Polúabeynalxalqmünasibatlarsisteminda.SSRİ-nin qərbi antihitler koalisiyası müttəfiqlərinin 1945-ci ildə Müvəqqəti Milli Birlik hökumətini tanıması Polşanın tezliklə beynəlxalq siyasətə qoşulmasına imkan verdi. Polşa BMT-nin təsisçilərindən biri kimi onun nizamnaməsini imzalamaq, köhnə və yeni yaranan beynəlxalq təşkilatlara daxil olmaq hüququ
əldə etdi. Polşanın xarici siyasətinin fərqləndirici cəhəti ondan ibarət idi ki, 80-cı illərin sonlarına qədər SSRİ ilə münasibətlərə üstünlük verirdi.
Polşanın Sovet İttifaqına meylli olması, ilk növbədə, SSRİ-nin fəal səyi nəticəsində 1945-ci il Potsdam konfransında onun qərbdə və şimalda 1939-cu ilə qədər Almaniyanın nəzarəti altında olan torpaqların: Aşağı Sileziya, Opol Sileziyası, Lyubuş torpağı, Qərbi Po- morye, Şərqi Prussiyanın bir hissəsi, azad şəhər Dansiq (Qdansk) daxil olmaqla geniş torpaq- ların ona qaytarılması ilə bağlı idi. Mərkəzi Avropada sərhədlərin dəyişdirilməsi məsələsi Almaniyaya dair sülh konfransında həll edilməli idi. Lakin belə bir konfrans keçirilmədi. Polşanın qərb sərhədi 1953-cü ildə Polşa-ADR, 1970-ci ildə Polşa- AFR müqavilələri ilə nizama salındı. AFR dövlət sərhəddinin Oder və Neysə çayları boyunca keçməsini qəbul etdi.
Polşa sosialist əməkdaşlığı adlanan xalq demokratiyası cəbhəsinin formalaşdırılmasında fəal iştirak edirdi. Sonralar bu sosializm birliyi adlanmağa başladı. Polşa 1949-cu ildə Qar- şılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) təsisçilərindən biri oldu. Həmçinin 1955-ci ildə Polşanın paytaxtında NATO-ya və yenidən hərbiləşdirilmiş AFR-ə qarşı duran Varşava Müqaviləsi Təşkilatı yaradıldı.
Polşa hökuməti Avropada beynəlxalq gərginliyin zəiflədilməsi istiqamətinə yönəldilmiş bir sıra təşəbbüslərin təşkilatçısı idi. 1957-ci ildə Polşa tərəfindən Avropada nüvəsiz zona yaradılması planını, yəni diplomayita tarixində “Rapatski planı” adlanan planı irəli sürdü. Polşa həmçinin 1975-ci ildə Helsinkidə keçirilən Avropada Təhlükəsizlik və 6məkdaşlıq məsələlərinə dair Ümumavropa müşavirəsinin əsas təşəbbüsçülərindən biri oldu.
Sosializm sisteminin dağılması ilə Polşanın tam suverenliyi və müstəqilliyi ona qayta- rıldı və eyni zamanda onun siyasi elitasının qarşısında ölkənin milli təhlükəsizliyinin yeni yollarını axtarmağa vadar etdi. Polşada 1989-cu ildə ilk qeyri-kommunist hökumətinin yara- dılması ilə Sovet İttifaqının nəzarəti altında həyata keçirilən əvvəlki xarici siyasət kursundan imtina etmələri üçün şərait yaranmış oldu. Lakin yeni xarici siyasət kursunu həyata keçirmək üçün real imkan Çexoslovakiyada “məxməri” inqilabın baş verməsi, Berlin divarlarının uçurulması və Varşava Müqaviləsi Təşkilatının ölkəyə soxulması təhlükəsi aradan qalxdıqdan sonra yarandı. 1990-cı ildə Varşavanın təkidi ilə sovet qoşunlarının ölkədən çıxarılması haqqında başlanan danışıqlar 1992-ci ildə uğurla nəticələndi. 1992-ci ildə Varşava Müqaviləsi Təşkilatının buraxılması ilə milli təhlükəsizliyin təmin edilməsi dönməz xarakter aldı.
1991-ci ildə Polşa Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələri əməkdaşlığı təşkilatına – Mərkəzi Avropa təşəbüsünə qoşuldu. Buraya Avstriya, Macarıstan, İtaliya, Yuqoslaviya və Çexolovakiya daxil idi. Lakin Yuqoslaviyanın dağılması və orada başlanan millətlərarası münaqişələr və toqquşmalar təşkilatın fəaliyyətinin reallaşdırılmasına imkan vermədi.
1991-ci ilin avqustunda Polşa da daxil olduğu Almaniya və Fransa ilə birlikdə Veymar üçbucağı, Çexoslovakiya və Macarıstanla birlikdə Vışeqrad üçbucağı təşkil olundu. Polşa həmçinin 1990-cı ilin əvvəllərində Baltik dənizi dövlətləri İttifaqının və azad ticarət haqqında Mərkəzi Avropa sazişi regional təşkilatların yaradılmasında fəal iştirak edirdi.
SSRİ-nin süqutundan sonra Polşa hökuməti tezliklə yeni yaradılmış dövlətlərin müstə- qilliyini tanıdı və öz üzərinə Avropada onlara bələdçi rolunda çıxış etməyə cəhd göstərirdi. Postyuqoslaviya məkaninda etnik qruplar arasında toqquşmalarda Varşavanın antiserbiya siyasəti də Qərblə yaxınlaşmasına şərait yaratdı.
A.Kvasnevskinin prezident seçkilərində qələbəsi ölkənin xarici siyasət kursuna təsir etmədi. Bununla yanaşı, Qərb ölkələri ilə, ilk növbədə Vaşinqtonla əlaqələr xeyli fəallaşmağa başladı. ABŞ konqresi 1994-cü il yanvarın 27-də NATO-nun genişləndirilməsini elan edən qərar qəbul etdi. Polşa Respublikasında NATO-ya daxil olmağı demokratiyanın və təhlükəsiz- liyin təminatı olduğu fikrində idilər. Polşanın xarici işlər naziri Y.Onitskeviç bəyan etdi ki, NATO-ya daxil olmaq eyni zamanda Rusiyanın Polşa üçün yaratdığı təhlükədən qorunmaq məqsədilə vacibdir. Polşa 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzalamaqla bu hərbi-siyasi təşkilata daxil olmaq istiqamətində real addım atmış oldu. 1996- cı il iyul ayında Polşanın prezidenti A.Kvasnevski Vaşinqtonda ABŞ prezidenti B.Kilintonla görüşündə NATO-nun şərqə doğru genişlənməsi müzakirə olundu. Alyansın genişlənməsini müdafiə edən hər iki tərəf bildirdi ki, təşkilata yeni dövlətlərin daxil olması hər hansı bir ölkəyə qarşı yönəlməyib və Avropada təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Rusiya- nın etirazına baxmayaraq Polşa rəhbərliyinin Şimali Atlantika İttifaqına daxil olmaq haqqında inadlı cəhdi öz nəticəsini verdi. 1997-ci ildə Madriddə NATO üzvləri tərəfindən Polşa da daxil olmaqla Vişeqrad qrupu iştirakçılarının bloka üzv qəbul edilməsi haqqında qərar qəbul edildi. Qərarda belə bir fikir də səsləndirildi ki, Polşanın ərazisində nüvə silahı yerləşdirilmə- yəcək. Bu proses 1999-cu il martın 16-da, Şimali Atlantika İttifaqının 50 illiyində başa çatdı. NATO üzvü olan Polşa təyyarə limanlarını Kosovo böhranı ilə əlaqədar Serbiyanı bom- balayan NATO qüvvələrinə verdi. Polşa hərbi kontingenti 6fqanıstan və İraqda sülhməramlı qüvvələrin tərkibinə daxil edildilər.
Avropa İttiaqı 1991-ci il dekabrın 16-da Polşa ilə assosiasiyası haqqında saziş imzaladı. 1994-cü ilin əvvəllərində Polşa Avropa İttifaqının assosiativ üzv kimi bu təşkilata daimi üzvü olmaq üçün müraciət etdi. Polşanın Avropa İttifaqına inteqrasiyası haqqında rəsmi danışıqlar 1998-ci il martın 31-də başladı. Danışıqlar asan keçmirdi, belə ki, Polşa qanunlarını Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırmaq, iqtisadi məsələləri – o cümlədən, torpaqların xari-
cilərə satılması şərtləri və polyaklara Qərbdə, yəni tərəfdaş ölkələrdə işə düzəlmək hüququ verilməsi haqqında qərarlar qəbul edilməsi prosessi 2004-cü ilin mayında başa çatdı. 2004-cü ilin iyununda Polşada keçirilən ümummilli referendum hökumətin bu qərarını bəyəndi.
Beləliklə, Polşanın NATO və Avropa İttifaqına daxil olması ilə onun xarici siyasətinin istiqaməti prosesi başa çatdı. Artıq onun əsas müttəfiqləri və tərəfdaşları Qərb dövlətləri, ilk növbədə, Amerika Birləşmiş Ştatları oldu. 2003-cü ildə ABŞ-ın İraqa qarşı təcavüzü onun səkkiz müttəfiqinin narazılığına səbəb olsa da, Polşa Vaşinqtonun siyasətini müdafiə etdi.
2003-cü ildə ABŞ-ın prezidenti C.Buş Polşanı “Birləşmiş Ştatların Avropada ən yaxşı dostu” adlandırmışdı. Buna baxmayaraq, Polşa İraq əməliyyatlarında iştirakdan əməli olaraq heç nə qazanmadı. ABŞ Polşa vətəndaşlarının ölkəyə vizasız gəlməsi haqqında müraciətinə baxmaqdan imtina etdi. Lakin Qərblə yaxınlaşma nəticəsində Polşa artıq 90-cı illərin birinci yarısında Pariş və London kreditorlar klubundan xarici borcların demək olar ki, yarısının silinməsinə razılıq ala bildi. Lakin bu qərar borcun tam ləğv edilməsinə kömək edə bilmədi, eyni zamanda borc daima artmaqda davam edirdi.
Polşanın Rusiya ilə münasibətlərini tam normallaşdırmaq hələlik mümkün olmamışdır. Buna səbəb Rusiyadan alınan yanacağın azalması ilə Polşa sənayesinin kəskin surətdə aşağı düşməsi və kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında xarici və rus məhsulları ilə rəqabətə davam gətirə bilməməsi idi. Eyni zamanda postsovet məkanında Polşanın səylə liderik mövqeyini ələ keçirmək cəhdi Rusiyanın strateji maraqları ilə toqquşudu. Bu Varşa- vanın 2004-cü ildə Ukraynada “narıncı inqilabı” və Belarusiya müxalifətini müdafiə etdiyi dövrdə özünü xüsusilə göstərmişdir. Polşa-Rusiya əlaqələrində gərginliyə səbəb olan hadisə- lərdən biri ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Raketdən Müdafiə Qurğularının inşası məsələsidir. Bu sistemin quraşdırılmasının mərkəzi Polşa ərazisi nəzərdə tutulur ki, buna cavab olaraq Rusiya bunun baş tutması şəraitində Polşanın nüvə hədəfi təhlükəsinə məruz qalmasını bildirərək əslində Polşanı təhdid edir. Çar Rusiyasının və onun varisi olan Sovet İttifaqının genişlənmə siyasətinin hədəfi olmaqdan daima xilas ola bilməyən Polşa dövləti üçün hazırda Raketdən Müdafiə Sisteminə malik olmaq slavyan ailəsinin eyni üzvləri olmalarına baxmayaraq ölkəyə ola biləcək rus təhlükəsini müəyyən dərəcədə aradan qaldır- maqda bir addım kimi qiymətləndirilir.
Bu fikir ayrılığına baxmayaraq, 2009-cu ildə Rusiya Federasiyasının baş naziri V.V.Putinin Polşa dövlətinə baş tutan səfəri bu iki slavyan ailəsinin ən böyük üzvləri olan ölkələr arasında münasibətlərin normallaşdırlması baxımından mühüm əhəmiyyət kəsb edir. Polşa ikitərəfli münasibətlər və ikitərəfli müqavilələrə əsaslanan yaxşı qonşu əlaqələrini Rusiya ilə də inkişaf etdirməyə mühüm diqqət ayırır.
XXI yüzilliyin əvvəllərində Avro-Altantik zonasının ölkələrilə, eyni zamanda terror- çuluğa qarşı koalisiyanın çərçivəsində ABŞ-la sıx əməkdaşlıq edən Polşa dövləti Almaniya, Fransa və Böyük Britaniya kimi əsas avropalı tərəfdaşları ilə əlaqələri daha dinamik bir şəkildə inkişaf etdirib möhkəmlətmək xətti yeridir.
Polyak və Azərbaycan xalqları arasında yaxın və mehriban münasibətlər hələ qədim zamanlardan mövcuddur. Oxşar və yaxın tarixlər hər iki ölkəni bir-birini daha aydın dərk etməyə, daima dost münasibətləri saxlamağa kökləyib. 2010-cu ildə Donald Tusk və baş na- zirin müavini, istisadiyyat naziri Valdemar Pavlyakın Bakıya səfəri ikitərəfli əlaqələrin inki- şafını göstərir. Polşa-Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya xüsusi rol oynayır. Faktlar göstərir ki, Polşanın Şərq siyasətində əsas yerlərdən birini Azərbaycanla dostluq və əməkdaşlıq tutur.
əsrin 90-cı illəri və XXI yüzilliyin əvvəllərində Polşa dövlətinin siyasi və iqtisadi sistemində baş verən dəyişikliklər, xarici dövlətlərlə çoxtərəfli əməkdaşlıq Polşa Respubli- kasının beynəlxalq aləmdə mövqeyinin, nüfuzunun və rolunun artmasını təmin etmişdir.