Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Polşa İkinci Dünya müharibəsi illərində



Yüklə 1,22 Mb.
səhifə87/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   83   84   85   86   87   88   89   90   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Polşa İkinci Dünya müharibəsi illərində




Müharibanin baúlanması. 1939-cu il sentyabrın 1-də Almaniya müharibə elan etmədən şimaldan, qərbdən, cənub-qərbdən Polşaya hücum etdi. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər və beləliklə İkinci Dünya müharibəsi başlandı. Üstünlük Almaniya tərəfində idi. Belə ki, müasir ordusu, inkişaf etmiş iqtisadi və hərbi potensialı olan üçüncü reyx Polşaya qarşı müharibəyə 1,8 milyon əsgər, 11 min top, 2,8 min tank, 2,6 min təyyarə səfərbər etdi.
Polşada ümumi səfərbərlik 30 avqustda elan olunmuşdu, lakin tam həyata keçirilmə- mişdi. Polşanın ordusunun sərəncamında 1,2 milyon əsgər, 3 min top, 600 tank və 400 təyyarə var idi. Polşa baş qərargahının planına əsasən hərbi əməliyyatların əsas hissəsi Böyük Polşada baş verməli idi. Polşa qoşunları tədricən Visla xəttinə qədər çəkilməli, burada mövqe müharibəsinə keçməli idilər. Bu vaxta qədər Fransa və Böyük Britaniya Almaniyaya qarşı fəal hərbi əməliyyatlara başlaya bilərdilər. 1939-cu ilin mayında bağlanmış Polşa-Fransa razı- laşmasına əsasən Fransa səfərbərlik elan etdikdən 15 gün sonra əsas qüvvələrlə Almaniyaya qarşı hücuma keçməyi öhdəsinə götürmüşdür.
Lakin hadisələr başqa cür inkişaf etməyə başladı. Alman qoşunları əsas zərbəni Pomeraniya, Şərqi Prussiya, Sileziya, Çexiya və Slovakiyadan vurdu. Güclü tank birləşmələri və aviasiyanın zərbələri altında sərhəddi qoruyan Polşa qoşunları düşmənə amansız müqavimət göstərsə də hitlerçilər tez bir zamanda Varşavaya yaxınladılar. Şəhərin ordu və
əhali tərəfindən qəhrəman müdafiəsi 27 sentyabra qədər davam etdi. Dansiq ətrafında Ves- terplatte hərbi bazasının əsgərləri bir həftə ərzində mərdliklə qurudan və sudan düşmənin üs- tün qüvvələrinin hücumlarını dəf etdilər. Sentyabrın 29-da Modlinin müdafiəçiləri, oktyabrın 2-də isə Xel yarmadasındakı hissələr öz silahlarını yerə qoydular. «Polesye» operativ qruplaşması oktyabrın 2-4-də almanlara qarşı xüsusi qəhrəmanlıqla vuruşdular, amma hərbi sürsat olmaması üzündən oktyabrın 5-də təslim olmağa məcbur oldular.
Senytabrın ortalarında aydın oldu ki, Polşa təkbaşına Almaniyaya qarşı dura bilməz. İngilislər və fransızlar fəal hərbi əməliyyatlara başlamaqdansa «qəribə müharibə»yə üstünlük verirdilər. Bu şəraitdə SSRİ-nin mövqeyi fəallaşdı. Sentyabrın 17-də Moskvadakı Polşa səfirliyinə bildirildi ki, Polşa dövləti və hökuməti faktiki olaraq fəaliyyətini dayandırıb, odur ki, SSRİ-nin Polşa ilə bağladığı müqavilələr də qüvvədən düşüb. Belə bir vaxtda SSRİ Polşada yaşayan ukraynalıların və belarusların mənafeyini qorumağa borcludur. Sovet höku- məti Polşada yaşayan ukraynalıları və belarusları müddafiə etmək adı altında sentyabrın 17-də Qızıl Ordu hissələrinə Polşa sərhəddini keçmək və Pisa, Narva, Visla və San çaylarının
sahillərinə qədər hərəkət etmək haqqında göstəriş verdi. Polşaya daxil olan Ukrayna və Belarusiya cəbhələri ordularına izah edildi ki, onlar Qərbi Belarusiya və Qərbi Ukrayna
ərazisini tutmalı və onların müdafiəsini öz əllərinə almalıdılar. Qızıl Ordu Qərbi Ukrayna və Qərbi Belarusiya əhalisini və əmlakını öz nəzarəti altına götürmək əmrini aldı. 1939-cu il sentyabrın 17-də Varşava hələ müdafiə olunduqda, Lvov ətrafında, Xel yarmadasında və Lyublinşinada qanlı döyüşlər davam edən zaman sovet qoşunları Almaniya ilə bağladığı gizli 1939-cu il avqustun 23-dəki müqaviləyə uyğun olaraq şərq istiqamətində Polşaya hücum etdi. Şərqdə Polşa qoşununun müdafiəsi güclü xarakter daşımırdı. Şəhəri almanlardan inadla müdafiə edən Lvov qarnizonu şəhəri mübarizəsiz Qızıl Ordu hissələrinə təslim etdi.
Sentyabrın ortalarından müharibənin sonluğu heç kəsdə şübhə doğurmurdu. Sentyabrın 17-dən 18-nə keçən gecə hərbi və mülki komandanlıq, o cümlədən prezident, hökumət və baş komandan E.Rıdz-Smiqla Rumıniyaya keçdilər və Almaniyanın tələbi ilə orada tərksilah edilib ölkə daxilində saxlanıldılar. Polşa müharibəni uduzdu, lakin təslim olmadı. Hərbi
əməliyytalarda Polşa qoşunu 65 min əsgər itirdi, 400 min nəfər əsir düşdü, 240 min nəfər Qızıl Ordu tərəfinə keçdi, 90 min nəfər bitərəf ölkələrə gedə bildi. Amma nə Polşa ordusunun komandanlığı, nə də Polşa xalqı silahlarını yerə qoymadı.
1939-cu il sentyabrın 28-də Moskvada dostluq və sərhədlər haqqında sovet-alman müqaviləsi bağlandı. Bu müqavilə Polşanın bölünməsi haqqında avqust müqaviləsinin gizli protokolunda dəyişiklik etdi. Litvanı öz təsir dairəsinə salmağın əvəzində SSRİ Lüben voye- vodalığından və Varşava voyevodalığının bir hissəsindən imtina etdi. Stalin həm də Hitlerin almanların işğal etdiyi torpaqlarda kiçik Polşa dövləti yaratmaq təklifinə etiraz etdi. O, hesab edirdi ki, Polşanın taleyi qəti şəkildə yalnız müharibədən sonra həll edilə bilər, lakin müharibə yenicə başlamışdı və tam 6 il uzandı. Hitler işğal olunmuş Polşa torpaqlarının 92 min kv km
ərazisi və 10 milyon nəfərdən çox əhalisi olan qərb, mərkəzi və şimal rayonlarının bir hissəsini Almaniyanın tərkibinə daxil etdi. Bu ərazilərdə polyaklar üstünlük təşkil etdiyi üçün onlara qarşı amansız terror başlandı. İlk növbədə, ziyalı təbəqəsi, 1918-1921-ci illər milli- azadlıq hərəkatının iştirakçıları, siyasi partiyaların fəalları repressiyaya məruz qaldılar. Pol- yakları mülkiyyətdən məhrum edir, evlərindən qovur, düşərgələrə və Almaniyaya işləməyə göndərir, reyxə daxil olmayan ərazilərə sürgün edirdilər. Onların yerinə almanlar, Baltikyanı və Ukrayna repatriantları yəni, əsirlikdən və mühacirətdən vətəninə qayıdanlar yerləşdirilirdi.
A.Hitlerin planına əsasən Almaniyaya birləşdirilən torpaqlar 10 il müddətində alman- laşdırılmalı idi. Bəzi insan irqlərinin başqaları üzərindəki bioloji, əqli və s. üstünlüklərini bəyan edən A.Hitler irqçi qanunların fəaliyyətinə rəvac verdi. Almanlar məcburi surətdə polyakların, əsasən də, yüzilliklər ərzində iki mədəniyyətin qovuşuğunda yaşayan silezlilərin, kaşubuların və mazurların soyadlarının salındığı Alman milli siyahısı, başqa sözlə Volks- listeni tərtib etdilər. Alman soyadı daşıyan poıyak vətəndaşlarının çox hissəsi “ağların irqinə” mənsub olmaq istəmədikləri üçün cəza tədbirlərinə məruz qalırdılar. Almaniyanın tərkibinə birləşdirilən ərazilərdə katolik kilsəsi xüsusilə təqib edilirdi. İşğalçılar kilsələri qarət edir, keşiş və yepiskopları öldürür, din xadimlərini həbs düşərgələrinə göndərirdilər.
Qalan rayonlarda mərkəzi Krakov olan Hans Frankın başçılığı altında general- qubernatorluq yaradıldı. Bu ərazi işğalçılar tərəfindən ucuz işçi qüvvəsi və Almaniyanın arxa cəbhəsi kimi qiymətləndirilirdi. Polyaklar bu ərazidə almanlar tərəfindən idarə olunan cüzi istehsal vasitələri, ibtidai və peşə məktəblərinə sahib ola bilərdi. 1941-ci ildə Polşanın yerli təsərrüfat ozünüidarə orqanları təşkil olundu, Polşa polisi də öz fəaliyyətini davam etdirirdi. Şəhərlərdə əmək mükəlləfiyyətləri tətbiq edilirdi. General-qubernatorluqda da əhali repres- siyalara və təqiblərə məruz qalırdı. Hitlerçilər yəhudilərə qarşı xüsusilə amansız idilər. Onlar kütləvi məhv edilir, əmlakları əllərindən alınır, yəhudilər üçün nəzərdə tutumuş şəhər məhəllələrinə, gettolara köçürülür, Polşa ərazisindəki Osventsim, Treblink və Maydanek düşərgələrinə salınırdı. Qeyri-insani yaşam şəraiti ilə seçilən bu həbs düşərgələrinə əvvəl yəhudi və qaraçıları, sonra polyakları, 1941-ci ildən sonra Sovet vətəndaşlarını salırdılar.
1939-cu ilin noyabrında SSRİ-nin tərkibinə qatılmış Qərbi Ukrayna və Qərbi
Belarusiyanın polyak əhalisinin də vəziyyəti ağır idi. Vilnüs və ətraf ərazi 1939-cu ilin
oktyabrında Litvaya verildi və onunla birlikdə 1940-cı ildə SSRİ-nin tərkibinə qatıldı. Pol- yaklara və burada yaşayan başqa milli qruplara münasibətdə sinfi yanaşma tətbiq olunurdu. Burjuaziya, sənayeçilər, varlı kəndlilər, tacirlər, dövlət qulluqçuları, 1920-ci il Polşa-Sovet müharibəsinin bəzi iştirakçıları, siyasi partiyaların üzvləri, trotskiçilər və digər qruplar “sinfi yad elementlər” adı altında SSRİ-nin şərq və şimal rayonlarına sürgün edilir, həbsxanalara salınırdılar. Bütünlükdə 400 mindən çox polyak deportasiyaya məruz qaldı. SSRİ XDİK-in xüsusi üçlüyünün qərarına əsasən 1940-cı ildə Qərbi Ukrayna və Qərbi Belarusiyanın Ostaş- kov, Starobelsk, Medno və b. həbs düşərgələrində və həbsxanalarında tərksilah edilərək sax- lanılan polyak ordu zabitləri, polis əməkdaşları, mülkədarlar və əsrlərdən 21857 nəfəri gül- lələndi. Həbsxanalarda, o cümlədən Lvovdakı “Briqidkidə” bütün məhbuslara yer çatışmırdı.
Repressiyaslardan canlarını qurtarmış polyakalra isə 1940-cı ildən başlayaraq Sovet dövləti xoş niyyət göstərməklə öz tərəfinə çəkməyə səy göstərirdi. Bir sıra məşhur siyasətçilər 1926-cı il çevrilişindən sonra bir neçə dəfə Polşanın baş naziri olmuş Lvov Politexnik İnsti- tutunun professoru K.Bartel, mədəniyyət xadimi, məşhur şair, tərcüməçi, teatr və ədəbi tənqidçi T.Boy-Jelenski, Lvov ali məktəblərinin professorları azadlıqda qaldılar. Lakin onların hamısı 1941-ci ildə Lvovu tutan almanlar tərəfindən güllələndi. Polşa müharibə illərində 6 milyon adam itirdi, 664 min nəfəri, o cümlədən 123 min hərbi qulluqçu hərbi əmə- liyyatların gedişində həlak oldu. İnsan itkisinə görə Polşa Almaniyanın işğal etdiyi Avropa dövlətləri içərisində birinci yeri tuturdu, hər min nəfər əhalidən 220 nəfəri həlak olmuşdu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin