Çex Respublikaslnln daxili va xarici vaziyyati. 1993-cü il yanvarın 1-də dünyanın siyasi xəritəsində yer alan 78,866 km2 əraziyə, 2013-cü il məlumatına görə 10 512 419 nəfər
əhaliyə malik yeni müstəqil Çexiya Respublikası (ÇR) şimaldan Polşa, şimal-qərb və qərbdən Almaniya, cənubdan Avstriya, şərqdən Slovakiya ilə həmsərhəd olan mərkəzi Avropa döv- lətidir. 1992-ci ilin dekabrın 16-da Çex Milli Şurası qəbul etdiyi yeni Konstitusiyası ilə Çex Respublikasında ali hakimiyyətin parlament idarə sistemini təsbit etdi. 6sas qanuna görə Çexiyada ali qanunverici hakimiyyət orqanı deputatlar və senat palatasından ibrət olan ikipalatalı parlamentə məxsus idi. Çex Respublikasının Milli Şurası 1993-cü il yanvarın 1-dən 4 il müddətinə seçilən 200 nəfər deputatdan ibarət parlamentin aşağı palatası kimi yenidən təşkil edildi. Yuxarı palata deputatların hökumətin federal yığıncağın çex deputatlarından iba- rət müvəqqəti senat yaratmaq təklifini qəbul etmədiyi üçün yalnız 1996-cı ilin sonunda təşkil edilə bildi. 81 nəfərdən ibarət olan yuxarı palata 2 ildə bir dəfə heyətinin üçdə bir hissəsini dəyişmək şərti ilə 6 il müddətinə seçilirdi.
Parlament palatalarının funksiyaları dəqiq müəyyən olunmuşdur. Deputatlar palatası bütün qanun layihələrinə baxır, hökuməti təşkil edir, onun fəaliyyətinə nəzarət edir və ka- binetin istefaya göndərilməsi haqqında qərar qəbul edə bilərdi. Senatdan fərqli olaraq ehtiyac olduqda prezident aşağı palata deputatlarını istefaya göndərə bilərdi, bu şəraitdə senat onun bir sıra qanunvericilik səlahiyyətlərini yerinə yetirmək hüququna malik idi. Dövlətin başçısı palataların birgə iclasında 5 il müddətinə seçilmiş prezident hesab olunurdu. Respublika pre- zidentinin səlahiyyəti qanunverici və idarəedici hakimiyyətin normal fəaliyyətini təmin etmək idi. Prezident deputatlar palatasının sessiyasını çağırır, onu buraxa bilər, parlamenr pala- talarında seçki tarixini müəyyən edir, deputatlar palatasının təqdim etdiyi baş naziri və hökumətin üzvlərini təsdiq edir, onların istefasını qəbul edir, dövətdə bir sıra mühüm vəzifəli şəxsləri təyin edir və s. 1992-ci ildə seçilən Milli Şura öz səlahiyyətlərini 1996-cı ilə kimi davam etdirdi. 1993-cü ilin yanvarında müstəqil Çexiyanın tarixində ilk prezident seçkiləri keçirildi, üç nəfərin yarışdığı seçkidə çağmərkəzçi hökumət koalisiyası, sosial-demokratlar və liberalların müdafiə etdiyi Vatslav Qavel qələbə çaldı.
V.Klaus hökuməti iqtisadiyyat sahəsində bazar iqtisadiyyatına keçməyi nəzərdə tutan tədbirlər, o cümlədən özəlləşdirmə siyasəti yeridirdi. Çexiya digər Şərqi Avropanın keçmiş sosialist ölkələrindən fərqli olaraq özəlləşdirmə nəticəsində sosial gərginliyin, fəhlə və qulluq- çuların vəziyyətinin nisbətən normal olduğu ölkə idi. Buna baxmayaraq sağmərkəzçi koalisi- yasının liberal islahatları, xüsusilə sosial müdafiənin zəif olması, korrupsiya və s. Vətəndaş Demokratiyası Partiyasının və onun koalisiyadakı tərəfdaşlarının mövqeyinin zəifləməsinə, deputatlar palatası işçi orqanlarında rəhbər vəzifələri itirməsinə səbəb oldu. Bu vəziyyət siyasi partiyaların yenidən qruplaşmasına gətirib çıxardı.
1996-cı ildəki parlament seçkilərində sosial-demokratlar 1992-ci illə müqayisədə səs- lərini 4 dəfə artıraraq 26,4 faizə çatdırdılar. Vətəndaş Demokratiyası Partiyası seçici səslərinin 29,6 faizini əldə etdi. Çexiya və Moraviya Kommunist partiyası üçüncü yeri tutdu. Sol qüvvələr mövqelərini möhkəmlətsə də sosial-demokratlarla kommunistlər arasında ideoloji cəhətdən mövcud fikir ayrılığına görə onlar koalisiya hökuməti yarada bilmədilər. Vətəndaş Demokratiyası Partiyası, Vətədaş Demokratiyası Alyansı, Xristian-Demokratik İttifaq- Çexoslovakiya Xalq Partiyası V.Klaus Baş nazir olmaqla sağmərkəzçi koalisiya hökuməti yaratdılar. Hökumət koalisiyası partiyaları 1996-cı ilin noyabrında senata seçkilərdə də 81 mandatdan 52-sini qazanaraq qələbə çaldılar. 1997-ci ildəki iqtisadi böhran və özəlləşdir- mənin gedişində yol verdiyi qanun pozuntularına görə XDİ-ÇXP koalisiyadan çıxdığı üçün 1997-ci ilin noyabrında V.Klaus Baş nazir vəzifəsindən istefa verdi.
1998-ci ilin yanvarında baş tutan prezident seçkilərində V.Qavel yalnız ikinci turda aşağı palatanın iclasında iştirak edən 197 nəfər deputatdan 99 nəfərinin səsini alaraq bir səs üstünlüklə prezident seçildi. Prezidentin səyi ilə 1998-ci ilin yanvarında Yozev Toşovskinin başçılığı ilə 1998-ci ilin ortalarında nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə qədər müvəqqəti hökumət təşkil olundu.
1998-ci il parlament seçkilərində seçici səslərinin 32,3 faizini qazanan Çex Sosial- Demokrat partiyası qələbə çaldı. İkinci yeri Vətəndaş Demokratiyası partiyası, üçüncü yeri Kommunist partiyası tutdu. Sosial-demokratlar Vətəndaş Demokratiyası Partiyasının passiv müdafiəsilə Miloş Zemanın başçılığı altında azlıq hökuməti təşkil etdilər. Bunun müqabilində VDP-sı deputat palatasının sədri vəzifəsinə öz namizədi V.Klausu seçdi. Faktiki olaraq sol və sağlardan təşkil edilən yeni hökumət dövründə cəmiyyətdə yaranmış siyasi vəziyyətlə bağlı narazılıqlar iqtisadi böhranın davam etməsinə, milli gəlirin azalmasına, işsizliyin, korrupsiya və maliyyə fırıldağının artmasına şərait yaratdı. Bu, ölkədə “zərif inqilabın” 10 illiyi müna- sibətilə kütləvi mitinqlərin təşkil olunmasına gətirib çıxardı. 1999-cı ildə Çexiyanın bütün böyük şəhərlərində M.Zeman və V.Klausun istefasını tələb edən çıxışlar oldu. Sosial-demok- ratlarla və Vətəndaş demokratlar əleyhinə yönəldilmiş aksiya “Sağ ol, gedin!” şüarları altında davam edirdi.
Xüsusilə, 2000-2001-ci illərdə Çexiya ictimai televiziyası ətrafında baş verən qalmaqal ÇSDP və VDP-larına ağır zərbə vurdu. Televiziyanın kollektivi V.Klausun partiyasına, sahib- kar və siyasətçiyə yaxın olan yeni rəhbərin təyin edilməsinə qarşı çıxış edərək üç həftədən çox davam edən aksiya təşkil etdilər. Bu hərəkat bütün ölkəni bürüdü. 2000-ci il dekabrın 28-də Praqada 100 min nəfərdən çox adam etiraz nümayişinə toplaşdı. Bütün bunlara baxmayaraq, sosial-demokratlar hökuməti ilə Vətəndaş Demokratiyası Partiyası arasındakı münasibətlər davam edirdi, çünki sosial-demokrat hökumətin adı altında öz siyasətlərini yeritmək VDP-na daha əlverişli şərait yaradırdı. 2001-ci ildə M.Zeman 2002-ci il seçkilərinə kimi Baş nazir postun saxlamaq şərti ilə sosial-demokratların liderliyini Vladimir Şpidlə təhvil verdi. 2002-ci ildə iki sağ mərkəzçi partiya Azadlı İttifaqı (Aİ) və Demokratik İttifaq (Dİ) vahid liberal partiya Aİ – Dİ-ni yaratdı.
2002-ci ilin iyununda deputatlar palatasına seçkilər keçirildi, sosial-demokratlar deputat yerlərinin sayına görə birinci, vətəndaş demokratiyası ikinci, kommunistlər üçüncü, sağ mərkəzçi blok XDİ-ÇXP-Aİ-Dİ dördüncü yerə çıxdı. Uzun danışıqlardan sonra qələbə çalmış sosial-demokratların lideri V.Şpidl sağmərkəzçi blokun iştirakı ilə çoxluq hökuməti təşkil etməyi bacardı. 2003-cü il fevralın 2-də V.Qavelin prezidentlik müddəti başa çatdı, yalnız üç
turdan sonra fevralın 28-də 142 səs toplayan V.Klaus prezident seçildi.
Çex Respublikasının siyasi həyatında 2004-cü il mayın 1-də ölkənin Avropa İttifaqına üzv qəbul edilməsi əhəmiyyətli hadisədir. 2003-cü ilin iyununda ölkədə bu məsələ ilə
əlaqədar keçirilən referendumda iştirakçıların böyük əksəriyyəti partiyaların kommunistlər və millətçi respublikaçılar istisna olmaqla çoxu Avropa İttifaqının üzvlüyünə tərəfdar çıxmışdır.
2006-cı ilin iyununda deputatlar palatasına növbəti seçki oldu. Təqribən seçicilərin səsinin üçdə birini VDP-sı, bundan bir faiz az sosial-demokratlar aldı. Eyni zamanda kommu- nistlər, “yaşıllar” və Xristian demokratlar da parlamentdə təmsil olunmaq hüququ qazandı. 2006-cı ilin avqustunda sosial-demokratların 8 illik hakimiyyətindən sonra İrji Parubekin sosial-demokrat hökuməti istefaya getdi. VDP formal olaraq koalision hökumət yaratmaq təşəbbüsünü öz üzərinə götürdü.
2010-cu ildə Çex Respublikasının Deputatlar palatasına növbəti seçki oldu. 6halinin 62,60 faizinin iştirak etdiyi seçkidə Çexiya Sosial-Demokrat partiyası 22,08 faiz səs, 56 man- dat qazanaraq birinci, Vətəndaş Demokratik partiyası 20,22 faiz səs, 53 mandat əldə edərək ikinci oldu.
Deputatlar palatasına 2013-cü ildə növbədənkənar seçkilər baş tutdu. Seçki hüququ olan vətəndaşların 59,48 faizinin iştirak etdiyi seçkidə növbəti dəfə Çexiya Sosial-Demokratik partiyası 20,45 faiz səs, 50 deputat mandatı ilə birinci sıraya yerləşdi. İkinci yerdə 18,65 faiz səs, 47 deputat mandatı ilə liberal yönümlü Narazı Vətəndaşlar Aksiyası (NVA) sahib oldu. Boquslav Sobotka hökumətin Baş naziri seçildi. Çexiyanın prezidenti Zeman Miloşdur, o, ümumxalq səsverməsi yolu ilə ölkə prezidenti seçilərək 2013-cü il martın 8-dən dövlət başçısı vəzifəsini icra edir.
1992-ci ilin yayında yaranan sağmərkəzçi partiyaları təmsil edən hökumət mərkəz- ləşmədən sürətlə bazar iqtisadiyyatına keçmək xəttini, özəlləşdirmə, Avropa Birliyi ilə ya- xınlaşma istiqamətini əsas götürdü. V.Klaus hökuməti hələ Slovak hökumətilə birlikdə ol- duqları zaman qəbul edilən özəlləşdirmənin çek və ya “kupon” modelin əsas götürərək mül- kiyyətin dövlət formasından xüsusi və səhmdar formaya keçidinin sosial cəhətdən daha yumuşaq yolunu seçdi. Başqa keçmiş Şərqi Avropa ölkələrindən fərqli olaraq çex qanunveri- cilik bazası ölkədə maliyyə “oliqarxlarının” meydana gəlməsini məhdudlaşdırırdı. V.Klaus kabineti özəlləşdirmənin sürətlə artmasını təmin edərək 1990-cı ildə xüsusi bölməni ümumi sənaye məhsulu istehsalının 7 faizindən 1993-cü ildə 45, 1999-cu ildə 80 faizə çatdırdı. Səhm özəlləşdirilməsi çex müəssisələrinin xarici kapitalın mülkiyyətinə keçməsinin qarşısını alaraq süni müflisləşmə, başqa qanunsuzluqların yolunu kəsdi. Odur ki, 90-cı illərin ortalarında sənaye istehsalı yeni investisiyaylar hesabına hətta genişlənməyə başladı.
6halinin 5 faizdən çox hissəsinin məşğul olduğu kənd təsərrüfatı yüksək məhsuldarlıq nümayiş etdirdi. Çexiyanın bazar iqtisadiyyatına keçməsilə keçmiş istehsal kooperativləri torpaq mülkiyyətçiləri koopertivlərinə çevrildilər. Çex kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyəti xarici bazarlarda onlara olan tələbatı artırdı, bu isə yeni investisiyalar demək idi.
V.Klaus hökuməti Avropa İttifaqı ilə Çexiyanın yaxınlaşmasına nail oldu. 1993-cü ildə keçmiş postsosialist ölkələr içərisində birinci olaraq Çex respublikası Aİ ilə “assosiativ saziş” imzalayaraq birləşmiş Avropanın qapılarını və Avropa bazarına gedən yolu açmış oldu. 1995- ci ildə Çexiya İqtisadi İnkişaf və 6məkdaşlıq Təşkilatına üzv qəbul edildi. Bu zaman Çexi- yada iqtisadi artım sürəti 4 faizdən çox, infilyasiya 9 faizdən az, işsizlik təqribən 3,5 faiz idi. Ölkə iqtisadiyyatındakı bu sabit vəziyyət 1998-ci ilin martında Çex Respublikası ilə Avropa İttifaqı arasında üzvlüyün şərtləri haqqında danışıqların başlamasına səbəb oldu.
1997-ci ildə meydana çıxan böhranın əlamətləri “Çex iqtisadi xarüqəsin” dayandırdı. 1998-ci ildə ölkənin ümumi sənaye məhsulu istehsalı 2,5 faiz aşağı düşdü. Bunun əsas sə- bəblərindən biri dünya iqtisadi inkişafının neqativ nəticələri, xüsusilə Asiya maliyyə böhranı idi. Çexiyanın iqtisadiyyatının böhrandan çıxarmaq vəzifəsi M.Zemanın sosial-demokrat hökumətinin üzərinə düşürdü. 1999-cu ilin martında hökumətin böhran əleyhinə proqramı təqdim olundu. Dövlət kiçik və orta sahibkarlığa yardımı artırdı, bank kreditlərinə sahib ol- maq xeyli sadələşdirildi. Dövlətin sərəncamında olan strateji xarakterli müəssisələrin, o cüm-
lədən “Şkoda” zavodu, “Çexiya telekom”, yanacaq və neft-qaz müəssisələri özəlləşdirilməyə başlandı. Artıq 2000-ci ildən başlayaraq bu tədbirlər öz nəticəsini verdi, istehsal artdı, işsizlik azaldı, xarici investisiya ölkəyə axmağa üz qoydu. Hökumətin iqtisadi nailiyyətlərini nəzərdə tutan sosial-demokratların lideri və hökumətin baş naziri 2001-ci ildəki partiya qurultayında Çexiyada “sosial dövlət” quruculuğu konsepsiyasını elan etdi. Buna əsasən, bütün vətən- daşlara bərabər həyat şərtləri, o cümlədən bütün səviyyələrdə keyfiyyətli təhsil, şəxsi təhlükəsizlik, yüksək tibbi xidmət, layiqli qocalıq təminatı verilirdi.
2002-ci ilin avqustunda Mərkəzi Avropadakı “əsrin daşqını” Çexiyaya da böyük ziyan vurdu. Ölkəyə dəyən ziyan təqibən 3 milyard dollar məbləğində hesablanırdı. Çexiya Avropa İttifaqı ilə danışıqlardan özü üçün əlverişli şərait yaratmağa nail oldu. 2004-cü ilin mayında Çex respublikasının Avropa İttifaqına qəbul edilməsi onun Avropa iqtisadiyyatına inteqrasiya etməsində əhəmiyyətli faktor oldu. Eyni zamanda Çexiya Aİ-nın üzvü olmayan ölkələrlə, ilk növbədə Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlıq müqavilələrinə yenidən baxmağa məcbur idi.
Çex Respublikası həm də Ümumdünya ticarət təşkilatına daxil oldu. Ölkənin xarici ticarətində birinci yeri Almaniya tutur, sonra isə qonşu Slovakiya, Avstriya və başqa Avropa İttifaqı ölkələri gəlir. Özünün liderliyini itirən Rusiya XXI əsrin əvvəllərində tədricən iqtisadi gücünü bərpa etməyə səy göstərir. Bu mənada Rusiyanın Çexiyaya olan 3,6 milyard dollar borcunun 2001-ci ildə qarşılıqlı danışıqlar nəticəsində 1,6 milyard dollara kimi azaldılması hər iki ölkənin münasibətlərinin normallaşdırılmasında müsbət addım hesab edilə bilər. Bu gün Çex Respublikası iqtisadi cəhətdən bütün Avropanın fəal və diqqəti cəlb edən ölkələ- rindən biri kimi xarici investisiyanın cazibə mərkəzinə çevrilmişdir.
Çex respublikasının xarici siyasət nəticəsində qarşısında duran əsas vəzifə ölkənin təh- lükəsizliyini təmin etmək idi. Varşava Müqaviləsi Təşkilatı buraxıldıqdan sonra gənc respub- lika yalnız öz səyi ilə bu vəzifənin öhdəsindən gələ bilərdi. İkinci Dünya müharibəsindən sonra Bohemiya almanlarının əmlakının müsadirə edilərək ölkədən sürgün edilməsi ölkənin Almaniya tərəfindən ciddi təhlükə ilə üz-üzə qoymuşdur. Odur ki, kollektiv təhlükəsizlik sisteminin yaradılması məqsədilə 1991-ci ildə Macarıstanın Vişeqrad şəhərində Macarıstan, Polşa və Çexoslovakiya dövlət başçıları görüşərək Mərkəzi-Şərqi Avropanın təhlükəsizlik simvoluna çevrilmiş Vişeqrad üçlüyünü yaratdılar. 1993-cü ildə Çexoslovakiya dağıldıqdan sonra bu dörd dövlətin ittifaqına çevrildi, siyası birliklə bərabər gələcəkdə iqtisadi əlaqələrin də inkişaf etdirilməsi nəzərdə tutulurdu. 1992-ci ilin sonunda bu dörd dövlət azad ticarət haq- qında Mərkəzi Avropa sazişini imzaladı ki, bu da 1998-ci il yanvarın 1-dən qüvvəyə mindi.
Çex respublikası başqa təhlükəsizlik yollarını da nəzərdən keçirərək postsosialist dövlətlər hesabına NATO-nun genişlənməsi təşəbbüsü ilə çıxış etdi. 1993-cü ilin aprelində deputatlar palatasındakı çıxışında Çex Respublikasının Xarici İşlər naziri Y.Zelenets qonşu dövətlər olan Almaniya, Polşa, Avstriya, Macarıstan və Slovakiya ilə tərəfdaşlıq münasi- bətlərini inkişaf etdirərək tədricən ölkənin Avropa təhlükəsizlik və əməkdaşlıq Təşkilatının, NATO-nun bərabərhüquqlu üzvü olması məqsədini elan etdi. 1993-cü il oktyabrın 12-də ABŞ-ın prezidenti B.Klintonun Praqada Vişeqrad qrupunun rəhbərləri ilə görüşü ərəfəsində V.Qavel deputatlar palatasında birbaşa bəyan etdi. “Biz NATO-nun tərkib hissəsi olmaq istəyirik.”
1999-cu ilin may ayında Şimali Atlantik alyansının Vaşinqton sammitində Rusiyanın etirazlarına baxmayaraq Çexiya, Macarıstan və Polşa bu qrumun üzvlüyünə qəbul edildi. Bu- nunla bərabər, Çexiya öz ərazisində xarici ordu və nüvə silahı yerləşdirməməyi öz öhdəsinə götürdü. Çexiya NATO-nun 1999-cu ildə Yuqoslaviya İttifaq Respublikasına, 2003-cü ildə İraqa qarşı hərbi əməliyyatlarını müdafiə etdi. Çex hərbiçiləri 6fqanıstanda əməliyyatlarda iştirak edən çoxmillətli qüvvələrin tərkibinə daxil oldu. NATO ilə bərabər Çex Respublika- sının 2004-cü ilin mayında Aİ-nin üzvlüyünə qəbul edilməsi onun Avropa ölkələri ilə siyasi
əlaqələrlə yanaşı iqtisadi inteqrasiyasında da önəmli addım oldu. Aİ-na daxil olmaqla bərabər Çexiya Şengen sazişinə qoşuldu. 2007-ci il dekabrın 21-də yerüstü sərhədlərdə, 2008-ci il martın 21-də hava məkanına Şengen sazişinə qoşulan ölkələrdən daxil olan aviareyslərə
nəzarət ləğv edirdi. 2009-cu il yanvarın 1-dən Çexiya dövləti 6 ay ərzində Aİ-nın sədrliyini yerinə yetirdi.
Çexiya ilə Rusiya arasındakı münasibətlər XX əsrin sonu – XXI əsrin əvvəllərində mürəkkəb tarixi şəraitlə müşaiyət olunub. 1993-1999-cu illərdə Moskva Çexiyanın NATO-ya daxil olmaq cəhdinə mənfi yanaşsa da bu iki ölkə arasında tərəfdaşlıq əlaqələri 1999-cu ildən sonra inkişaf etmişdir. 2001-ci ildə Rusiya Federasiyasının Xarici İşlər naziri İ.S.İvanov və Baş nazir M.M.Kasyanov Praqaya işgüzar görüşə gəlmişdilər. 2002-ci ildə Çex Respublika- sının baş naziri M.Zeman Rusiyada rəsmi səfərdə oldu. İkitərfli münasibətlərin inkişafında 2006-cı ilin martında Rusiya Federasiyasının prezidenti V.V.Putinin Praqaya səfəri, ölkə prezidenti V.Klausla, Baş nazir İ.Parubeklə, parlament palatasının rəhbərlərilə gösrüşləri mühüm rol oynadı.
Çex Respublikasının prezidenti Miloş Zaman 2015-ci il mayın 8-də faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskvada keçirilən təntənəli tədbirdə iştirak etmək məqəsdilə Rusiya Federasiyasında səfərdə olmuşdur. Mayın 9-da Rusiya prezidenti V.V.Putinlə Çexiya prezidenti M.Zeman arasında hər iki ölkə iqtisadi əlaqələrinin inkişafı məsələlərinə həsr edilən görüş keçirilmişdir.
Çexiya Respublikası ilə müstəqil Azərbaycan arasında dostluq əlaqələri keçmişdə olduğu kimi bu gün də dinamik bir şəkildə davam edir. Bu dostluq əlaqələrinin nəticəsidir ki, 2015-ci il sentyabrın 15-də Bakıda – Azərbaycanda rəsmi səfərdə olan Çexiya prezidenti Miloş Zeman dövlət başçısı İlham 6liyevlə görüşərək hər iki ölkə arasında strateji tərəfdaşlıq
əlaqələrini daha da inkişaf etdirmək məsələlərini müzakirə ediblər. Hər iki tərəf dövlətlər arasındakı iqtisadi əlaqələri daha dinamik səviyyəyə çatdırmağı qeyd etmişdir.
Çexiya rəhbərliyi hazırda dünyada ölkəsinin milli mənafeyindən irəli gələn şəffaf və
sabit xarici siyasət xətti yeridir.