Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Çexoslovakiyanın azad edilmasi



Yüklə 1,22 Mb.
səhifə102/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   98   99   100   101   102   103   104   105   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Çexoslovakiyanın azad edilmasi. 1945-ci ilin martında Moskvada London mühacirəti, Moskva mərkəzi (ÇKP) və Slovakiya Milli Şurası (SMŞ) nümayəndələri arasında Çexoslo- vakiya hökumətinin tərkibi və fəaliyyət proqramı haqqında danışıqlar oldu. Danışıqların
əsasını ÇKP tərəfindən hazırlanmış platforma təşkil edirdi. Müzakirədə gələcəkdə çex və slovakların Milli cəbhəsini təşkil edəcək 6 siyasi partiya iştirak edirdi. Beneş burda qəbul edi- lən hökumət proqramı ilə razılaşmalı oldu. Proqram 1945-ci il aprelin 5-də Slovakiya şəhəri Koşitsedə qəbul edildiyindən adını da buradan götürmüşdür. Hökumətin tərkibi paritet, yəni bərabərlik əsasında hər partiyadan 4 nəfər olmaqla təşkil edirdi. Müharibə illərində Çexos- lovakiyanın SSRİ-də keçmiş səfiri olmuş sosial-demokrat Z.Firlinger Baş nazir oldu. Koşitse proqramı milli məsələdə slovakları çexlərlə bərabərhüquqlu tərəf kimi tanıyırdı. Çexoslo- vakiya iki bərabərhüquqlu xalqların dövləti elan olundu. Yaradılmış vahid Milli cəbhədə çex və slovakların müxtəlif qüvvələri, həmçinin burjua qruplarının nümayəndələri birləşmişdi.
Müharibənin sonlarında çex torpaqlarında Müqavimət hərəkatı genişlənirdi. Mayın 5-də Praqada üsyan başladı. Üsyanın hazırlanmasında müxtəlif burjua siyasi qruplaşmalarının nümayəndələri, kommunistlər, həmçinin hərbiçilər iştirak etmişdi. Üsyan kortəbii başladı.
Lakin tezliklə üsyana rəhbərliyi 1945-ci ilin aprelində yaradılmış Milli Komitə öz üzərinə götürdü, barrikadalar quruldu, üsyançılar radiostansiyanı ələ keçirib köməyə çağırdılar. Onlar bu zaman Qərbi Çexiyaya girmiş ingilis-amerikan qoşunlarının köməyinə ümid edirdi. Lakin müttəfiqlər SSRİ ilə nüfuz dairələri haqqında razılaşmaya əməl edərək üsyançılara kömək etmədilər. Qüvvələr qeyri-bərabər idi, belə ki, üsyançıların sayı cəmi 30 min nəfər olduğu halda Çexoslovakiyanın işğal altında olan ərazilərində feldmarşal Şerner və general Rendu- liçin komandanlığı altında “Mərkəz” və “Avstriya” ordu qruplarında 900 min nəfər adam, 10 min top və minaatan, 2200-dən çox tank və özüyeriyən qurğu, 1000-ə yaxın təyyarə var idi.
Bu ağır vəziyyəti nəzərə alan Sovet qoşunları üsyançıların köməyinə tələsdi. 1-ci Ukrayna cəbhəsinin qoşunları şimaldan Drezden-Praqa, 2-ci Ukrayna cəbhəsinin ordusu cənubdan Brno, 4-cü Ukrayna cəbhəsinin əsgər və zabitləri şərqdən Praqa istiqamətində hücuma başladılar. Sovet ordusu ilə çiyin-çiyinə Praqanın azad edilməsində Çexoslovakiyanın ordu korpusu qəhrəmanlıqla vuruşurdu.
Bu şəraitdə vlasovçular çex vətənpərvərlərinin tərəfinə keçdilər. Onlar mayın 6-da Praqaya girərək bir sıra rayonlarda almanlara qarşı hərbi əməliyyatlar aparsalar da üsyanın taleyini həll etmədilər. Kommunistlərin etirazına baxmayaraq bəzi çex hərbiçiləri vlasovçula- rın tərəfinə keçdilər. Sovet köməyi gecikdiyindən üsyançılar mayın 8-də almanlarla barışıq bağladılar. Barışığa əsasən almanlar bütün ağır silahları təhvil verib amerikan zonasına çəkil- məli idilər. Geri çəkilən almanlar barışığı pozaraq Praqanın ətraflarını yandıraraq, dinc
əhaliyə divan tutdular. Bir gecədə yüzlərlə kilometrlik yol qət edən 3-cü və 4-cü qvardiyaçı tank orduları 1945-ci il mayın 9-da Praqaya daxil olub almanların son müqavimət ocağını ləğv edərək qədim Praqa şəhərinin memarlıq abidələrini dağılmaqdan xilas etdilər. Sovet qoşunları Çexoslovakiya torpaqlarını faşist işğalçılarından azad edərkən 140 min nəfərdən çox qurban verdi.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin