Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Sosializmin Sovet modelinin qurulması



Yüklə 1,22 Mb.
səhifə106/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   102   103   104   105   106   107   108   109   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sosializmin Sovet modelinin qurulması. Fevral dəyişiklikləri 1948-ci il may Konstitu- siyası ilə möhkəmləndirildi. Konstitusiyaya uyğun formal olaraq əvvəlki hakimiyyət institut- ları da fəaliyyət göstərirdi, lakin onların səlahiyyətləri xeyli məhdudlaşdırılmışdı. Bütün haki- miyyət ÇKP rəhbərliyinin əlində cəmləşmişdi. Beneş Konstitusiyanı imzalamaqdan imtina etdi, ağır xəstə olan Beneş 1948-ci ilin iyununda istefaya getməyə məcbur oldu. K.Qotvald respublika prezidenti seçildikdən sonra hakimiyyət sonrakı 40 ildə bütünlükdə ÇKP-nin
əlində cəmləşdi. Üzdə xalq demokratik hakimiyyətinin elan olunmasına baxmayaraq, faktiki
olaraq totalitar rejimin qurulması baş verdi, belə ki, ölkədə mövcud olan parlament sistemi formal xarakter daşıyırdı.
1948-ci il fevral hadisələrindən sonra ölkədə SSRİ hakimiyyətinin diktəsinə əsasən müxalifətin üzərinə genişmiqyaslı hücum başlandı. Üç min nəfər müxalifətçi ölkəni tərk etdi, 250 min nəfər işsiz qaldı. 6halinin bir hissəsinin yeni kursu müdafiə etməməsi onlara qarşı saxta siyasi proseslərin tətbiq edilməsilə müşayiət olunurdu. İlk səs salan belə siyasi “tama- şa”lardan biri İkinci Dünya müharibəsi illərində 5 il faşist ölüm düşərgəsində cəza çəkmiş Milli-Sosialist partiyasından parlamentin deputatı Milada Qorakova üzərindəki açıq məhkəmə prosesi olmuşdur. M.Qorakova 1901-ci ildə anadan olmuş, Praqa Universitetinin Hüquq fa- kültəsini bitirmişdir. Üç xarici dildə sərbəst danışan M.Qorakova 1928-ci ildə elmlər doktoru Boquslav Qorakovla ailə quraraq 1929-cu ildə həyat yoldaşı ilə birlikdə Milli-Sosialist parti- yasına daxil olmuşdur. Faşist Almaniyası Çexoslovakiyanı işğal etdikdən sonra gizli antifaşist fəaliyyətinə görə gestapo tərəfindən həbs edilərək ölüm düşərgəsinə salınmışdır. Müharibədən sonra azad edilərək ölkə parlamentinin deputatı seçilmişdir. Çexoslovakiya qadınlar şurasının sədri kimi Parisdə keçirilən Beynəlxalq qadınlar konqresində ölkəsini təmsil etmişdir. 1949- cu il sentyabrın 27-də “burjua millətçiliyi”, “təxribatçı qəsdin iştirakçısı” saxta maddələrlə 12 nəfərlə birlikdə mühakimə edilmişdir. 1950-ci il iyunun 27-də Pankras həbsxanasında asılaraq edam edilmişdir. Ölümündən sonra bəraət almışdır.
1950-ci il aprelin 6-7-də Slovakiya KP MK-nın plenumunda Q.Qusak və L.Novo- meskinin “burjua millətçiliyi” haqqında məsələ müzakirə edildi. SSRİ hakimiyyət orqanla- rının, şəxsən İ.V.Stalinin nəzarəti altında məsələ 1950-ci ilin mayında Slovakiya KP IX qu- rultayının iclasında müzakirə edilərək Q.Qusak, L.Novomeski və V.Klementisin “burjua mil- lətçisi” damğası alıb işdən azad olması ilə nəticələndi. 6sl həqiqətdə isə Çexoslovakiyanın Xarici İşlər naziri olan Vladimir Klementis öz ölkəsinin SSRİ-nin nüfuz dairəsinə daxil olma- sının qəti əleyhdarı olmuşdur. O, 1902-ci ildə Slovakiyanın Tisovetsində anadan olmuş, 1921- 1925-ci illərdə Praqanın Karlovo Universitetində hüquq təhsili almışdır. Kommunist mətbuatı üçün məqalə və pamfletlər yazan V.Klementis E.Beneş tərəfindən Londondakı mühacir Çexoslovakiya hökumətinin üzvü təyin edilmişdir. 1948-ci ildə Masarikin müəmmalı ölü- mündən sonra xarici İşlər naziri təyin edilmişdir. İ.V.Stalin təmizlənməsinin qurbanı kimi titoizm və millətçilikdə təqsirləndirilərək 1952-ci ildə asılaraq öldürülmüşdür. 1963-cü ildə ölümündən sonra bəraət almışdır.
SSRİ-də olduğu kimi “xalq düşməni” axtarışı 1952-ci il noyabrın 20-27-si arasında R.Slanski başda olmaqla bir qrup partiya və dövlət rəhbəri üzərində məhkəmə tamaşası təşkil edilmişdir. Mühakimə edilən 13 nəfərdən 11-i yəhudi idi və onlar dövlətə qarşı saxta trotskiçi- sionist-titoçu damğası ilə cəsusluqda ittiham olunurdular. Məhkəmənin qərarı ilə mühakimə olunanlardan 3 nəfərə ömürlük həbs, yerdə qalanlara ölüm hökmü kəsilmişdir.
Slanski Rudolf Zaltsman 1901-ci ildə Plzen şəhərində orta çex yəhudi ailəsində anadan olmuşdur.1921-ci ildə ÇKP sıralarına daxil olaraq “Rude pravo” qəzetinin redaktoru, 1935- 1938-ci illərdə parlamentin deputatı seçilmişdir. 1944-cü ildəki Slovakiya Milli üsyanının iştirakçısıdır.1945-1950-ci illərdə ÇKP-nin baş katibi, 1948-ci ildən yeni hökumətin başçısı, 1951-ci ilin sentyabrından Çexoslovakiyanın vitse-prezidenti olmuşdur. Noyabr ayında ingilis və amerikan kəşfiyyatına işləyərək kommunist rejimini bir sionist kimi devirmək iddiası ilə mühakimə edilərək 1952-ci ilin dekabrın 3-də edam edilmişdir.1963-cü ildə bəraət almışdır.
Siyasi repressiya qurbanlarının sayı haqqında tam məlumat olmasa da onların ümumi sayının 200-280 min nəfər olduğu ehtimal olunur. 1953-cü il martın 14-də İ.V.Stalinin dəfn mərasimindən qayıdan Klement Qotvald 57 yaşında ürək tutmasından vəfat etdi. Moraviya kəndlisinin nigahdan kənar uşağı olan K.Qotvald 1896-cı ildə anadan olmuşdur.Vyanada sosial-demokrat gənclər hərəkatına qoşulan K.Qotvald 1921-ci ildə Çexoslovakiya Kom- munist partiyasını yaradanlardan biri olmuşdur. 1921-1926-cı illərdə Bratislavada “Qlas lyudu” partiya qəzetinin redaktoru, 1925-ci ildə partiya MK-nın üzvü, 1929-1945-ci illərdə ÇKP-nin Baş katibi, 1939-1945-ci illərdə Moskvada kommunist müqavimət mərkəzinin rəhbərlərindən biri, 1946-1948-ci illərdə Milli cəbhə hökumətinin sədri, 1948-1953-cü illərdə
Çexoslovakiyanın prezidenti olmuşdur.
K.Qotvaldın ölümündən sonra A.Zapototski Çexoslovakiyanın prezidenti, V.Şirokiy Baş nazir seçildi. Baş nazirin müavini A.Novotno 1953-cü ilin sentyabrında ÇKP MK-nın birinci katibi seçildi.Antoni Zapototski 1884-cü ildə dərzi ailəsində anadan olub, 1902-ci ildən Sosial-demokrat partiyasının sıralarına daxil olub. 1921-ci ildə ÇKP-nin təsisçilərindən biri olmuşdur. Çexoslovakiya almanlar tərəfindən işğal edildikdən sonra 6 il Zaksenhauzen düşərgəsində həbsdə olmuşdur. Müharibədən sonra 1948-1953-cü illərdə Çexoslovakiyanın Baş Naziri, 1953-1957-ci illərdə prezidenti olmuşdur. Onun adı ilə ölkədə çoxsaylı repres- siyalar və siyasi proseslər bağlıdır və K.Qotvald kimi o da son dərəcə mühafizəkar və stalinist kimi şöhrət qazanmışdır.
Antonin Novotnı 1904-cü ildə Praqanın Letnani sənaye mərkəzində anadan olmuşdur. 1921-ci ildən ÇKP-nin üzvüdür. 1941-1945-ci illərdə Maythauzen nasist düşərgəsində olmuş- dur. 1948-ci ildə Çexoslovakiyada kommunistlərin hakimiyyəti zəbt etməsinin rəhbərlərindən biri olmuşdur. Partiyadakı təmizləmədən öz şəxsi məqsədləri üçün istifadə edən A.Novotnı 1953-cü ildə R.Salanskini vəzifədən kənar edərək 1953-1968-ci illərdə ÇKP MK-nın birinci katibi, 1957-1968-ci ildə ÇSSR-in prezidenti olmuşdur. “Praqa baharı” dövründə hər iki vəzifəsini itirmişdir.
1953-cü il iyunun 1-də ölkədə həyata keçirilən pul islahatına qarşı Plzen və Praqada nümayiş başlandı. 9-12 min nəfər adam Plzendə şəhər mərkəzinə toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib, təhlükəsizlik orqanının əməkdaşlarını döydülər. Bir qrup radio mərkəzini
ələ keçirərək hökuməti devirməyə çağıran şüarlar səsləndirdi. Plzen təhlükəsizlik orqanlarının köməyinə Praqadan Müdafiə nazirliyinin birlikləri göndərildi. Voytex Proxazka başda olmaq- la 152 adam həbs olundu. Plzendə komendant saatı tətbiq edildi. İyunun 2-də Praqanın “Sta- linqrad”, “Praqa”, “Aero” zavodlarının 5 min nəfər işçisi nümayişə çıxdı. Lakin iyunun 5-nə doğru Moskvanın sərt tələbi, təhlükəsizlik orqanlarının yaxından iştirakı ilə vəziyyət nor- mallaşdı. Lakin pul islahatı ilə bağlı çaxnaşmalardan sonra ölkənin partiya və dövlət rəh- bərliyi Sovet İttifaqının da təzyiqi ilə sosial-demokratlara qarşı müharibə elan etdilər. 1953-cü ilin dekabrında Çexoslovakiyanın təhlükəsizlik orqanlarının əməkdaşları Avstriyadan parti- yanın keçmiş lideri B.Lauşmanı oğurlayaraq ölkəyə gətirdilər. Məhkəmə ona 17 il həbs cəzası kəsdi və o həbsxanada öldü.
1956-cı ilin yazında ölkənin ali təhsil məktəblərinin tələbələrinin çıxışları başlandı. Tələbə çıxışları ilə əlaqədar olaraq hətta rəhbərlik ali təhsil məktəblərin bağlamağı belə düşünürdü. Yalnız tələbə yataqxanalarına səfərbər edilən kommunistlərin, fəhlələrin və milis dəstələrinin köməyi ilə tələbələri “sakitləşdirmək” mümkün oldu.
SSRİ-də N.Xruşşovun hakimiyyətə gəlməsi həm də Çexoslovakiyanın siyasi həyatına qismən mülayimlik gətirdi. Bu demək olar ki, 60-cı illərdə də saxlanılmışdı. Nəticədə həm- karlar ittifaqlarının, gənclər təşkilatlarının, katolik kilsəsinin fəaliyyəti canladı. Qeyri-kom- munist partiyaları üzvlüyünə qəbul artdı. Tələbə təşkilatlarının tələbləri səslənməyə başladı. 1956-cı ildə çağırılmış yazıçıların II qurultayında müxalifət əhval-ruhiyyəsi qurultayın işinə öz təsirini göstərmiş oldu, qurultaydan sonra yazıçıların nüfuzu artdı, onlara xalqın vicdanı kimi baxmağa başladılar.
Siyasi sahədə rəsmi rejimin az da olsa tənqidi başlandı. 1956-cı ildə sosializm düşər- gəsində baş verən hadisələr, yəni 1956-cı il Polşa və Macarıstan hadisələri çoxları üçün, həmçinin vəziyyəti daha düzgün dərk edən ÇKP-nin bəzi üzvlərinə əsl dərs oldu. Sosializm cəmiyyətinə inamsızlıq getdikcə artmağa başlayırdı. Bununla yanaşı, öz qüvvələrini düzgün hesaba almayan partiya və dövlət rəhbərliyi 1960-cı ilin iyulunda parlamentin qəbul etdiyi yeni Konstitusiyada bəyan etdi ki, keçid dövrünün bütün əsas məsələləri həll edilmişdir və Çexoslovakiyada sosializm cəmiyyəti qurulmuşdur. Konstitusiyaya uyğun olaraq ölkə Çe- xoslovakiya Sosialist Respublikası (ÇSSR) adlandırıldı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin