Polúa madaniyyati, elm va tahsil. Müstəqil dövətin yaradılması Polşada mədəniyyətin, elm və təhsilin inkişafına səmərəli təsir göstərmişdir. Şəhər əhalisi, o cümlədən kənd sakinləri
ənənəvi mədəniyyətlə əlaqəni itirərək ziyalıların xarici ölkələrdən əxz etdiyi yeniliklərdən faydalanırdılar. Bu geyimdə, məişətdə, ailədə, istirahət vaxtlarının təşkilində özünü büruzə verirdi. Şəhər həyatı və mədəni stereotiplər kəndi, xüsusilə kənddəki gəncləri bürümüşdür. Şəhər ətraflarının müasir tələblərə cavab verən tikililəri onların görünüşünü dəyişdi. Küçələrin qazla işıqlandırılmasını elektrik lampaları əvəz etdi, su və kanalizasiya sistemləri çəkildi. İnsanların həyatında idman ön plana çıxdı, xüsusilə fəhlə idman klublarının sayı durmadan artmışdır. Kəndli gənclər ittifaqları sağlam həyat tərzi və idmanın fəal təbliğatçıları idi. Polyak idmançıları beynəlxalq miqyasda fərqləndilər. Polşalı qaçış ustası Yanuş Kusoçinski 1932-ci ildə Los-Anceles olimpiyadasında qızıl medala layiq görüldü. Şöhrətli təyyarəçi idmançılar Fransişek Jvirqa və Stanislav Viqura xalqın məhəbbətini qazanmışdılar.
Müstəqilliyin ilk illərindən başlayaraq xalq maarifinə diqqət artmışdır. 1919-cu ilin fevralında 7-14 yaş arası uşaqları əhatə edən yeddiillik təhsil haqqında dekret verildi. Nəticədə 10 yaşından yuxarı uşaqlar arasında savadsızlıq 1921-ci ildəki 33,1 faizdən 1931-ci ildə 22,1 faizə düşmüşdür. Polşada yaşayan ukrayna, belarus, alman uşaqlarının təhsil səviyyəsi isə aşağı olaraq qalırdı. Müstəqillik qazandıqdan sonra fəaliyyət göstərən ali məktəblərlə yanaşı ölkədə yeni universitetlər, o cümlədən Poznandakı Vilno akademiyasının
ənənələrini davam etdirən Stefan Batori adına Vilno Universiteti açıldı. 1918-ci ildə şəxsi
bağışlar hesabın Lyublin Katolik Universiteti (KUL) açıldı.
Ümumilikdə iki müharibəarası illərdə Polşada 16 dövlət, 11 xüsusi ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, buranı da 83 min nəfər tələbə bitirmişdir. 1938-ci ildə ölkədə 32 ali məktəb var idi. 26 min kitabxana, 900 xalq evi (o cümlədən 625 kənd), 175 muzey, onlarla mədəni-maarif cəmiyyətləri və s. geniş maarifçilik işi görürdü. 1925-ci ildə birinci polşa radiostansiyası işə başladı. 1937-ci ildə Polşada müxəlif adda 2700-ə yaxın jurnal və qəzet buraxılırdı.
6dəbiyyat sahəsində yazıçılar Mariya Dombrovskaya, Zofya Nalkovskaya, Zofya Kossak-Şuska, Yeva Şelburq-Zarembina, Yulian Kaden-Bandrovski, Stanislav Vitkeviç (Vit- kası) məşhurlaşdı. Gənc şairlər Kazımej Vejinski, Yulian Tuvim, Antoni Slonişski, Yan Le- xon, Yaroslav İvaşkeviç, Konstanti Qalçinski və başqalarının yaradıcılığı parladı. 1924-cü ildə Vladislav Reymont “Kişilər” (Mujiki) romanına görə Nobel mükafatına layiq görülmüş- dür.
Elmin inkişafı üçün şərait yarandı. Riyaziyyat sahəsində S.Banax, V.Serpinski, sosiologiyada F.Znanetski, fəlsəfədə K.Tvardovski, V.Tatarkeviç, fizikada S.Penkovski, tarix elmində V.Konopçinski, M.Kukel, A.Pruxnik, Y.Rutkovski, V.Sobeskiy, O.Xaletskiy fərqlənmişdir. 1928-ci ildə alimlərə kömək məqsədilə Elmi mədəniyyət fondu yaradıldı.
1938-ci ildə Belqraddakı təyyarəçilik sərgisində polyak konstruktorların yaratdığı “Los” bombardmançı təyyarəsi ingilis, alman, italyanları qabaqlayaraq birinci yeri tutmuşdur. Alma- niyanın gizli şifrələrin açmağa qadir olan “Eniqma” (“ Tapmaca”) maşınının kodunu polyak alim və mühəndisləri tapmışdır ki, bu da hərbi kəşfiyyata böyük töhfə idi. Müharibə vaxtı bu kodu öz Qərb müttəfiqlərinə verən Polşa tərəfi düşmən üzərində qələbəyə öz töhvəsini vermiş oldu.
Müstəqil Polşanın incəsənəti və musiqisi yüksək səviyyəyə çatmışdı. Bəstəkar Karol Şimanvski, pianoçular İqnasi Paderevski, Artur Rubunşteyn dünya şöhrəti qazanmışdılar. Teatr və kino sənəti geniş pərəstişkar kütləsi toplamışdı. Öncül teatr qruplarına Yuliuş Osterva və Leon Şiller rəhbərlik edirdi. Polyak aktrisası Pola Neqri (Apoloniya Xalupes) dünya səviyyəsində şöhrətlənmişdir. Müstəqil Polşada yeni estrada teatrları və kabaryelər geniş yayılmışdır.
Müstəqil Polşanın polyak əhalisinin 91 faizdən çoxu Roma katolik kilsəsinə tərəfdar olduğunu bildirmişdir. Ölkədə yaşayan ukraynalıların böyük əksəriyyəti yunan katolikləri idi.
Polşada məskunlaşan ruslar, eyni zamanda belaruslar və ukraynalıların bir hissəsi pravoslav idilər. Lüteranlar içərisində isə ölkədə məskunlaşan alman azlıqları çoxluq təşkil edirdilər. Polşa yəhudilərinin böyük əksəriyyəti iudaizm dininə etiqad bəsləyirdilər. Polşada, o cümlədən Vilenşinada islam dininə etiqad edən tatarlar yaşayırdılar. Konfesiyaların çox olması ölkə əhalisinin çoxmillətli tərkibindən irəli gəlirdi. Qeyd etmək yerinə düşərdi ki, Polşada dini azadlıq şəraiti mövcud idi və ayrı-ayrı xalqların mədəniyyəti azad inkişaf edə bilərdi. Qanun qarşısında bərabər olan bütün dinlər arasında 1926-cı ildən Polşanın priması kardinal Avqust Xlondun rəhbərlik etdiyi Roma katolik kilsəsi xüsusi əhəmiyyətə malikdir. Bir il əvvəl İkinci Reç Pospolita hökuməti Roma taxt-tacı ilə konkordat, yəni dövlətlə kilsə arasındakı münasibətləri tənzimləyən xüsusi müqavilə bağladılar. Cəmiyyətdə böyük nüfuza malik olan katolik kilsəsi ölkənin birləşməsində önəmli rol oynadı. Belə ki, dini icmaların həyatı dövlət strukturları ilə sıx bağlı şəkildə davam ediridi. Polşa məktəblərində Tanrı Qanunu dərsi keçilirdi. Qadın monastrların öz xəstəxanaları, qocalar və uşaq evləri mövcud idi. Rahiblərin əhali arasında nüfuz qazanmış şəxsi məktəbləri fəaliyyət göstərirdi. Müharibələrarası iyirmi ildə Polşa katolikliyi əhalinin böyük əksəriyyətinin dindarlığı sayəsində milli adət və ənənələrini qoruyub saxlamağa müvəffəq olmuşdur.