəsində yeni seym və senat ölkədə fəaliyyət göstərən 200 siyasi partiyaları təmsil edən deputatlardan və milli azlıqların nümayəndələrindən ibarət formalaşdı. 1922-1926-ci illər Polşa parlament sisteminin
ən zəif yeri böyük səlahiyyətlərə malik olan seymin siyasi parçalanması idi. Siyasi partiya- lardan heç biri nəzərəçarpacaq üstünlük qazana bilmədi. Qalitsiyanın ukraynalı əhalisinin əsas hissəsi bu regionun polyaklar tərəfindən işğalına etiraz əlaməti olaraq seçkini boykot etdi. Pilsudskinin cəbhəsi də məğlubiyyətə uğradı, onunla əlaqəli olan qruplar seymdə bir dənə də olsun yer ala bilmədilər.
1922-ci il dekabrın 9-da müstəqil Polşada ilk prezident seçkiləri keçirildi. Yeni seymlə senatın müvəqqəti “dövlət rəisi” əvəzinə prezident seçmək üçün birgə iclası oldu. Pilsudski özünün namizədliyini irəli sürməkən imtina etdi. Beş dəfə səsvermədən sonra qalibi müəyyən etmək mümkün oldu. Bu Polşa kəndli partiyasının nümayəndəsi Qabriel Narutoviç idi. Onun namizədliyini sollar, mərkəzçi qruplar və milli azlıqlar müdafiə etdi. Sağçı partiyalar milli demokratlar ətrafında birləşərək güclü antiprezident kampaniyasına başladılar.
1922-ci il dekabrın 11-də Q.Narutoviçin andiçmə günündə küçə nümayişləri təşkil edildi. Dekabrın 16-da prezident Q.Narutoviç nasional-demokratların tərəfdarı, rəssam E.Nevyadomski tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu cinayət geniş xalq kütlələrinin hiddətinə səbəb oldu, lakin prezident öldürülən günü hakimiyyətə gəlmiş general V.Sikor- skinin başçılıq etdiyi hökumət hərbi vəziyyət elan etdi. Dekabrın 20-də PSP-nin keçmiş üzvü, kooperativ hərəkatının xadimi, 1918-ci ildə PKP “Pyasta” daxil olan Stanislav Voysexovski Polşanın yeni prezidenti seçildi.
Polşa parlamentində siyasi pərakəndəlik hökm sürürdü. 1923-cü ildə seymdə 17, 1926- cı ildə isə 26 fraksiya var idi. 1922-1923-cü illərdə Vladislav Sikorskinin hökumətin sollar və mərkəzçi partiyalar müdafiə edirdi, 1923-cü ildəki V.Vitosun hökuməti sağlar və mərkəz qrupuna arxalanırdı, Vladislav Qrabskinin 1923-1925-ci illər kabinetini parlamentdə təmsil olunmayan qüvvələr müdafiə edirdi, Aleksandr Skşinskinin 1925-1926-cı illərdə hökuməti sağlardan, mərkəzçilərdən və sollardan təşkil olunmuşdu. 1926-cı il mayın 10-da yenidən V.Vitos başda olmaqla sağmərkəzçi hökumət təşkil edildi. Bu hökumətin hakimiyyətə gəl- məsi Polşada iqtisadi vəziyyətin yenidən pisləşməsi dövrünə təsadüf etdi. Ölkədə inflyasiya hökm sürürdü. Maliyyə böhranın səbəblərindən biri iqtisadiyyatın hiperinflyasiyaya, yəni pulun dəyərdən düşməsinə məruz qalması idi. Yalnız Vladislav Qrabski başda olmaqla iki ilə
yaxın fəaliyyət göstərən hökumət 1924-cü ilin aprelində pul islahatı keçirdi, yeni milli val- yutanı – Polşa zlotısın dövriyəyə buraxdı.
Qanunverici hakimiyətin hesabına idarəedici hakimiyyətin möhkəmlənməsi məqsədilə konstitusiyada dəyişiklik aparılması zərurəti getdikcə daha çox hiss olunurdu. Bu şəraitdə 1926-cı il mayın əvvəlində növbəti hökumət böhranından sonra prezident Stanislav Voy- sexovski sağ mərkəzçi partiyaların nümayəndələrindən ibarət Vinsenti Vitos başda olmaqla Xyeno-Pyast adlanan hökumət təşkil etdi.Bundan istifadə edən pilsudskçilər, açıq irtica hökuməti ilə mübarizə adı altında çevriliş etmək və ölkədə öz diktaturalarını qurmaq üçün vaxtı əlverişli hesab etdilər. Hökumət qüvvələri Vitosun hökumətini müdafiə etmək üçün paytaxta doğru hərəkətə başladılar. Mayın 14-də dəmiryolçuların tətillərinin başlanması ilə
əlaqədar hökumət qüvvələri paytaxta girə bilmədilər. Eyni zamanda Pilsudskinin köməyinə gələn qüvvələr heç bir maneəyə rast gəlmədən paytaxta daxil oldu. Ölkə vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Belə bir şəraitdə prezident Voysexovski və hökumət istefa verdi. Bu Pilsudskinin qələbəsi, dövlət çevrilişi demək idi.
Dövlət çevrilişi edən müstəqil Polşanın ilk marşalı Pilsudski formal olaraq özünü dik- taror elan etmədi, həm də parlamenti buraxmadı. 1926-cı il mayın 31-də parlament Pilsud- skini prezident seçdi. Konstitutsiyanın prezidentə az səlahiyyətlər verməsini əsas tutaraq o, bu vəzifədən imtina etdi. İyunun 1-də Pilsudskinin silahdaşı, Lvov Politexnik institutunun kimya elmləri üzrə professoru İqnasi Mostitski Polşanın prezidenti vəzifəsinə seçildi. Real haki- miyyət əslində Pilsudskinin əlində cəmləşmişdi. 1926-cı ilin avqustunda ölkə prezidentinin dekreti ilə Pilsudski silahlı qüvvələrin Baş müfəttişi təyin edildi ki, bu da ona orduya tam nəzarəti həyata keçirməyə imkan verirdi. Parlament demokratiyasının və parlamentçiliyin zahiri atributlarını saxlamaqla Pilsudski ölkədə dayaqları ordu və dövlət aparatına söykənən avtoritar diktatura yaratdı. Lvov Politexnik institutunun professoru Kazımej Bartel hökuməti “sanasiya” proqramını təqdim etdi. Polşada «sanasiya» (latın dilində sağlamlaşdıma) rejimi – ölkənin siyasi və ictimai həyatını sağlamlaşdırma şüarı altında dövlət çevrilişi həyata keçi- rildi. Çevrilişi leqallaşdırmaq və demokratiyanın saxlanıldığını nümayiş etdirmək məqsədilə Pilsudski parlamenti buraxmadı və 1921-ci il Konstitusiyasını ləğv etmədi. 1926-cı ilin avqustunda Konstitusiyada bir sıra əsaslı dəyişikliklər edildi. Pilsudski deputatlarla məsləhət- ləşmədən seymi və senatı vaxtından əvvəl buraxmaq, yeni seçkilər təyin etmək, parlamentin təsdiq edib etməməsindən asılı olmayaraq qanun qüvvəsinə malik dekretlər vermək hüququ aldı. K.Bartel hökuməti yeni sənaye müəssisələri açdı, Qdnask limanının tikintisini başa çatdırdı, ölkənin milli valyutasını dəyərə mindirdi, aqrar islahatları davam etdirdi.
1927-ci ilin martında Müstəqil Kəndli partiyasının, Belarusiya fəhlə-kəndli qromada- sının, Ukrayna inqilabi-demokrat «Solrob» təşkilatının fəaliyyəti qadağan edildi, onların liderləri deputat toxunulmazlığından məhrum edilərək həbsə alınırdılar. Bunun səbəbi isə onların qeyri-leqal Polşa Kommunist partiyası ilə əlaqə saxlaması idi.
1928-ci ildə keçirilən parlament seçkilərindən sonra, solçu partiyaların müəyyən qədər mandat əldə etməsi ilə əlaqədar parlament demokratiyasının tərəfdarları ilə rejim arasında toqquşma artıq qaçılmaz idi. 1929-cu ildə 6 solçu partiyaları və mərkəzi partiya arasında bağlanmış sazişlə əlaqədar mərkəzçi solu adlanan blok yaradıldı. Nasional-demokratlar və kommunistlər bu bloka daxil olmadılar. Polşada demokratiyanın müdafiəsi şüarları altında mitinqlər və nümayişlər başladı. Bu hadisələr əsasən 1926-ci ildə Roman Dmovski tərəfindən
əsası qoyulmuş Böyük Polşa Düşərgəsi – parlamentdən kənar təşkilat tərəfindən idarə olu- nurdu.
Seymdə «sanasiyaya» qarşı mübarizədə əhəmiyyətli uğurlar qazana bilməyən Mərkəzçi solu 1930-cu ilin iyununda diktaturanın devrilməsi və Polşada demokratiyanın bərpa edilməsi şüarları altında Krakovda xalqın hüquqlarının müdafiəsi və azadlığına dair konqres keçirdi. Konqres 30 minlik nümayişlə başa çatdı. Xalqı hərəkətə gətirmək üçün bu cür konqresləri 1930-cu ilin sentyabrında daha 21 şəhərdə keçirmək qərara alındı. Ölkədə tətil hərəkatı geniş vüsət aldı. Tətillərin sayı və müddətinə, tətilçilərin miqdarına görə Polşa kapitalist ölkələri içərisində birinci yerlərdən birini tuturdu. 1931-ci ilin mayında tətil hərəkatı surətlə artmağa
başladı. Lodz və Belostok toxucularının, Dombrovsk şaxtaçılarının tətilləri oldu. 1932-ci il martın 16-da 300 minə qədər fəhlənin iştirak etdiyi birgünlük tətili oldu. Polşada 1932-ci ildə 48, 1933-cü ildə isə 108 belə tətil keçirilmişdi. Tətillərin bu növü beynəlxalq fəhlə hərə- katında “Polşa tətilləri” adını aldı.
Müxalifətin fəaliyyətinin fəallaşması ilə əlaqədar seym buaxıldı, müxalifətin rəhbərləri, o cümlədən keçmiş baş nazir Vinsenti Vitos həbs edildi. Repressiya dalğası bütün ölkəni bürümüşdü, həbs edilənlərin sayı 5 min nəfərdən çox idi. Aksiyanın gedişində 30 keçmiş deputat və 100 görkəmli ukraynalı siyasi və ictimai xadimlər həbs edildi və Brest qalasına salındı. 1930-cu ilin noyabrında parlamentə keçirilmiş seçkilər «Brest» seçkiləri adını aldı,
«sanasiya» nəhayət qələbə qazandı, seym və senatda yerlərin yarıdan çoxunu qazandı. Ölkədə repressiyalar artdı. 1934-cü ildə daxili işlər naziri B.Peratskiyə qarşı sui-qəsddən sonra Qərbi Belarusiyada Bereze-Kartuskda həbs düşərgəsi təşkil edildi və istintaqsız-məhkəməsiz inzibati qaydada rejimin siyasi əleyhidarlarını buraya göndərirdilər.
1935-ci il aprelin 23-də «sanasiya» rejimini daha da möhkəmlədən yeni Konstitusiya qəbul edildi. 1935-ci il Konstitusiyası dövlət başçısının şəxsi diktaturası quruluşunu yaratdı ki, bununla da dövlət başçısı yalnız “Allah və tarix” qarşısında məsul elan edilirdi. 7 il müd- dətinə hakim düşərgənin təklif etdiyi iki namizəd arasından ümumi səsvermə yolu ilə seçilən prezident baş naziri və nazirləri vəzifəyə təyin edə, həm də geri çağıra bilər, parlamentin hər iki palatasını həm çağıra, həm də buraxa bilərdi. O, silahlı qüvvələrin həm də ali baş koman- danı idi.
1935-ci il mayın 12-də marşal Yuzef Pilsudski vəfat etdi, «sanasiya» öz liderini itirdi. Marşalın tabutu Vaveldə baş kilsədə Polşa krallarının məqbərələri ilə yanaşı yerləşdirildi, ürəyi isə Vilnonun Rossa qəbiristanlığında anasının yanında dəfn edildi. Millətlər Cəmiyyəti Avropanın gözündə qəhrəmanlıq simvolu olan Yuzef Pilsudskinin xatirəsini xüsusi iclasla yad etdi. 1935-ci ildə parlamentdə keçirilən seçkilər göstərdi ki, ictimaiyyətin «sanasiyaya» etimadı xeyli azalmışdı. Rəsmi məlumata əsasən müxalifət partiyalarının seçkiləri bayokt etdiyindən səsvermədə seçicilərin cəmi 46,5 faizi iştirak etmiş, səslərin isə yalnız 35,5 faizi etibarlı hesab edilmişdir.
Y.Pilsudskinin ölmündən sonra hakim düşərgənin içərisində parçalanma baş verdi, prezident Valeri Slavek siyasətdən uzaqlaşdı. General Edvard Rıdz-Smıqlov Marşal seçildi və silahlı qüvvələrin Baş müfəttişi vəzifəsinə təyin edildi. 1937-ci ildə hakim düşərgəsinin tə- rəfdarları onun ətrafında birləşərək Milli Birlik düşərgəsi (OZON), yeni siyasi qrupun ya- ratdılar. 1936-cı ilin ortalarında hökumətin sədri vəzifəsini general Felisian Slava Skladkovski tutdu, baş nazirin müavini və maliyyə naziri vəzifələrini birlikdə görkəmli iqtisadçı Eyqeniuş Kvyatkovski aldı.
Yuzef Klemens Pilsudski 1867-ci il dekabrın 5-də Litvanın Şvençyenski rayonunun Zalavas kəndində anadan olmuşdur. Vilnoda rus gimnaziyasında təhsil almışdır. 1885-ci ildə Xarkov Universitetində tibb elmini öyrənərkən xalqçılara qoşulmuşdur. 1887-ci il martın 22- də böyük qardaşı Bronislovla birlikdə çar III Aleksandra sui-qəsd hazırlanmasına görə həbs olunaraq 5 il müddətinə Sibirə sürgünə göndərilmişdir. Fransız, alman, litva, rus və polyak dillərini bilən Y.Pilsudski 1892-ci ildə sürgündən qayıdaraq 1893-cü ildə Polşa Sosialist par- tiyasının sıralarına daxil olmuşdur. Tezliklə, o, polyak millətçisinə çevrilmişdir. Gizli “Fəhlə” qəzetini Lodzda evindəki mətbəəsində hazırladığı üçün 1900-cü ilin fevralında Rusiyanın hakimiyyət orqanları onu Varşavada yenidən həbsxanaya salmışdır. Lakin psixi xəstəlik diaq- nozu ilə psixiatriya xəstəxanasına göndərilmiş, xəstəxanadan isə polyak həkimin köməyilə Qalitsiyaya qaçmağa müvəffəq olmuşdur. Bütün partiyalar Polşanın muxtariyyəti uğrunda mübarizə apardığı halda yeganə Y.Pilsudski Rus imperiyası ilə Polşanın müstəqilliyi uğrunda amansız mübarizə aparmışdır.
1904-1905-ci illərdə rus-yapon müharibəsi başladıqda Y.Pilsudski Tokioya səfər edərək Polşada üsyan təşkil etmək məqsədilə Yaponiyadan kömək almaq istəsə də buna tam nail ola bilməmişdir. Nəticədə Polşa Sosialist partiyasının hərbi qanadını yaratmaq üçün silah-sursat almaqla kifayətlənməli olmuşdur. Onun silahlı hərbi təşkilatı Rusiyanın hakimiyyət orqanla-
rına qarşı mübarizdə Polşa fəhlələrinin çıxışlarında fəal iştirak etmişdir. Birinci Dünya müharibəsi zamanı o, Rusiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmək məqsədilə “Polşa legionun” yaratmışdır. Mərkəzi dövlətlərin Antanta qüvvələri qarşısında məğlub olması bəlli olduqdan sonra Y.Pilsudski polyak əsgərlərinə Mərkəzi dövlətlərə sədaqət andı içməyi qadağan etdiyi üçün həbs edilərək Maqdeburq həbsxanasına salınmışdır. 1918-ci il noyabrın 8-də həbsdən azad edilən Y.Pilsudski noyabrın 11-də Varşavaya gəlmiş və Regent Şurası tərəfindən polyak ordusunun komandanı təyin edilmişdir. Eyni zamanda ona yeni müstəqil ölkənin milli hökumətini təşkil etmək tapşırılmışdır. Həmin gün, o, Polşa dövlətinin müstə- qilliyini elan etmişdir. Noyabrın 22-də, o, rəsmi olaraq Endjey Moraçevski hökumətindən Dirçələn Polşa dövlətinin müvəqqəti başçısı rütbəsini alır. 1920-ci ilin martından Yuzef Pilsudski “Polşanın Birinci Marşalıdır”. 1920-1921-ci illərdəki Polşa-Rusiya müharibəsi 1921-ci ilin martındakı Riqa sülhünə əsasən Belarusiya və Ukraynanın bölünməsi ilə yekun- laşdı. 1919-cu ildə kiçik Konstitusiyanın qəbul edilməsilə Seym öz işini bərpa etdi, o,dövlətin başçısı vəzifəsindən azad olaraq istefaya getdi. 1926-cı il mayın 12-14-də dövlət çevrilişi nəticəsində Y.Pilsudski yenidən hakimiyyətə qayıtdı. Çevriliş zamanı 215 nəfər əsgər, 164 nəfər dinc vətəndaş öldü, 900 nəfərdən çox adam yaralandı. Mayın 31-də Seym onu prezident seçsə də, o, dövlət başçısının məhdud səlahiyyətlərinə görə bunu qəbul etmədi. Prezident seçilən Mostitski onu silahlı qüvvələrin Baş müfəttişi, eyni zamanda Hərbi Şuranın sədri təyin etdi. Beləliklə Polşada 1926-1939-cu illəri əhatə edən sanasiya dövrü başladı. İctimai həyatın sağlamlaşdırılması pərdəsi altında Y.Pilsudskinin diktatura siyasəti tətbiq olundu. 1930-cu ildə onun rəhbərliyi ilə siyasi rəqiblərin Brest qalasına salındığı “Brest” seçkiləri oldu. 1935- ci ilin aprelində güclü prezident hakimiyyətini nəzərdə tutan yeni Konstitusiya qəbul olundu. Lakin 1935-ci il mayın 12-də o vəfat etdi.